writer1

Mirmehdi Ağaoğlu

Məqalə sayı

559
clock12:55 calendar-gray 16 Fevral 2017 view-gray150 dəfə oxunub
view-gray150 dəfə oxunub

Facebookda İŞİD-çilik edən elm tərəfdarları

Elmin populyarlaşdırılması adına sosial şəbəkədə xeyli işlər görülür. Bir qrup könüllü səhifələr yaradır, son elmi nailiyyətləri paylaşır, müzakirələr aparır, insanların maariflənməsinə çalışırlar. İnsanlar da bu paylaşımları böyük diqqətlə qarşılayırlar.

Elmi təşkilatların, televiziyaların görmədiyi işləri öz təşəbbüsləri ilə heç bir şəxsi maraq güdmədən görən bir qrup insanın fəaliyyəti təqdirəlayiqdir.

Amma bu adamlarda qəribə aqressiya da var. Sanki bu paylaşımların alt qatında, lap dərinliklərində belə bir fikir gizlənib: “Sən öləsən, bizim hər dediyimizi qəbul etməsən, deməsən ki, “Allah yoxdur”, başına oyun açacağıq!”

Elə bil əllərindəki faktların dəqiqliklərinə etibarları yoxdur, ona görə bu paylaşımlara öz basqılarını əlavə edirlər. Məqsədləri elmi yaymaqdır, amma vasitə dini yayanların vasitələrini xatırladır, bu davranışlardan irtica yağır.

Məqsəd mütərəqqidir, ton aşağılayıcı.

Məəttəlsən, deyəsən “Allah var”, az qalalar səni daşqalaq edələr.

Kimsə sosial şəbəkədə qeyri-elmi fikir yaymağa bənddir, o dəqiqə elm tərəfdarlarının hücumuna məruz qalır və qəribədir ki, bu hücum hər hansı bir dindar dəstənin hücumundan fərqlənmir, eyni aşağılayıcı ton, eyni təhqir vasitələri, qarşı tərəfə yuxarıdan aşağı baxmaq cəhdləri...

Məsələn, Tariyel Abdullayev adlı bir nəfər var. Sosial şəbəkədə elmin populyarlaşdırılması naminə yaxşı işlər görür. Xeyli adam da onu statuslarından, paylaşdığı elmi fikirlərdən faydalanır. Bunlar təqdirəlayiqdir. Amma bir də görürsən ki, yazır: “Ağlı başında olan hər kəs islamafob olmalıdır.”

Nədir bu ifadə? Belə çıxır ki, dünyadakı 1.5 milyard islama tapınan insanın ağlı başında deyil? Necə olur ki, sən tək canına ağıllı ola bilirsən, amma 1.5 milyard insanın biri də ağıllı ola bilmir?

Hardandı bu özünə əminlik? Bu fikirlərdən İnkvizisiya tonqallarının qoxusu gəlmirmi? Gəlir. Bu fikirlərdən cahillik yağmırmı? Yağır.

Öz fikrini yaymaq üçün mütləq qarşı tərəfi pisləməlisən?

Ümumiyyətlə, hamı sənin fikirlərini qəbul etməyə məcburdurmu?

Elmi mürtəce vasitəyə çevirmək nəyə gərək?

Axı sənin əlində elm adlı, faktlara, sübutlara əsaslanan böyük qüvvə var! Bəs onda özünü niyə dünən namaz qılmağı öyrənib, bu gün içki içən hər kəsi kafir elan edən yeniyetmə kimi aparırsan?

Elm əgər bu qədər mütərəqqidirsə - təbii ki, mütərəqqidir – o zaman seçdiyiniz metodlar niyə aqressiv, aşağılayıcıdır. Özünü niyə inkivizitor kimi aparır və səndən olmayanları təhqir edir, ağılsız adlandırırsan?

Əgər, kiminsə dünyagörüşü sənin dünyagörüşünə ziddirsə ağılsızdırmı? Bəs ondan 1.5 milyard müsəlmanı, filan qədər xristianı, buddisti, şintoisti, bütpərəsti, yəhudini nə edək? Əgər onlar dünyanı sizin düşündüyünüzdən fərqli dərk edirlərsə, o zaman ağılsızdırlar?

İnsanlıq zatən min illərdir dinlərin mürtəceliyindən nəsibini alıb. Təqibləri, İnkivizisiya məhkəmələrini görüb. Bu təqiblər, tonqalda yandırmalar bir səbəbdən - qarşındakının fikirlərinə dözümlü yanaşmamaqdan, sənin fikrini qəbul etməyənə nifrət bəsləməkdən qaynaqlanıb.

Sənin kimi düşünməyənlərə, səndən olmayanlara dözümlə yanaşmamaq, onları aşağılamaq, ağılsız hesab etmək, məqsədin lap elmi yaymaq olsa belə cahillikdir, İŞİD xislətidir.

Özü də daha ciddi, daha təhlükəli cahillik - elmin cahilliyi.

Əgər belədirsə, o zaman vay bu dünyanın halına!

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Haqverdiyevlə bağlı film hazırlanır
18:30 03 İyul 2020
Ondan qorxurduq – Bacısı qızı Kafkadan yazır...
17:47 03 İyul 2020
Mehriban Vəzirdən yeni kitab
16:58 03 İyul 2020
Koronavirusa həsr olunan film çəkilir
16:13 03 İyul 2020
"Sehrbaz qadın" onlayn nümayiş olunacaq
15:21 03 İyul 2020
Xarici İşlər Nazirliyi nota göndərməlidir - Kino adamları od püskürdü
14:30 03 İyul 2020
Uşaqlar üçün tamaşa
13:57 03 İyul 2020
Anar yeni ssenarisini çəkməyə vəsait tapmır
13:15 03 İyul 2020
Hoşcakal, İrfan bey! – Ayxan Ayvaz yazır...
12:33 03 İyul 2020
Dünya ilə oynayan iki qadın - Mehman Qaraxanoğlu yazır...
12:07 03 İyul 2020
Qəmli-qəmli sevişmək – Oğuz Ayvaz yazır...
11:41 03 İyul 2020
Türkiyənin Azərbaycandakı keçmiş müşaviri vəfat edib
11:16 03 İyul 2020
Günün şeiri Küçük İsgəndərdən - Mətn
10:58 03 İyul 2020
Orxan Pamuk qızına çap qadağası qoydu
10:26 03 İyul 2020
İstəyirdim kimsə məni itələyib küçənin ortasına yıxsın - Bircənin romanı
09:00 03 İyul 2020
Azərbaycanlı fotoqraflar beynəlxalq fotomüsabiqədə 4 qızıl medal qazandılar
18:41 02 İyul 2020
Eşşək obrazına görə ərini tərk edən qadın – Əyyub Qiyasdan yeni hekayə
18:04 02 İyul 2020
Kosmosun qoxusu necədir? - NASA-dan 2 il əvvəl bunu düşünən azərbaycanlı
17:23 02 İyul 2020
Səməd Vurğunun şeirlər kitabı Türkiyədə nəşr olundu
16:41 02 İyul 2020
“Durna balığı” onlayn göstəriləcək
15:48 02 İyul 2020