writer1

Mirmehdi Ağaoğlu

Məqalə sayı

574
clock10:21 calendar-gray 06 Oktyabr 2017 view-gray436 dəfə oxunub
view-gray436 dəfə oxunub

Elşad Mirinin İŞİD-sayağı qəzəbi

Mirmehdi Ağaoğlu

Bir neçə gün əvvəl ilahiyyatçı Elşad Miri ilə bir verilişdə qonaq idik. Yəqin ki, oxucular verilişin mövzusunun nə olduğunu dərhal anladılar. Elşad Miri din mövzusuna dəvət edilməyəcək də başqa hansı mövzuya dəvət ediləcək? Biz yazarlarıq, ədəbiyyatdan başqa (çünki ədəbiyyatı müzakirə edən tv verilişləri yoxdu) hər mövzuya dəvət alırıq və namxuda birini də geri qaytarmırıq, canla-başla iştirak edirik.

Mövzu təbii ki, din idi. Bir az da dəqiqləşdirim: Aşura günü, Kərbəla hadisələri...

Ancaq biz burda nə Aşura günündən danışacağıq, nə də Kərbəla hadisələrindən, Elşad Mirinin "faciəsindən" danışmaq istərdim.

Elşad Mirini çoxları kimi mən də efirdən tanımışam, hardasa on il əvvəl. Dini mövzuların müzakirəsinə dəvət alardı və hər dəfə də özünün əsaslandırılmış, xürafatdan uzaq, ciddi mənbələrə söykənən, ənənəvi dini dünyagörüşündən fərqli fikirləri ilə tamaşaçını heyrətləndirməyi bacarırdı.

O vaxta qədər belə din xadimi görməmişdik, vardısa da bir əlin barmağı qədər etməzdi. Hər sitatının mənbəsini dilə gətirirdi. Özündən əmin idi. Ənənəvi görüşün dindən bildiyi ayinləri xurafat adlandırırdı. Cəsarətli idi.

Mənim yadımda qalan ən məşhur çıxışı isə əziz dostumuz Aqşin Yeniseylə qarşılaşdığı veriliş idi. Aqşinin kəsərli fikirlərinin qarşısında davam gətirmək çətin məsələdir, o, bunu bacarmışdı. Çünki dini biliklərlə yanaşı, elmi biliklərə də yiyələnmişdi.

Qısacası, Elşad Mirinin fikirlərini hər zaman rəğbətlə dinləmişəm. Razılaşmasam, fikirlərinin havadan deyilmədiyinə, əsaslı, dəlil-sübutlu olduğuna inanmışam.

Ancaq getdikcə onun çıxışları-açıqlamaları məndə fərqli təəssürat oyatmağa başlayıb. Elşad bəydə qəribə aqressiya yaranıb. Sanki artıq insanlara doğru bildiyi şeyi öyrətmək niyyəti ilə deyil, onlara “sizə yaxşı olub, elə bu cür də qalın” qəzəbi ilə çıxış edir. Fikrimizi bir az da dəqiqləşdirsək, əvvəllər quyuya düşmüş adamı danlayanda ona əlini də uzadırdısa, indi danlamaqla qalmayıb quyunu torpaqla da doldurur.

Əgər əvvəllər onun çıxışları həqiqəti yaymaq üçün idisə, indi sanki nifaq salmaq üçündür.

O təvazökar çıxışlar təkəbbürlü bağırtılara dönüb.

Qəzəb saçan bu çıxışlar sanki uçurumu dərinləşdirməyə xidmət edir. Elşad Miri "əliqılınclı fikirlər"i ilə hər dəfə apponentin üstünə eləhücum çəkir ki, adamın gözlərinin qabağında İŞİD-in başkəsmə videoları canlanır.

Təkrarçılıq çıxmasın, həmin verilişdə səsləndirdiyim fikri burda da deyim: Elşad Miri faktlarla danışır, dediklərinin çoxu ilə razılaşmaq gərək, çıxışlarının əksəriyyəti mifdən, nağıllardan, uydurmaçılıqdan arındırılmış fikirlərdir, ancaq bu fikirlər acıqla, nifrətlə səsləndirildiyi üçün qarşı tərəfdə qəzəb yaradır. Nəticədə onun dediklərinin faydası dəfələrlə aşağı düşür.

Halbuki Elşad Miri bir ilahiyyatçı olaraq daha təmkinlə davranmalıdır. Əks halda qarşı tərəf də o çıxışları eşidəndə qulaqlarını əlləriylə qapayacaq. Nəticədə Elşad Miri eşidilməz olacaq. Belə olan halda onun savadının da, biliyinin də, xalqı xurafatdan aralı tutmaq üçün dediklərinin də bir əhəmiyyəti qalmayacaq.

Bundan isə Elşad Miri yox, biz əziyyət çəkəcəyik.

Elşad Miri kimi savadlı, dünyəvi din adamları cəmiyyətdə nə qədərdir ki?!

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

“Azərbaycanın klassik 12 instrumental muğamı” kitabı təqdim olundu
18:59 27 Yanvar 2021
Mədəniyyət naziri Fransanın dövlət katibi ilə görüşdü
18:11 27 Yanvar 2021
Qarabağda mina təmizləyənlərdən film çəkildi - Video
17:28 27 Yanvar 2021
Bizim keçmişimiz əl-ələ gəzir - Elvin Bakiroğlunun yeni şeirləri
16:46 27 Yanvar 2021
Di Kaprio ABŞ prezidentinə açıq məktub yazdı
16:01 27 Yanvar 2021
Fərhad Bədəlbəyli: “Bülbülün həyətinə girəndə qorxdum” – Şuşa söhbəti
15:18 27 Yanvar 2021
Çində "Nizami irsi" layihəsinə strat verildi
14:46 27 Yanvar 2021
Klassikanı niyə oxumalıyıq?
14:01 27 Yanvar 2021
Psixoloq: “Media intihar xəbərlərində ehtiyatlı olmalıdır” – Müsahibə
13:20 27 Yanvar 2021
Balaca ifaçımız beynəlxalq mükafat aldı
12:41 27 Yanvar 2021
Valları rekord qırdı, ailəsini atıb "müqəddəs ata" oldu, rahibəylə eşq yaşadı - Azərbaycanlı şairin qeyri-adi həyatı
11:58 27 Yanvar 2021
İki gündən bir ağlaşma quran sənətçilər
11:29 27 Yanvar 2021
“Uşağın duası” işıq üzü gördü
11:09 27 Yanvar 2021
90 yaşlı aktyor ata oldu
10:43 27 Yanvar 2021
Tofiq Bakıxanov “Şərəf” ordeni ilə təltif edilib
10:16 27 Yanvar 2021
Samirə Əşrəfə ağır itki üz verib
10:06 27 Yanvar 2021
Təbrizli yazar: “Nizamini məqbərədən çıxarıb xalqın həyatına qaytarmalıyıq” – Müsahibə
09:01 27 Yanvar 2021
“Ulduz” jurnalının yeni nömrəsi işıq üzü görüb
19:20 26 Yanvar 2021
Nizami ilə bağlı müsabiqə elan olundu - Şərtlər
18:42 26 Yanvar 2021
Dəlisov yellərə məndən salam de - Natiq Əlisoyun şeirləri
17:29 26 Yanvar 2021