İki dəfə ərdə olmuş Lenayla evlənmək istəyən azərbaycanlı

İki dəfə ərdə olmuş Lenayla evlənmək istəyən azərbaycanlı
29 oktyabr 2016
# 09:00

Kulis.az “Naməlum kino” layihəsində Eldar Quliyevin 1976-cı ildə çəkdiyi “Ürək... Ürək...” filmini təqdim edir.

Süjet: Əsərin qəhrəmanı Muraddır (Həsənağa Turabov). Onun uğurlu karyerası, yaxşı ailəsi, maddi imkanları var. O, dostunun ad günündə təsadüfən sirkdə akrobat işləyən Lenaya (Lyubov Virolaynen) vurulur. Bu qəfil tanışlıqdan təsirlənən Murad öz həyatına, ötüb keçənlərə yenidən nəzər salır, belə qənaətə gəlir ki, indiyədək saxta, riyakar həyat yaşayıb. O, riyakarlığa son qoymaq, həqiqətən sevdiyi qadınla bərabər olmaq istəyir.

Əri Ramizdən (Yevgeni Kindinov ) boşanmağa hazırlaşan, ona kimi iki dəfə də ərdə olan Lena Muradın səmimiyyətinə inanır. Murad ona arvadı Solmazdan (Valentina Aslanova) ayrılacağını, onunla bərabər yaşayacağını vəd eləyir.

O, arvadına hər şeyi danışıb ayrılmaq qərarını bildirir. Amma dostunun təkidi, arvadının tənəsi və 10 yaşlı oğlunun ona sevgisi, ehtiyacı Muradı tərəddüdlər içində qoyur. Solmaz Muradın onları tərk edəcəyi təqdirdə onu oğluna həsrət qoyması ilə şantaj edir. Beləcə qəhrəman qəti qərara gələ bilmir. Bilmir sevdiyi qadını seçsin, istədiyi həyatı yaşasın, yoxsa əvvəlki saxta həyatına davam eləsin...

Filmin ssenari müəllifi Rüstəm İbrahimbəyovdur. Layihəmizdə R.İbrahimbəyovun ssenarisini yazdığı bir neçə filmdən yazmışıq.

R.İbrahimbəyovun qəhrəmanları bir qayda olaraq həm sovet cəmiyyətinin qəlibləri, həm də milli adət-ənənələr ilə ortaq nöqtələrini tapa bilməyən, buna görə əziyyət çəkən, targikomik situasiyalarda çırpınan ziddiyyətli adamlardır. Mühit onun qəhrəmanlarının daxili dünyasına adekvat deyil, onları saxtakarlığa məcbur eləyir. Müəllifin qabartdığı əsas problemlərdən biri bu səbəbdən şəxsiyyətin özgələşməsi, mənəvi böhranı və cəmiyyətin onlara bundan qurtulmaq imkanının verməməsidir.

Murad da istisna deyil. O, təhsilini, elmi işini, ailəsini qohumlarının istəyinə görə qurub. O, karyera qazansın deyə, ürəyincə olan işin yox, başqa şeylərin ardınca gedib: “Mən bütün ömrüm boyu sakit, həyalı yaşamışam, nə deyiblər onu eləmişəm, güzəştə getmişəm, hər şeydə razılaşmışam, heç cürə başa düşmürsən ki, bizim də həyatımız ....Biz bir yastığa da onun üçün baş qoyuruq ki, belə lazımdı, çünki ər-arvadıq”.

Başqaları üçün yaşayan, həqiqi kimliyindən imtina eləyən Murad xaraktersiz, zəif, cəsarətsiz adamdır.

Lena ilə rastlaşanda, həqiqi hisslər onu çulğalayanda içində olduğu saxta gerçəkliyin faciəsini anlayır. Arvadı, dostu Lenanın üç dəfə ailə qurduğunu, gəzəyən, avara olduğunu israr eləyir. Amma Murad üçün bunlar əsas deyil. O, Lenanın daxili dünyasını duyur, səmimiyyətinə inanır, onun keçmişini anlayışla qarşılayır, onunla özünü həqiqi kimliyini itirmir.

Əhvalatda Lenanın simasında cəmiyyətin qadına münasibətinə də toxunulur. Lenanın birinci əri ona xəyanət eləyir, ikinci əri xəstəlikdən ölür. Onun taleyini, yaşantılarını bilmədən, tanımadan ona əxlaqsız damğası vurulur.

Bununla belə R.İbrahimbyovun ssenarilərində adətən mənfi, ya müsbət qəhrəman olmur. İnsanlar olduğu kimidirlər: zəiflikləri, müsbət və mənfilikləri ilə... Və onların hər biri özünə görə haqlıdır.

Əvvəldən axıradək əhvalatı musiqi ansamblı müşayiət eləyir. Oxunan mahnılar filmin bir növ ritmini, ovqatını gücləndirir: gah romantik, gah kədərli, gah coşqun, gah da gərgin ab-hava qatır.

Yazı boyu daha çox ssenaristin adını hallandırdım. Çünki belə maraqlı, sosial-psoxoloji ssenarini Eldar Quliyev səthi işləyib, kino əsəri səviyyəsinə qaldıra bilməyib. Qəhrəmanın depressiyasının, əzabının təsirli, emosional vizual ifadəsini, həllini tapa bilməyib. Məsələn, əvəzində asan yola qaçıb, onun yaşantılarını infantil intonasiyada, informativ, klip estetikasına xas kadrlarla verib.

Hər halda qaldırdığı problemə görə “Ürək...Ürək...” filmi bu gün də aktualdır. Filmin ssenarisi R.İbrahimbəyov özünün “Şirə bənzər” pyesinin əsasında yazıb.

Bəstəkarı Polad Bülbüloğlu, opeartoru Arif Nərimanbəyovdur.

# 1683 dəfə oxunub

Oxşar xəbərlər

Başqa həyat - Anar

Başqa həyat - Anar

12:00 14 sentyabr 2025
Çadrasını atan inqilabçı qadınlar... - Cəfər Cabbarlı niyə Sevili azərbaycanlı qızın oynamasını istəyirdi?

Çadrasını atan inqilabçı qadınlar... - Cəfər Cabbarlı niyə Sevili azərbaycanlı qızın oynamasını istəyirdi?

10:00 14 sentyabr 2025
Quran motivləri əsasında çəkilmiş 10 ekran əsəri

Quran motivləri əsasında çəkilmiş 10 ekran əsəri

15:00 13 sentyabr 2025
Mircəfər Bağırovun xəstə sevgisi - Xədicə Qayıbova ona niyə sillə vurmuşdu?

Mircəfər Bağırovun xəstə sevgisi - Xədicə Qayıbova ona niyə sillə vurmuşdu?

12:00 13 sentyabr 2025
Yarın yatar hər axşam qoynunda yaylığınla...  – Mir Kamilin şeirləri

Yarın yatar hər axşam qoynunda yaylığınla... – Mir Kamilin şeirləri

10:00 13 sentyabr 2025
"O məni qazaxlı olmağıma bağışladı" - Natəvan Dəmirçioğlu

"O məni qazaxlı olmağıma bağışladı" - Natəvan Dəmirçioğlu

15:00 12 sentyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər