writer1

Ayxan Ayvaz

Məqalə sayı

443
clock12:42 calendar-gray 15 Avqust 2016 view-gray266 dəfə oxunub
view-gray266 dəfə oxunub

Nadir niyə müalicə olunmalıdır?

Ayxan Ayvaz

Belə bir maniya var: Meqolomaniya: İnsanın özünə gerçəkdə olmayan böyük, ali keyfiyətlər istinad etməsi. (Ruscası: Мания величия) Bu tip adamlar öz şəxsiyyətlərini daim qabardırlar. Onlar sanki çox əhəmiyyətli insanlardır, məşhurdurlar, populyardırlar, zəngin biliyə malikdirlər, əllərində yüksək səlahiyyət var və s.

Son zamanlar da bu maniya sanki yoluxucu xəstəlik kimi hamıda peyda olmağa başlayıb. Hər kəs özünü olduğundan böyük göstərməyə çalışır, eqosunu tavana qaldırır. Sanki çoxları onları böyük göstərən güzgülərin qabağına keçib. Bu xəstəlikdir. Mütləq də müalicə olunmalıdır. Cəmiyyət üçün də təhlükədir. Özü üçün də.

Dünyanın kosmosdan çəkilən şəklini yəqin ki, hamımız görmüşük. Toz boyda, nöqtə kimi görünən dünyanın içində yaşayırıq. Və bu toz boyda dünyada özlərini böyük göstərən adamlar görəndə dünya bir az da balacalaşır və sıxılmağa başlayırsan, nəfəs ala bilmirsən.

Özünü böyütmənin səbəbi nədir? Çünki o adamlar heç vaxt belə bir sualla qarşılaşmayıblar: “Mən kiməm? Mənim dünyadakı yerim nədir?”

Biri elə özünü “əjdaha” adlandıran Nadir Qafarzadə. Keçən dəfə sosial şəbəkədə bu paylaşımı müzakirəyə səbəb oldu:

“Məni sevənləri Allah saxlasın, sevməyənlər onsuz da, savadsız və zövqsüz, cahillərdir! Onların sevgisi də özləri kimi kalitəsizdir! Çünki mənim varlığım onları narahat edir! Mən, Allahın mübarək və seçilmiş bəndəsiyəm! Nə xoş mənə! Səhifəmə girib, təhqir və söyüş yazanlar, yazdıqlarınız özünüzə, ananıza, bacınıza və bütün nəslinizə… İndi ürəkli oğlan yazsın, amma telefon nömrəsini də yazsın. Mən isə kefdəyəm, Allah sizi kölə, şanssız və yazıq yaradıb”

Diqqət edin, “əjdaha”mız belə deyir: “Sevməyənlər savadsız, zövqsüz, cahillərdir”. Bu həmin Nadir Qafarzadə deyil ki, illər əvvəl televizorda keçirilən sorğuda fonetikanın nə olduğunu bilməmişdi. Fonetika e! Bundan o yanası yoxdur. 5-ci sinif şagirdinin savadı belə yoxdursa bu adamda, nə haqla onu sevməyənləri cahil adlandırır”.

Kəramət Böyükçöl bir əhvalat danışmışdı. Bir dəfə hansısa televiziyaya qonaq gedibmiş. Nadir də orda qonaqmış. Kəramətdən soruşub ki, sən kimsən, nə məzhəbə qulluq eləyirsən?! Kəramət də gözünə döndüyüm deyib ki, yazıçıyam, adım da İsa Hüseynovdur. Nadirin cavabı: “Adını bir dəfə eşitmişəm, Təhminəni sən yazmışdın da”. Kəramət də başını bulayaraq susub, amma Nadir isə baş bulamağı təsdiq kimi anlayıb.

Nadir Qafarzadəni kimlər sevməz? Çox sadə: intellekti, dünya görüşü olan və həqiqi səsi bilən. Yəni bu zövqsüz, cahil sözü heç yapışmır, əjdaha qardaş!

İkinci cümlədəki “kalitəsiz” sözünə fikir verin. Elə bil düşük türk serialının düşük qəhrəmanıdır. “Kalitəsiz” birinin kiməsə bunu deməsi “meymun baxar güzgüyə, adını qoyar özgəyə” atlar misalının “ta kendisi”.

İşlətdiyi ifadələrə baxın: “Mənim varlığım”, “Allahın mübarək və seçilmiş bəndəsi”... Varlığı deyəndə görəsən nə demək istəyir? Yüz faiz burda dərin bir söhbət var, sadəcə mən savadsız və cahil olduğumdan tuta bilmədim.

Allahın mübarək və seçilmiş bəndəsi daha sonra yazır: “Səhifəmə girib, təhqir və söyüş yazanlar, yazdıqlarınız özünüzə, ananıza, bacınıza və bütün nəslinizə… İndi ürəkli oğlan yazsın, amma telefon nömrəsini də yazsın”.

İncəsənət adamı, kütlələrə xitab edən müğənnidir bunları deyən, hansısa küçənin tinində “razborka” edən əli təsbehli bir qaqaş deyil. Lütfən, Nadir bəyə təhqir və söyüş yazmayaq, axı o bizim ziyalı və dəyərli oğlanlarımızdandır. Amma “əjdaha” unudur ki, bizdə elə ürəkli oğlanlar o qədər çoxdur ki... Sadəcə, necə deyərlər, şərait yoxdur.

Axırıncı cümlə ilə dördəlli razıyam. Həqiqətən də Nadir bəy kefdədir. O kefdə olmayıb, kim olacaq? Həmişə də kefdə-damaqda olsun. Müğənni dediyin gərək kefdə olsun ki, başqalarını da kefləndirsin.

Amma sonra nə oldu? Nadir bəy yazdığını sildi. Arxasınca açıqlama gəlir: “Yazdıqlarım mənim şəxsi səhifəmə girib tənqid edənlərə aid idi, hamıya şamil etməmişəm. Məni sevməyənlərin Allah canını sağ eləsin. Sevgi güc və zorla əldə edilmir, içdən gəlməlidir. Ömür boyu xalqıma, dövlətimə borclu olmuşam. Məni narahat edən bir məsələ var, bəs biz kimi sevirik və bizi kim sevir? Dostumuz və düşmənimiz kimdir? Hələ ki, bunu ayırd edə bilmirik.

İnsanın gərək məqsədi və mövqeyi olsun. Azərbaycanda yaxşı insanlar çoxdur, amma pislər də az deyil. Paxıllar, ev yıxanlar, ailə dağıdanlar, dələduzlar, yalançı və oğrular! Allah hamını belələrindən qorusun. Həyat qısadır, gəlin mehriban olaq və elə yaşayaq ki, sonra peşmançılıq çəkməyək. Düşmənlərimizi özümüzə güldürməyək”

Gözəl atalarımızın gözəl misalı ilə yazımızı bitirək: “Sən ki qorxurdun pişikdən, niyə çıxırdın deşikdən”.

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

İşini, gücünü atıb kimsə sevməlidir məni - Cəlil Cavanşirin şeirləri
17:00 08 Avqust 2020
Əliağa Vahidin 125 illiyi münasibətilə poçt markası buraxılıb
16:05 08 Avqust 2020
Biz iki nəfər öldük
15:00 08 Avqust 2020
Səngərdə Vaqifin şeirlərini oxudu, məşhur filmə onun əvəzinə erməni aktyoru çəkdilər - Kinomuzun Cahandar ağası haqda maraqlı faktlar
14:00 08 Avqust 2020
Səkkizinci ayın səkkizi - Mahir N. Qarayev yazır
12:31 08 Avqust 2020
Məşhur aktrisa kinodan getmə səbəbini açıqladı
11:20 08 Avqust 2020
“Eurovision” mahnı müsabiqəsinin Amerika versiyası yaradılacaq
10:13 08 Avqust 2020
Rüstəmbəyovun alınmayan filmi – Sevda Sultanova “Dağlarda döyüş”ü tənqid edir.
09:00 08 Avqust 2020
Azərbaycanın məşhur folklor qrupu beynəlxalq festivalda iştirak edəcək
18:50 07 Avqust 2020
Çingiz Aytmatov fenomeni və Azərbaycan" monoqrafiyası çap olundu
18:04 07 Avqust 2020
Azərbaycanlı yazardan yeni kitab
17:36 07 Avqust 2020
Polad Həşimovun üzünə necə baxacağıq?
17:06 07 Avqust 2020
Məşhur müğənni uyğur türklərinə görə Çinə belə etiraz etdi
16:05 07 Avqust 2020
Kölgəmi ayrı basdırın, sevəcəyim qız çiynində... - Tural Turanın şeirləri
15:02 07 Avqust 2020
Məşhur müğənni vəfat etdi
14:11 07 Avqust 2020
Hər konsert ərəfəsində əri tərəfindən döyülən, 17 yaşlı oğlunu itirən əməkdar artist – Bağırov ona bayquş demişdi
13:09 07 Avqust 2020
Süleyman Qanuni, Hürrəm Sultan, Mona Liza, Sezar indi yaşasaydılar, belə olardılar - Maraqlı layihə
12:23 07 Avqust 2020
Toyu karantinə düşənlər üçün fürsət
11:32 07 Avqust 2020
"Kapitan Marvel 2"nin rejissoru bəlli oldu
10:43 07 Avqust 2020
Azərbaycanda tarixi abidəyə müdaxilə edən şəxslər saxlanıldı
10:10 07 Avqust 2020