news-inner
clock11:00 calendar-gray 15 Noyabr 2017 view-gray272 dəfə oxunub
view-gray272 dəfə oxunub

İlyas Tapdığın yasındakı böyük inciklikETİRAZ

Kulis.az Firuz Mustafanın “Adamları təkcə dərmanla sağaltmırlar...” yazısını təqdim edir.

Ölkəmizdə tanınmış həkimlər çoxdur. Həmin həkimlərin arasında Rəşid Mahmudovun öz yeri, öz çəkisi var desəm yəqin ki, yanılmaram. Rəşid həkim təkcə öz peşə fəaliyyəti ilə deyil, həm də mediada, sosial şəbəkələrdə cəsarətli çıxışları ilə geniş əhali kütləsinin rəğbətini qazanıb.

Mən də Rəşid həkimin xətrini istəyirəm. Onunla bir neçə dəfə debata da çıxmışam. Həkim həmişə sözün düzünü deməyə cəhd edir, öz ürəyindən keçənləri auditoriyaya bəzək-düzəksiz çatdırmağa çalışır. Amma düzünü deyim ki, onun heç də bütün çıxışları obyektiv səciyyə daşımır. O, bir çox hallarda öz subyektiv fikirlərini auditoriyaya cəmiyyətin mütləq “ölçü vahidi” kimi, hökm kimi təqdim etməyə çalışır. Fəqət unutmaq lazım deyil ki, bu və ya digər məsələ barədə hər kəsin öz şəxsi fikri ola bilər və olmalıdır da.

Rəşid müəllim saytlardan birinə müsahibə verib. Əlbəttə, hər bir həkimin təbabət haqda, lap elə cəmiyyətin bu və ya digər problemi barədə ətraflı mülahizə yürütmək hüququ var. Məsələ burasındadır ki, hörmətli həkim dostumuz bu dəfə əsasən ədəbiyyat, ədəbi proses barədə verilən sualları cavablandırmağa çalışıb.

Təbii ki, heç bir həkimə ədəbiyyatla bağlı suallara cavab verməyi də yasaqlamaq olmaz. Niyə də olmalıdır ki?... Bu dünyada nəinki ədəbiyyat maraqlısı olan, hətta ciddi ədəbi əsərlər yaradan həkimlər də az olmayıb. Yəni hər iki sahədə fəaliyyət göstərən (həm həkimlik, həm də yazıçılıqla məşğul olan) alman Fridrix Şillerin, ingilis Artur Konan Doylun, rus Çexovun, amerikan Vilyam Pepperin, lap elə bizim doktor Nərimanovun adlarını çəkmək olar. Hələ mən ilkin peşə ixtisası etibarı ilə baytar həkim olan qırğız Çingiz Aytmatovun böyük sənətkar kimi dünya ədəbi prosesindəki rolundan söz açmıram.

Müsahibədəki suallara verdiyi cavablardan bəlli olur ki, Rəşid həkim ədəbi prosesə elə də dərindən bələd deyil. Əlbəttə, heç də hər kəsin öz peşəsindən qeyri bir sahə barədə söz açmasına yasaq qoymaq olmaz. Hər kəsin hər bir məsələ ilə bağlı öz subyektiv rəyi ola bilər. Məsələ burasındadır ki, dostum Rəşid həkim təkcə ədəbi prosesə deyil, hətta ayrı-ayrı ədəbi şəxsiyyətlərə, tanınmış personalara qiymət verməyə çalışır.

Əvvəla, gəlin müsahibənin başlığına çıxarılmış hökmə diqqət yetirək: “Müşfiqi satan o iki əclaf olub”. Həkim dostumuz hətta “satqınların” adını da “dəqiqləşdirir: “Satqın iki əclaf olub: Məmməd Səid Ordubadı və Məmməd Rahim. Hamısını bu ikisi satıb”.

Müsahibə götürən haqlı sual verir:

“- Bunu nəyə əsasən deyirsiniz?

- KQB-nin arxivinə.

- Siz o arxivi görümsünüz?

- Görməmişəm, görənlər deyib”.

Görəsən, Rəşid müəllimin bu cavabını nə qədər qənaətbəxş hesab etmək olar?

Həmin müsahibədə Rəşid müəllim dönə-dönə deyir ki, Anarın ondan xoşu gəlmir, ancaq onun Rəsul Rzanın şeirlərindən çox xoşu gəlir. Sonra da başlayır Rəsul Rzadan poetik nümunələri öz bildiyi kimi təhlil etməyə. Mən deyə bilmərəm ki, bu adamlardan (yəni Anarla Rəşid həkimin) birinin digərindən xoşu gəlir, ya yox. Amma həkim bu “xoşa gəlib-gəlməməyin” səbəbini “açıqlayanda” məsələni bir qədər qarışdırır. O, deyir: “Şair İlyas Tapdıq rəhmətə gedəndə... Anar gəldi, bircə kəlmə də danışmadı”.

Yeri gəlmişkən, mən də həmin hüzr mərasimində iştirak etmişəm. Və yaxın qohumlarının təkidi ilə vida mərasimini mən aparmışam. Mərasim mərhum şairin doğmalarının istəyi ilə Təzə Pir məscidində keçirilirdi.

Rəşid həkim deyir: “Rəhmətə gedəndə bir adamı yox idi ki, onu götürsün”. Qətiyyən düz deyil. Orada kifayət qədər adam vardı. Bir də ki, heç bir hüzr məclisinə adamları zorla toplamırlar axı. Sonra həkim belə söyləyir: “İrəli durdum. Dedim, bura nəyə gəlmisiz? (Anarı nəzərdə tutur). Niyə bir kəlmə demirsiz, danışmırsız? Bəlkə, aranızda bir haqq-hesab var, qisas almağa gəlmisiz? Düşmənçiliyiniz varsa, gedin, başqa yerdə aparın, adam vəfat eləyib”.

O, məclisdə həqiqətən Anar geniş çıxış etmədi. AYB sədri hüzr yerinə gələrkən mən qısaca bunu dedim: “Əgər istəsə Anar müəllim də öz ürək sözünü deyə bilər”. Anar da ayağa durub qısa şəkildə dedi: “Allah rəhmət etsin. Yeri cənnət olsun”. Yerdən bir-iki adam replika atdı: “Anar müəllim niyə çıxış etmir? Anar niyə ətraflı danışmır?” Anar yenə ayağa durub təkrarən dedi: “Allah rəhmət etsin. Mən öz sözümü dedim”.

Bir-iki adam mənə yaxınlaşıb Anardan daha geniş çıxış gözlədiklərini bildirdilər. Mən dedim: “Anar müəllim öz sözünü qısaca dedi. Bir də ki, hər kəsin danışmaq hüququ olduğu kimi, danışmamaq hüququ da var. Az və ya çox danışmaq da fərdi məsələdir”.

Bəli, gizlətmirəm, Anarla İlyas Tapdıq adasında müəyyən dövrdə soyuqluq olub. Mən bunu, bu qarşılıqlı incikliyin səbəbini bilirəm. Bunu mərhum şair özü də arada xatırlayırdı. Və o, bir neçə yazısında cavanlıq dövründə müəyyən səhvə yol verdiyini etiraf da etmişdi. Bu məsələnin bəzi nüansları hörmətli yazıçımız Nahid Hacızadənin Rəsul Rza haqda yazdığı geniş xatirə-oçerkdə təsvir olunub. Amma orası da var ki, bəzilərinin düşündüyü kimi, yazıçı Anarla şair İlyas Tapdıq arasında qətiyyən böyük bir ədavət-filan yox idi. Onların hətta bəzən zarafatyana söhbətlərinin də şahidi olmuşam. AYB sədrinin rəhmətə getmiş qələm dostunun hüzrünə gəlməsi də bir ehtiram nümunəsi, bir hörmət nişanəsi idi.

Sonra. Adı çəkilən müsahibədə Rəşid Mahmudov bir neçə qələm adamını da tənqid edir. Hamı bilir ki, Dəmir Gədəbəyli və Musa Ələkbərli tanınmış şairlərdir. Hər ikisinin İlyas Tapdığa sayğısı, hörməti çox olub. Onlar mərhum şairə Rəşid həkimdən daha yaxın olublar və təbii ki, öz dostlarının ölümünə başqalarından daha çox yanıblar.

Həkim deyir ki, niyə şairin bu iki dostu irəli durub AYB sədrinə bir söz deməyiblər? Onlar nə deməli idilər ki, Rəşid həkim?... Bəlkə əlbəyaxa olmalı və ya müharibə elan etməli idilər? Bəyəm orada qanqaralıq üçün əsaslı bir səbəb vardı ki? Bayaq dediyim kimi, hansısa hüzrdə (lap elə şənlikdə və ya iclasda) kimin nə qədər danışmağı bir fərdi, şəxsi işdir. Bunu dramatikləşdirməyə, ictimailəşdirməyə bəyəm bir ehtiyac var?

Rəşid Mahmudovun müsahibəsi bu sözlərlə bitir: “Bizim Dəmir Gədəbəylinin bir şeiri var, görün nə yazır:

Gör nə günlərə qaldın,

Kül təpənə, a dünya!

Deyirəm, a kişi, Anara bir söz deyə bilmirsən, qlobusu qabağına qoyub uşaq kimi danlayırsan. Belə olmaz axı”.

Bəli, belə olmaz, həkim. Siz bilməmiş deyilsiniz ki, həkimin vəzifəsi təkcə kiməsə hansısa xəstəliyin diaqnozunu qoyub resept yazmaqdan, tibbi məsləhətlər verməkdən ibarət deyil. Həkim söz adamı, hiss adamı, qələm adamı haqda ehtiramla, ehtiyatla danışmalıdır.

Bir də ki, dünyanın müdrik loğmanları adamları təkcə dərmanla sağaltmayıblar.

14.11.17

news-inner-user

19947 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Sənubər İsgəndərli yeni veriliş açır
14:10 17 Sentyabr 2021
Sevgilisi: "Vüqara yaraşmayan qadınlar qəbrinin üstündə hoqqa verir"
13:01 17 Sentyabr 2021
Narkotikaya qurşandı, cibindən 11 min manat oğurladılar, küçədə ağlaya-ağlaya pul diləndi – Oğlunun faciəsində Səyavuş Aslanın günahı
12:30 17 Sentyabr 2021
Vətənə əbədi köçün mübarək, Yaqub Zurufçu!
11:45 17 Sentyabr 2021
Bakirə qız axtaran debillər
11:10 17 Sentyabr 2021
Bakıda milli kitab sərgisi keçiriləcək – İlk dəfə
10:33 17 Sentyabr 2021
Səyyad Əlizadə Mərkəzi Gömrük hospitalına köçürülüb
09:48 17 Sentyabr 2021
Müəllifi bu mahnıya niyə sahib çıxa bilmir? – Plagiatın qurbanı olan “Bayatılar”ımız
09:00 17 Sentyabr 2021
Ölümünə aktyor, ölümünə inqilabçı... - Bir dahi portreti
21:00 16 Sentyabr 2021
Məşhur Amerika filmi yenidən çəkiləcək
18:51 16 Sentyabr 2021
Azərbaycanlı professor vəfat etdi
18:15 16 Sentyabr 2021
Azərbaycanlı şair: “Hər ay ABŞ-dan mənə pul gəlir” – Müsahibə
17:31 16 Sentyabr 2021
Mədəniyyət Nazirliyi məlumat yaydı - Mətn
17:05 16 Sentyabr 2021
Çingiz Abdullayev şeir oxudu – Fotolar
16:15 16 Sentyabr 2021
Əri qorxusundan onu boşadı, çadrasını Cəfər Cabbarlı açdı, anası qızına görə dinə qarşı üsyan elədi - İlk kinoaktrisamızın ağlagəlməz həyatı
15:28 16 Sentyabr 2021
Millət vəkili Salam Sarvanı təbrik etdi - Foto
14:56 16 Sentyabr 2021
Özbəkistanla müştərək film çəkəcəyik
14:00 16 Sentyabr 2021
Benzinin bahalaşmasına haqq qazandıran millət vəkilləri – Sərdar yazır...
13:15 16 Sentyabr 2021
Səyavuş Aslanın küçədə qalan oğlu ilə bağlı rəsmi açıqlama - Foto
12:24 16 Sentyabr 2021
Acun azərbaycanlı olduğunu açıqladı – Video
12:18 16 Sentyabr 2021