Problem doğrudanmı söyüş idi? - "Səkkiz" serialının pərdəarxası

Problem doğrudanmı söyüş idi? - "Səkkiz" serialının pərdəarxası
19 yanvar 2026
# 17:45

Kulis.az Mirmehdi Ağaoğlunun "Səkkiz" serialı haqqında yazısını təqdim edir.

Son illər özünü rejissor kimi də sınayan sevimli aktyor Hikmət Rəhimov “Səkkiz” adlı serial çəkib. Filmin ilk bölümünün kinoteatrda təqdimatı olub, sonra ARB kanalında ilk bölümü nümayiş etdirilib. İlk bölümün nümayişi zamanı səsləndirilən qeyri-etik ifadələr biplənmədiyi üçün söyüşlər necə var, o cür də efirə gedib.

Buna görə Audiovizual Şura telekanalı cəzalandırdı. Bu ərəfədə serialın ikinci bölümünün də kinoteatrda təqdimatı oldu. Lakin sonra qəfildən filmin televiziyada, kinoteatrda, hətta yutubda nümayişi aradan qaldırıldı. Hələ ki, Hikmət Rəhimovun yumşaq açıqlamasından başqa heç bir tərəf fikir bildirmir və tamaşaçılar bilmir ki, filmin nümayişi niyə aradan qaldırılıb. Hərçənd niyə aradan qaldırılması aydındır, lakin bunu qanun çərçivəsində izah edən olacaqmı?

Hələ ki, cavab yoxdur.

Qanunlar filmin nümayişi üçün heç bir maneə görmür. Bəs o zaman filmin nümayişi niyə dayandırılır? Söyüşə görə?! Axı bu binəva Hikmət Rəhimov filmin istehsalı, məhz İSTEHSALı üçün filan qədər xərc çəkib! O qədər pulu necə geri qaytaracaq? Mən hələ qazancı demirəm.

Mən “istehsal” sözünü, bu iqtisadi termini nahaq yerə işlətmədim. Gəlin, bir anlıq Hikmət Rəhimova rejissor-aktyor-yaradıcı adam kimi yox, iqtisadi subyekt – sahibkar kimi yanaşaq.

Sahibkar məhsul istehsal edib və hansısa səbəbdən ona məhsulunu satmağa icazə verilmir. Bir sahibkar ziyandadır. İndi məsələ necə olsun?! Onun zərəri necə ödənilsin?

Sonra da deyirik, Azərbaycanda kino inkişaf etmir.

Nə vaxta kimi rejissor qorxa-qorxa film çəkəcək, ərsəyə gətirdiyi işin nümayişinin gerçəkləşib-gerçəkləşməyəcəyindən əmin olmayacaqsa, o vaxta kimi də müstəqil kino mühiti olmayacaq. Rejissor da həmişə dövlətin əlinə baxacaq.

# 1782 dəfə oxunub

Oxşar xəbərlər

"Kamera sadəcə göz deyil, o, ruhun pəncərəsidir” – Bela Tarrın aforizmləri

"Kamera sadəcə göz deyil, o, ruhun pəncərəsidir” – Bela Tarrın aforizmləri

18:40 21 iyul 2026
"Titanik"in çəkilişləri zamanı 50 nəfər narkotikdən zəhərlənib - Billi Zeyn açıqladı

"Titanik"in çəkilişləri zamanı 50 nəfər narkotikdən zəhərlənib - Billi Zeyn açıqladı

17:00 21 iyul 2026
“Cənnətin iqamətgahı”  filminin treyleri hazırdır

“Cənnətin iqamətgahı” filminin treyleri hazırdır

15:30 21 iyul 2026
Kazım Koyuncu haqqında çəkilən filmdə Cem Yılmaz surprizi

Kazım Koyuncu haqqında çəkilən filmdə Cem Yılmaz surprizi

14:40 21 iyul 2026
Cem Yılmazdan yeni foto - "GORA 4 GORA"NIN çəkilişlərİ davam edir

Cem Yılmazdan yeni foto - "GORA 4 GORA"NIN çəkilişlərİ davam edir

13:30 21 iyul 2026
"Harri Potter" serialında nələr olacaq? - Operator açıqladı

"Harri Potter" serialında nələr olacaq? - Operator açıqladı

18:40 20 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər