writer1

Şərif Ağayar

Məqalə sayı

541
clock11:23 calendar-gray 06 Oktyabr 2016 view-gray386 dəfə oxunub
view-gray386 dəfə oxunub

Rəfaelin CİP-i, Fuad Poladovun avtobusu

Dünən “Xətai” metrosunun qarşısında təsadüfən “Bu şəhərdə” layihəsindən yaxşı tanıdığımız Rəfail İsgəndərovu gördüm.

Nəhəng, ağ CİP-in sükanı arxasında olan aktyora adamlar maraqla, həsrətlə və həsədlə baxırdılar.

Bu marağın, həsədin və həsrətin obyektində Rəfaelin özündən çox həmin nəhəng ağ “CİP” vardı.

Ancaq camaatın həsəd və həsrətlə baxdığı bu nəhəng ağ CİP mənim gözümə bir zamanların çox istedadlı aktyorunun tabutu kimi göründü.

O, Rəfael yoxdur artıq və bu ağ CİP indiki Rəfaelin cildində həm də, o mövcud olmayan, ölən, məhv olan peşəkar aktyoru aparırdı.

Bir də ona təəssüf etdim ki, o çox istedadlı aktyorun qatili elə bu Rəfael özü idi və bu qatil Rəfael o çox istedadlı aktyoru bu ağ CİP-ə görə öldürmüşdü.

Yəqin nə demək istədiyimi anladınız.

Ancaq hər ehtimala qarşı sözümün “mustafa”sına bir az yaxınlaşım.

Mən demirəm ki, bizim sənətçilər CİP almasınlar.

Alsınlar, əlbəttə.

Lap vertolyotda gəzsinlər.

Buna sevinənin biri də mən olaram.

Ancaq məsələ budur ki, şəhərimizdə başı, sürdüyü maşının ehtiyat təkəri kimi işləyən minlərlə adam var.

Rəfael İsgəndərovdan isə bir dənədir.

O, ona hədiyyə olunan istedadı yalnız CİP-ə həsr eləməli deyil.

Anlayıram, teatrda pul yoxdur, filmlər az çəkilir, ciddi seriallar hələ-hələ formalaşır.

Aktyor nə etməlidir?

Toya tamada, şənliklərə kloun getməkdənsə, elə “Bu şəhərdə” layihəsi ən abırlısıdır.

Lakin istedadlı sənət adamı, öz gücünü, gəncliyini, ömrünün ən gözəl çağlarını bütünlüklə daha varlı olmağa, daha bahalı maşın sürməyə xərcləyirsə, bu, faciədir.

Adam elə ömür yaşamalıdır ki, ölüb-gedəndən sonra arxasınca ciddi söhbət eləmək, ciddi yazı yazmaq mümkün olsun.

Yadımdadır, bir dəfə yaxşı səsi olan müğənni tanışım dünyadan köçmüşdü.

Nə qədər çalışdım, onun haqqında normal bir cümlə yaza bilmədim

.

İstəyirdim yazam, ancaq tapmırdım nə yazam.

İstedadlı idi.

Səsi gözəl idi.

İçi, yanğısı vardı.

Amma ortada ciddi məhsul yox idi.

Adam ömrünü toylara gedib pul qazanmağa həsr eləmişdi.

Ona uğurlu toy müğənnisi demək olardı ki, bunu da yazmaq doğru olmayacaqdı.

Ədəbiyyatda da belədir.

Ehtiyac içində yaşayan şair gedib restoranlarda 30-40 manata tamadalıq eləyə bilər.

Yazıçı hansısa məmurun mirzəsi olar.

Buna xalq arasında “haqqın yolunu tapmaq” deyirlər.

Rəfael də əslində “haqqın yolunu tapmış” adam kimi dəyərləndirilir.

Hətta bu yazımı oxuyub, mənə gülən, “Özün nə gündəsən” falan-filan deyənlər də olacaq.

Ancaq biləsiniz: mən haqlıyam!

İstedadı başlı-bütünlü maddi maraqlara qurban vermək, Hamletləri, Kefli İsgəndərləri, Sirtuş Çölçəmənliyə, düşük əyalət meymunlarına dəyişmək olmaz.

İstedad və pul-para seçimində tarazlığı qorumaq sənətkar üçün vacib şərtdir.

Siz kimi seçirsiniz?

CİP sürən Rəfael İsgəndərovu, yoxsa marşrutda gedən Fuad Poladovu?

Qatillər!

06.10.2016

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Filipp Kirkorov bu ölkəni məhkəməyə verir
17:39 21 Yanvar 2021
Bizdən istifadə edən qəddar sənətkarlar – Mehman Qaraxanoğlu yazır...
17:19 21 Yanvar 2021
"Bu nə deməkdir?" - Qismət nazirliyin keçirdiyi müsabiqəni tənqid etdi
16:38 21 Yanvar 2021
Makgregor Porye qarşıdurmasına 1xBet-dən "Risk etmədən mərc"
16:23 21 Yanvar 2021
Tanınmış müğənni şəhid baş leytenanta mahnı həsr etdi - Video
15:40 21 Yanvar 2021
Sən istə, sənin üçün batım hər günaha mən – Orxan Bahadırsoydan yeni şeirlər
15:01 21 Yanvar 2021
"Min bir gecə" Mariinski Teatrında anşlaqla nümayiş olundu - Foto
14:20 21 Yanvar 2021
Ədəbiyyat müsabiqəsinin qalibləri bəlli oldu
13:41 21 Yanvar 2021
Əsgər payına göz dikənlər
13:17 21 Yanvar 2021
Moskvada teatr və kinoteatrlar açılır
12:43 21 Yanvar 2021
O doğulmamış atası Sibirə sürgün edildi, ömrünü mənfi rollara həsr etdi, “baş yaramaz” adını qazandı – Kinomuzun “Göygöz kosa”sı
12:07 21 Yanvar 2021
Qar yağır - Günün şeiri
11:34 21 Yanvar 2021
21-ci əsrin 21-ci ilinin 21-ci günü – Bu gün nə baş verəcək?
11:03 21 Yanvar 2021
Tünzalə Ağayeva Şuşa haqqında klip çəkdirdi - Foto
10:34 21 Yanvar 2021
Azərbaycanlı rəssamın ABŞ-dakı sərgisi beynəlxalq mətbuatda
10:14 21 Yanvar 2021
Vətəni söyməyə nə var? - Aqşin Yenisey qürbətdə aşağılanmaqdan yazır...
08:58 21 Yanvar 2021
Filarmoniyada 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad olunub
17:10 20 Yanvar 2021
Eynşteyn əsrin ixtirasına görə bu romanlara borcludur - Ən sevdiyi 5 kitab
16:20 20 Yanvar 2021
146 nəfərin bir hekayəti...
15:10 20 Yanvar 2021
Larisa adını niyə dəyişmək istəyirdi, anasının yuxusuna girib nə dedi? - 13 yaşlı şəhidimiz
14:00 20 Yanvar 2021