Tom Kruz "Ən pis aktyor" seçilə bilər

Tom Kruz "Ən pis aktyor" seçilə bilər
22 yanvar 2018
# 10:14

Kinematoqrafiya sahəsində ən şübhəli nailiyyətlərə görə təqdim olunan “Qızıl moruq” antimükafatının təsisçiləri 2018-ci ilin nominantlarını elan ediblər.

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, “İnsanlara və ətraf mühitə təhlükəli elementlərin məhvi”nə həsr olunmuş zarafat xarakterli rolikdə “Ən pis aktyor”, “Ən pis film”, “Ən pis aktrisa” nominasiyalarına namizədlər açıqlanıb.

“Ən pis aktyor” antimükafatına (“Zəhərli aktyor oyunu” kateqoriyasında) namizədlərin arasında Conni Depp (“Karib dənizinin quldurları”) və Tom Kruz (“Mumiya”) var.

“Ən pis aktrisa” (“Zəhərləyici ifa”) kateqoriyasında yarışanların arasında Emmi Uotson, Ceniffer Lourensin ad çəkilir.

“Ən pis film” nominasiyasına isə “Emoci film”, “Tranformerlər-sonuncu cəngavər”, “Bozun əlli çaları”, “Mumiya” və “Malibu xilaskarları” təqdim olunub.

Laureatlar martın 3-də elan olunacaq.

# 2279 dəfə oxunub

Oxşar xəbərlər

"Gecə" - Varlam Şalamovun hekayəsi

"Gecə" - Varlam Şalamovun hekayəsi

17:00 17 yanvar 2026
Qusarda bəstəkar Elza İbrahimovanın büstünün açılışı oldu

Qusarda bəstəkar Elza İbrahimovanın büstünün açılışı oldu

15:30 17 yanvar 2026
Səddam Laçının kitabının IV nəşri  çap olundu

Səddam Laçının kitabının IV nəşri çap olundu

13:50 17 yanvar 2026
İnsanlar yaratdıqları obrazların içində yaşayırlar... - Cim Kerridən sitatlar

İnsanlar yaratdıqları obrazların içində yaşayırlar... - Cim Kerridən sitatlar

13:20 17 yanvar 2026
Kölgə - Rüstəm Dastanoğlunun hekayəsi

Kölgə - Rüstəm Dastanoğlunun hekayəsi

12:40 17 yanvar 2026
Öpüşlərini əsla unutmayacağam... - Günün mahnısı

Öpüşlərini əsla unutmayacağam... - Günün mahnısı

12:30 17 yanvar 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər