writer1

Aliyə

Məqalə sayı

997
clock10:08 calendar-gray 04 Oktyabr 2017 view-gray384 dəfə oxunub
view-gray384 dəfə oxunub

Kasıblar dünyanı zibilləyirlər

İçərişəhərdən turistlərin gəzdiyi yerlərdən reportaj düşünürdüm. Qala divarlarını o tərəfə keçən kimi, bayaqdan izlədiyim, ardınca gedə-gedə şəkillərini çəkdiyim turistləri, “Turist izi ilə” adlandırmağı düşündüyüm reportajı itirdim. Fotokameram turistləri unudub bir kənarda səliqə ilə dayanmış zibil qablarına vuruldu.

Çirkli təkərli, suyu axan zibil qabı demirəm sizə. Kağız tullantıları, şüşə və qeyri tullantılar üçün çeşidlənmiş qablar deyirəm. Bu zibil qabı muzeydəki əsər kimi aparırdı özünü. Kameram camaatın arasında sevgisi faş olan aşıq kimi utana-utana onun şəkillərini çəkirdi.

Söhbəti mədəni olmağa, yerə zibil atmamağa aparıram düşünürsünüz yəqin. Elə deyil. Heç kəsdən bir təmənnam yoxdur. Zatən zibil atan yazı oxumaz. Oxuyan da zibil atmaz. Həm mədəniyyət dərsinə uzaqdan başlamaq lazımdır. Bu zir-zibil hamısı mədəniləşməyin, sivilizasiyanın məhsuludur, kapitalizmin tullantılarıdır.

Məsələn, məhsulun təqdimatı üçün nəzərdə tutulmuş praktik plastik qablaşdırmalar sən demə, ən gec çürüyürmüş. Hələ o gün oxudum ki, inkişaf etmiş ölkələrdə içməli suyun tərkibində xeyli polietilen lifləri aşkarlayıblar.

Az inkişaf etmiş ölkələrdə - Afrikanın hələ sivil dünyanın ayağı az dəyən yerlərində məsələn, sular təmizdir. Bulandırmasalar əlbəttə.

Yəni, istehsal artır, istehsal məhsulları artır, amma istehsal və istehlak mədəniyyəti ləngdir. Bəlkə də istehsal amansızca sürətlə artır. Biz insanlartəkliflərin arasında düşünmək gücümüzü itiririk.

Mətbəxə və tualetə qoyduğumuz salfetkadan ötrü ağaclar kəsilirmi? Kəsilir. Birdəfəlik qablar hər yeri zibilləyirmi? Məhvi çətindirmi, çətindir. Yananda toksin buraxır atmosferə. Amma kimin nə vecinə?

Ucuz istehsal edib, çox qazanmaq istəyirlər. Həm də hər şeyin kasıblar üçün ucuzunu düşünürlər. Nə xeyirxah insanlardırlar. Amma kasıblar? Kasıblar dünyanı zibilləyirlər. Amma nə etməli? Onlar da yaşamalıdır, uşaqlarını ucuzplastmas oyuncaqlarla sevindirməlidirlər.Dözümlü olmaq lazımdır.

Həm birdəfəlik olanlar da tək oyuncaqlar deyil. Qab-qaşıqlardan tutmuş şprislərə qədər. Gigiyenik vasitələr. Artıq həyata vəsiqə qazanmış, əşhədü vacib əşyalar. Hər şey...

Əgər bu konvensiyalar, birliklər, simpoziumlar sivil, mədəni cəmiyyət üçünsə, insanlara bir düşünmək imkanı da yaratmaq lazımdır.

Əminəm ki, o çeşidlənmiş zibil qutularını gətirib qoysalar məsələn, Xırdalana, çətin ki, ora işlənmiş dəftər, lazımsız kağız, şüşə atan çox ola. Bunun effektivliyi də olmayacaq. Amma insanlar düşünməyə başlayacaq ki, nəinki zibili qaba atmaq lazımdır, hətta çeşidləyib atmaq lazımdır, çün, kağız ağac deməkdir, onun qırılmasının qarşısını almaq üçün kağızı təkrar istehsala vermək olar. Qlobal - qlobal düşünəcəklər ki, təbiəti qorumalıyıq, yoxsa məhv olacağıq. Bəlkə əlləri heç nəyə çatmayacaq, amma ən azı uşaqlarına bunu deyəcəklər. Uşaqlarına “Texnologiya” dərsinə sarı yarpaq axtaranda payızın olmayacağından narahat olacaqlar.

Yəni, uzun sözün qısası, o zibil qablarını İçərişəhəri gəzən turistlərə yox, Əhmədlidə səhər zibil atan insanlara göstərmək lazımdır.

Mən şəklini çəkib göstərə bilirəm-əlimdən bu gəldi yalnız...

Bu qədər zibilin içində məhz zibil qabındakı zibillərdən danışdığım üçün “müvəqqəti narahatçılığa görə üzr istəyirəm.”

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Türkiyəni Avroviziyada təmsil edən qrupun solisti vəfat etdi
19:07 11 Avqust 2020
Azərbaycanda doğulmuş yəhudi rəssamın sərgisi olacaq
18:46 11 Avqust 2020
Tarantino filmdən imtina etdi
18:15 11 Avqust 2020
Nəşriyyat yeni müsabiqə elan etdi - Şərtlər
17:39 11 Avqust 2020
Dünyanın sonuncu tənha adamı - Kamal Abdullanın romanları haqda...
16:58 11 Avqust 2020
Nənəmin laylası öpür üzümdən – Şeirlər
15:44 11 Avqust 2020
Məşhur şairin məzarı tapıldı - Foto
14:52 11 Avqust 2020
İntihar edən məşhur aktyorun həyatı film olur
14:01 11 Avqust 2020
Sevdiyi kişidən məcbur ayırdılar, əri xalası qızıyla evləndi, gənc yaşında xiffətdən öldü – Faciələrə dözməyən “Nəsimi”nin Şəmsi
13:11 11 Avqust 2020
Uşaqlıqda hərbçi atamın, gənclikdə hərbçi sevgilimin yolunu gözləmiş adamam – Fəridə yazır...
12:06 11 Avqust 2020
"Azərbaycan Böyük Vətən müharibəsi illərində" kitabı nəşr olunub
11:27 11 Avqust 2020
Əri hamilə yoldaşını dənizdə niyə boğdu? - Günel Natiq yazır...
10:42 11 Avqust 2020
Sevda Ələkbərzadə yeni mahnısını təqdim etdi - Video
10:05 11 Avqust 2020
Atamın əlləri - Sərdar Aminin yeni hekayəsi
09:01 11 Avqust 2020
Özünü Ancelina Coliyə çevirən gənc oğlan - Fotolar
18:43 10 Avqust 2020
İlğım - Şəhla Nihanın yeni hekayəsi
17:59 10 Avqust 2020
Kinonun böhrana təsiri - Çarli Çaplin nə demək istəyirdi?
17:14 10 Avqust 2020
Mədəniyyət nazirinin müşaviri və şöbə müdirləri vəzifəsindən azad edildi
16:24 10 Avqust 2020
Rusların Yer planetində açdıqları "Cəhənnəm qapısı": Əlli ildir, bağlaya bilmirlər - Foto
16:02 10 Avqust 2020
Yazıçı Səfər Alışarlının yeni kitabı çap olundu
15:45 10 Avqust 2020