news-inner
clock08:30 calendar-gray 11 Oktyabr 2016 view-gray485 dəfə oxunub
view-gray485 dəfə oxunub

Onlar tək yazıçı deyil, həm də yaraşıqlıdırlar - FOTOLENT

Kulis.Az dünyanın ən yaraşıqlı yazıçılarını təqdim edir.

CorcBayron

George Gordon Byron, 6th Baron Byron by Richard Westall (2).jpg

Varlı kimi başlayan həyat getdikcə yoxsullaşıb. Amma Bayron həmişə işıq saçıb evdəkilərə. Ən azından buna görə dərdlərini unuda bilərdilər: gözəl bir oğulları vardı. Və bu oğlan sonradan ingilis ədəbiyyatının ən tanınmış siması olacaqdı. Gözəl şeirlər də əlavə olunacaqdı yaraşığına. Və Bayron qadınlar üçün arzuolunan bir kişi olacaqdı.

Alber Kamyu

3. Çekiciliğin ve seksiliğin doruk noktası Albert Camus

Sirli bir yaraşığı var Kamyunun. “Həyat və əxlaq haqqında hər şeyi futboldan öyrəndim” deyən məşhur yazıçı bir vaxtlar futbol da oynayıb. Baxışları, duruşu, xarizması. Hələ üstəlik bu adam “Yad”ı da yazıb. Daha qızlar nə istəyir?

Skott Fitcerald

Həm yazıçı kimi, həm yaraşıq kimi, həm də rumka dostu kimi əsl seviləcək adamdı. Düzü, xanımı Zeldadan da bu haqda soruşmaq lazımdır. Nə bilmək olar, üzü körpə üzü kimi işıqlı və məsum olan birinin iç dünyası necədir? Bunu ən yaxşı xanımı bilər. Açığı, Fitcerald da çox çəkib Zeldadan. Görün nə deyir xanımı haqda: “İstedadlı bir kişinin həyatını məhv edən qadınlara ən yaxşı nümunə”. Ancaq məhrumiyyətlər çəkmiş, ruhi xəstəxanada müalicə almış bu gözəl xanımın ruhunu incitməyək. Hər halda Fitcerald da çox göylə aparır özünü. Yaraşıqlı kişilərdə sevilən tərəflərdən biri də bu eqo olsa gərək.

Oskar Uayld

15. Baş döndürücü bir seksilik Oscar Wilde

Ona diqqətlə baxsan elə bilərsən, qızdır. Gözlər, saçı... Qız kimi bir üz. Özü də deyilənə görə, yaman şorgöz olub. Qadınlarla da arada-sırada çəkişmələr yaşayıb. Amma çəkişməsən bərkişməzsən. Bu gözəl oğlanın maraqlı fikirlərini yanına əlavə eləsək, mükəmməl bir kişi ortaya çıxır. Məsələn: “Həyatı boyunca yalnız bir dəfə sevən adam axmaqdır. Onlara soruşsanız bunu sədaqətə bağlayacaqlar. Mənə görə isə bu tənbəllikdəndir”.

Qarsiya Lorka

Image result for Qarsiya Lorka

Qızların xəyalındakı ağ atlı oğlan da deyə bilərik Lorkaya. Günlərlə pəncərənin qarşısında əlini çənəsinə dayaq eləyib gələcək həyat yoldaşını təsəvvür edən bir qızı həyəcanlandıracaq, özündən çıxardacaq bir yaraşıqdır. Uğuruna dünyaları fəda edəcək gözəl bir oğlan. Saf və ümidli gözlər. Növbəti kadrda təəssüflənəcəksiniz: bu yaraşıqlı oğlanı 38 yaşında güllələyirlər.

Mixail Lermontov

Image result for Mixail Lermontov

Tam bir rus kişisi. Rus qadınlarının istədiklərinin hamısı onda var: yaraşıq, istedad, şöhrət. Üstəgəl zabit. Boy-buxun, enli kürəklər. Həm də “Zəmanəmizin qəhrəmanı”nı yazan gözəl bir qələm adamı. Bəlkə də Peçorinin özü. Keçdiyi yollarda qadınların baxışlarından həbsə düşən bir yaraşıq. Heyf, həyat amansızdı. Bu cür nəhəng istedad və qadınların qəlbində taxt quran yazıçı dueldə öldürülür. Zənn edirik ki, onun qəbrinin üstündə ağlayan bir xeyli qara paltarlı qadın olub.

Frederik Beqbeder

“Məhəbbət üç il yaşayır”ı yazan kişi yaraşıqlı olmazmı? Smokinqini geyinib poz versə elə bilərsiniz modeldir. Bəlkə də yazıçı olduğunu təsdiqləyən bircə saqqalıdır. Hə, bir də dağınıq saçları. “Eşq daha başlamadan məğlub olunmuş savaşdır” – deyir əlində viski hansısa qızın könlünü ovlayarkən...

Anton Çexov

Xırda eynəklərinə fikir verin. Görünüşünə ayrıca bir aristokratlıq qatır. Soyuq və sərt baxışlar. Eyni zamanda üzündə əlavə bir cizgi var: saflıq. Həkim olmağı onun təmiz simasından bilinir. “Tənhalıqdan xilas olmaq istəmirsinizsə evlənməyin” – deyən Çexov da qadınların sevimlisi olub.

Serqey Yesenin

Şəkil kimi oğlan deyirlər e... Bax əsl şəkil kimi oğlandı. Özü də onun şəkildən boylanan işıqlı üzünə baxan adam bu gül üzlü oğlanın şair olduğunu anında anlayar. Taleyi isə... Gəlin danışmayaq. Onun gözəl üzünə xətər dəyməsin...

Nazim Hikmət

Image result for nazim hikmət

O, mavi gözlü devdir. Vera Tulyakova ilə evlənəndə fabrikdə işləyən qadınlar etiraz etmişdi: “Nazim Hikmət bir qadınla evlənməməlidir. Bu ona haqsızlıqdır”. Ömrünü iki yerə bölsən, bir tərəfi qadınların ərazisinə düşər. Hələ üstəlik şeirləri... İnsaf! Bu mavi gözləri, div kimi vücudu, gözəl şeirləri hansı qadın unuda bilər? Yazıq deyil o qadınlara?

Haruki Murakami

Image result for Haruki Murakami

Əlinizi yelləyib deyə bilərsiniz: yaponların hamısı bir-birinə bənzəyir, onlardan yaraşıqlı çıxmaz. Murakami bu fikri dağıdır. Budda rahatlığı var simasında. Baxıb dincələ biləcəyiniz, hüzura qovuşacağınız bir sima. Bir az da hüznlü kişilərə bənzəyir. Qadınlar buna görə o dəqiqə Murakamiyə aşiq ola bilər. Yaxından baxsanız, bir az da əzab var üzündə: sanki Naqasakiyə atılan atom bombasının izləri dolaşır. Bir qadın toxunuşuna ehtiyacı var, yaraları sağaldacaq toxunuşa. Murakami ciddi və sərt görünə bilər. Elə onu yaraşıqlı edən də budur. Amma yaxınlaşmaq olar, xanımlar. Hər halda yazıçı ürəyi həssas olar.

Marsel Prust

Image result for marsell Prust

Kübar biri. Oxumuş oğlan. Burma bığları da ayrı bir rəng qatır ona. “İtmiş zamanın sorağında” kimi böyük bir əsər yazıb. O romanı oxuyacaqlarını deyə bilmərik, ancaq keçdiyi binaların pəncərələrində qadınların həsrətlə ona baxacaqlarına əminik. “Eşq iki nəfərlik işgəncədir” deyirsə qadınların işi çətin olacaq, bunu da bəri başdan deyək.

Mario Varqas Lyosa

Hər qadın belə cüssəli, güclü bir kişiyə ehtiyac duyar. İstəsə qəzəbli baxar, istəsə sevimli. Hər iki tərəfdən qadınlardan xal almağı bacarar. Bir romanında belə yazır: “Onu daim sevəcəyimə əmin idim və bu mənim həm xoşbəxtliyim, həm də fəlakətim olacaqdı”. Vücudunda böyük bir sevgi daşıyan və onu üzə vuran yaraşıqlı bir kişi. Qadınların ürəyi getməsin, nə etsin?

Əli Kərim

“Mən səni sevirəm, susuzluğun od vurub köz kimi yandırdığıdodaq su sevən kimi”. Elə özü də şeirdir Əli Kərimin. Uzaqdan baxanda bir az sərt görünə bilər. Yaxına gəldiyinizdə isə həssas qəlbli və yaraşıqlı bir şair görəcəksiniz. Tale ona da amansız üzünü göstərib. Ondan geriyə bu gözəl sima və gözəl şeirlər qaldı...

Mikayıl Müşfiq

Image result for Mikayıl müşfiq

Nə vaxtsa onun silahların qabağında durduğunu təsəvvür eləmək çətindir. Bu gözəl üzə necə silah qaldırmaq olar? Onun işıqlı və gözəl siması bütün güllələrə yox əmridir.

Əbdürrəhim bəy Haqverdiyev

Pəhləvan cüssəli bir kişi. Hündürboy, enlikürək. Arxasınca dağınıq saçlar və topa bığ gəlir. Bunun üstünə ciddiyyəti də əlavə elədikmi, bütün qadınların ürəyinin yağı əriyib tökülər. Hələ bir-birindən gözəl hekayələri. Qadınlar da sevər hekayələr dinləməyi. Danışan olsa. Özü də belə bir yaraşıq, belə bir cüssəli kişi oxuyarsa o hekayələri, iki yox, dörd qulaqla dinləmək olar.

Aqşin Yenisey

Image result for Aq.in yenisey

Şəkillərdə yaxşı düşür şairlər. O yarasa kimi həssas gözlər şəklini çəkib bu misranın: “İçdiyi suyun alnından öpər atlar”. Hələ bu gözəl misranın arxasında onun uşaq üzü kimi təmiz üzü, yar-yaraşığı var. Şeir üstəgəl yaraşıq, hələ bir də şöhrət. Qadınların sevimlisi olmaq üçün bundan artıq Allahdan nə istəyər adam?

news-inner-user
Ayxan Ayvaz

444 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Xurşudbanu Natəvana layihə həsr olundu - Video
12:20 15 Avqust 2020
Tanınmış bəstəkar koronavirus peyvəndinin sınaqlarında könüllü oldu
11:01 15 Avqust 2020
Məşhur gitara ifaçısı vəfat etdi
10:28 15 Avqust 2020
Bu filmə görə 400 nəfər işdən çıxarılacaqdı – Rejissorların boyun qaçırdığı Azərbyacan filmi
08:57 15 Avqust 2020
Daha bir nəşriyyat Polad Həşimovla bağlı kitab nəşr etdi - Foto
18:36 14 Avqust 2020
Ayı balalarını oğurlayan çoban - Qorxmaz Şıxəlioğlu yazır...
17:14 14 Avqust 2020
Tom Kruzun çəkildiyi filmin meydançasında yanğın baş verdi
16:05 14 Avqust 2020
Xalq artistinin qızı atasının şeirlər kitabını nəşr etdirəcək
15:19 14 Avqust 2020
Oğlu Xalq artistinə klip çəkdi - Video
14:28 14 Avqust 2020
Əsl adı Pənah idi, kasıb atası ona yalnız keçi dərisindən dəf düzəldə bildi - Sürücü, vaqon ustası, montyor Alim Qasımov - Maraqlı faktlar
13:32 14 Avqust 2020
Almaz Ələsgərli efirdə erməni mahnısı oxudu - Video
12:38 14 Avqust 2020
"Sevastopol uğrunda döyüş"ün qəhrəmanı vəfat etdi
12:17 14 Avqust 2020
Bizi kütləvi öldürmək məsələsi... - Bütün bunlar masonların işidir?
11:27 14 Avqust 2020
Gənc yazara ağır itki üz verdi
10:39 14 Avqust 2020
Filmimiz beynəlxalq festivalda mükafat qazandı
10:00 14 Avqust 2020
Məni şərləyib qardaşımın gözündən salmaq istəyirdi - Bircənin romanı
08:59 14 Avqust 2020
Türk aktrisası vəfat etdi
18:30 13 Avqust 2020
Azərbaycanda əcnəbi serialların yayımı bərpa olundu
17:57 13 Avqust 2020
Məşhur rejissorların ürəyində qalan 5 film - Çəkmək istəyirdilər, alınmadı...
17:02 13 Avqust 2020
"Avatar-2" filminin çəkiliş meydançasından fotolar
16:28 13 Avqust 2020