writer1

Hədiyyə Şəfaqət

Məqalə sayı

21
clock15:46 calendar-gray 25 Aprel 2017 view-gray127 dəfə oxunub
view-gray127 dəfə oxunub

Şeir yazmayan şair

Belə də olur...

Misir kahinlərinin eqoya qarşı maraqlı dirənişi məlumdur. Sahildə, qum üzərində nəsə çəkər, nəsə yazar və eləcə qoyub gedərdilər. Külək, yağış, ya da elə sahilə yayılan dalğalar onları tez bir zamanda yox edərdi. Kahinlər bununla göstərmək istəyirdilər ki, qalıcı yaradıcılıq eqodur, onu saxlamaq, yaymaq və sonra onunla qürrələnmək insana özündən razılıq və bərabərində başqalarına yuxarıdan aşağı baxmaq duyğusu verir...

Misir kahinləri olsun ki, ağıllı adamlarıydılar və olsun ki, düz edirdilər. Amma mən hardasa əminəm, onların da içində elələri vardı ki, yaratdıqlarını öz istəyiylə deyil, başqalarının təsiri altında, qınanmaqdan, dışlanmaqdan çəkinərək qum üzərində qoyub gedirdi. Bəlkə də məhz o adamlar sonralar kahinlikdən ayrıldılar, qalıcı və ötürülən əsərlər yaratdılar...

Yaradıcılıq eqodur, ya eqo deyil, bu suala hərənin öz eqoist cavabı var...

Haqqında düşünərək bu yazını yazdığım adam çox gözə görünən adam deyil. Orda-burda, təqdimatlarda, müzakirələrdə, necə deyərlər çoxunun çox vaxt olduğu yerlərdə olmur. Düzü, mən heç bilmirəm o indi hardadır, nə işlə məşğuldur...

Şeirlərinə, hekayələrinə, lap elə məqalələrinə sayğı duyduğum müəlliflər çox olub. Amma bir də baxırsan ki, adam o deyil, yazdığı deyil. Bilirəm, bunu gözləmək yanlışdır, adam olar ikili yaşar, adam olar yazıları onu gizləməyə vasitədir, adam var özü yazılarını gizləməyə... Adam var, çox istəyər yazdığı zaman olduğu adam olsun, olammaz...

...İyunun əvvəlləri. Həftənin altıncı günü, azca buludlu səhər. Kitabımı götürüb evdən çıxıram. Bir az qırğınam, bir az acıqlıyam, bir az da ağlamağım gəlir. Puşkinin heykəlinin yaxınlığında oturub adətən oralarda avaralanan adamlara baxıram, bir az kənarda bomj çörək qırıqlayıb başına yığılan göyərçinləri yemləyir. Kitabı oxumağa başlayıram, bir az keçmiş vərəqlərin üstünə iri-iri yağış damcıları düşür. Yağış başlayır. Ayağa qalxıram, amma evə qayıtmıram, sahilə düşürəm. Üstünə yağış yağan dənizin mənzərəsi həmişə arzulanandır...

Sahil boşdur, adamsız və dumanlıdır. Açıq kafelərin işçiləri kətilləri daldaya daşıyır, bəziləri başını qaldırıb mənə baxır, yəqin ki, yağışın altında tələsmədən gedən qadın onlara ağıllı adam təsiri bağışlamır...

...Unutqan adamam, amma bilirəm ki, bu gün Yaradıcılıqdan Vasif Əlhüseynin kitabının təqdimatı olacaq. Bu az danışan, ciddi oğlanla biz deyəsən fakültədə heç salamlaşmırdıq da. Amma qarşılıqlı münasibətlər maraqlı deyil, kitabı almaq istəyirəm...

Məni gözləmirdilər, heç təqdimatdakı dostlar da Bakıda olduğumu bilmirdilər, amma gözəl olur, Vasifə yaxınlaşıram, üzü gülür, həyəcanlıdır, neçə illərin dostu kimi əl sıxışıb görüşürük, təbrik edirəm. Bu çox gözəldir, yad heç nə yoxdur, bizim ortaq sevinclərimiz var və bu yetərlidir...

Satıcılara yanaşıram, kitabı götürürəm və adına baxıram, hərçənd elanlardan bilirəm hər şeyi.

... “Divara yazılmış azadlıq sözü”...

İçimizdə, zehnimizdə, gözümüzdə, arzularımızda olan söz...

Sadəcə sözmü? Yox, sözə sığışdırılmış, sıxışdırılmış, gizlədilmiş ruhani duyğu...

Vasif onu divarda yazılmış görür...

...Sonralarda, hardasa il yarım sonra mən onun hansısa saytda çap olunan üç şeirini oxuyub mat qalacağam, sonra bir axşam kitab evində görüşəcəyik, xeyli söhbət edəcəyik və mən tez-tez təkrar edəcəyəm ki, sənin şair olduğuna inanıram, amma şeirlər hanı?

Vasif susacaq, deyəsən bir yerdə deyəcək ki:

- İş-güc aman vermir...

...”məftildən maşın düzəldirdik uşaqlıqda

böyüdük yorğandan qadın düzəltdik

belə öyrəndik

başsız qadın bədəninə sarılmağı

sonra anamızı qoyduq qəbirə

qollarımızda

və belə hiss etdik

qucağımızdakı qadın ağırlığını”...

Və...

Azadlıq kəlməsinin yazıldığı divar hələ də orda durur, Vasiflə qəlbi arasında, Vasiflə duyğuları arasında, Vasiflə şeirlərin arasında. O divar çətin aşılan divardır, amma aşmaq istədiyimiz divardır...

Bəzən baxıram, bəzilərinin qarşısında nə divar var, nə o divarın məsuliyyəti, nə o divarın qalınlığı. Aydın məsələdir, divar yoxdursa heç nə yoxdur...

Məncə Vasifin qarşısındakı divar bir az da qorxudur, yazılacaq şeirləri gün işığına çıxarıb sonra onlara həyat verə bilməmək qorxusu... İyrənc cəmiyyətdə ana olmaq istəməyən qadının qarşısında duran divarla Vasifin qarşısında duran divar eynidir-üstünə “Azadlıq” kəlməsi yazılmış, eləcə baxılan, eləcə öldürən, eləcə basdıran...

... - Niyə şeir yazmırsan?

- Vaxt yoxdur

-...

-...

- Amma sən şairsən

- Hardan bilirsiniz?

- Yazmadığın şeirlərdən...

Paylaş

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

“İtalyan baharı” kinofestivalı keçiriləcək
17:01 20 İyul 2019
Bryus Li niyə lənətləndi?
16:20 20 İyul 2019
Pyer Rişar Yessentuki kinofestivalının fəxri qonağı olacaq
15:22 20 İyul 2019
Beynəlxalq Animasiya Festivalının münsiflər heyəti məlum olub
14:30 20 İyul 2019
Sumqayıt Dövlət Dram Teatrı 50-ci mövsümünü başa vurub
13:46 20 İyul 2019
"Tərlan Əbilov 90-cı illərin şairidir" - Orxan Saffari yazır
12:25 20 İyul 2019
Xalq yazıçısı Elçin təqdim edir: Yuxu ölümü kimi gerçəklik var havada
11:40 20 İyul 2019
Tanınmış gürcü yazıçısı Afaq Məsudun romanından yazdı
10:00 20 İyul 2019
İsrail əsgərinə vurulan livanlı qız, tabut daşıyan iraqlı... - Əsl Kino
08:58 20 İyul 2019
Cəfər əmimin yolları - Şərif Ağayarın hekayəsi
21:00 19 İyul 2019
Bred Pitin yeni filminin treyleri yayımlandı - Video
18:30 19 İyul 2019
Puşkinin can verdiyi divan... – Şairin Ev-muzeyindən Reportaj
17:57 19 İyul 2019
Sosial şəbəkələr depressiyaya səbəb olurmuş
17:11 19 İyul 2019
Kamal Abdulla medalla təltif edilib
16:37 19 İyul 2019
Sən gecələr yat, ay Qurban... - Məhəmməd Tanhudan Yeni Şeirlər
15:31 19 İyul 2019
Çexovun həyatı film olacaq
14:33 19 İyul 2019
Tərcüməçi-yazıçı Məmməd Məmmədlinin kitabı çap olunub.
14:01 19 İyul 2019
Yalçın Rzazadə Türkiyədə əməliyyat olunub
13:21 19 İyul 2019
Kəramət lağ elədiyi aşıqlardan da mənasızdır
12:37 19 İyul 2019
Azərbaycan filmləri Sarayevo festivalında
12:01 19 İyul 2019