news-inner
clock10:00 calendar-gray 30 İyul 2017 view-gray108 dəfə oxunub
view-gray108 dəfə oxunub

Qadının müəmmalı sükutu: “PERSONA”

Bu gün böyük İsveç rejissoru İnqmar Berqmanın anım günüdür. Kulis.az bu münasibətlə Sevda Sultanovanın dahi rejissorun “Persona” filmi haqda yazdığı təqdimat yazısını təqdim edir.

İsveç rejissoru İnqmar Berqman intellektual-fəlsəfi kinonun son ustalarından sayılır.

Berqmanın filmləri hər şeydən əvvəl insan şüurunun alt, gizli qatlarını, ən dərin suallarını araşdırır.

Ailə ənənələrinin, şəxsiyyətin, dinin böhranı, insanların getdikcə qəlizləşən münasibəti və bunu anlamağa cəhd onun əsas mövzularıdır.

Keşiş ailəsində doğulan, qadağalar dünyasından qaçıb azad sənəti seçən Berqmanı daha yaxşı dərk etməkdə onun avtobioqrafik “Laterna Magika” kitabı yardımçı ola bilər.

Bu gün sizə onun yaradıcılığının ən əhəmiyyətli filmlərindən biri və kino mütəxəssislərinin çöxölçülü adlandırdığı “Persona” psixoloji dramını (1966) təklif edirik.

Filmin məzmunu:

Teatr aktrisası Elizabet tamaşa zamanı qəfildən susur və daha danışmır. Psixiatr müəyyənləşdirir ki, Elizabet psixi sağlam olsa da qəribə bir vəziyyətdə- donub qalma vəziyyətindədir.

Onu baxıcısı, tibb bacısı Alma ilə birlikdə şəhərkənarı evə dincəlməyə yollayırlar.

Image result for bergman

Elizabet susur, Alma isə onu vəziyyətdən çıxarmağa çalışır.

Əslində filmin bütün mahiyyəti onun adında gizlənib. “Persona” latın sözü olub “maska” deməkdir.

Filmi çəkərkən Berqman, “persona”nı arxetip kimi götürərək onu insanın sosial maskası kimi təqdim edən İsveçrə psixiatrı Karl Yunqun fəlsəfi nəzəriyyəsinə əsaslanıb.

Yunqa görə “persona” fərdin süni şəkildə formalaşdırdığı, ictimai rəyə hesabladığı “mən”idir, başqa cür desək, onun sosial maskasıdır. Yəni fərd ictimai həyatın tələblərinə, normalarına uyğun davranaraq maskalanır, onun gizlədiyi gerçək “mən”i isə başqadır.

Filmdə də iki “mən”in - sosial maskanın və gerçək mənin konflikti dayanır.

Antik teatrda aktyorların maskası məhz “persona” adlanırdı və baş qəhrəmanın da peşəcə aktrisa olması təsadüf deyil.

Müxtəlif maskalar taxıb səhnədə oynayan aktrisa reallıqda da oynamağa məcburdur. Məsuliyyətini daşımaq istəmədiyi (məsələn, o, ətrfadakıların xoşuna gələcək nümunəvi insan olmalıdır) rolu oynamaqla individuallığını itirməsinin böhranını yaşayır

Film boyu Elizabet susur, Alma isə keçmişindən danışır, gələcək planlarını, sirlərini bölüşür. O, bir növ Elizabetin ikinci “mən”inə çevrilir.

Bir çox kinoşünaslar hər iki personajı əslində eyni, vahid obraz kimi qəbul edir. Yəni Alma gerçək, daxili “mən”, Elizabet sosial maskadır. Və Alma ilə Elizabet arasındakı konflikt, mübarizə bir insanın daxilində baş verir.

Berqman tamaşaçını çətin suallarla üz-üzə qoyur: necə yaşamalı və ya necə yaşamaq düzgündür?

Cəmiyyətin gözləntilərini doğrultmaq üçün maska geyinərək ailədə, işdə rol oynamaq, yoxsa daxili “mən”ini zahirə çıxarıb özün kimi yaşamaq?

Image result for Persona film

Məhz bu dilemma arasında fərdin ekzistensiallıq problemi yaşanır.

Yuxarıda yazdıqlarım filmin ümumi xarakteristikasıdır.

Ümumiyyətlə isə “Persona”nı birmənalı şəkildə yozmaq doğru deyil. Filmin çoxmənalılığı ilə Berqmanın yozumlar üçün saysız yer qoyur, insanı “mən”ində enmək istəmədiyi məkanlara nəzər salmağa vadar edir.

Kimi üçün “Persona” travma, kimi üçün isə terapiya ola bilər. Bu, filmi necə qəbul edəcəyinizdən asılıdır.


”Persona” ağ-qara, kamera filmidir, rejissor əsasən iri planlarla işləyib. Süjet demək olar ki, iki aktrisanın üzərində qurulub.

Berqman maraqlı vizual fəndlərdən (qadın obrazların bir-birinə qarışıb eyni vücudda birləşməsi), işıq və kölgə (məsələn, kadrlarda personajların üzünün bir tərəfi qaranlıq, digər tərəfi aydındı), həyat və səhnə, ölüm və həyat kontrastlarından istifadə edib.

Filməburdanbaxa bilərsiz.

news-inner-user

13958 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Musiqili Teatrda "Fransızsayağı qarnir" olacaq - Fotolar
18:56 18 Yanvar 2020
Xalq artistinin xatirəsi anılacaq
17:44 18 Yanvar 2020
İyirmi ikinci mənzildə - Varisdən hekayə
16:58 18 Yanvar 2020
"Silahdaşlar" sənədli filmi təqdim olundu
15:15 18 Yanvar 2020
Gənc şairin poeziya gecəsi keçirildi - Fotolar
14:05 18 Yanvar 2020
Türkiyəli yazıçı vəfat etdi
13:47 18 Yanvar 2020
Tanınmış dramaturq vəfat etdi
13:15 18 Yanvar 2020
Bu məşhurlar qaraçı nəslindəndir - Siyahı - Fotolar
12:44 18 Yanvar 2020
"Məni bir qadın qucub, mələklər gəzsin barı..." - Pərviz Cəbrayıldan şeirlər
11:03 18 Yanvar 2020
"Mübariz" operası təqdim olundu - Fotolar
10:28 18 Yanvar 2020
Cahandar ağa Allahyarın arvadı Mələyi qaçırmaqda haqlı idi? - Sevda Sultanova yazır...
09:03 18 Yanvar 2020
Gənc yazar: “Aqşin Yeniseyin romanı alınmayıb” – Video-söhbət
21:00 17 Yanvar 2020
100 yaşlı şair AYB-də yubleyinə qatıldı
19:27 17 Yanvar 2020
Yaşamaq istəyən xəstəyə yalan satan həkim - Hekayə
18:58 17 Yanvar 2020
Rövşən Yerfinin yeni kitabı təqdim olunacaq
18:31 17 Yanvar 2020
Amma Anar bilməsin... – Gənc şairdən parodiyalar
18:03 17 Yanvar 2020
Prezident məşhur rejissoru “Şərəf” ordeni ilə təltif etdi
17:37 17 Yanvar 2020
Musiqili Teatrda "İstintaq" olacaq
16:57 17 Yanvar 2020
Bakıda böyüklər üçün ustad dərsləri keçirildi
16:20 17 Yanvar 2020
Qremminin ilk qadın prezidenti işdən çıxarıldı
15:39 17 Yanvar 2020