news-inner
clock08:30 calendar-gray 04 Noyabr 2016 view-gray55 dəfə oxunub
view-gray55 dəfə oxunub

Bu yazıçılar məhrəm hisslərini yazırlar – SORĞU

Çox vaxt həyatımızla bağlı şəxsi, məhrəm şeyləri gizlədirik, başımızdan keçən bu cür hadisələri başqaları ilə paylaşmırıq.

Bəs bizim yazarlar bu haqda necə düşünür? Öz həyatları ilə bağlı şəxsi, məhrəm şeyləri yazırlarmı? Bunların yazılmasına münasibətləri necədir?

Kulis.Az bu barədə sorğusunu təqdim edirik.

Azər Abdulla

Image result for Azər Abdulla

- Şəxsi, məhrəm şeylərin yazılmasına çox normal baxıram. Bunlar yazıçı üçün təbii olmalıdır. Məhrəm şeyi yeri gələndə, lazım olduğunda işlətmişəm. Ümumiyyətlə, bu, bütün yazıçılarda belədir. Yazıçıların əksəriyyəti başqa obrazla öz şəxsi, məhrəm şeylərini yazırlar. Onu gizlətsə də, yenə öz həyatındakı şəxsi, məhrəm şeylərdən yazıldığı bəlli olur. Sadəcə, yazıçı ona başqa bir rəng qatır. Yaradıcılıqda özündən asılı olmadan həyatın mətnə düşür...

Fəxri Uğurlu

Image result for fəxri uğurlu

- Mənim yazdıqlarımın hamısı şəxsi, məhrəm şeylərdir. Ola bilər bu, üzdə deyil, ancaq dediyim kimidir. Şəxsi, məhrəm şeylərin yazılmasına normal baxıram. Ədəbiyyat onsuz da şəxsi və məhrəmdir. Ancaq baxır sənin onu necə yazmağına, şəxsi ümumiləşdirmək bacarığına. Bir insan haqqında yazanda əslində insan haqqında yazmalısan. Ədəbiyyat mənim anlamımda konkreti abstraktlaşdırmaq, mücərrədləşdirmək sənətidir. O mənada mənim yazdıqlarımın hamısı şəxsi və məhrəm şeylərdir.

Səfər Alışarlı

Image result for səfər alışarlı

- Bizi belə öyrədiblər ki, hər bir yazıçı şəxsən yaşadıqlarını yazsa, daha çox uğur qazanar. Çünki belə də mühitin, hadisənin tipikliyi birinci amil olaraq oxucunun ürəyini ovlayır və s. Yəni bunun anatomiyasını açmağa dəyməz, çünki praktikada hər kəs özü bildiyi kimi dəli olmağı sevir. Ədəbiyyat üçün bu vacib məsələdə, fikrimcə, yazıçıdan çox, oxucu önəmli rol oynayır. Oxucu var ki, hər fikri çeynəyib onun boğazına tökmək lazımdı, oxucu da var ki, səviyyə adamıdır, o, hər şey bilir və başa düşür. Onunla səmimiyyət oyunu da keçmir, ona bütün bu tipik fonda intellekt lazımdı: yazıçı bunu dilə gətirmədən nümayiş etdirirsə, həmin oxucu həmişə onunla olacaq, yox, əgər yazıçı necə böyük intellekt yiyəsi olduğunu hər cümlə ilə sübuta yetirməyə çalışırsa, mənasız bir söhbət alınır.

Mübariz Cəfərli

Image result for Mübariz Cəfərli

- Mən bu cür şeylərə normal baxıram. Öz payıma deyirəm ki, yazıçı yazanda öz həyatından da ora bir çimdik qoymalıdır. Göydən yazmır ki? Özündən yazır. Təbii, göydən də yazmaq olar, özündən yazmamaq da. Ancaq məqamı gələndə, yerinə düşəndə şəxsi və məhrəm şeyləri yazmaq lazımdır. İnsanlar fərqli olduğu kimi yazıçılar da fərqlidir. Yazmaqla yaşamaq eynidir. Yazıçının boğazından tutub deyə bilməzsən ki, məhrəm şeylərdən yaz. Amma mənə görə, burda qorxulu şey yoxdur. Çox normaldır.

Həmid Herisçi

Image result for Həmid Herisçi

- Klassik ədəbiyyat üstüörtülü yazmağa meylliydi. İndiki ədəbiyyat tam tərsinə, açıq-saçıq yazmağa üstünlük verir. Ancaq klassik Şərq ədəbiyyatı oxşar mövzulardan qorxub qaçmayıb. Meyxanada "ləntərani" deyilən bir janr var. Orda açıq-aşkar mövzular geniş hallandırılıb. O janra yaxşı bələd olanlardan biri rəhmətlik Məşədi Baba idi. Şah İsmayılla Sultan Səlim arasındakı davaya ən yaxşı cavabı dahi şairimiz Füzuli özünün "Bəngü-badə" əsərində verib. Əsərdəki Şah İsmayıl bəngdir, Sultan Səlim şərab. Mövzuya bu cür yanaşma mənimçün şəxsən Fazil Mustafa, Güntay Gəncalp yanaşmasından dəfələrlə maraqlıdır. Füzuli tək buna deyil, digər mövzulara da üstüörtülü yanaşıb. O, pərdəni aradan götürmək tərəfdarı olmayıb.Qeyd edim ki, "Bəngü-badə"nin bir fəsli indiyədək aşkarlanmayıb. Əsl üstüörtülü cavab da cavab da məhz ordadır.

Murad Köhnəqala

Image result for Murad Köhnəqala

- Mən şəxsi həyatım, valideynlərim, sevdiyim insanlarla bağlı sirləri yeri gələndə yazmaqdan çəkinməmişəm. Onların ictimai əhəmiyyətini nəzərə alaraq yazmışam. Ümumiyyətlə, yazıçı avtobioqrafik yazılarında cəsarətli olmalı, heç nəyi gizlində qoymamalıdır. Bunun üçün də əvvəlcədən vicdanlı həyat yaşamalıdır ki, sonradan nəyisə ört-basdır eləməyə çalışmasın. Yataq səhnələrinin isə çılpaqlığı ilə yazılmasının əleyhinəyəm. Belə səhnələri göz önünə gətirmək üçün yazıçının xüsusi priyomları olmalıdır.

Aqşin Yenisey

Image result for Aqşin Yenisey

- Ədəbiyyat qoxusu gələn hər bir məhrəmi, gizlini yazmaq olar. Şəxsin yox, sənətin əxlaqını qorumaq şərtilə. Biz, adətən, şəxsiyyətlə sənətin əxlaqını qarışdırırıq, ona görə əsər yarada bilmirik. Hər bir şair, yazıçı, yaradıcı adam ilk növbədə özü üçün bir obrazdır. Təəssüf ki, biz o obrazı tez öldürürük, yaşamağa qoymuruq, nəticədə yazdığımız canına həyat hissiyyatı ötürülməmiş təxəyyül suyu olur.

Sevinc Elsəvər

Image result for Sevinc Elsevər

- Yazıçıların bir nömrəli eksperiment dovşanı onların özüdür. Özüm özüm üçün də maraqlıyam. İnsan beyni çox maraqlı, sirli bir nəsnədir. Öz duyğularım, düşüncələrim də mənim üçün bu mənada maraqlıdır. Həm özümü, həm başqalarını bu mənada daim müşahidə altında saxlayıram. Müxtəlif situasiyalarda öz “mən”imi müşahidə edirəm. Çox vaxt da yazılarımda istifadə edirəm. Məhrəm şeylərdən də yaza bilərəm, əlbəttə. Yazıçı bilməlidir ki, nəyi ədəbiyyata çevirmək olar, ya yox. Ədəbi məhsula çevrilə biləcək hər şeyi yaza bilərəm. Əgər biz biliriksə insan ağlayanda nə hiss edir, bunu özümüz üzərində apardığımız təcrübədən bilirik. Başqasının ağlamağına baxıb insanın göz yaşları barədə yazmaq öz ağzına yox, başqasının ağzına qaşıq aparmaq kimi olardı. Amma təbii ki, biz daima başqa adamların da bəlkə başqaları ilə bölüşmək istəmədiyi şeyləri yazırıq. Bunlar yaxın adamlarımız, qohumlarımız, qonşularımız ola bilər. Bəzən o adamlar özlərini tanıyır, problemlər yaradır, küsür, dalaşırlar. Amma biz bunu o adamları incitmək üçün eləmirik. Onları bu qədər dərindən başa düşən adamlar olduğu üçün bəlkə də sevinməlidirlər...

Kənan Hacı

Image result for Kənan hacı

- Mən öz həyatımla bağlı yazılması məqbul sayılmayan bəzi məqamları “Yaddaş kartı” memuar-romanında yazmışam. Bəziləri məni qınadı ki, bu qədər xırdalıqlara getmək lazım deyildi. Mən bundan heç vaxt çəkinməmişəm. “Özgə qapılarında” silsiləsindən 6 hekayə yazmışam və o hekayələrdəki həqiqətləri bəlkə də heç bir yazıçı özünə sığışdırıb yazmazdı. Mən bunları yazmışam. Dünya nəsrində də belə nümunələr kifayət qədərdir və çox normal baxıram.

Qismət

Image result for Qismət

- Ədəbiyyat elə şeydir ki, başqasını yazanda da nümunə kimi ya özünü, ya doğmalarından kimisə götürürsən, deyəsən Tomas Vulf deyəndə ki, dünyadakı bütün əsərlər avtobioqrafikdir, “Qulliverin səyahəti” də, elə bu məqamı nəzərdə tuturdu. Amma məsələ necə yazmaqdadır, gərək elə yazasan ki, bu məhrəmlik ədəbiyyatın böyük damarına qoşulub universallaşsın, əks təqdirdə, öz məhrəmini istehlak predmetinə çevirmiş olacaqsan. Bundan başqa bir məqam da var, Avropada Russonun iki cildlik “Etiraflar”ı ilə başlayan, sonra rus ədəbiyyatı ilə zirvəyə çıxan, bu günə qədər davam edən bir etiraf ədəbiyyatı var ki, bizdə ənənəsi az qala yoxdur. Bu barədə düşünmək olar.

Könül Arif

Image result for Könül Həsənqulu

- Mənim mətnlərimdə məhrəm sayıla bilən nə varsa, hamısı güclü yazıçı təxəyyülünün əksidir. Həyatımla bağlı nüanslar həmişə xəsiscə ötürülüb yazılarımda, çünki mən görmədiklərimi, yaşamadıqlarımı yazmağa meylliyəm. Müasirlərimizin arasında bəlkə də yeganə müəllifəm ki, ömrümdə zəmi görməmişəm, ancaq təkcə mən zəmi dolu şeirlər yazmışam. Düşünürəm ki, həyatda baş verən hadisələrin qurucusu mən deyiləmsə, onlardan yalnız informativ xarakter daşıyan mətn hazırlamaq gələr əlimdən. Axı bu hadisələr mənim içimdən keçməyib, həyatın, çox da ki, mənim həyatımın içindən keçib. Digər sözlə desək, hadisələrin təkcə təsvirinin deyil, qurucu işinin də müəllifi özüm olmalıyam. Buna görə həyatımda baş verənlərin əslini mətnlərimdə görmək çətindir. Onların əksəriyyəti inandırıcı yalanlardan ibarətdir. Bu - mənə dair tərəfi. Ümumilikdə isə ədəbiyyat öz məhrəm sirləri və ya məhrəm sirr kimi ötürülən təxəyyülü, yalanları ilə gözəldir

Cəlil Cavanşir

Image result for cəlil cavanşir

- Mən zaman-zaman öz həyatımla bağlı məhrəm məqamları yazmışam. Hətta bu yazıları uğurlu yazılarım hesab edirəm. Yazıçının, qələm adamının ən yaxşı tanıdığı obraz, ən yaxşı tanıdığı xarakter özüdür. İstəsək də, istəməsək də yaratdığımız obrazlara özümüzdən bir parça veririk. Bu baxımdan yazdıqlarımın içindən görünməyim məni narahat etməyib. Mən bu cür yazılara normal baxıram. Yəni bir qələm adamının özü haqqında yazması, yaşadıqlarını qələmə alması qeyri-adi bir şey deyil.

news-inner-user

12866 məqalə

Paylaş

Oxşar xəbərlər

Xəbər lenti

Filmimiz beynəlxalq kinofestivalda
18:45 18 Oktyabr 2019
Azərbaycan kinosunun inkişafı ilə bağlı xərclər 6 milyon manat artırılır
18:17 18 Oktyabr 2019
Quşları heç kəs öpmür – Salam Sarvandan tərcümələr
17:46 18 Oktyabr 2019
Günel Natiqin kitabı çıxdı
17:01 18 Oktyabr 2019
Şoka düşən Bakı, diri-diri yanan əsgərlər, 5 dəqiqənin hökmü - Səbuhi Sədəf yazır...
16:16 18 Oktyabr 2019
Performativ meditasiya: Eucenio Barbanın tənqidi – Aydın Talıbzadə yazır...
15:47 18 Oktyabr 2019
“Bir şeir” müsabiqəsinin mükafatlandırma mərasimi - Video
15:14 18 Oktyabr 2019
Azərbaycan teatrının Oyun Babası - Vaqif İbrahimoğlu 70
14:21 18 Oktyabr 2019
Milli azlıqların antologiyası təqdim olunub
13:41 18 Oktyabr 2019
Bir qrup mədəniyyət xadiminə mükafatlar təqdim edilib - Fotolar
13:02 18 Oktyabr 2019
İsi Məlikzadənin hekayələri Kulis-də
12:51 18 Oktyabr 2019
Qadını pisdir deyə narkotikaya qurşananlar – İlqar Kamil yazır…
12:01 18 Oktyabr 2019
Müstəqil Azərbaycanın ən yaxşı romanları - Siyahı
11:25 18 Oktyabr 2019
"Netflix" "Eşq" romanından serial çəkəcək
10:55 18 Oktyabr 2019
Xalq artistinə ev verildi
10:15 18 Oktyabr 2019
“Yuğ”da "Müəmmalı bir qətlin üç versiyası”
09:52 18 Oktyabr 2019
Ucdantutma hamını bir-bir öpürdüm – Bircənin romanı
08:55 18 Oktyabr 2019
Nobeli alan yazıçının ilk müsahibəsi: “Qorxuram...”
21:00 17 Oktyabr 2019
Adil Cəmilin 65 illik yubileyi qeyd edilib
18:40 17 Oktyabr 2019
“Bir şeir” yarışmasının qalibləri mükafatlandırıldı - Fotolar
18:00 17 Oktyabr 2019