writer1

Səhər Əhməd

Məqalə sayı

196
clock12:51 calendar-gray 28 Sentyabr 2016 view-gray371 dəfə oxunub
view-gray371 dəfə oxunub

Ruhumuzun həkimi- Nadir Əliyev

Səhər Əhməd

Onu doxsanıncı illərdən tanıyıram. Onda yanılmıramsa, iki nömrəli Ruhi Xəstəxanada baş həkim işləyirdi. Həkimin otağı “П” şəkilli xəstəxana binasının tən ortasındaydı və ruhi xəstəxananın həbsxana pəncərəsinə oxşayan balaca pəncərələri onun oturduğu yerdən müşahidə məntəqəsindən görünürmüş kimi aydın görünürdü.

Mən yanında olanda hansısa uydurma bir qurumdan pul istəməyə gəlmişdilər. Həkimin cavabı illərdir yadımdan çıxmır: ”Pulum olsa, o divarların arxasındakı xəstələrimə peçenye alıb verərəm”. Nadir Əliyev bunu elə ürəkdən, elə şəfqətlə demişdi ki, mən doktorun öz əliylə o divarların arxasındakı xəstələrinə peçenye yedizdirdiyini təsəvvür eləmişdim.

Professor, tibb elmləri doktoru Moskvada namizədlik və doktorluq işini müdafiə eləmiş, çoxlu psixiatr yetirmiş, sıravi həkimdən müəssisə rəhbərinə qədər yüksəlmiş, ömrünü psixi xəstəlikləri öyrənməyə həsr eləmiş Nadir Əliyevi tamamilə başqa şey –bax bu cür insanpərvərliyi fərqləndirir.

Məncə, ən yaxşı həkim xəstəsini ən çox sevəndi.

O, “dəli” sözünü xoşlamır, xəstələrini belə adlandıran olanda etiraz edir, çünki dediyinə görə, psixi xəstələrə münasibət cəmiyyətin səviyyəsidir.

Bu dəfə onunla ikinci iş yerində-Montində xəstələri müayinə elədiyi Psixi Sağlamlıq Mərkəzində görüşürəm.

Gözləmə otağında həkimin qəbuluna gəlmiş otuzdan çox adam var. Xəstə yaxınları doktora alqış edir, öz aralarında söhbətləşirlər. Xəstələr isə üzlərindəki qüssəli ifadəylə o saat seçilir.

Çox gənc, uzun saçları çiyninə tökülmüş, irigözlü, gözəl bir qız diqqəti daha çox cəlb edir. Anası danışır ki, o, ali məktəbə imtahan verərkən stressdən xəstələnib, yüksək bal toplayıb Bakı Dövlət Universitetinin Riyaziyyat fakültəsinə daxil olmasına baxmayaraq, təhsilini davam etdirə bilmir. Hər dəfə imtahan verəndə xəstəliyi təzələnir, son vaxtlar lap guşənişin olub. Anası danışdıqca qız bir-bir hamıya imdad diləyirmiş kimi nəzər salır. Baxışlarındakı dibi görünməyən qorxu və ümidsizlik qarışıq sarsıntılı ifadəyə dözmək mümkün deyil. Küncdə sakitcə dayanıb gözlərini yerə dikmiş ortayaşlı bir kişi isə tez-tez ah çəkir.

Dəhlizə çıxıb dərindən nəfəs alıram, elə bu an doqquz-on yaşlarında mırıq dişli, hörüklü bir qız qaçıb məni qucaqlayır, nə baş verdiyini anlamağa macal tapmamış anası özünü yetirib uşağı məndən ayırır, üzr istəyir, cavabında uşağın saçlarını sığallayıram. Qızcığaz mırıq dişlərini göstərib gülümsünür, təzədən mənə sığınır:

- Görürsən, ana, o hirslənmir, o, yaxşıdı.

Növbəm çatır, bütün bunlara dözməyə gücüm qalmamış kimi özümü tələsik həkim otağının qapısına atıram.

... Aradan keçən illər ərzində doktor xeyli qocalıb, amma üzündəki bütün çarəsiz adamlara yetəcək qədər hüzurlu, təmkinli ifadə öz yerindədi. Bir də bu təmkinin lap dərin qatlarına işləmiş kədər. Yəqin ki, bu kədərdə onun uzun illər müalicə elədiyi ruhu müxtəlif cür zədələnmiş müxtəlif adamların izi var.

Doktoru çox şey narahat edir, cəmiyyətdə insan psixikasına mənfi təsir edən amillər, bizim xalqın psixiatra düzgün olmayan münasibəti, bəzən nevropatoloqların öz işiylə məşğul olmaması. Qeyd edir ki, adinevrozdantutmuş, ağırruhipozuntularaqədər hər şeypsixiatriyayaaiddir və bizdə də normal cəmiyyətlərdə olduğu kimi psixiatra müraciət etmək lazımdır.

O danışdıqca mən bu qədər ağır bir yükü daşımalı olan doktorun özü barədə düşünürəm. Canı ağrıyan insanlardan fərqli olaraq ruhu ağrıyan insanları müalicə eləmək yəqin ki, daha müşküldü, çünki canı ağrıyanlarda güclü yaşamaq eşqi olur, ruhu ağrıyanlarda isə ölmək istəyi. Psixi xəstə olan birini tanıyırdım, özünə inadla xərçəngə tutulmağı arzulayırdı (Allah ona sonunda istədiyi cür ölümü qismət eləmişdi). Elə bu mənada, ölmək istəyib yaşamağa məhkum olmuşlar yaşamaq istəyib ölümə məhkum olmuşlardan daha çox əzab çəkirlər və bu əzabı müalicə etmək bütün fiziki ağrılara çarə axtarmaqdan daha kədərlidi.

Təbii ki, çətindir, illərlə müxtəlif ruhların ağrılarına çarə axtarıb, onları intihardan, qətldən, özünəqəsddən yayındırmaq. Ən yaxınlarının belə bezdiyi, dinləməkdən yorulduğu kəsləri səbrlə dinləmək, onların son ümid yeri olmaq, itmiş iradələrini, özgüvənlərini qaytarmağa çalışmaq. Depressiyanın caynağında çabalayan adamları xilas etmək.

Onunla istədiyim qədər söhbət etmək mümkün olmur, Maştağadakı Ruhi Xəstəxanadan reportaj hazırlamaq fikrimdən də vaz keçirəm. Həkimin məni qırmayacağından əminəm, amma mətbuatdan incidiyini, özünü reklamı sevmədiyindən də xəbərim var.

Bir tərəfdən də doktorun susmayan telefonu, gözləmə otağındakı baxışlarında həyat eşqi sönmüş adamların intizarı məni tələsik sağollaşmağa vadar edir.

Mənimlə danışdığı müddətdə doktor neçə insanı üzüntünün əlindən ala, ruhuna dinclik gətirə bilər, bəzən reseptsiz, dərmansız, qarşısındakı insanı çox yaxşı anlayan halı, üzündəki şəfqətli ifadəylə. Odur ki, vaxtını almağa qıymıram. Otaqdan çıxanda ürəyimdəkilərdən ancaq bunu deyə bilirəm:

- Sağ olun, doktor, Allah sizi ruhu ağrıyan bu millətə çox görməsin!

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Kamal Abdullanın romanı Almaniyada çap olunub
17:38 23 Yanvar 2021
Xudu Məmmədov Zəlimxan Yaquba onunla bağlı hansı sirri açdı? – Xatirə
16:30 23 Yanvar 2021
Aydın Kazımzadənin yeni kitabı işıq üzü gördü
15:30 23 Yanvar 2021
"Qaltan dərəsi" adlanan ərazidən tunc dövrünə aid tarixi abidələr tapılıb - Fotolar
14:20 23 Yanvar 2021
Yağışın xatırlatdığı qız – Eyvaz Əlləzoğlunun hekayəsi
13:31 23 Yanvar 2021
Cangüdəni və köməkçisi əfsanəvi modelyer haqqında kitab yazdı
12:23 23 Yanvar 2021
Pərakəndəlik Nizami ilinə heç nə verməyəcək - Filoloq yazır
11:01 23 Yanvar 2021
Xalq artisti TƏBİB-ə müraciət etdi: "Bu vəziyyət peşəkarların itkisinə aparır"
10:36 23 Yanvar 2021
Nazirlik qələbəmizlə bağlı film müsabiqəsi elan etdi
10:17 23 Yanvar 2021
Fuad Poladov: “Başımı qırxıb məni Sumqayıta göndərdilər” – Müsahibə
09:00 23 Yanvar 2021
“Qətibə İnanc” tamaşası nümayiş olunacaq
18:55 22 Yanvar 2021
Məşhur aparıcılar AzTV-də "ər-arvad" oldu - Foto
18:16 22 Yanvar 2021
Nizami Gəncəviyə həsr olunmuş sərgi açılıb
17:35 22 Yanvar 2021
Hayl Hitler! - Qısa hekayə
16:55 22 Yanvar 2021
Zəfər Muzeyi harda olacaq? - Rəsmi açıqlama
16:23 22 Yanvar 2021
Bakıda Fransa filmləri festivalı başladı
15:55 22 Yanvar 2021
Birinci yerə layiq görülən yazar: “Bizdə müsabiqələr hamının könlünü almağa hesablanır” – Müsahibə
15:18 22 Yanvar 2021
Məşhur aktrisa vəfat etdi
14:37 22 Yanvar 2021
Bağırov onu Müdafiə naziri təyin etdi, erməni general sui-qəsd törətdi, vəzifəyə gəlməyinə bir gün qalmış qətlə yetirdilər – Həzi Aslanovun müəmmalı ölümü
14:02 22 Yanvar 2021
Ceyms Bond silsiləsindən yeni filmin premyerası yenə təxirə salındı
13:29 22 Yanvar 2021