Buddanın sümükləri tapıldı – SENSASİYA

Buddanın sümükləri tapıldı – <span style="color:red;">SENSASİYA
28 iyul 2016
# 09:00

Arxeoloqlar qazıntılar zamanı min illik buddist məbədi tapıblar. İşin maraqlı tərəfi odur ki, bu yeraltı məbəddə tapılan sandığın içindən çıxan sümüklərin Buddanın kəllə sümükləri ola biləcəyi düşünülür.

1.2 metr uzunluğundakı bu miniatür türbə Çinin Nankin şəhərində ortaya çıxıb.

Min illik buddist məbədinin qalıqları arasında tapılan bu türbənin gözə dəyən ilk özəlliyi həddindən artıq bəzəkli olmasıdır. 1.2 metr uzunluğundakı türbə səndəl ağacı, gümüş və qızıldan hazırlanmış, üstü kristal, şüşə, göy daşlarla bəzənmişdir. Türbənin içində isə qızıldan hazırlanmış bir sandığın içində kəllə sümüyünün parçaları tapılıb.

Bu qızıl sandığın üstü isə lotus naxışları ilə, simurq və qılınc qurşanmış Tanrı təsvirləri ilə bəzədilib.

Bu qızıl sandıq buddist mifologiyasında buludlarda və suda yaşadığına inanılan mələklərin (Aspara) musiqi aləti ifa edən fiqurları ilə bəzədilərək daha böyük bir gümüş sandığın içinə yerləşdirilib. Bu iki sandıq da yarımkürə formasında miniatür türbənin, buddistlərin “stupa” adını verdikləri sahənin içindədir. Buddist inancında stupalar qədim buddist rahiblərinin sümüklərinin ya da müxtəlif xatirələrinin tapıldığı, meditasiya etmək üçün istifadə etdikləri məkanlardır.

Bir vaxtlar “Grand Baonun məbədi” olaraq bilinən bu məkanda kəllə sümüklərinin qorunması üçün əməlli-başlı səy göstərilib.

Bu gümüş qutu da bir başqa gümüş qutunun içinə qoyulub və hamısı bir yerdə daşdan düzəldilmiş bir abidənin içinə yerləşdirilib. Bəs bu sümüklərin Buddaya aid olması nə qədər həqiqətdir?

Kəllənin yan tərəfindən alınan bu sümük başqa bir çox buddist rahibin məzarının tapıldığı məbəddə qorunub və Deming adlı bir adam tərəfindən sandığın nə vaxt yaradıldığı və sümüyün həqiqətən də Buddaya aid olduğunu bildirən bir kitabə da yerləşdirilib.

Kitabədə yazılanlara görə, bu türbə imperator Zenzongun hökm sürdüyü vaxtlarda, 997-1002 illər arasında inşa edilmiş və müharibələr nəticəsində yıxılana qədər bir başqa məbəddə mühafizə edilmişdir. Bundan sonra isə, 1011-ci ildə daha yaxşı qorunması üçün bu məbədə yerləşdirilib.

Demingin kitabəsində eyni zamanda məbədin hazırlanması üçün imperatorun necə razı salındığı və Buddanın sümüklərinin necə əldə edildiyi də yazılır.

Sandığın üzərində Buddanın doğulduğu gündən nirvanaya çatdığı və öldüyü günə qədər həyatını göstərən miniatürlər təsvir olunub. Buddist inancına görə, bu ölümdən sonra Budda bir də təkrar doğulmayıb.

Tədqiqatçılar bu sümüklərin həqiqətən də Buddaya aid olub-olmadığını dəqiq bilmirlər.

Bu qalıqlar Nankin Arxeologiya İnstitutunun tədqiqatçıları tərəfindən 2008-ci ildə tapılıb və 2012-ci ildə Honq-Konqda sərgilənib. Qərb mediası isə bu hadisəni bir ingilis jurnalistin yazdığı məqalə ilə tanıyıb.

Demingin kitabəsində yer alan digər maraqlı bilgilər aşağıdakı şəkildədir:

“Budda həyat-ölüm həlqəsini qırdığında bədəni Hindistanda Hirannavati çayının yanında yandırıldı. O zamanlar Hindistanda hökmdarlıq edən kral Aşoka Buddanın sümüklərini qorumağa qərar verir və cəmi 84 min parça sümük əldə edilir. Ölkəmiz Çin isə bu kəllə sümüyü də daxil olmaqla parçalardan 19 dənəsinə sahib olur”.

# 3240 dəfə oxunub

Oxşar xəbərlər

"Düşmənlərin öhdəsindən gəlməyin yolu sərt təzyiq siyasətidir..." - Məşhur alman yazıçının  Stalinlə müsahibəsi

"Düşmənlərin öhdəsindən gəlməyin yolu sərt təzyiq siyasətidir..." - Məşhur alman yazıçının Stalinlə müsahibəsi

10:00 17 sentyabr 2026
Qafqaz Türk İslam Ordusunun ilk şəhidləri... - Minəxanım Nuriyeva Təkləli

Qafqaz Türk İslam Ordusunun ilk şəhidləri... - Minəxanım Nuriyeva Təkləli

15:00 16 sentyabr 2026
"Hеyif ki, Mirzə Fətəlinin fikirlərini anlamadılar..." - Nə üçün mürgü döyən qardaşlarımızı gözləməliyik?

"Hеyif ki, Mirzə Fətəlinin fikirlərini anlamadılar..." - Nə üçün mürgü döyən qardaşlarımızı gözləməliyik?

10:00 12 sentyabr 2026
Mir Cəfər Bağırovun 100-cu otaqda qətlə yetirdiyi cümhuriyyət naziri - Gürcü inqilabçı onu niyə qoruyurdu?

Mir Cəfər Bağırovun 100-cu otaqda qətlə yetirdiyi cümhuriyyət naziri - Gürcü inqilabçı onu niyə qoruyurdu?

12:00 11 sentyabr 2026
"Xatirələrdə yaşayan Əziz Əliyev..."  - Süleyman Rüstəm və Rəsul Həmzətov onun haqqında nə yazırdı?

"Xatirələrdə yaşayan Əziz Əliyev..." - Süleyman Rüstəm və Rəsul Həmzətov onun haqqında nə yazırdı?

10:00 10 sentyabr 2026
Qız məktəbi  açmaq üçün imperatora ağız açan mesenat - Ömər Faiq Nemanzadə onun haqqında nə yazırdı?

Qız məktəbi açmaq üçün imperatora ağız açan mesenat - Ömər Faiq Nemanzadə onun haqqında nə yazırdı?

10:00 1 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər