writer1

Mirmehdi Ağaoğlu

Məqalə sayı

544
clock11:53 calendar-gray 03 İyul 2017 view-gray188 dəfə oxunub
view-gray188 dəfə oxunub

Çadrasız qadını söymək olarmı?

Şərif Ağayarın Şəhriyar Del Gerani ilə kafedə yaşadıqları barədə status yazması çoxlarının hiddətinə səbəb oldu. Çox güman ki, Şərif Ağayar bu hədyanlara dözmədiyindən sonradan mövzunu genişləndirib bir yazı da yazdı – Çadralı qadına söyüş.

Şərif yazıda belə sual verir:

“Bu adamlar nəyə etiraz edirlər? Qadının çadrasına, dəlinin söyüşünə, Şəhriyarın nəcib hərəkətinə, mənim bunu yazmağıma, ya nəyə? ”

Həqiqətən bu adamlar nəyə etiraz edirlər?

Fikrimi bölüşməmişdən qabaq istəyirəm bir məsələni qeyd edim. Bir neçə ilə əvvəl türk yazıçı Tuna Kirəmitçi “Seriallarda niyə türbanlı qadınlar oynamır?” adlı yazı yazmışdı. O yazıdan sonra məsələ türk mətbuatında gündəmə gəlmiş, Türkiyənin məşhur köşə yazarlarından biri Ertoğrul Özkök də bu məsələdə qələmini tərpətmişdi. Özkökün həmin yazısı mənim də qafamda bəzi suallar yaratmışdı.

Köşə yazarı “İllər boyu türban bizə necə təqdim olundu? İnancın, dürüstlüyün, əxlaqın timsalı kimi. Oysa hər kəsin çox yaxşı bildiyi bir sirr vardı: Başa türban keçiriləndə insanın xarakterindəki “insani şeylər” də dəyişilmir” – deyəndən sonra oxucuya bəzi suallar ünvanlamışdı ki, həmin suallar məni də çaşdırmışdı:

“Seriallarda təcavüzə uğramış türbanlı qadın görməyə hazırsızmı?

Seriallarda ərini aldadan türbanlı qadın seyr etməyə hazırsızmı?

Seriallarda sevdiyi adamla öpüşən türbanlı qadın seyr etməyə hazırsızmı?

Seriallarda cinayət törədən, oğurluq edən, dostuna kələk gələn, gəlinini arxadan bıçaqlayan türbanlı qadın seyr etməyə hazırsızmı?”

Özkökün illər əvvəl verdiyi sual bizim cəmiyyətdə indi də aktualdır. Ya zəlzələdən, ya vəlvələdən düşüncəmizdə çadralı, baş örtülü qadın hər zaman paklıq, iffət timsalı sayılıb. Gündəlik həyatımızda bu klişeləri hardasa qırmışıq, ancaq bu şeylər altşüurumuzda özünə möhkəm yer edib deyə hələ də ondan yaxa qurtara bilmirik.

Çox da uzağa getməyək, guya bizim seriallarda da sevgilisi ilə öpüşən hicablı qadın, ərinə xəyanət edən hicablı qadın göstərilərmi? Yox. Çünki, dediyim kimi, düşüncəmizdə hicablı qadınlar “Müqəddəs Məryəm”ə taydır: Hicab geyinməyən, çadraya bürünməyən qadının əxlaqsızı ola bilər, ancaq hicab geyənin yox.

Mən bilmirəm, psixi pozğunluğu olan həmin adam küçədə söyüş söydüyü zaman ordan çadralı qadından əvvəl adi geyimli (tutalım dizdən yuxarı yubkada, çiyni açıq köynəkdə) bir qadın keçibmi? Və həmən qadın keçən zaman Şəhriyar nə edib? Və ya çadralı qadının yerinə adi geyimli qadın keçsəydi Şəhriyar yenə eyni hərəkəti edərdimi?

Əlbəttə, burda mühakimə olunan Şəhriyar deyil, onun əxlaqının dürüstlüyünə, düşüncəsinin xoşməramlılığına da şübhəm yoxdur.

Sadəcə...

O əhvalatdakı qadın çadrasız olsaydı indi şərh yazıb özünü “həlak” edənlər onda həmən statusa heç layk da qoymazdılar.

Statusa etiraz edənləri hiddətləndirən məhz “çadra” məsələsi, müəllifin şüuraltı olaraq çadralı qadınların iffətli olmasına işarə vurması səbəb olub. Yəni ki, ancaq çadralının söyüş eşitməsinin qarşısı alınmalı. Çünki onlar iffətlidirlər...

Bu düşüncə isə özümüzdən asılı olmadan altşüurumuza qazılıb.

Və məsələyə məncə bu nöqtədən baxmalı, bəlkə o zaman təfəkkürümüzü “çadra”lardan azad edə bilək. Özü də təkcə bu məsələdə yox, bütün məsələlərdə.

Paylaş

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Anarın əsəri Özbəkistanda çap olundu
18:40 11 Dekabr 2019
Məşhur rejissorun Putinə verdiyi sual Kadırovu əsəbiləşdirdi
18:01 11 Dekabr 2019
Tarantino "Kill Bill-3"-ü çəkəcək
17:23 11 Dekabr 2019
Alber Kamyunu “KQB” öldürüb – Şok fakt
16:46 11 Dekabr 2019
"Joker"in "İrlandiyalı" rəqibi - "Oskar" uğrunda mübarizə gərginləşir
16:05 11 Dekabr 2019
Hüseyn Cavidin oğlunun kitabı çap olundu - Foto
15:28 11 Dekabr 2019
Payız tökülür saçından - Yeni şeirlər
14:47 11 Dekabr 2019
Beynəlxalq Festivalda Milli Qəhrəmanımız haqda film nümayiş olundu
14:20 11 Dekabr 2019
Mirzə Cəlilin tanımadığımız nəticəsi: "Azərbaycanlı qızla evlənmək istəyərəm" - Müsahibə
13:46 11 Dekabr 2019
Nəğməkar Xalq şairi
13:06 11 Dekabr 2019
Əjdər Olun “Lo” romanı təqdim olunacaq
12:37 11 Dekabr 2019
Mən zəmanənin Hüseyniyəm – Nəiminin ağrı-acı dolu vəsiyyətnaməsi – İlk dəfə
12:03 11 Dekabr 2019
Bakıda III Eksperimental Teatr Festivalı keçirildi
11:38 11 Dekabr 2019
Ədəbiyyat üzrə Nobel mükafatı sahiblərinə təqdim olundu
11:16 11 Dekabr 2019
“Kitabevim.az” mağazalar şəbəkəsi bağlanır - Şok açıqlama
10:53 11 Dekabr 2019
Fərqanə Qasımova Fransada konsert verdi
10:29 11 Dekabr 2019
Nəsiminin 650 illik yubileyi Ankarada qeyd edilib
10:15 11 Dekabr 2019
Qadın zorakılığı ilə mübarizəyə həsr edilmiş tamaşa - Premyera
09:30 11 Dekabr 2019
Lalə Məmmədova: “Boşanmış qadına həmişə intim obyekt kimi baxırlar” - Müsahibə
09:01 11 Dekabr 2019
“Bir əsrlik Nəsimi araşdırmaları” kitabı təqdim olunub
18:45 10 Dekabr 2019