"Virtual Qərbi Azərbaycan" ensiklopedik toplusu təqdim edildi

"Virtual Qərbi Azərbaycan"   ensiklopedik toplusu təqdim edildi
29 dekabr 2025
# 12:05

Bakıda "Virtual Qərbi Azərbaycan" ensiklopedik toplusunun təqdimat mərasimi keçirilib.

Kulis.az APA-ya istinadən xəbər verir ki, Strateji Kommunikasiyalar Mərkəzi tərəfindən hazırlanan toplu, əsasən, ilkin mənbələr əsasında işlənilib.

Bu layihə çərçivəsində yaradılmış internet resursu 8 əsas bölmə, 34 başlıq və 55 alt başlıqdan ibarətdir. Resursda Qərbi Azərbaycanın ən qədim dövrlərdən bu günədək təbii-coğrafi şəraiti, tarixi coğrafiyası, arxeologiyası, etnoqrafiyası, siyasi, sosial-iqtisadi, hərbi və mədəniyyət tarixinə dair məsələlər əhatəli şəkildə əks etdirilib.

Layihədə bir məkan (şəhər, rayon və kənd) prinsipi əsasında əraziyə dair bütün məlumatların asan və rahat şəkildə əldə olunması imkanı yaranır.

Strateji Kommunikasiyalar Mərkəzinin sədri və layihənin Baş Məsləhətçisi Anar Qədirli qeyd edib ki, əsas məqsəd Qərbi Azərbaycanla bağlı tarixi həqiqətləri yalnız emosional çağırışlarla deyil, akademik obyektivlik və elmi dəqiqlik əsasında təqdim etməkdir: "Virtual Qərbi Azərbaycan Ensiklopediyası Prezidentin verdiyi strateji çağırışın praktiki və elmi müstəvidə həyata keçirilməsinə yönəlib".

AMEA-nın Tarix və Etnologiya İnstitutunun "Qərbi Azərbaycan tarixi" şöbəsinin müdiri Cəbi Bəhrəmov çıxış edərək bildirib ki, Rusiya işğalı və ermənilərin köçürülməsi prosesi, ərazi dəyişiklikləri bu xəritələrdə əksini tapır. Onun sözlərinə görə, bu xəritələrin vacib xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, ermənilərin köçürülmə prosesi hansı illərdə, nə vaxt, hansı sənədlər əsasında baş verdiyi göstərilir.

Tədqiqat Qərbi Azərbaycan (indiki Ermənistan Respublikasının ərazisinə aid hissə) üzrə Azərbaycan xalqına məxsus yaşayış məntəqələrini, milli-mədəni irsə aid dini və tarixi abidələrin mövcud vəziyyətini əhatə edir, çar Rusiyası və SSRİ dövrlərində erməni əhalisinin bu ərazilərə kütləvi şəkildə köçürülərək yerləşdirilməsi siyasətini, yerli azərbaycanlı əhalinin etnik təmizləmə, soyqırımı və deportasiyaya məruz qalması tarixini, toponimlərin məqsədli şəkildə dəyişdirilməsini və ərazinin tarixi coğrafiyasını əks etdirən xəritələrin təhlilini elmi əsaslarla təqdim edir.

# 1529 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur bəstəkardan yeni əsər - 90 illik yubileyində

Məşhur bəstəkardan yeni əsər - 90 illik yubileyində

17:00 3 oktyabr 2026
"Şrek" beşinci filmlə ekranlara qayıdacaq

"Şrek" beşinci filmlə ekranlara qayıdacaq

16:00 3 oktyabr 2026
Tanınmış aktyor Kanndakı nüfuzlu məzmun yarmarkasında

Tanınmış aktyor Kanndakı nüfuzlu məzmun yarmarkasında

15:00 3 oktyabr 2026
Bakıda “Avropa Təamları” Kulinariya Festivalının  4-cü buraxılışı keçirilir

Bakıda “Avropa Təamları” Kulinariya Festivalının 4-cü buraxılışı keçirilir

13:12 3 oktyabr 2026
Tarantino və Bred Pittdən yeni layihə - İllər sonra

Tarantino və Bred Pittdən yeni layihə - İllər sonra

13:00 3 oktyabr 2026
İtaliyada yeni bayram - Müqəddəs Fransiskin xatirəsinə

İtaliyada yeni bayram - Müqəddəs Fransiskin xatirəsinə

12:00 3 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər