news-inner
clock16:51 calendar-gray 07 Dekabr 2017 view-gray127 dəfə oxunub
view-gray127 dəfə oxunub

Sözlərini geri götür

Biri var imiş, biri yox imiş, bir zamanlar varlı bir kişi var imiş. Onun çox pis bir vərdişi də var imiş, başqaları haqqında qeybət edərmiş.

Bir gün o, qonşusu haqqında pis sözlər danışır. Bu şayiələr çoxlarının qulağına çatdı və qonşusu ondan incidi. Səhvini başa düşən kişi söz-söhbətin aradan qalxmasına çalışsa da bir faydası olmadı.

Çarəsiz qalan adam nurani bir adamın yanına getdi ki, bəlkə sözlərini geri götürə bilsin.

Nurani adam onu səbirlə dinləyib dedi: "Mən danışdığınız bütün pissözləri geri götürə bilərəm, ancaq bunun üçün siz mənim bütün dediyim şeyləri etməlisiniz!"

"Mən nə desəniz edərəm, təki bütün dediyim kəlmələr geri götürülsün!" - varlı adam dedi. Yaşlı kişi ona dedi: "Çoxlu quş lələkləri toplayıb yığın və onları götürüb şəhərin ortasına tökün!"

Varlı kişi bir səbət quş lələkləri yığıb yolun ortasına tökdü. O,yaşlı adamın yanına gedib dedi: "Mən dediyiniz bütün şeyləri elədim, indi xahiş edirəm mənim qonşum haqqında dediyim bütün sözləri geri götürün."

Yaşlı adam cavab verdi: "Əgər sən yola səpələdiyin bütün lələkləri geri gətirsən, onda mən bütün sözlərini geri qaytara bilərəm. Yadda saxla ki, onların hər biri mənə lazımdır!"

Varlı kişi narazılıqla cavab verdi: "Bağışlayın cənab bu mümkün deyil axı, indi bütün lələklər başqa yerlərə uçub gedib, mən onları necə geri qaytarım? Əgər qabaqcadan desəydiz mən onları saxlayardım, çox ətrafa səpələməzdim."

Nurani insan gülümsəyib və dedi: "Sənin dediyin bütün sözlər də lələklərə bənzəyir. Birinci ağızdan çıxır, el-aləmə yayılır, onları artıq geri qaytara bilmirsən. Onlar külək kimi səpələnir və uçur. Sən yalnız onlara deməmişdən əvvəl nəzarət edə bilərsən. Ona görə də həmişə düşün, sonra danış."

Varlı insan öz səhvini başa düşdü və özünə söz verdi ki, bundan sonra sözü düşünüb sonra danışacaq.

İngilis dilindən çevirdi: Aysel Zaurqızı

news-inner-user
Kulis+

619 məqalə

Paylaş

Oxşar xəbərlər

Xəbər lenti

Ramiz Rövşən, Musa Yaqub Xalq Şairi oldu – Fəxri Adlar - Siyahı
13:55 25 May 2019
Yer kürəsi itirəcək materiklərini... – Borxesdən Şeirlər
13:22 25 May 2019
Vaqif Səmədoğluya sərgi və konsert həsr edilib
12:41 25 May 2019
Məşhur Nobel mükafatçısı öldü
11:57 25 May 2019
Rəssamlarımızın əsərləri Luvr muzeyində
10:45 25 May 2019
Şərif Ağayarla universitetdə görüş olub
09:56 25 May 2019
Arvadını tərk edib homoseksualla evləndi...
09:00 25 May 2019
Nana sevirdi - Nərmin Kamaldan hekayə
21:00 24 May 2019
Dünyada bizə çatan teatr yoxdur – ƏSA Teatrının rəhbəri
18:22 24 May 2019
Teatr işçi axtarır – Müsabiqə var
18:12 24 May 2019
Psixoloqdan Şəhriyarın nikah statusuna cavab: “Anlamaq istəmir ki...”
17:32 24 May 2019
Pol Qogenin rəsm əsəri tapılıb
17:01 24 May 2019
Azərbaycan Həştərxandakı Ədəbiyyat festivalına qatılıb
16:34 24 May 2019
Düz olmaq istəyirsənsə, əyriliyə icazə ver - Dünyanın ən gözəl kitabından seçmələr
15:46 24 May 2019
Kiyevdə Nəsiminin heykəlinin açılışı baş tutub - Foto
15:21 24 May 2019
Məşhurluğunu qorumaq istəyən əcaib şairlər – Yalçın İslamzadə yazır...
14:21 24 May 2019
Soltan Hacıbəyovun 100 illiyi qeyd olunub
13:30 24 May 2019
Atasını dəfn edib səhnəyə çıxdı - Fuad Poladovun həyatından maraqlı faktlar
13:03 24 May 2019
Səhər Əhməd Gülayə Şınıxlının oğurladığı misralardan yazdı – Konkret Faktlar
12:20 24 May 2019
Çingiz Abdullayevin kitabının təqdimatı olub
11:55 24 May 2019