news-inner
clock13:12 calendar-gray 11 May 2017 view-gray306 dəfə oxunub
view-gray306 dəfə oxunub

Banal, dözülməz melodrama- İÇƏRİ ŞƏHƏR FİLMİ

Sevda Sultanova

Mədəniyyət və Turizm nazirliyinin sifarişi ilə “Azərbaycanfilm”də istehsal olunmuş “İçəri şəhər” filminə baxanda, bu sualın cavabını tapmağa çalışırdım: “İçəri şəhər” kimin hekayəsini danışır, gənc qızın, Qarabağ əlilinin, yoxsa onların münasibətinin?

Suala qayıdacağam.

Filmin rejissoru İlqar Safat, ssenari müəllifi Təhminə Rafaella və İlqar Safat, operatoru italyan Luka Koassindi.

Yazılışdan bəllidir ki, filmin adı - “İçəri şəhər” məkan anlamına gəlmir. Ad fərdin iç dünyası mənasını daşıyır və personajların daxili aləmində baş verənləri, narahatlığı, tərəddüdləri, çıxılmazlığı, özüylə mübarizəsini ifadə edir. Daha doğrusu etməliydi... İçərişəhər özünün dolanbac yollarıyıla qəhrəmanların iç dünyasındakı çətinliklərə açıq metaforadır. Bu mənada filmin ideya problematikası ilk baxışdan cəlbedicidir.

Amma müəlliflərin epizodda Rafaelin dilindən filmin niyyətinin açıq, primitiv şəkildə bəyan etməsi, onu tamaşaçıya hazır şəkildə yedizdirilməsi, üstəlik, ideyanın təsvirin yox, mətn üzərindən anladılması yaradıcı heyətin məğlubiyyətidir.

Əhvalata giriş iyirmi dəqiqəyə yaxın sürür, səhnələrin montajının quruca - kəsib yapışdırmaqdan ibarət olması, yorucu, ifadəsiz kadrlar rejissorun özünün də süjetə yadlığından, kinoprosesə qoşulmağa xeyli çətinlik çəkdiyindən xəbər verir.

Süjet: Arzunun (Təhminə Rafaella) anası Səbinə (Mehriban Zəki) onun da özü kimi həkim olmasını arzulayır. O, isə musiqiyə meyl edir. Musiqi müəlliməsinin (Elmira Şabanova) oğlu, Qarabağda kontuziya almış oğlu Rafaellə (Firdovsi Atakişiyev) tanış olur. Onların sevgi münasibəti yaranır. Anası bu münasibətlərin əleyhinədir. O, qızına təminatlı gələcək arzulayır.

Yuxarıdakı suala qayıdıram. Bu, kimin əhvalatıdır: Arzunun, Rafaelin, yoxsa gənc qadınla yetkin kişinin alınmayan münasibətinin?

Əgər Arzunun əhvalatıdırsa, anası Səbinənin dramı daha ağır basır, təsirli iz qoyur. Əcəba, səbəblərdən biri Təhminə Rafaellanın zəif, sönük oyunu olmasın? Bioqrafiyasından bəlli olur ki, o, Amerikada aktyorluq dərsləri alıb. Hərçənd, ən yaxşı aktyorluq məktəbinin məzunu olmaq belə hələ yüksək oyun sərgiləmək anlamına gəlmir.

Qarabağdan sağalmaz zədələrlə qayıtmış Rafalein hekayədirsə, onun ağrısı duyulmur, əhvalatının bütünlüyü hiss olunmur. O, iztirabını, çıxılmazlığını göstərə bilmir, ancaq ümumi, ritorik sözlərlə özünü anlatmağa çalışır.

Məsələ təkcə F.Atakişiyevin, T.Rafaellanın zəif oyununda deyil, məsələ həm də ssenari və rejissura problemindədir. Hər iki obrazın əhvalatı natamamdır, içəri şəhərləri üzdədir, asan oxunandır. Dramaturji gedişlər mexanikidir, sanki filmə yox, səsli şəkillərə baxırsan. İki nəfərin də sevgi hekayəti deyil ona görə ki, münasibəti sözdür, kinomətn deyil və “fəlsəfi” söhbətləri (“daxili dünyam bu şəhərə sığmır” tipli) acı gülüş doğurur. Üstəlik, daxili dünyası şəhərə sığmayan personajların özüylə konfliktləri belə yoxdur. Bu, bir tərəfə, Arzuyla Rafaelin yaxınları tərəfindən xoş qarşılanmayan münasibəti sosial-ictimai arenaya çıxa, yəni cəmiyyətlə onların qarşıdurmasına çevrilə bilmir. Rafael sevgilisinə ayrılmağın zərurətini deyəndə belə, filmdə yenə vəziyyət yaranmır. Arzu ayrılığı elə zərurət kimi də qəbul edir. Onun mübarizəsiz-filansız təslimçiliyi, Rafaeldən ayrılıq qərarını gözləyirmiş kimi üz ifadəsi əhvalatı tamamən əhəmiyyətsizləşdirir.

Nəticədə qəhrəmanların içi İçərişəhərin dolanbaclarına yox, hamar, düz asfalt yola oxşayır.

Yaxşı olardı ki, əhvalat tamamilə Mehriban Zəkinin ana obrazı üzərində qurulaydı. Məndə belə təəssürat yarandı ki, öz obrazını davranışının niyə, nə üçün suallarını anlayan, onun psixoloji dərinliyinə enən təkcə Mehriban Zəki olub. Aktrisa obrazının faciəsinə inandırır, addımlarını əsaslandırır, Rəfaellə amansız rəftarından sonra, tərəddüdünü, ani peşmançılığını məntiqi ardıcıllıqla susaraq, ikinci planla ustaca oynayır. Filmdə sənət adına ciddi nəsə varsa, bu, M.Zəkinin oyunudur.

Müəlliflər sevgi əhvalatının fonunda reallığımızın sorunlarını da qaldırmağa cəhd ediblər: səhiyyədə, təhsildə rüşvət, sosial problemlər. Faciə yalnız onda deyil ki, ölkədə rüşvət, sosial problemlər var. Faciə həm də ondadır ki, qeyd olunan problemlərin filmdə bədii həlli yoxdur. Əvəzində problemin mövcudluğu haqda bilgiləndirmək səviyyəsində güclə ssenariyə soxuşdurulmuş, saxta intonasiyada qurulmuş səhnə var. Örnəyi, bir epizodda ana qızına beyin xərçəngi olan yeniyetmənin əməliyyat xərcini ödəmək üçün evlərini satdığını deyir. Bu, Arzuya pis təsir edir. Sonlara yaxın bu vəziyyət təsvir olunur, xəstəxananın dəhlizində çarpayıdakı yeniyetmənin, yanında dayanan kasıb geyimli valideynlərinin kameranın onların çəkməsini gözləyirmiş kimi duruşları, baxışları var.

Bu cür informativ, bədii ifadələrlə yüklənməyən situasiyalar filmdə boldur. Məsələn, Rafaelin müharibədə iştirakını göstərmək üçün hərbçi formasında şəkilləri uzun, monoton planla verilir, Arzunun atasının yaxşı insan olduğunu bildirmək üçün əmisinin evində məclis təşkil olunur. Rafaelin anası xəstələndiyindən musiqi dərslərini oğluna həvalə edəndə aydın idi ki, bu, Arzunun onunla ünsiyyətinə açardır. Yaxud xəstəxanada Arzunun telefonunu unutması kameraya o qədər açıq yansıyır ki, hadisənin gedişatını rahatlıqla təxmin edirsən. Bu detallar film materialına çevrilmir, ucuz serial fəndləri kimi mexanikiləşir.

Və ya Rəfaelin müharibədə gülləyə tuş gələn əsgər yoldaşının qanının Qorbaçovun portretinə sıçraması birbaşa, publisistik şərhdir.

Bütün bunlara yenə dözmək olar. Qadınla kişinin psevdointellektual söhbətləri, Azərbaycanda da dahilərin yaşamasını, klassiklərimizin dünya ədəbiyyatında yerinin olması kimi vurğular qədim və böyük mədəniyyətə malik millət kompleksinin təzahürüdür. “Tariximizi bilmirik” qınağı, vətənpərvərlik söhbəti ilə film tamamilə banal, dözülməz melodramaya çevrilir.

Bütün bunlar bir yana, sual budur: Niyə Mədəniyyət və Turizm nazirliyi zəif, əhəmiyyətsiz bədii materiala həvəslə maliyyə ayırır, amma çağdaş ədəbiyyatımızın aktual, keyfiyyətli bədii nümunələrini ekranlaşdırmağa xəsislik edir?

Oxşar xəbərlər

Xəbər lenti

İspaniyada Əhmədiyyə Cəbrayılovun şərəfinə poçt markaları buraxıldı
13:41 03 Dekabr 2020
Kamal Abdullaya yaraşmayan söz - Aydın Talıbzadə yazır...
12:58 03 Dekabr 2020
Koronavirusa yoluxan Mehriban Ələkbərzadə danışdı: "Nəfəs ala bilmirəm"
12:20 03 Dekabr 2020
Ölən arvadının telefonundan özünə zəng edən Həmid kişi – Yeni hekayə
11:55 03 Dekabr 2020
Fəxrəndə Həsənzadə Tağıyev adına qızıl medalla təltif edildi
11:48 03 Dekabr 2020
Xudayarın nəğmə ilə layla çaldığı məzar – Fəridə yazır...
11:10 03 Dekabr 2020
Qar tutan yollarına qurban olum – Laçınlı şairdən qələbə şeiri
10:30 03 Dekabr 2020
"Dəli Maks"ın İmmortal Cosu vəfat etdi
10:01 03 Dekabr 2020
Azərbaycanlı aktyora ikinci dəfə ağır itki üz verdi
09:12 03 Dekabr 2020
Peraşki satan, taksiçilik edən, özünə qız istəyən əsgərlərimiz – Ən kreativ görüntülər
08:56 03 Dekabr 2020
Azərbaycanlı gənc şairin kitabı Təbrizdə çap olundu
18:59 02 Dekabr 2020
Gənc Tamaşaçılar Teatrı dekabr repertuarını təqdim etdi
18:17 02 Dekabr 2020
Bu gecə nəfəsini hiss etdim anidən… - Adilə Nəzərdən yeni şeirlər
17:34 02 Dekabr 2020
Beynəlxalq Muğam Mərkəzinin direktoru UNESCO-nun Baş katibinə müraciət ünvanladı
16:56 02 Dekabr 2020
Qardaşı oğlu məşhur müğənnini oğurluqda ittiham etdi
16:01 02 Dekabr 2020
Əsgər Fərhadinin dünyaca məşhur aktyoru vəfat etdi
15:47 02 Dekabr 2020
Övladını atan, Adil İsgəndərovla düşmən olan, tamaşaçılar tərəfindən söyülən Xalq artisti
15:10 02 Dekabr 2020
Qələbə sevincinə dözməyib ürəyi dayanan Umud kişi...
14:32 02 Dekabr 2020
Azərbaycanlı fotoqraflar beynəlxalq fəxri adlara layiq görüldü
13:50 02 Dekabr 2020
"Əlləddin" tamaşası onlayn nümayiş olunacaq
13:10 02 Dekabr 2020