writer1

Sevinc Elsevər

Məqalə sayı

104
clock09:54 calendar-gray 27 İyul 2017 view-gray267 dəfə oxunub
view-gray267 dəfə oxunub

No inşallah!

Bu günlərdə əlimdə mətbəx işi gördüyüm yerdə oğlum mənə dedi ki, nə vaxt kitab mağazasına getsək, mənə oyuncaq da alarsan?! Orda bir oyuncaq görüb bəyənibmiş. Mən də başımı işdən qaldırmadan dedim ki, hə, baxarıq, baxarıq! Qəfil üz-gözünü turşudub əlini əlinə vurdu: “Eşşş, baxarıq heç vaxt almayacam deməkdi!”

Mat qaldım. “Baxarıq, baxarıq” - deyə-deyə gör nə qədər vəd verib əməl eləməmişəm.

Bu yerdə yadıma əcnəbilərlə işləyən bir yaxınımızın danışdığı əhvalat düşdü. Deməli, italyan yoldaşa bizim azərbaycanlı sözünün əvvəlində də, sonunda da “İnşallah, inşallah” söz verməyə başlayıb. Bu vaxt italyan yoldaş iki əlini də göyə qaldıraraq, etiraz eləyib: “No inshallah! No inshallah! I need now!”

Yeri gəlmişkən, elə bilirdim “inşallah” deyə olacaqları gözəgörünməz qüvvələrin üstünə atmaq, hər şeyin məsuliyyətini uca Tanrıyla paylaşmaq təkcə biz müsəlmanlardadı. Sən demə, ispanların da “İnşallah” kimi məşhur kəlməsi varmış. Bunu da bu günlərdə Corc Oruelin müəllifi olduğu “Kataloniyaya məhəbbətlə” əsərini oxuyarkən öyrəndim.

Yazıçı İspaniyada könüllülər dəstəsində olarkən, ispanları yaxşıca müşahidə eləmək imkanı qazanır. O, yazır ki, İspanlarla təmasda olan əcnəbilərin hamısı onların astagəlliyindən, ən başlıcası heç bir əndazəyə sığmayan qeyri-dəqiqliklərindən dad edirdi. İstəyib-istəməsə də, əcnəbinin mütləq öyrəndiyi bir ispan sözü vardı. Bu, “manana” kəlməsi idi. Mənası “ertəsi gün”, “sabah” deməkdir. İspanlar ələ ən kiçik imkan düşən kimi bu gün görülməli işi həvəslə “Manana”-ya saxlayırdılar.

Bizim də bu günün işini sabaha qoyan “İnşallah”, “Allah qoysa” kəlmələrimiz var. Bu kəlmələrlə bütün məsuliyyəti özümüzdən uzaqlaşdıra bilirik.

“İnşallah, bir gün Qarabağda, Şuşada deyək, gülək, oynayaq!” ...

25 ildir bu sözləri eşidirəm.

Televiziya şoularının birinə nigeriyalı iki tələbəni çıxartmışdılar. Bu tələbələrin azərbaycanca öyrənmək həvəsini aparıcı şövqlə təqdim edirdi. Tələbələrə mikrofon uzatdılar. Elə ilk cümlələrdən tələbənin biri nə desə yaxşıdır: “İnşallah, bu cür verilişləri Qarabağda hazırlayarsız, biz də gəlib qonaq olarıq!”

Bilmədim ağlayım, ya gülüm.

Bu gün 6 yaşında uşağın “Baxarıq” kəlməmə etiraz etməsi xoşuma gəldi. O, sövq-təbii hisslə anlayıb ki, bu kəlmə təhlükəli kəlmədi, adamı geri salan kəlmədi. Əgər “Baxarıq” deyə söz verirlərsə, aldanmaq olmaz! Başqa bir kəlmə tələb etməlisən.

Daha dəqiq, daha etibarlı olanını.

Bizdən sonrakı nəsil deyəsən bizə oxşamayacaq.

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Mübariz Örəndən yeni hekayə: İlıq
21:00 13 İyul 2020
Nərgiz İsmayılovanın yeni monoqrafiyası nəşr olundu
18:44 13 İyul 2020
Bollivud ulduzu koronavirusa yoluxdu
18:02 13 İyul 2020
Payızda vağzala getməyəsən... - Poetik etüdlər
17:36 13 İyul 2020
Mirmehdi Ağaoğlunun Türkiyədə hekayələr kitabı çap olundu
17:18 13 İyul 2020
On beş ilin salamı – Kənan Hacı yazır
16:39 13 İyul 2020
Bu gün “Vətən borcu” filminin premyerası olacaq
15:51 13 İyul 2020
Tənqidin sərhədləri - Qismətin Tomas Eliotdan tərcüməsi...
15:10 13 İyul 2020
Məşhur müğənni kitab yazdı
14:25 13 İyul 2020
Koronavirusa həsr olunan film çəkilir
13:37 13 İyul 2020
Elvis Preslinin nəvəsi intihar etdi
12:56 13 İyul 2020
Qanıyla torpağa “Qarabağ” yazan, son nəfəsdə şikəstə oxuyan, mina ilə tankın altına sürünən Azərbaycan əsgəri – Müharibə əhvalatları
12:15 13 İyul 2020
Ötən günün müharibə həyəcanı - Samirə Əşrəf yazır...
11:37 13 İyul 2020
Gevorkovun bacısı qızı ilə gəzən azərbaycanlı – Mahir yazır...
11:05 13 İyul 2020
Məşhur rəsm əsəri 22 milyon dollara satıldı
10:30 13 İyul 2020
Yazıçımızın hekayəsi Gürcüstan ədəbiyyat portalında
09:34 13 İyul 2020
“Mücrü” jurnalının baş redaktoru: “Ayağım nəşriyyata düşərli olmadı” – Müsahibə
09:00 13 İyul 2020
Xalq artisti koronavirusa yoluxdu
14:28 12 İyul 2020
Qızını ölən qızının həyat yoldaşına verdi, oğlu intihar etdi, nəvəsi güllələndi... – Axundov haqqında inanılmaz faktlar
12:15 12 İyul 2020
Anar özünün ən uğurlu hekayəsini seçdi – Mətn
11:44 12 İyul 2020