news-inner
clock10:59 calendar-gray 30 İyun 2017 view-gray199 dəfə oxunub
view-gray199 dəfə oxunub

“Dünya ədəbiyyatı - İngiltərə” işıq üzü görüb

Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin nəşri olan “Dünya ədəbiyyatı” dərgisinin “İngiltərə” xüsusi sayı bugünlərdə işıq üzü görüb.

Mərkəzin sədri Səlim Babullaoğlunun Kulis.az a verdiyi açıqlamaya görə, “Dünya ədəbiyyatı” dərgisinin bir sayının bütünlüklə İngiltərə ədəbiyyatına həsr edilməsi kifayət qədər əhəmiyyətli faktdır: “Çünki dərginin bu sayı Azərbaycan oxucusuna İngiltərə ədəbiyyatını həm tarixi planda, həm də yeni dövrün ədəbi mənzərəsi fonunda ətraflı, sistemli tanımaq imkanı yaradır. Odur ki, fikrimcə, “Dünya ədəbiyyatı”nın bu yeni sayı dərginin yaradıcı heyətinin və ümumilikdə Mərkəzimizin kollektivinin növbəti ciddi uğuru sayıla bilər”.

Dərginin baş redaktoru Seyfəddin Hüseynli isə açıqlamasında bildirib ki, yeni sayda ingilis ədəbiyyatının müxtəlif dövrlərdə yaşayıb-yaradan, estetik dünyagörüş, sənətkarlıq və digər vacib cəhətlərə görə xeyli fərqlənən bir sıra böyük simalarının yaradıcılığı öz əksini tapıb: “Bu sayımızda oxuculara təqdim olunan müəlliflərin əksəriyyəti ingilis ədəbiyyatının inkişafında, dünya ədəbi irsinin zənginləşməsində xüsusi rol oynayıb. Konseptuallıq baxımından, dərginin bu sayının “Poeziya” bölümü dahi ingilis ədibi, Nobel mükafatçısı Tomas Sternz Eliotun geniş, ətraflı və dərin təqdimatı ilə əlamətdar sayıla bilər. Burada Eliotun məşhur “Bəhrəsiz torpaq” poeması, poeziya və ədəbi yaradıcılıq haqda iki essesi, “Nobel nitqi” verilib. Tanınmış ədəbiyyatşünasımız professor Cavanşir Yusiflinin tərcüməsində təqdim olunan bu silsiləni onun “T.S.Eliot və “Gerontion” şeiri” adlı essesi tamamlayır. İngiltərə ədəbiyyatının parlaq simalarından Uistan Hyu Odenin və Filip Larkinin şeirlərini Azərbaycanda onların yaradıcılığının bilicisi sayılan dəyərli şairlərimiz Səlim Babullaoğlunun və Qismətin tərcüməsində çap etmişik. Usta tərcüməçi Azad Yaşar dərginin bu sayı üçün ingilis nəsrinin usta nümayəndələrinin seçmə hekayələrini çevirib. “Dünya ədəbiyyatı”nın digər sayları kimi, “İngiltərə” xüsusi sayının da hazırlanıb ərsəyə gəlməsində zəhməti olan qələm yoldaşlarımızın hər birinə ürəkdən təşəkkür edirik”.

Dərginin “Proza” bölümü çağdaş ingilis və dünya ədəbiyyatında ən məşhur imzalardan olan Culian Barnsın “Aqibət duyğusu” romanından yığcam parçalarla açılır. C.Barnsa nüfuzlu “Buker” mükafatını qazandırmış (2011) bu əsəri dilimizə Seyfəddin Hüseynli çevirib və roman çox tezliklə TEAS Press Nəşriyyat Evi tərəfindən ayrıca kitab kimi buraxılacaq.

Həmin əsər haqqında Qismətin “Sonrakı peşmanlığa abidə...” adlı essesini də dərginin bu sayında oxumaq olar.

“Proza” bölümündəki Somerset Moemin hekayələrini Şəfiqə Şəfa və İlahə Əkbər, Cerom Klapka Ceromun “Əcnəbiləri niyə sevmirik...” əsərini S.Hüseynli çevirib. Azad Yaşarın tərcüməsində Doris Lessinqin “O”, Hilari Mantelin “Vergül”, Ceyms Hedli Çeyzin “Yataqda gəbərən general” hekayələri bu bölümdəki ən maraqlı əsərlərdəndir. Saqi-Hektor Hyu Munronun “Sredni Vaştar”, Cumpa Lahirinin “Əsl qapıçı” hekayələri, Qrem Qrinin “Paris Revü” üçün müsahibəsi İlahə Əkbərin tərcüməsində təqdim olunub. Sonrakı əsərləri - Canet Vintersonun “Qızılaxtaran qadın” hekayəsini Ş.Şəfa, Daniel Defonun “Taun ilindən qeydlər” əsərindən bir parçanı Rövşən Əhədoğlu, Artur Kanan Doylun “Din - yeni vəhy işığında” essesini S.Hüseynli tərcümə edib.

“Dramaturgiya” bölümündə Kamran Nəzirlinin tərcüməsində Oskar Vayldın “İdeal ər” komediyası dərc olunub.

“Təqdimat”da isə Qismətin “Filip Larkin: acı-acı gülmək” essesi var.

Ənənə üzrə, dərginin bu sayı da müəlliflər haqqında bioqrafik məlumatlarla tamamlanır.

Xatırladaq ki, dərginin baş redaktoru Seyfəddin Hüseynli bu gün saat 13-də Kulis.az ın facebook səhifəsinin canlı yayımında olacaq və jurnalla bağlı söhbət edəcək.

news-inner-user

16149 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Bu il beynəlxalq festivallarda iştirak edən Azərbaycan filmləri - Siyahı
15:52 15 Avqust 2020
Bir oğlu öldü, ikinci oğlu anasını tərk etdi-Papaqçıya ərə gedən Xan qızı
14:29 15 Avqust 2020
"Alacaqaranlıq" seriyasının müəllifindən oxuculara kitab müjdəsi
13:43 15 Avqust 2020
Xurşidbanu Natəvana layihə həsr olundu - Video
11:20 15 Avqust 2020
Tanınmış bəstəkar koronavirus peyvəndinin sınaqlarında könüllü oldu
11:01 15 Avqust 2020
Məşhur gitara ifaçısı vəfat etdi
10:28 15 Avqust 2020
Bu filmə görə 400 nəfər işdən çıxarılacaqdı – Rejissorların boyun qaçırdığı Azərbyacan filmi
08:57 15 Avqust 2020
Daha bir nəşriyyat Polad Həşimovla bağlı kitab nəşr etdi - Foto
18:36 14 Avqust 2020
Ayı balalarını oğurlayan çoban - Qorxmaz Şıxəlioğlu yazır...
17:14 14 Avqust 2020
Tom Kruzun çəkildiyi filmin meydançasında yanğın baş verdi
16:05 14 Avqust 2020
Xalq artistinin qızı atasının şeirlər kitabını nəşr etdirəcək
15:19 14 Avqust 2020
Oğlu Xalq artistinə klip çəkdi - Video
14:28 14 Avqust 2020
Əsl adı Pənah idi, kasıb atası ona yalnız keçi dərisindən dəf düzəldə bildi - Sürücü, vaqon ustası, montyor Alim Qasımov - Maraqlı faktlar
13:32 14 Avqust 2020
Almaz Ələsgərli efirdə erməni mahnısı oxudu - Video
12:38 14 Avqust 2020
"Sevastopol uğrunda döyüş"ün qəhrəmanı vəfat etdi
12:17 14 Avqust 2020
Bizi kütləvi öldürmək məsələsi... - Bütün bunlar masonların işidir?
11:27 14 Avqust 2020
Gənc yazara ağır itki üz verdi
10:39 14 Avqust 2020
Filmimiz beynəlxalq festivalda mükafat qazandı
10:00 14 Avqust 2020
Məni şərləyib qardaşımın gözündən salmaq istəyirdi - Bircənin romanı
08:59 14 Avqust 2020
Türk aktrisası vəfat etdi
18:30 13 Avqust 2020