Bir zamanlar insanların quyruğu vardı-TƏKAMÜL SƏHVLƏRİ

Bir zamanlar insanların quyruğu vardı-TƏKAMÜL SƏHVLƏRİ
16 avqust 2016
# 12:00

Bizim bədənimizdə çoxlu qəribə orqanlar var ki, indi bu orqanın nəyə görə lazım olduğu məlum deyil. Məsələn, çənədə yerləşə bilməyən ağıl dişləri, kor bağırsaq, büzdüm sümüyü.

Bunların hamısı nə üçündür?

Təkamül – bu idarəedilməz və məqsədsiz bir prosesdir. Öz bədəninizə diqqətlə baxsanız, tullantılar görə bilərsiz.

Siz qulağınızla hərəkət edə bilirsizmi? Bu sizdə alınırsa, deməli Yer Kürəsinin əhalisinin 85 faizinin sahib olmadığı bacarığa maliksiniz. Bu aktiv əzələlərin işləməsi nəticəsində baş verir. Dostlarınızı təəccübləndirməkdən başqa heç bir xeyri yoxdur.

Bu həmişə belə olmayıb. Bizim əcdadlarımız hərəkət edən qulaqlara malik idi. Belə qulaqlar onlara səsin hansı tərəfdən gəldiyini müəyyən etməyə kömək edirdi. Ərazini yaxşı görə bilməyən canlılar üçün belə qulaqlar çox lazımlı idi. Amma indi biz demək olar ki, bu qabiliyyətimizi itirmişik. Birincisi, ətrafı yaxşı görmək üçün başımızı yaxşı hərlədə bilməyi, ikincisi isə, biz cəmiyyət halında yaşamağı öyrənmişik. “Qulaqları şəkləmək” sözü indi çox arxaik səslənir.

Qəbilə həyatı kollektivliyə gətirib çıxartdı. Kollektiv həyat daha təhlükəsiz idi. Beləliklə, qulaqlar əsasən, yardım üçün qışqırıqları eşitməyə lazım oldu. Və bizim bədənimizdə daha qeyri-adi şeylərin yaranması bununla bağlı oldu. Daha dəqiq desək xırçıltı, səs-küy eşidəndə özümüzü pis hiss etməyimizin səbəbi də bununla bağlıdır.

Məktəb lövhəsi dırnaqlarımızla cızdıqda, həmin qəribə səsləri yadınıza salın. Və ya “penaplast”.

1986-cı ildə qıcıqlandırıcı səslər haqda araşdırma aparılmışdır. 24 insanın reaksiyasını yoxlayandan sonra qıcıqlandırıcı səslərin reytinqi məlum oldu. Məktəb lövhəsinin üzərində dırnaqlar 1-ci yerdə, penaplast ikinci, qapı və diş həkiminin bor-cihazı isə sonuncu yerləri tutdular. Bütün bu səslər zingiltili və yüksək tezlikdədir. Və bizdə qeyri-adi hərəkətlərə səbəb olur... Nəyə görə?

Araşdırma nəticəsində məlum olub ki, dırnaqların lövhəyə sürtünməsi Mokaka meymununun “Kömək” çağırması ilə uyğundur. Elə buna görə də, bu reaksiya dostlarımızı daha çox intellektual və informasiyalı çağıra bilməməyimizin ilkin variantı ola bilər: «Dostlar, Kömək edin! Pələng gəldi”. Bunun əvəzinə, primatlar vəhşicəsinə qışqırırdılar və bu həmin vaxtın qruplaşmış qəbilələrin ən effektiv xilas olma mexanizmi idi.

Təkamüldən bizim bədənimizdə çoxlu, lazımsız rudimentlər qalıb. Məsələn, büzdüm sümüyü. Bu sümük hissəsi bir vaxtlar quyruq olub. Bəli, bu üçbucaq sümük dörd-beş onurğanın bitişməsindən təşkil olunub və bir vaxtlar bu əlavə çıxmış sümük – quyruq olub. Ayaq üzərində yeriməyimizdən əvvəl, biz indiki, bəzi meymunlar kimi hərəkət edirdik və quyruq isə bizdə, müvazinəti saxlamaq və sosial siqnalların ötürülməsi üçün lazım olub. İndi onun olması üçün heç bir səbəb yoxdur. Buna baxmayaraq, insan embriosu quyruq çıxıntısına malikdir, bu hətta bəzən qorunur. Təxmini olaraq 5000 yeni doğulmuş körpələrdən birində, bu müşahidə olunur. Bəlkə, uşaqlıqda bizimdə quyruğumuz olub, sonra da öz-özünə ləğv olunub.

Bəli... Bizdə üçüncü göz qapağı olub. Sürünənlərdə olduğu kimi. Bu elmi dildə “qırpma membranı” adlanır. Bu yarı şəffaf göz qapağına quşlar, sürünənlər, balıqlar və bəzi məməlilər sinfində rast gəlinir. Əgər bunu canlı olaraq görmək istəyirsinizsə, itlərə və pişiklərə diqqətlə baxa bilərsiniz. Onlar yatan vaxt işıqdan gözləri qorumaq üçün bundan istifadə edirlər. İnsanlara gəlincə isə, əlbəttə ki, bu lazımsız qalıqdır. Nə qədər qədim və hansı vaxtdan yarandığı hələlik tam məlum deyil, amma sonuncu dəfə idarə edə bildiyimiz zaman, o səhərlər qurumuş seliyin çıxmasına kömək edirdi.

Mirzə İskəndərov

# 4978 dəfə oxunub

Oxşar xəbərlər

Rus rəssamlığının "Böyük Karl"ı - O, niyə İtaliyaya mühacirət etmişdi?

Rus rəssamlığının "Böyük Karl"ı - O, niyə İtaliyaya mühacirət etmişdi?

15:30 11 iyun 2026
Ömrü sürgündə keçən, Sibirdə quş yumurtası yeyib sağ qalan "xalq düşməni" - Ruhulla Axundov onun həyatını necə məhv etdi?

Ömrü sürgündə keçən, Sibirdə quş yumurtası yeyib sağ qalan "xalq düşməni" - Ruhulla Axundov onun həyatını necə məhv etdi?

12:00 9 iyun 2026
"Bir quşun rəsmini çəkmək üçün..." - Jak Preverin məşhur şeiri haqqında bilinməyənlər

"Bir quşun rəsmini çəkmək üçün..." - Jak Preverin məşhur şeiri haqqında bilinməyənlər

15:20 8 iyun 2026
Mən öz həbsxanamı çəhrayıya boyadım... - Əsəd Qaraqaplanın yeni şeirləri

Mən öz həbsxanamı çəhrayıya boyadım... - Əsəd Qaraqaplanın yeni şeirləri

14:00 7 iyun 2026
"Bazar ədəbiyyatının ortabab tənqidçisinin mövqeyi və əxlaqı..."- Orxan Pamuku niyə tənqid edə bilmirlər?

"Bazar ədəbiyyatının ortabab tənqidçisinin mövqeyi və əxlaqı..."- Orxan Pamuku niyə tənqid edə bilmirlər?

10:00 7 iyun 2026
Anarın ən müəmmalı əsəri - “Əlaqə”də gizlənən fəlsəfə

Anarın ən müəmmalı əsəri - “Əlaqə”də gizlənən fəlsəfə

12:00 6 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər