“Əli və Nino” filmi ikinci dəfə İtaliyada

“Əli və Nino” filmi ikinci dəfə İtaliyada
14 noyabr 2017
# 10:00

Bu ilin yayında İtaliyada keçirilmiş Birinci Azərbaycan Film Festivalı çərçivəsində ilk dəfə təqdim edilmiş dünyaca məşhur “Əli və Nino” filmi yenidən italyan tamaşaçıların qarşısına çıxıb.

Bu dəfə filmin nümayişi Azərbaycanın İtaliyadakı səfirliyi və İtaliya Xarici İşlər Nazirliyi Əməkdaşlarının Həyat Yoldaşlarının Assosiasiyası (ACDMAE) tərəfindən Romanın mərkəzində yerləşən “Tiziano” kinoteatrında təşkil olunub. Filminin nümayişi ilə ACDMAE-nin mədəni mübadiləni təşviq etmək məqsədilə həyata keçirdiyi “Beynəlxalq film seriyaları” layihəsinin açılışı reallaşıb.

Tədbiri giriş sözü ilə ACDMAE-nin prezidenti Sofia Marras açıb və ardınca həmin qurumun inzibati şurasının üzvü Puççi Rastrelli, Azərbaycanın İtaliyadakı səfirinin həyat yoldaşı Aynurə Hüseynova və ölkəmizin İtaliyanın Genuya şəhərindəki fəxri konsulu Marqarita Kosta salamlama nitqi söyləyiblər.

Qeyd edilib ki, layihənin rəhbəri və icraçı prodüseri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, prodüseri Kris Tikyer, rejissoru “BAFTA” mükafatı sahibi Asif Kapadia, ssenari müəllifi isə “Akademy Award” mükafatı laureatı Kristofer Hemptondur. Filmdə baş rolları 86-cı Kino Akademiya festivalının qalibi Adəm Bəkri və Qoya mükafatı laureatı, ispaniyalı aktrisa Mariya Valverde ifa edirlər.

Sonra “Əli və Nino” filmi nümayiş etdirilib.

Yazıçı Qurban Səidin dünya bestselleri olan eyniadlı romanı əsasında ekranlaşdırılan “Əli və Nino” Azərbaycanın müstəqillik uğrunda mübarizəsi və XX əsrin əvvəlində Azərbaycanın Rusiya tərəfindən işğal edilməsi fonunda müxtəlif dinlərə etiqad edən iki gəncin sevgisindən bəhs edir.

Tədbirin sonunda iştirakçılara Azərbaycanın milli mətbəx nümunələrindən müxtəlif şirniyyatlar təqdim olunub.

AzerTac

# 1763 dəfə oxunub

Oxşar xəbərlər

Azərbaycan əsgəri ağlaya bilərmi? - Hamını qəzəbləndirən "Kuklalar"

Azərbaycan əsgəri ağlaya bilərmi? - Hamını qəzəbləndirən "Kuklalar"

10:30 20 fevral 2026
"Yuva"  filmi yenidən nümayiş olunacaq

"Yuva" filmi yenidən nümayiş olunacaq

15:40 19 fevral 2026
Berlin Film Festivalında yeni qərar: Bu ildən sonra...

Berlin Film Festivalında yeni qərar: Bu ildən sonra...

15:04 19 fevral 2026
“Məsumiyyət muzeyi”  yenidən gündəmdə

“Məsumiyyət muzeyi” yenidən gündəmdə

10:25 17 fevral 2026
"Xaç atası"nın aktyoru vəfat etdi

"Xaç atası"nın aktyoru vəfat etdi

10:08 17 fevral 2026
"Tehran" serialının israilli prodüseri otel otağında ölü tapıldı

"Tehran" serialının israilli prodüseri otel otağında ölü tapıldı

16:00 16 fevral 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər