news-inner
clock13:06 calendar-gray 22 Fevral 2017 view-gray499 dəfə oxunub
view-gray499 dəfə oxunub

Çingiz Abdullayevin elm-təhsil çıxışı, killer-fahişə sorğusu - AYXANIN REPORTAJI

Dünən “Muğam klubda” Çingiz Abdullayevlə görüş keçirildi. Dünya şöhrətli, bir saniyədə klaviaturanın 6 düyməsinə vura bilən yazıçı Novruz mühazirəsi oxuyacaqmış. Nədir bu Novruz mühazirəsi deyə düşündük bir az.

Tədbir başlamadan əvvəl Nurəddin Mehdixanlının əlində kağızdan nəsə oxuduğunu gördüm. Barmağımı dişlədim və ağlımdan keçirtdim ki, ola bilər, Novruzla əlaqəli tamaşa hazırlanır. Bu da tamaşa əvvəli böyük aktyorumuzun hazırlığıdır.

Bu məqamda üç-beş milli geyimli qız əllərində səməni oynaya-oynaya Çingiz müəllimin ətrafında dövrə vurub kosanın – Nurəddin Mehdixanlının xonçasını doldurur.

Sonra Çingiz müəllimlə Nurəddin bəy yumurta döyüşdürürlər. Qalib gələnə səməni hədiyyə.

Xəyalımdakı tamaşa dağılanda səs eşitdim, gördüm ki, Çingiz Abdullayev gəldi, iki nəfər onun qoluna girib tez qala qapısından içəri keçirdi.

Tədbiri giriş sözü ilə Cəsarət Valehov açdı: “Bu gün Su çərşənbəsidir. Hamınızı təbrik edirik...”

Çingiz müəllimin girdiyi qapının arxasındaydım. Bir az keçəndən sonra qulağımın antenası sözləri canlandırdı: “Çingiz müəllim, bu bizim milli...” Arxası gəlmədi. Çingiz müəllimin səsi gəldi: “Bilurem...”

“Təhsil Nazirliyi Novruz mühazirələrinə start verir. – hamının diqqəti çıxışçıda idi. – Bu layihənin məqsədi elm, təhsil barədə söhbətləri populyar tərzdə təqdim etməkdir. Hər dəfə tanınmış...”

Qala qapısından səslər gəldi: “Çingiz müəllim, yəqin bilirsiniz, xalqımızın yumurta...” Səs kəsildi. “Bizüm qədüm tarixumuz...” – Çingiz müəllimin qırıq-qırıq səsi qulağımı yaladı.

“Muğam klub” qabaqlar kiçik qala idi, İçəri Şəhərdə yerləşirdi. Açıq havada oturub Çingiz müəllimin çıxmağını gözləyirdik. Qalanın eyvanlarından həsrətlə baxan qızların ah-naləsini eşitmək olurdu: “Ay Çingiz müəllim, çıxun da...”

Nəhayət, Çingiz Abdullayev intizara son qoydu, qapıdan addımını atan kimi gurultulu alqışlarla qarşılandı. Söz verildi Nurəddin Mehdixanlıya: “2 ildir Novruz mühazirəsi keçirilir. Bu mühazirələr Novruzu mərasim məqamından çıxarıb düşüncə məqamına çıxarmaq üçündür. Elmin və təhsilin sadə dildə çatdırılması...”

“Sadə dil” dedilər yadıma düşdü. Axı Çingiz Abdullayevin Azərbaycan dili sadə deyil, çox qəlizdir. Hətta Çingiz müəllim mühazirəyə başlayanda mənə elə gəldi ki, xarici konfranslarda olduğu kimi hamı qulaqlıq taxıb tərcüməçinin dediklərinə diqqət kəsiləcək.

Çingiz Abdullayev “Sözün təbiət və ədəbiyyat şəkli: zamanın gerisində, yoxsa...” mövzusunda mühazirəsinə başladı. “Yoxsa”ya diqqətlə baxmayın, arxası yoxdu. Ən yaxşısı Çingiz Abdullayevə qulaq asaq:

“Sovet vaxtı deyürdüler kü, yazuçu gərək olsun təvazo. Yazıçı olmamalı heç vaxt təvazo. Eynen de bəstəkar, rəssam. Elə bir rəssam olmaz ki, istəməsün rəsmlərü görsənsün. Ya da bəstəkarın musiqisü səslənsün. Yazuçu da istəyür kutabu oxunsun. Düzdür ki, mukafat, orden yaxşu şeydür. – Bu yerdə iştirakçılarla bir yerdə Çingiz Abdullayev gülümsündü. – Amma əsas oxunmaqdur”.

Mühazirəyə millət vəkilləri, tələbələr, təhsil ekspertləri, media nümayəndələri qulaq asırdılar. Tanınmış adamlar iki bir, üç bir gözümə dəyirdi. Rəşad Məcidi qalstukundan tanıdım, Etibar Əliyevi səsindən, Fazil Mustafanı çarpaz əllərindən, Elçin Hüseynbəylini də uca boyundan.

“1967-cü ildə olmuşdur muxaribə İzraüllə ərəblər arasunda. Ərəblər demüşdü, biz onlaru dənüzə atacayuq. Ərəblərün ordusu çox idi, topu-tüfəngü də. ABŞ dedü, 30 günə, Sovetlər dedü, 25 günə qutaracaq müxaribə. Özü də xamusu dedü, İzarül qalib gələcəy. Nöşün? Deyüm. 6 gün çəkdü müxaribə. İzraül qazandu, ərəblər yox oldu. Niyə? Ona görə ki, İzraülün zabitü, əsgəri çox ağullu, təcrübəlü idi. – Çingiz müəllimə görə, hər Azərbaycan sözündə bir “ü” hərfi mütləq olmalıdır. – Bür, ikü ay bundan qabaq xalq yazuçuları Müdafiə nazürü Zakir Həsənovla görüşdü. Mənim dostum Zakir. Özü belə deyürdü menə. O da dedü, təhsül, təhsül, təhsül. Təhsüldən hər şey asludur. Azerbayjan xalqu pul verür müəllima ki, uşağumu öyrətmə. Lazım deyül bize axmaq vətəndaş, zabüt”.

Hamının gözlərində təsdiq ifadə edən baxışlar vardı.

“Bir defe Anarla söhbet edürdük. Anar dedü kü, adamlar istedadlü deyilsən deyəndə qabul eləmir. Tənbəl deyəndə qabul eləyir. Onlar bilir elə kü, tənbəl olanda düzələcək şey hər. Heş zad olmuyacaq. Nə vaxta qədər kü, qohum düzəldəcək polisə, vergüyə, ya ayru bir yerə. Tənbəl adam, oxumayan kutab, heç nə...” - indi fikir verdim ki, Çingiz Abdullayevin arxasındakı qapıda onun silueti əsəbi şəkildə əlini yellətdi.

“İndü desəm oğlanlara güləcək. Amma deyirəm doğru. Ağullu qızlaru alan çox yaşayur. Təhsüllü baxacaq süzə, xəstəliyə, yeməyə... Səvüyyəsüz qadun bunu edə bilməyəcək. – deyəsən, Çingiz müəllim “təhsülsüz”, yox e, “təhsilsiz” demək istədi, bu sözü beynindəki rusca ilə tərcümə edə bilmədi. Bu Çingiz Abdullayev sözünün təbiət şəkliydi...

Nə olsa da, dünya şöhrətli yazıçının dedikləri anlaşıldı və alqışlar qopdu.

“Mənə danuşmuşdular Xodjalunu. Bir quz ağluya-ağluya danuşurdu, necə yanduğundan qardaşunun. Bizüm təblüğatımız olsa həqüqəti dünyaya tanıda bilərük”.

Yenə alqışlar.

“Mənim kutablarum 32 dildə çıxub. Dünyaya çuxmaq tercüma ilə olur. Cavan yazuçular bilməlüdür bunu... Uşaq olanda bilmürdüm yazıçu olmağu, amma istəyürdüm. Bir dəfə Anaru bulvarda gördüm, balaca uşaq idum. İstədüm soruşum ona ki, yazıçu olmaq necə olar? Utandum”.

Gülümsündü müzahirəni dinləyənlər...

“Mənə deyürdülər, siyasü detektüv yazma, onu yahudilər yaxşu yazur. Onda cavan hayasuz idim. – gülüşmə. – Dedüm, hamudan yaxşı yazacam. Bizümkülər düyürdü, Abdullayev familiyi nə yazuçu, getsün göyərtü satsun. Deyürdülər, nə yaza bilər axı o? Gürcü, ərmənü deyə bilər bunu? Azərbaycanlu da deməməlidür”.

Nəfəsini dərdi dünya şöhrətli yazıçı.

“Uşaqlarum deyürəm, Allax eləməsün yazuçuluqla məşğul olsun. Çünkü min yazuçu olur ki, yazur, amma biri olur uğurlu”.

Çingiz Abdullayevin arxasındakı silueti barmaq salladı.

“Yazuçu vicdanlu olmaludur, yazuçu yalan danuşursa, hər gələn hakimiyyəti tərüflüyürsə, dövləti tərüflüyürsə yazuçuluğu buraxsun. Dövlət yazuçuyla toqquşuarsa uduzacaq. Xalqla toqquşursa yazuçu yazuçu uduzar onda. Qnut Qamsun faşüstlərü qabul edəndə kutablarunu oxumadular. Yazuçu xalqun yanunda deyülsə, xalqun ağrusuyla yaşamursa özünə yazuçu deməsün”.

Mühazirə bitəndə gurultulu alqışlar oldu, Çingiz Abdullayev dedi ki, mənə oturmaq üçün yer ayrılıb, amma sualları bu tribunadan cavablayacam, çünki anasının dediyinə görə, bunun əksi tərbiyəsizlikmiş.

Moderatorluğu ələ almış Nürəddin Mexdixanlı (Çingiz müəllimin danışığı mənə də bulaşdı) mikrofona əyildi: “Alqışlar bu mənalı söhbətə görə...”

Təhsil ekspertlərindən biri ayağa durdu: “Novruz mühazirələri təqdirəlayiqdir. Təbiət sevinəndə biz də sevinirik. Yaxşı yeməklər, paxlavalar olur. İndi düşüncə də əlavə olundu. Türkiyədə sorğu keçirilmişdi. Məlum oldu ki, türk cavanı xəyal qura bilmir. Necə edək bizim cavanlar xəyal qurmağı bacarsın?”

Sual alqışlandı.

“Büz kutab oxumağu sevmürük. – Çingiz Abdullayev dedi. – Təhsül Nazirlüyünü tənqüd edürlər. Mən bir dəfə getdüm baxdum, üç yüz müəllüm var. Çətindür. Əvvəl bizdə çox idi kutab mağazasu. Sorğu keçirülüb. Gürcüstanda 42 faüz, Ərmənüstanda 39 faüz, bizdə 11 faüz kutab oxunur. Sant Peterburqda 64 faüz kutab oxuyan hesablanub, əsəbləşüblər kü, yəqün qafqazlulara görə belə olub. İndü 8 kutab mağazamız var. Burda kutab mağazasu vardu, bağlayub kalqotka mağazasu açdular. Mən kalqotka da geyünmürəm, neynürəm?”

Gülüşmə düşdü.

“Biz ticarətlə məşğuluq. – Çingiz Abdullayevin səsi fon musiqisi kimi gedirdi. – Sorğu keçürüblər... Oğlanlar küller olmaq istəyür, qadunlar fahüşə. Bağuşlayun mənü”.

- Harda keçirilib sorğu? – yanımdakı ayaqda durmuş birindən soruşdu.

- Tiflis idi deyəsən.

- Yox e, Sant Peterburqu deyir. – başqa birisi düzəltdi.

Amma bu qəribə sorğunun harda keçirildiyi dəqiq bilinmədi.

Növbəti sual gəldi bu vaxt: “Uşaqlıq fantaziyanız nə olub?”

Deyəsən, Çingiz Abdullayev sualı səhv başa düşdü: “Mən hüquqşünas olmaq istəmüşəm. Atam da prokuror olub. İttüfaqu Yazuçularun katübü ola-ola həm də tarixçü, palentoloq istəyürdüm olmaq. 500 il versəydülər daha çox temada kutab yazardum”. – son cümlələrini məncə, heç kim anlamadı. Qulaqlıq lazımdı demişdim axı.

Təhsil eksperti Etibar Əliyev ayağa qalxdı: “Biz kitab mağazalarının bağlanmasını soyuqqanlı qarşıladıq. Gərək aksiya edərdik buna”. Sonra suala keçdi: “Yəqin oxumusunuz, - Etibar müəllim hamıya belə deyir. – Harper Linin “Bülbülü öldürmək” kitabı 48 milyon oxunub. Sizin tirajınız nə qədərdir?”

Çingiz Abdullayev: “28 milyon”.

“Tirajı şişirtmirsiniz ki?”

“Yox”.

“Moemin “Detektiv janrının süqutu” essesini də oxumusunuz yəqin. Detektiv janrında ancaq ölüm hadisəsi və xəfiyyənin bunu axtarması, eyni süjetin təkrar-təkrar yazılması... Sizcə də bu janr süquta uğrayıb? Süqutudursa, özünüzü hansı janrda görürsünüz?”

“Fantasika, macara uşaqlar oxuyur. XX əsrün ən maraqlu əsərləründə detektüv var. Bunu Borxes deyür. Deyürlər, mən başlatmuşam detüktüvü. Hansu kü, Cümşüd Amirovun “Qara Volqa”sundan başlayur. Sonra Elçünün “Arxadan vurulan zərbə” də klassük detektüvdür. Anarun, başqalarunun da var. Mənüm tarixi, melodram yazduqlarum da olub. Çəkdü film mənüm yazduğumdan Mehruban Alekberzade, adı “Məhkumlar”. Ağur filmdür. “İlahi komediya”, “İnsan komediyası”, “Müasir komediya” yazuldu. Mən indükü dövrü “Krimunal komediya” deyürəm. Bizə dedülər, Allax yoxdur, Allahsuz yaşadıq, dedülər, vüjdan, ləyaqet yoxdur, vüjdansuz, ləyaqətsüz yaşaduq. Detektüv pul və ölümdür”. – sonlara yaxın bir az qarışdırsa da Çingiz Abdullayevin fikri alqışlarla qarışlandı.

“Darvinizmin dərsliklərdə keçirilməsinə necə baxırsınız? Bu yaxınlarda Türkiyədə qadağan etmişdilər”. – növbəti sual səsləndi.

“Mən məscüdlərdə də olmuşam. Bizüm şaür Qabülün sözlərü çox xoşuma gedür. Deyürdü, mən Allaxa inanuram, amma onun təsərrüfatuna inanmuram. Yəni cəhənnəm, cənnət. Mən də istəmürəm cənnətə gedüm, orda molla olacaq. – gülüşmə düşdü. – Ondansa cəhənnəm yaxşudur. Darvinizm Allaxa qarşu deyül. Çox alüm deyür kü, Allax var. Amma din deyür kü, 7-8 min il evvel insan olub. Bəs ondan evvel ne olubdur? Darvinizimi bağlamaq doğru deyül məktebde. Biz mütəqül fikrümüz yaranmaq üçün etməliyik Darvinizmü tədrüs. Borxes deyürdü kü, Allah varsa, İblüsü nöş yaradıb? Cavab verür kü, qəsdən yaradub, seçümümüz olsun deyə. Kutablar təhsül haqda belə olmaludur, seçüm yaratmaludur. Darvinizm dərslükdən çuxarulsa birincü mən etiraz edərəm”.

Bu yerdə bir cavan ayağa durub sual etdi: “Siz xoşbəxtsinizmi?”

“Xoşbektlük neyden ibaretdür? Sənü sevən insanlar senle yaşuyanda. Xoşbəxtəm ki, 81 yaşunda atam, 83-də də anam vafat edüb. Neçə yaşuna qədər olmuşam uşax mən. Atam xalq yazuçusu oğlunu görüb”.

“Gənc yazarlardan kimləri oxumaq lazımdır?” – növbəti sual gecikmədi.

“Bizüm Reşad Medjudumuz, İlqar Fexmümüz, Elçün Quseynbeylimiz var”. – adların yerinə Füzuli, Nizami, Nəsimi yazsanız qəm dəyişmir.

Gender bərabərliyini qorumaq üçün “Qızlar sual versin” və tədbir bitsin dedi Çingiz müəllim.

- Mən Novruzu sevirəm. Amma din adamları qəbul etmir bu bayramı. Deyir, Zərdüştülükdən gəlir. Sizin münasibətiniz nədir?

- Mənim atam da, anam da Kommunist partüyasında olublar. Amma Novruzu keçürüblər bir yerdə, paxlava da bişürüb anam. Xalq qabul edübsə nəyü püsdür?

Və mənə elə gəldi ki, bu yerdə əllərində səməni Çingiz Abdullayevin ətrafında oynaya-oynaya dövrə vuran milli geyimli qızlar peyda oldu.

news-inner-user
Ayxan Ayvaz

474 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

İsti yatağım soyuq səngər misalı - Sara Selcandan yeni şeirlər...
16:28 28 Noyabr 2020
Azərbaycanda Mixail Qusmanın filminin premyerası oldu
15:01 28 Noyabr 2020
Bu nədir, Allahı danmaqdır? – Elçin yazır...
13:30 28 Noyabr 2020
"Şəngülüm, Məngülüm" tamaşası onlayn nümayiş olunacaq
12:01 28 Noyabr 2020
Türkiyədə "Azərbaycanlı şəhid uşaqların xatirəsinə" adlı konsert keçirildi - Foto
10:27 28 Noyabr 2020
Fuad Poladov: Qızla zirzəmidə görüşdüyümə görə məni məktəbdən qovdular – Müsahibə
09:00 28 Noyabr 2020
Ukrayna Milli Kitabxanasında Azərbaycan guşəsi açılacaq
18:31 27 Noyabr 2020
Qayıtdı gülləri yığıb başına, vətən gülşəninin Xarı bülbülü! – Yeni şeirlər
17:44 27 Noyabr 2020
Tələbənin universitetdən qovulması haqlı qərardırmı?
17:09 27 Noyabr 2020
"Qarabağ Azərbaycandır" adlı kitab nəşr olundu
16:34 27 Noyabr 2020
Rejissorumuzun da iştirak etdiyi festivalın qalibləri elan olundu - Siyahı
15:53 27 Noyabr 2020
Nənəsini yemək üstündə ağlatdı, xəstəliyinə görə yardım istədi, işdən çıxarılan gün həyat yoldaşı öldü – Məşhur diktordan maraqlı faktlar
15:11 27 Noyabr 2020
Məşhur Meksika filmlərinin ssenari müəllifi vəfat etdi
14:31 27 Noyabr 2020
İşğaldan azad olunan Xanabert qalası
13:53 27 Noyabr 2020
"Anamın kitabı" filmi gəlir - Yaxında
13:11 27 Noyabr 2020
Mənə ölümümdən yol verin... - Ötən gün dünyasını dəyişən şairin şeirləri
12:31 27 Noyabr 2020
Onlayn dərsdə gülməli vəziyyətə düşən müəllimlər
11:50 27 Noyabr 2020
Qorxu bilməyən işçimiz - Elçin yazır...
11:10 27 Noyabr 2020
Lalə Məmmədovadan duyğu dolu etiraf yazısı: “Hamınızı aldatdım!”
10:28 27 Noyabr 2020
Mirzə Cəlil haqda yeni kitab çıxdı – Dərs vəsaiti kimi təsdiq edildi
09:54 27 Noyabr 2020