news-inner
clock15:34 calendar-gray 06 Oktyabr 2016 view-gray327 dəfə oxunub
view-gray327 dəfə oxunub

Bu təcrübə Təkamül nəzəriyyəsini sübut edir – ARAŞDIRMA

Təkamül nəzəriyyəsi çoxlarında sual doğurur. Onlar 6 milyard il əvvəl canlıların keçdiyi təkamülü ya qəbul etmir, ya da anlamaqda çətinlik çəkir. Əslində Təkamül nəzəriyyəsini anlaya bilməməyimizin səbəbi zamanı dərk etməkdə çətinlik çəkdiyimiz üçündür. İnsan beyni milyon il əvvəl keçən təkamülü zaman məfhumuna görə qavraya bilmir.

Ancaq Təkamül nəzəriyyəsini anlamağımız üçün Sovet alimi Dmitri Belyayevin təcrübəsi xüsusi əhəmiyyət kəsb edir. Bu təcrübə Təkamül nəzəriyyəsini tamamilə təsdiq edir.

Tülkü əhliləşdirmə eksperimenti 1959-cu ildə başlayıb. Əvvəlcə Belyayev təcrübə üçün gümüşü-qara (qırmızı, adi tülkü cinsi) tülküləri seçib. Bir neçə mərhələdən sonra bu tülkülər insanların əmrlərinə tabe olub, ələ öyrəşib. Nəticədə tülkülərdə itlərin oxşar xüsusiyyətləri aşkar olunub. Onlar eynən itlər kimi insanlara quyruq bulayır, sığala gəlir və oyun oynayırdılar. Bu tülkülərdə təkcə təbii xüsusiyyətlər yox, zahiri görünüş də dəyişib. Təcrübənin nəticəsində tülkülərin bədənində ağ ləkələr əmələ gəlib, gözləri əvvəlkinə nisbətən iriləndi.

Təcrübənin ilkin məqsədi xəz dəri əldə etmək idi. Çünki tülkülər təbiətdən ələ keçirilib kürk fermalarında əsarət altına alındıqları zaman məruz qaldıqları stress səbəbi ilə çox vəhşiləşir, artırılmada da bacarıqsız olurdular. Yəni fermalarda bəslənmələri hardasa mümkünsüzdür. Olduqları yerdə həm özlərinə, həm də baxıcılarına zərər vura bilərdilər.

Dmitri Belyayev isə nisbətən daha sakit tülküləri artıraraq rus xəz dəri sənayesini inkişaf etdirə biləcəyi fikrini irəli sürdü. Onlara yemək verən baxıcılara az da olsa alışa bilən tülküləri seçərək təcrübəyə başladı.

Belyayev canavardan itə təkamül prosesinin davranış yönümlü süni seçim olduğuna inanırdı. Təcrübəyə başlamasına səbəb də bu fikir idi. Reallaşdırdığı təcrübənin nəticəsi onun fikrini, irəli çıxardığı nəzəriyyəni təsdiqlədi. Belyayevin təcrübəsi sayəsində aydın olur ki, davranış da genetik olaraq ötürülür. Eyni zamanda bəlli davranışlarla bərabər fenotip (genetik və ekoloji faktorların yaratdığı xüsusiyyətlərin canlının xarici görünüşündəki əks olunması) dəyişikliklərin də baş verməsi təcrübə ilə əsaslandırıldı və təsdiq olundu.

Belyayev daha sonra tülküləri üç sinfə böldü. 3-cü sinifdəki tülkülər insanı dişləyib qaçan tülkülərdi. 2-ci sinifdəkilər toxunmağa imkan verən, ancaq təcrübə keçənlərə qarşı pozitiv olmayanlardı. 1-ci sinifdəkilər isə onları sığallayanlara yaxınlaşıb quyruğunu sallayan və inləyən tülkülər idi. Tülkü balaları böyüdüyündə yalnız ən evcil olanların artırılmasına icazə verildi.

Evcillik üçün edilmiş təcrübədən sonra tülkülər o qədər dəyişmişdi ki, təcrübə aparanlar “evcil heyvana çevrilmiş elit” adlı yeni bir kateqoriya hazırlamağa məcbur oldular. Bu kateqoriyaya insanla təmas qurmağa can atan, maraq oyatmaq üçün inildəyən və təcrübə aparanları it kimi qoxulayan, yalayan tülkülər aid idi. Təcrübənin başında heç bir tülkü elit sinfində deyildi. Ancaq təcrübədən sonra tülkülərin çoxu elit sinfə aid edildi.

Tülkülərdə təkcə daxilən deyil, zahirən də itlərə xas xüsusiyyətlər ortaya çıxdı. Quyruqları itlərdə olduğu kimi yuxarı deyil, aşağı baxırdı. Rəngləri dəyişmişdi, ağ-qara cildə çevrilmişdilər, dik qulaqlar getmişdi, yerinə itlərdəki kimi sallaq qulaqlar gəlmişdi. Tülkülər artıq ildə bir dəfə deyil, itlərdə olduğu kimi altı ayda bir cütləşməyə hazır hala gətirilirdi.

Bəs Belyayev bu təcrübə ilə bizə nə demək istəyir? Yalnız “ən evcil olan tülkü”nü seçmək üçünmü? Təkcə buna görə deyil, həm də bu təcrübə Təkamülün necə ola biləcəyi haqqında önəmli bir məlumat da verir. Tülkülərdə itlərə xas davranışların ortaya çıxması genetik xüsusiyyətlərin eyni olduğunu təsdiq edir.

Təcrübə 1996-cı ilə qədər hələ də aparılırdı. Qrupun artıq 700 tülküsü var idi və süni seçmə ilə təkamül prosesi davam edirdi. Ancaq maliyyə çatışmazlığı təcrübəni axsatdı və 1998-ci ildə 600 əhilləşdirilmiş tülkü satıldı, təcrübədəki tülkü sayı 100-ə düşürüldü. Bu təcrübə Təkamül nəzəriyyəsini sübut edən təcrübə olaraq dünyaya yayıldı. İndinin özündə də vəhşi gümüş tülkü süni seçmə yolu ilə, eyni təcrübə sayəsində əhilləşdirilir. Ancaq yenə də maliyyə çatışmamazlığı var.

“Current Biology” jurnalında tülkülərin gündəlik vəziyyəti haqqında araşdırma çap olunub. Araşdırma süni seçmənin təkamüldə dəyişikliklər yarada biləcəyini açıqlayır. Eyni nəsildən gələn, eyni ataya aid tülkülərin nəsillərində, qohum olan fərdlərdə təxminən 40-a yaxın genin ifadəsi dəyişilmişdir. Bu müqayisə vəhşi tülkülər ilə əhilləşdirilmiş tülkülər arasında aparılanda 2700 genin artıq əvvəlki kimi olmadığı DNT ilə isbat olunmuşdur. Yəni təkamül vaxtında bala fərdlərin 2700 fərqli geni artıq ata fərdlərdən çox fərqlidir. Bu genetik dəyişikliklər təkamülü sübut edir. Və bu elə təkamül deməkdir. Darvin də əvvəlcə göyərçinlərdə, sonralar isə digər nümunələrdə canlıların dəyişərək günümüzə gəldiyini, təkamül keçdiyini isbat etmişdi. İşin qəribə tərəfi odur ki, üzərindən 150 il keçməsinə, mövzu ilə əlaqədar saysız-hesabsız məqalələr yazılmasına, yüz minlərlə cinsin təkamül analizlərinin reallaşdırılmasına baxmayaraq, hələ də Təkamül Nəzəriyyəsini inkar edən insanlar var.

news-inner-user
Ayxan Ayvaz

466 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Vətənpərvərlik mövzusunda şeir müsabiqəsi elan olunub
18:43 30 Oktyabr 2020
“YARAT”da sərgi davam edir
18:09 30 Oktyabr 2020
Səngərdəki səs - Kamal Abdulladan yeni hekayə
17:15 30 Oktyabr 2020
Gəzən kinoteatr dövrü geri qayıtdı
16:29 30 Oktyabr 2020
Kukla Teatrının noyabr repertuarı
15:42 30 Oktyabr 2020
Bred Pitt yeni filmə çəkilir
15:01 30 Oktyabr 2020
Dinini dəyişdi, dəlixanaya düşdü, milyonçu ola-ola acından öldü - "Təbrizim" mahnısının müəllifinin dəhşətli həyatı
14:20 30 Oktyabr 2020
Məşhur tarixi əsərin komiksi hazırlanır
13:30 30 Oktyabr 2020
"Yazıq" ermənilərlə necə davranaq? - Sərdar Amin yazır...
12:49 30 Oktyabr 2020
Qadınlar paltarlı yatır ki, ölsələr ayıb olmasın - Gəncəli jurnalist yazır...
12:10 30 Oktyabr 2020
İstanbulda əxlaqsız erməni yuvası - Aqşin yazır...
11:36 30 Oktyabr 2020
Günün şeiri: Salam, Şuşam!
11:01 30 Oktyabr 2020
Nəzakət Teymurova: "Pandemiya ilə mübarizə də müharibədir"
10:27 30 Oktyabr 2020
Misirli rejissor Kann festivalının qalibi oldu
09:59 30 Oktyabr 2020
Qışqırıb-bağırmağa başladım... - Bircənin romanı
09:00 30 Oktyabr 2020
“Ulduz”un oktyabr nömrəsi nəşr olundu
19:28 29 Oktyabr 2020
“Ayrı-seçkiliksiz gələcəyim” adlı foto-müsabiqə keçirilir
18:50 29 Oktyabr 2020
Nikol Kidman yeni seriala çəkilir
18:21 29 Oktyabr 2020
"Şeron"dan yeni cəngi - Video
17:43 29 Oktyabr 2020
Milli Dram Teatrı Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib
17:11 29 Oktyabr 2020