news-inner
clock12:59 calendar-gray 02 Dekabr 2017 view-gray607 dəfə oxunub
view-gray607 dəfə oxunub

Bu qadağan olunmuş əlaqə yalnız onlarda varRusların ailə qaydaları

Kulis.az qədim rusların ailə həyatı haqqında maraqlı faktları təqdim edir.

Arıq qadınlarla evlənmirdilər

Uzun əsrlər boyu Rus ellərində kök, yoğun budlu qadınlar gözəllik etalonu hesab olunub. Arıqlıq o dövrdə yoxsulluq və xəstəliyin simvolu sayılırdı. Belə düşünürdülər ki, çanaq sümükləri dar olduğu üçün arıq qadınlar hamilə qala bilməzlər. Doğuş zamanı yaşanan arzuolunmaz hadisələrə də bu fikrin yayğınlaşmasına gətirib çıxarırdı. Ya zəlzələdən, ya vəlvələdən, qədim ruslar üçün arıqlıq gözəllik deyil, xəstəlik sayılırdı.

Yanağında xal...

Hazırda yanaqda xalın olması gözəllik əlaməti sayılır, qabaqlar isə belələrini almırdılar. Bədəndə olan istənilən nişan –anadangəlmə böyük ləkələr, müxtəlif xallar – gələcək adaxlı üçün böyük qüsur sayılırdı. Kiçik bir sıyrıq, sızanaq, hətta zökəm ərə gedəcək qızın gələcəyini təhlükə altına qoya bilərdi. Buna görə də toya qədər gəlini hamıdan gizlədir, sıyrıq və sızanaqları isə sağaltmağa çalışırdılar.

Sağlam idi, xəstə oldu

Toyqabağı gəlini həm də ona görə gizlədirdilər ki, nikaha maneçilik törətmək istəyən “könüllülər”dən qorusunlar. Onlar cadudan tutmuş, zəhərləmə, qadın hiyləgərliyinə qədər müxtəlif üsullarla toyun baş tutmamasına çalışırdılar. Bəy toyqabağı xəstələnən qızdan asanlıqla imtina edə bilərdi.

Çölə çıxanda bəzənmək

Ata evində təkbaşına çölə çıxa bilməyən qızlar ər evində də eyni qadağa ilə qarşılaşırdılar: ərin icazəsi olmadan bayıra çıxa bilməzdilər. Ərlərindən icazəsiz kilsəyə belə getməyə ixtiyarları yox idi. Evdən bayıra çıxanda da böyük dəm-dəsgahla çıxırdılar; üz-gözlərini boyayır, bəzənib-düzənirdirlər.

Tanınmış adamların arvadları isə bağlı karetalarda gəzir, xidmətçilər yanlarınca qaçırdılar. Karetanın atları isə tülkü quyruğu ilə bəzədilirdi.

Təklikdə döymək

XVI əsrə aid “Domstroy” adlı qaydalar kitabında qadın-kişi münasibətləri barədə də yazılırdı. O qaydalardan biri qadını camaat arasında deyil, təklikdə döyməyi məsləhət görürdü. “Əlindən tutaraq nəzakətlə şallaqlamaq” – həmin kitabda belə yazılırdı. Kitabda başqa humanist fikirlər də vardı: “... görünən yerinə vurmayın, ürək tərəfə yumruq ilişdirməyin, nə təpiklə, nə əl ağacı ilə, nə dəmir, nə də taxta parçası ilə döyün.”

Yad qadınla yatmaq əxlaqsızlıq sayılsa da zina deyil

Ərə getməmiş qız və ya subay oğlanla seks əxlaqsızlıq hesab olunsa da zina sayılmırdı. Buna görə kişiləri cəzalandırmır, qadınları isə monastra göndərir və ya şallaqlayırdılar. Kənarda kiminsə arvadı ilə uzun müddət münasibətdə olmaq və ya sevgili saxlamaq, üstəlik ondan uşağa sahib olmaq isə zinakarlıq sayılırdı. Belə kişiləri kilsə cərimə edirdi.

Ancaq əxlaqsızlıq edən qadın qırmanclanır, bir müddət monastrda qalır, yalnız su və çörəklə qidalanırdı. Qadın monastrdan çıxdıqdan sonra evdə işləri yarımçıq qoyduğuna görə bu dəfə də əri tərəfindən kötəklənirdi. Əxlaqsız arvadı bağışlayan ər də cəzalandırılırdı.

Qonağı araq və öpüşlə qarşılamaq

Həyat yoldaşının qonağa nümayiş olunması böyük ehtiram əlaməti sayılırdı. 1643-cü ildə Holsteyn səfiri Adam Oleariy knyaz Lev Şlyaxovskinin çox xoşuna gəlir, buna görə də onu xüsusi zala aparır. Knyazın dəbdəbəli geyimli arvadı da onların ardınca zala girir. Səfir araq dolu qədəhi evin xanımından alıb içməli və əgər ər işarə versə qadının dodağından öpməli idi.

“Onun gözəl üzlü xanımı otağa daxil oldu... Yanında xidmətçi vardı, əlində araq şüşəsi və qədəh tutmuşdu. O, girən kimi əvvəlcə ərinin, sonra mənim qarşımda təzim etdi, xidmətçiyə buyurdu ki, qədəhi doldursun. Dolu qədəhdən azca içib mənə uzatdı, bu aktı üç dəfə təkrarladıq. Bundan sonra qraf təmənna etdi ki, xanımını dodaqdan öpüm. Belə şərəfə layiq olmadığımı düşünərək mən yalnız onun əlini öpdüm. Ancaq əri istəyirdi ki, dodaqlarından öpüm. Mən belə böyük mənsəb sahiblərinə ehtiramımı göstərmək üçün bu təklifi qəbul edərək onların adətlərinə əməl etməliydim.”

Snoxaçestvo – bağışlanası günah

“Deyəsən Rusiyadan başqa dünyanın heç bir yerində elə bir şey yoxdur ki, yaxın qohumlar arasında snoxaçesto adlanan bu cinsi əlaqə növü normal məişət hadisəsinə çevrilsin” – rus hüquqşünas, siyasi xadim, yazıçı Vladimir Nabokovun atası V. Nabokov yazırdı. Bu adət rus kəndlərində geniş yayılmışdı. Ata evin başçısı kimi ailənin digər qadınları, xüsusən oğlanlarının həyat yoldaşları – gəlinlər ilə əlaqəyə girmək hüququna malik idi. Cavan kəndli kişilərin əsgərliyə çağırılmaları və ya iş tapmaq üçün başqa şəhərlərə getməkləri buna şərait yaradırdı. Snoxaçestvo daha çox XVIII-XIX əsrlərdə yayılmışdı.

Arvadın bezdirdisə monastra get

Ailə həyatı qaydasında getmirsə, üstəlik münasibətlərin düzəlməsinə ümid qalmayıbsa o zaman ər, ya arvadın monastra getməsinin qorxusu yoxdu. Kişilər monsatra gedəndən sonra qadın təzədən ər axtarışına çıxırsa bu halda əvvəllər pivabişirən işləsə belə kişiyə din xadimi olmağa icazə verilir. Əgər qadın sonsuzdursa o zaman ər onu monastra yollayandan altı həftə sonra başqa qadınla evlənə bilər.

Dördüncü dəfə evlənmək qadağası

Pravoslav kilsəsi təkrar kəbini arzuolunmaz hesab edir. Arxiereylərdən birinin dediyinə görə birinci nikah qanun, ikinci insaniyyətə görə iradə zəifliyinin bağışlanması, üçüncüsü qanun pozuntusu, dördüncüsü isə namussuzluq sayılırdı. Bununla belə dul və ya boşananlar üçüncü, dördüncü dəfə evlənirdilər. Kilsə üçüncü dəfə evlənməyi bəyənməsə də hesab edirdi ki, hər halda günah içində yaşamaqdan yaxşıdır. Ancaq dördüncü dəfə ailə həyatı qurmaq birmənalı olaraq qanunsuz sayılırdı. Belə nikah ləğv edilir, kəbini kəsən ruhaninin rütbəsi əlindən alınırdı.

Qadınınla yaşamaq istədinsə ikonaların üzünü ört

Evlilik vəzifələrinin yerinə yetirilməsi zamanı Tanrını təhqir etmək olmazdı. Qədim ruslar bu işə başlamamışdan qabaq boyundan asdıqları xaçı çıxarırdılar. Otaqdan ikona və ya müqəddəslərin təsvirləri asılıbsa onların da üstünə örtük çəkirdilər. Üstəlik yaşadıqdan sonra həmin gün kilsəyə getməməyə çalışırdılar. Əgər kilsəyə getmək vacib idisə yaxşıca yuyunur və təzə paltar geyinirdilər.

Dul qadın olmağın üstünlükləri

Ərini itirmiş qadın bir daha nikaha girməməyə qərar verirdisə dərhal ərdə olanda məhrum edildiyi imtiyazları bərpa olunurdu. O, təsərrüfatdakı işləri aparır, evə və ailəyə başçılıq edirdi. Cəmiyyət də dul qadınlara ehtiramla yanaşırdı.

Oxşar xəbərlər

Xəbər lenti

Tanınmış Türk yazıçısının kitabı Azərbaycanda
14:18 21 Sentyabr 2020
Rəsulzadəyə həsr olunmuş dərgi çap olundu
13:32 21 Sentyabr 2020
Biz səni niyə oxuyaq? – Qismət gənc yazarı tənqid etdi
12:50 21 Sentyabr 2020
Azad seks və şantaja qurban gedən qızlarımız – Fəridə yazır...
12:08 21 Sentyabr 2020
Kənan Hacıya vəzifə verildi
11:35 21 Sentyabr 2020
Seyid Əzimin qəzəllər kitabı Özbəkistanda
11:05 21 Sentyabr 2020
Yol polisi ilə şortik davası
10:30 21 Sentyabr 2020
"Emmi" mükafatının qalibləri açıqlandı
10:03 21 Sentyabr 2020
Xalq yazıçısını dəfn edən molla: “Onu məzara qoymağa bir qohumu, dostu tapılmadı” – Müsahibə
08:58 21 Sentyabr 2020
Məşhur meyxanaçı: "O işlə təkcə meyxanaçılar məşğul deyil ki" - Video
17:01 19 Sentyabr 2020
Rejissormuzun filmi beynəlxalq festivalın qalibi oldu
15:51 19 Sentyabr 2020
Bitlz qrupu haqqında kitab çap olundu
14:41 19 Sentyabr 2020
Mənə möcüzə kimi görünən ədəbi hadisə - Elçin yazır...
13:30 19 Sentyabr 2020
Dörd min ildi dustağam - Adil Şirinin şeirləri
12:20 19 Sentyabr 2020
Dovlatovun heç yerdə çap olunmamış şeiri sərgiləndi
11:05 19 Sentyabr 2020
Respublika Uşaq kitabxanası yeni layihəsinin ilk mövzusunu Milli Musiqi Gününə həsr edib
09:59 19 Sentyabr 2020
Mətbəxdə cazibəsini itirən qadının dramı
09:00 19 Sentyabr 2020
Üzeyir Hacıbəyovun felyetonu: “Cin”
21:01 18 Sentyabr 2020
Açıq havada premyera oldu – İlk dəfə
19:01 18 Sentyabr 2020
Onlar "Ginnesin rekordlar kitabı"na daxil oldular - Fotolar
18:40 18 Sentyabr 2020