Uşaqlığımı qanadan kitablar

Uşaqlığımı qanadan kitablar
1 sentyabr 2011
# 22:02
Kulis.az olaraq yeni bir layihəyə başlayırıq.

Amma ilk yazını artıq Anar Yusifoğlu yazıb və o yazı “Tale kitabları” adı altında bir neçə gün əvvəl çap edilib.

Bu layihədə müəlliflər onlara təsir edən, dünyagörüşlərini formalaşdıran kitablar haqda yazacaqlar.

Anar Yusifoğlu 10 yaş məndən böyükdür.

1974-cü ildə o anadan olub, 1984-də mən.

Dövrümüz fərqli olduğuna görə oxuduğumuz kitablar da fərqli olub.

10 il deyib keçməyin, 1980-lərlə 90-ların çox fərqi vardı.

Mənə ciddi təsir edən kitab kimi hər zaman Selincerin “Çovdarlığı uçurumdan qoruyan” romanını qeyd edirəm.

Bu romanı oxuyanda keçirtdiyim hisslər hələ də yaddaşımda təravətlidir.

“Belə də ədəbiyyat olarmış”…

O zaman neçə yaşım olduğu yadımda deyil, amma litseyə girməmişdim.

Deməli 6-cı ya da 7-ci sinifdə oxuyurmuşam.

Yaddaşımı qurcalayanda qarşıma qəhvəyi üzlü bir kitab düşür: “Tom dayının daxması”.

Kitabı indi Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin rəhbəri olan Hidayət çevirmişdi və belə bir ön söz yazmışdı: Uşaqlıqda oxuya bilmədiyim kitab.

Uşaq vaxtı bu kitabı oxuya bildiyim üçün xoşbəxtəm.

İvan Bunin: “Mityanın məhəbbəti”…

Maksim Qorki: “Ana” romanı…

Jül Vern: “Kapitan Qrantın uşaqları”…

Mark Tven: “Tom Soyyerin macəraları”, “Heklberri Finnin macəraları”…

Bunlar uşaqlıq yaddaşımı qanadan, hələ də üstü qaysaqlanmayan yaralar açan kitablardır.

Nikolay Ostrovski: “Polad necə bərkidi”

Sonra universitet kitabları…

Dostoyevski, Nitsşe, Karl Marks, Freyd, Maks Veber…

Heç zaman kitab oxuyanda bir cəhbəyə kürəyimi dayamadım.

Nevevinin “Riyazüs salihi”nini də oxudum, Dədə Qorqudu də bitirdim, Marksı da vərəqlədim.

Heç bir zaman oxumamağımla öyünmədim, yazılası hər şeyi oxumağa dəyər buldum, qarşı tərəfi öyrənmək və anlamağa çalışdım, bunun üçün özümü mütaliəyə verdim.

Dindar olduğum günlərdə də bu belə idi, sosialist olduğum bu günlərdə də.

Amma bu ölkədə heç kim heç kimin kitabını oxumur…
# 2977 dəfə oxunub

Oxşar xəbərlər

16 yaşlı qızı qaçıran axund kimə güvənir?

16 yaşlı qızı qaçıran axund kimə güvənir?

12:37 21 iyun 2025
Pampers dərdi və bərbər

Pampers dərdi və bərbər

10:00 14 iyun 2025
İsmayıl qurbanı əhvalatının müasir versiyası

İsmayıl qurbanı əhvalatının müasir versiyası

12:00 6 iyun 2025
Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

12:00 2 iyun 2025
Röyanın Kannda nə işi var?

Röyanın Kannda nə işi var?

14:30 24 may 2025
Kütlə həmişə kütdür

Kütlə həmişə kütdür

12:00 11 may 2025
# # #