news-inner
clock11:51 calendar-gray 07 Mart 2017 view-gray217 dəfə oxunub
view-gray217 dəfə oxunub

Yel Tanrısına etiqad: “Yel çərşənbəsi”

Kulis. az AMEA Folklor İnstitutu, “Folklor və yazılı ədəbiyyat şöbəsi”nin böyük elmi işçisi, Filologiya üzrə fəlsəfə doktoru Əpoş Vəliyevin “Yel çərşənbəsi” yazısını təqdim edir.

Bu gün dünyanın yaranmasında iştirak edən dörd ünsürdən biri olan “Yel (külək, hava) çərşənbəsi”dir. Bu çərşənbə xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə”, “Hava çərşənbəsi” kimi də tanınır. İnanclara görə bu çərşənbədə oyanan yel, külək oyanmış suyu, odu hərəkətə gətirir. Daha sonra su, od və külək birlikdə torpağı oyadır. Torpaq hərəkətə gəlir, isinir.

Türk mifoloji təsəvvüründə “Yel baba” dörd cür libas geyinir: ağ, qara, göy və qırmızı. Qara yel Qərbdən, Ağ yel Şərqdən əsir. Xəzri göy libasda, gilavar isə qırmızı libasda görünür. Yel çərşənbəsində əsən soyuq və isti küləklər yazın gəlişindən xəbər verir. Gün ərzində küləyin bir neçə dəfə istiqamət dəyişməsi, isti və ya soyuq olması, əslində, onun özünün - küləyin - havanın təmizlənməsi, yenilənməsi kimi qəbul edilir.

Yel çərşənbəsi günü həyətlərdə tonqallar qalanır, evlərdə plov (aş), südlü plov, lobyalı aş, bulğur aşı və s. bişirilir. Süfrəyə daha çox quru meyvələr və dənli bitkilərdən hazırlanmış nemətlər düzülür. Evlərdəki yorğan-döşək, xalça-palaz, geyimlər həyətə çıxarılır, barıların, məhəccərlərin üstünə sərilərək çırpılır, təmizlənir. İnama görə, yel çərşənbəsində yorğan-döşək, xalça-palaz, geyimlər havaya verilərsə, təmizlənər, paklanar.

“Yel baba” mərasimi öz kökü etibarilə əcdadlarımızın Yel Tanrısına etiqadı ilə bağlıdır. “Şifahi xalq yaradıcılığında Yelin Tanrı olması ilə bağlı müxtəlif nəğmə, əfsanə, rəvayət, mif, inanc və s. var. Azərbaycan nağıllarında da rast gəldiyimiz “yel baba” ifadəsi və onun nağıldakı rolu da diqqəti çəkir. Yel Azərbaycan mifik təfəkküründə həm də yol göstərən, bələdçi rolunu yerinə yetirir. Yel baba (əksər hallarda əldən-ayaqdan düşmüş qarı obrazında peyda olur) qalın meşələrdə azıb mənzilini tapmaqda çətinlik çəkən xeyirxah insanların qarşısına çıxır, onlara bir yumaq verir və yumağı yerə atıb diyirlətməyi tələb edir. Yel babanın üfürməsi ilə yumaq açılır və yolunu azmışları mənzil başına çatdırır...”.

Bölgələrdə, xüsusilə də Naxçıvanda Yel çərşənbəsi qəbirüstü ziyarət, əcdadların, vəfat edən yaxın-qohum əqrəbanın yada salınması günü kimi də qeyd edilir.“Məzarların üstü təmizlənir, ziyarət edilir, üzərində şam yandırılır, səməni qoyulur, vəfat edənlərin ruhuna dualar oxunur. Sonra evdə ehsan hazırlanır. Ehsan yeməyi əsasən plov (aş), halva və s. olur. Ehsan qohum-əqrəbaya, qonşulara paylanır. Qadınlar il ərzində yas düşən evləri gəzərək, vəfat edənlərin ailə üzvlərinə, yaxınlarına başsağlığı, təsəlli verir, mərhuma Allahdan rəhmət diləyirlər. Həmin gün həm də “yasdan çıxarma” sayılır. Yasdan çıxarmadan sonra yas saxlamaq məqbul sayılmaz, artıq deyərlər ki, toy, xeyir işlər etmək lazımdır”.

Qədim zamanlarda hələ xırmanın mövcud olduğu vaxtlarda Yellə bağlı keçirilmiş mərasimlər də var. Mərasim “Yel baba” adlanırdı və taxıl biçilib xırmana yığılandan sonra keçirilirdi. Məlumdur ki, keçmişdə kombayn olmadığından taxıl əllə biçilərək, dərz bağlanar, at, öküz arabaları ilə xırmana daşınardı. Dərzlər xırmanda döyüləndən sonra, buğdanın, arpanın və digər dənli bitkilərin sovrularaq samandan, çör-çöpdən, kol-kosdan təmizlənib, ayrılması üçün küləyə ehtiyac var idi. Ona görə də keçmişdə insanlar xırmanda taxılın sovrulması zamanı “Yel baba, gəl, ağ atına arpa, saman apar” deyərək küləyi, yeli müxtəlif nəğmələrlə köməyə çağırardılar:

A Yel baba, yel baba,
Tez gəl baba, gəl baba.
Sovur bizim xırmanı,
Atına ver samanı.

Dən yığılıb dağ olsun.
Yel babamız sağ olsun.
Taxılımız yerdə qaldı,
Yaxamız əldə qaldı.

A Yel baba, yel baba,
Tez gəl baba, gəl baba.

İnanclara görə bu mərasimdən sonra yel əsər və insanlar taxılı rahat sovurardı.

Küləklə, yellə bağlı bəzi miflər, rəvayətlər də mövcuddur. Rəvayətə görə, qədim zamanlarda Fatı (Fatma nənə) qarı yeddi rəngdə ip əyirib, yumaqları dizinin altına qoyaraq, hanada toxuculuq işinə hazırlıq edirmiş. Birdən yel əsir və yumaqlardan biri diyirlənib, açılır və ip dolaşır. Fatı qarı bundan qəzəblənir, “Azarım, bezarım dəymiş Yel baba, hardan gəlib çıxdı? İplərimi dolaşdırdı” deyib yelə qarğış edir. Yel baba qarğışdan hirslənir, daha bərkdən əsir və bütün yumaqlar diyirlənərək açılır. İplər bir birinə dolaşaraq, göyə qalxır və yel yumaqları üfüqlərə kimi aparır. Fatı qarı da qəzəbindən qarğışı-qarğışa calayır, əl ağacı ilə Yel babanın arxasınca düşüb onu vurmağa çalışaraq, yumaqlarının ardınca qaçır, amma yumaqlarını tuta bilmir. Deyilənə görə, elə o vaxtdan da Fatı qarının ipləri yeddirəngli qurşağa dönərək göydən asılır. Fatı qarı da nə Yel babanı vura bilir, nə də ipləri tuta bilir. Yağışdan sonra yeddirəngli göy qurşağı görünəndə ona el arasında “Fatı qarının hanası” və ya “Fatma nənənin saçaqları” da deyirlər.

Külək, yellə bağlı atalar sözləri.

- Yel olmasa, sel olmaz.

- Yel gətirər, gün qurudar.

- Kələklə gələn, küləklə gedər.

- Yel üfürüb şişirtdiyini göyə qaldırar.

- Külək əsməyincə yarpaq tərpənməz.

- Yelqayadannəaparar?

- Yelapardığını qaytarmaz.

Külək, yellə bağlı inanclar.

- Taxıl sovrulanda yel əsib işə mane olsa, ələyin, ya da xəlbirin üstünü bərk-bərk bağlayarlar, onda yel asta əsər.

- Yel baba xırmana gəlməmişdən qabaq ordan buğda, dən götürməzlər. Sovurulmamış buğda götürənin oğlu ölər.

- Yel çərşənbəsi gecəsi söyüd ağacının altına gedib niyyət elə və Yel babanı çağır. Əgər Yel baba sənin səsini eşidib əssə və söyüdün budaqlarını torpağa toxundursa, diləyin yerinə yetər.

Küləyin xalqımızın üzərindən hüznü, dərd-qəmi, çətinlikləri, problemləri, ağrı-acıları uzaqlara aparması, xoş günlər, xeyir-bərəkət, sülh və əmin-amanlıq gətirməsi diləyilə Yel çərşənbəniz mübarək olsun!

IMG_20140924_035357.jpg görüntüleniyor

news-inner-user

16802 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Ramiz Rövşən Qubadlıdan danışdı: "Belə tez alınacağını gözləmirdim”
10:30 26 Oktyabr 2020
Bakıda özbək şairinin kitabı çap olundu
10:08 26 Oktyabr 2020
Almas İldırımın oğlu: “Atamın məzarını dağıdıb üstündən yol çəkdilər” – Müsahibə
08:59 26 Oktyabr 2020
Zəngilanlı aktyor: "Ordan çıxan gün 11 yaşım tamam olurdu" - Video-söhbət
16:30 24 Oktyabr 2020
Türkiyəli yazar vəfat etdi
15:26 24 Oktyabr 2020
Azərbaycanlı rəssamın sərgisi İstanbulda
14:19 24 Oktyabr 2020
Tolstoy hansı şairin qızını sevmişdi? - Elçin yazır...
13:30 24 Oktyabr 2020
Ömürlə peşmanlıq oyunları - Cavanşir Yusifli Kulisdə gedən hekayədən yazır
12:21 24 Oktyabr 2020
Ajda Pekkan: “Azərbaycanlı qardaşlarımıza sevgi göndərirəm”
11:12 24 Oktyabr 2020
Şəhid olan Milli Qəhrəman haqqında film - Video
10:06 24 Oktyabr 2020
Vətənim adamlar - Sevda Sultanova yazır...
09:00 24 Oktyabr 2020
“Pişiyin evi” onlayn göstəriləcək
18:49 23 Oktyabr 2020
Nazirlik Zəngilanda dağılan məscidlə bağlı bəyanat yaydı
18:15 23 Oktyabr 2020
Azərbaycan əsgərinə heyrətlənən erməni hərbçi
17:31 23 Oktyabr 2020
Bütün zamanların ən gözəl aktrisasının həyatı film olur
16:53 23 Oktyabr 2020
Kino tarixinin ən qorxulu filmləri açıqlandı
16:11 23 Oktyabr 2020
Yapon caz ifaçısı Azərbaycan ordusuna pul köçürdü
15:29 23 Oktyabr 2020
Beynəlxalq Türk Mədəniyyəti və İrsi bəyanat yaydı
14:52 23 Oktyabr 2020
Allahı danan müəlliminin başına stul çırpdı, ömür boyu övladı olmadı, qızlığını xalası oğluna qısqandı - Xalq artistindən maraqlı faktlar
14:15 23 Oktyabr 2020
Facebookda yayılan təhlükəli döyüş videoları
13:34 23 Oktyabr 2020