Faşisti humanist göstərən Azərbaycan filmi – NAMƏLUM KİNO

Faşisti humanist göstərən Azərbaycan filmi – <span style="color:red;">NAMƏLUM KİNO
22 iyul 2017
# 11:30

Kulis.az “Naməlum kino” layihəsində Nazim Abbasın 1979-cu ildə çəkdiyi “Dvorjakın melodiyası” qısametrajlı filmini təqdim edir.

Süjet: Bir qrup çex jurnalisti Gəncəyə səyahət eləyir. Ekskursiya bələdçisi onlara Gəncənin tarixi, Göygölün necə yaranması haqda məlumat verir. Jurnalistlər Göygölü seyr edəndə uzaqdan onlara qəribə görünən musiqi alətində Dvorjakın melodiyasını eşidirlər. Uzaq bir ölkədə doğma bəstəkarlarının musiqisini eşitmək onları təəccübləndirir. Jurnalistlər dağın ətəyinə enəndə bir çobanın bu melodiyanı ifa elədiyini görürlər. Çoban Əlimərdan (Ələsgər İbrahimov) jurnalistlərlə çex dilində salamlaşır. Onun çexcə yaxşı danışması qonaqların heyrətinə səbəb olur və ondan bu dili, Dvorjakın musiqisini necə öyrənməsiylə maraqlanırlar. Çoban onları yeməyə dəvət eləyir və uzun hekayənin nəqlinə başlayır...

İkinci Dünya Müharibəsi illəri... Çex kəndlərindən birində alman nasisitlərinə qarşı mübarizə aparan azərbaycanlı partizan burda ağır yaralanır. Onu kənddə skripka ustası, əlil Vatslavın (Aleksandr Anurov) evinin zirzəmisində gizlədirlər. Onun nəvəsi Katka (Lyudmila Zverxovskaya) yaralıya qulluq eləyir. Qoca huşu özündə olmayan yaralının iniltisinin almanların eşitməməsi üçün Dvorjakın bəstəsini ifa edir. Alman zabiti (Tofiq Mirzəyev) Dovrjakın melidoyasını eşidəndə evə girir və qocanın ifasını dinləyir. Qoca onu görəndə duruxur, istər-istəməz ifasını dayandırır və bu zaman yaralının iniltisi gəlir. Və o dərhal çalmağa davam eləyir. Alman zabiti iniltidən duyuq düşsə də bunu büruzə vermir.

Günlər keçir, Əlimərdan sağalır. Onun qamışdan düzəltdiyi tütəkdə Azərbaycan musiqisini ifa eləməsi Vatslavı təsirləndirir. Və Əlimərdan tütəkdə, Vatslav isə skripkada Dvorjakın bəstəsini bərabər çalırlar.

Günlərin birində alman əsgərlərindən biri Katkanı qaralayır. Sərxoş əsgər evə girib onu zorlamağa cəhd göstərir. Qoca zorakılığın qarşısını almağa çalışsa da, gücü yetmir. Yuxarıdakı bağırtını eşidən Əlimərdan zirzəmidən çıxmaq istəyəndə bu zaman səs-küyə alman zabiti gəlir. O, əsgərdən dərhal evi tərk etməyi əmr verir.

Sonra skripkada yüksək ustalıqla Dvorjakın melodiyasını ifa eləyir.

Qocayla söhbətdən məlum olur ki, o, peşəkar musiqiçidir. Berlin konservatoriyasının məzunudur, müharibədən əvvəl konsert proqramları ilə çıxış edib.

Qocayla onun arasında kədərli dialoq keçir.

Alman zabiti bura onların yerinə SS-çilərin gələcəyini, bundan dolayı ehtiyatlı olmağı tapşırır və vidalaşır.

Az sonra Əlimərdan tam sağalır, o, Katkaya qayıdacağını deyir və partizanlara qoşulur. Müharibə bitdikdən sonra Əlimərdan onu xilas etmiş çex qocanın və nəvəsinin yanına dönür. Ancaq əvəzində viran qalmış evlərlə qarşılaşır....

Bu film əhvalatın təsirli, təmkinli nəqlinə görə dərin iz buraxır. Sənətlə müharibənin üz-üzə gəlməsi, musiqinin vahid, bəşəri dil kimi iki fərqli cəbhəni birləşdirməsi kinematoqrafiyada çox işlənib. Nazim Abbasın filmində də mövzu uğurlu həll olunub.

“Dvorjakın melodiyası” müəyyən mənada multikulturalist filmdir. Burda iki fərqli mədəniyyət, fərqli musiqi bir araya gəlir və üstəlik, rejissor onu ictimai-siyasi qatda işləyir.

Bu filmdən sonra rejissor Almaniyadan alman zabitinin ziyalı, humanist göstərdiyi üçün təşəkkür məktubu alıb.

Azərbaycan televiziyasında istehsal olunan filmin ssenari müəllifi Kərim Kərimov, operatoru Eduard Bədəlovdur.

# 2195 dəfə oxunub

Oxşar xəbərlər

Özünü ruhi xəstə kimi qələmə verən məhkum - Romanları vizuallaşdıran 8 ən yaxşı film

Özünü ruhi xəstə kimi qələmə verən məhkum - Romanları vizuallaşdıran 8 ən yaxşı film

17:00 24 aprel 2024
Hitlerin evində gizlətdiyi qadın - III Dünya müharibəsi başlayır?

Hitlerin evində gizlətdiyi qadın - III Dünya müharibəsi başlayır?

09:00 24 aprel 2024
Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

13:00 3 aprel 2024
# # #