news-inner
clock14:52 calendar-gray 05 May 2016 view-gray275 dəfə oxunub
view-gray275 dəfə oxunub

Leylanın sinəsindəki Bütöv Azərbaycan xəritəsi – romandan parça

Kulis.Az Xanəmir Telmanoğlunun “Maqlar” romanından “Qadın ol, Həvva” hissəsini təqdim edir.

MAQLARIN GİRİŞ QATI

QADIN OL HƏVVA

Ey dadi bidad danəndə dəhan dərviş d…

Bir-birlərini əvvəlcə yazı-pozularından tanımışdılar. Sonra isə günlərin birində mötəbər bir toplantıda ikisi də təsadüfən qatılımçı ikən, qəfil Sirusa söz verilmişdi. Sirus azacıq utancaqlılığını saxlasa da, özünü itirmədən tribunaya qalxıb qısa, yığcam çıxışıyla gurultulu alqış alıb yerinə dö-nərkən, sıraların birində gözünə qəfildən o ilişmişdi. Toplantı sonrası yan salonda məclisin davamı olaraq kokteyl qonaqlığına yönəldik. O zaman uzaqdan güləgülə gələrək onun boynuna sarılıb üzündən öpməsiylə daha da yaxınlıq başlamazmı? Ayaq üstə onun dediyi söz düz Sirusunun iliyinə kimi işləməzmi? Nəydi o söz? “igidin adını eşit üzünü də bax, indi gör!!!”

Leyla qaraşın, ucaboy, olduqca yaraşıqlı, şirinliyindən bal daman bir qadındır. Yaşı 30-u, 35-i də keçənə oxşayırdı. Sadəcə bir müddətdi Avropa ölkələrinin birində yaşayırdı. İldə onun ən azından iki dəfə buralara gəlməyi vardı. O zaman da şəhəri bütün bir-birinə vurub gedərdi.

Bütün bunlardan Sirusun xəbəri vardı. Sadəcə olaraq Sirus bu xanımın peşincə heç vaxt düşməmiş, vaxtını ona sərf eləməmiş, onu yaxınına buraxmaq istəməmişdi. Yox ki, istəmirdi onunla münasibətlərinin alınmamasını, sadəcə bilirdi ki, işə girişdisə, aləm bir-birinə dəyəcək.

Leyla telefonunu verib sabah görüşmələri üçün ona zəng edəcəyini də söylədi.

Sirus onunla görüşündən məmnun olduğunu gülüm-səyərək, kişi ədasıyla dilə gətirdi. Leyla artıq bütün yasaları, qadağaları üzərindən atmışın birisiydi.

Sabahısı gün zəngləşib dedikləri yerə gedərkən Sirus arxadan onu qucaqlayıb üzündən öpənin kim olduğunu səsindən tanıdı. Leylaydı. Maşınla gələrkən onun səkiylə getdiyini görüb saxladıb düşmüş, onun əvvəlcə yerişini seyr etmiş, sonra da indiki hərəkətini yapmışdı.

Leyla Sirusun qoluna girmişdi. Nə qədər də hündür-daban geyinməsinə baxmayaraq, Sirus yenə də ona yuxarıdan aşağı baxırdı. Leyla yürüyərək ilk dəfə Sirus haqqında geniş məlumatı bir rəfiqəsindən aldığını söyləyirdi. O yazar xanımı, söhbət əsnasında sonra məlum oldu ki, Sirus yaxşı tanıyırmış. Daha doğrusu, Sirusun bir zamanlar o xanımla yaxınlığı olmuşdu. Ancaq xanım israr eləməyinə baxmayaraq, Sirus bu ilişkiləri sona erdirmiş, əlaqələri bir dəfəlik kəsmişdi. Yenə də sonralar məlum olacaqdı, Sirusla bağlı yaxın ilişki və əlaqələrini Leylaya həmin rəfiqəsi elə danışmışdı, bu söhbətdən sonra Leylanın qafasında bütün kişilər qalmışdı bir tərəfdə, Sirus da tərəzinin bir gözünü əməlli-başlı ağırlığıyla aşağı basmışdı.

Leyla onun qoluna elə girmişdi, elə biləsən illərin ta-nışıydı. Ancaq Sirusda bu yaxınlıqdan doğan bir sərxoşluq deyil, çəkincəklilik hökm sürürdü.

Sirus dağlarda böyümüşün yekəsiydi. Uca boy, ağır sümüklü birisiydi. Onun burnunun uzunluğu küçənin o başından gələndə də adamın gözünə girirdi. O burnuyla öyünməz, utanar, sıxıntıya girər, ancaq şəhərin ən gur yeriylə gedərkən şəhərin sarışın qadınlarının hərdən onun tərəfinə dönüb baxması, yalnız burnuna görə ola bilərdi. Belə qarşılaşmalar saysız-hesabsızdı.

Bir də onu yaxından tanıyanlar heç cürə ondan qopum, ayrılım deməzdilər. Vəhşiliyi vardı. Boy-buxun, görüntüdə yonulmamış, qabalığı ona yönələn baxışları doğrayıb tökürdü. Onun özünün xəbəri olmasa da, bu vəhşilikdən, qabalıqdan yaxından tanıdığı xanımlar huşlarını ani də olsa, bəzən itirirdilər.

Görünür Leyla onun haqqında rəfiqəsindən kifayət qədər məlumat əldə eləmişdi. Onun qolundan elə yapış-mışdı, sanki heç vaxt buraxmayacaqdı.

- Gedək bizə. Oturaq söhbət eləyək. Şəhər çox külək-lidi.- Leyla elə biləsən danışığına israr da qatdı.

- Gəzək-dolaşaq istərsən? - bu sözləri Sirus ətrafa göz ataraq söylədi.

- Bilgisayarım evdədir. Sənə yeni yazdıqlarımı da oxu-maq istəyirəm. İstəyirəm yazılarıma münasibətini bildirə-sən. Ən yaxşısı evdir. Həm də qaldığım yeri tanımış olarsan.

- Olur. Yaxşı, əgər istəyirsənsə, getdik! - Sirus gülərək, bir az da şaqqanaq çəkərək dedi.

Bu anda bir taksi onların qarşısında dayandı. Demə, Leyla uzaqdan ona işarə eləyibmiş. İkisi də keçib arxada əyləşdilər. Sirus onun vurduğu qoxunu indi daha yaxşı hiss elədi. Pis deyildi. Ümumiyyətlə, Sirusun bir kişi kimi qoxulara qarşı həssaslığı vardı. O tərk elədiyi qadınların çoxunu ağzından gələn qoxuya görə tərk eləmişdi. Bu şəhərdə elə gözəllərlə tanış olmuşdu, onların hamısından sadəcə qoxularına görə başını götürüb uzaqlaşmışdı. Ama Leylada hiss olunan o qoxulardan yoxudu. Üstəlik üzərinə vurduğu ətir adamın huşunu başından alıb aparırdı. Sirus maşında gedə-gedə hiss eləyirdi, bərk yerdə axşamlayıb, geriyə yol yoxdur. Ancaq bu yerdə məğlub olmaq da heç kişilikdən deyildi.

Çünki o həyatında ən dəhşətli, ən seksual, ən gözəl görsənən-belə qəbul olunan qadınla qarşılaşırdı.

***

Maşından enib 20 mərtəbəli bir binanın blokuna daxil olurlar. Leyla evi tanıdığından, həm də zərif cinsin nüma-yəndəsi olduğundan qabaqda gedir.

Liftə yanaşıb düyməni basmağı ilə qapıların açılması bir oldu.

Liftin içindəki boya-boy böyük aynada hər ikisi görünürlər. Bu daha maraqlı gəldi Əhmədə. Lift yuxarı qalxdıqca Leyla baxışlarını aynadakı özündən və Əhməd-dən çəkib dodaqlarını sakitcə onun dodağına yönəldib düz üzərində qoydu. Dodaq elə biləsən piləydi. Hər ikisi gözlərini yumub, deyərkən Leyla xırp geri çəkildi. Əhmədin bədənindəki bütün hüceyrələri artıq çoxdan işə başlamışdı. Onun qabarmyan yeri qalmamışdı.

Leyla yumşaq əllərini eyni gülərüzlülüklə onun sinəsinin üzərindən aşağı sürütlədi.

Lift açılaraq hər ikisini qarşıdakı palıdı rəngdə boyanmış qapıya təqdim elədi. Leyla qabaqda çıxaraq qapıya yönəlib əlində hazır tutduğu açarla ehmalca gözlərini onun gözlərində gəzdirib qapını açdı. Qapını itələyib içəri girdi, dönüb onu içəri dəvət elədi. Əhməd evə keçdiyində qarşısındakı divarlarda fərqli rəssamların əl işləri diqqətini cəlb elədi.

İlk gördüyü rəsm lüt bir qızın rəsmiydi. Təni o qədər qabarıqdı ki... onun bədəni yan tərəfdən alışıb yanırdı. Yeddi rəngin yeddisindən də sanasan istifadə olunmuşdu.

- Xoş gəlmisən! İstəsən, hamama keçib yıxana da bilərsən. Mən istəyirəm yıxanam. Ona görə dedim.

- Bilirəm yay olduğunu. Tərləməmişəm. Ancaq ola bilsin sizdən sonra bir duş alaram. – Əhməd Leylanın sözlərinin qarşılığı olaraq bir az da yarıhuş içində dedi. Həmən fikirləşdi ki, bir az öncə mən nə dedim görəsən. Sözlərinin fərqinə varmaq istədi. Ağzından çıxan sözlər ondan, onun düşüncə qabliyyətindən artıq xeyli aralan-mışdılar. Onları canlı təsəvvür eləmək olsaydı, ən azından bir silahla nişan almaqla, əgər babat atıcı isənsə, vurub ovun düşdüyü yerə qədər getmək olardı.

Hamamdan axan suyun şırıltısı onun oturduğu orta otağa qədər gəlirdi. Qulağına dolan o xoş sədalar, şırıltılar indi vücudundakı narahatlığın üzərinə səpələnirdi. Leyla artıq hamamda yıxanırdı. Qapının aralandığını hiss etsə də, dönmədi. Oturduğu divandan qarşı divarın bəyazlığına dirənib qalmışdı. Yerdə Leylanın balaca bilgisayarının qa-pağı açıq qalmışdı. Ekranını görə bilmirdi. Divanın qarşısında balaca masa vardı. Üzərində meyvələr, başqa bir boşqabda çərəzlər, digərində isə şirniyyat qoyulmuşdu. Bir az öncə açılan qapı hamamın qapısıydı. Leyla ordan başını çıxarıb Əhməddən dəsmal verməyini istəyirdi. Guya yaddan çıxıb qonşu otaqdakı oturacağın üzərində qoyub. Əhməd tələsmədən ayağa qalxdı. O biri otağa keçərkən sağa dönüb yarıaçıq qapıdan Leylanın islaq baxışlarını, qara islaq saçlarını gördü. Ehtiras hüceyrələri artıq qırğına çıxmışdılar. Leylaya elə gəlirdi, artıq Əhməd bu həngaməyə tab gətirə bilməyəcək, məcbur olub içəri soxulacaqdı. Ancaq bu səhnəyə vaxt vardı. Əhməd o biri otağa keçərkən bayaq içəri girdiklərində, Leylanın tələsik soyunub mayoda evdə gəzişməsini, çantasını bir tərəfə buraxmasını, bu zaman da Əhmədin onu ehtiraslar burulğanında seyr etməsini beynindən ata bilmirdi. Dəsmalı ona uzadarkən Leyla yarıaralı qapının o üzündən əlini uzadıb dəsmalı sakit tövrlə onun əlindən götürdü. Bu anda vaxt da tapıb onun gözlərinin içərisinə bütün cazibə qüvvəsini işə salaraq, həm də gülümsəyərək baxdı. Əlini onun əlinə toxundurub qapıya daha da yaxın çəkdi. Əhməd yerində mıxlanıb qalmışdı. “Girimmi-girməyimmi?” dilemması qarşısında donub qalmışdı. Yan otağa keçib köynəyini çıxardı. Geri qayıdıb Leylanı eyni vəziyyətdə gördü. Leyla ona sancılmış baxışlarla qapının o üzündə qalmış bədəninin üzərindən başını əyərək qapıdan çıxarmışdı. Elə biləsən onun bu andakı bədəni qapı özüydü. Qapının bir tərəfində bitmiş başıyla Leyla yer üzünün ən gözəgəlimli qadınıydı.

Qapını özünə tərəf çəkib içəri doğru addım atarkən onun əlindən tutdu. Leyla döşləri üzərindən bənövşəyi dəsmalı belinə sarıyıb budlarını dışarıda qoymuşdu. Bu ağappaq bədənin üzərində qalmış su damcıları elə biləsən ilişib qopmaq bilmirdi. Leyla dodaqlarını onun dodaq-larının üzərində sıxlaşdırıb gözlərinin qarasını örtdü. Bir əliylə də onun şalvarının femuarını açıb bel nahiyəsindən aşağı doğru itməyə çalışırdı. Əhməd ona yardımçı olmağı beynində qızğınlıqla keçirib dodağını Leylanının kipləşmiş dodaqlarından ayırdı. Sanasan eyni təndən bir parça çatırtıyla qopdu. Şalvarını cəld çıxarıb qapının asmasına keçirdi. Böyük hamamın içində su axıb şırıldayırdı. Leyla tələsmədən əllərini onun sinəsində gəzdirirdi. Əhməd də bir əlini onun belində, digər əlini isə saçlarına keçirərək düz gözlərinin içinə baxırdı. Arabir Leyla gözlərini xəfifcə, ehmalca yumub açırdı. Leylanın bədəninə sarıdığı dəsmal yerdəydi. Artıq bunun kimsə fərqində deyildi. Leylanın bəmbəyaz sinəsinin hər iki tağından asılmış iki ağ döşünün üzərindəki qara gilə getdikcə qabarırdı. Döşünü onun sinəsinə doğru yaxınlaşdırdı. Əhmədin iri, uzun, üzəri tüklü hər iki əli onun döşlərinin ucuna doğru bir yüngül sığal götüdü. Leyla gözlərini yumub açdı. Soluğu kəsildi. Əhmədin boynuna sarıldı. Sıxdı, özünə sıxdı. Boynundan üzüaşağı doğru sürüşüb düşən əllərlə lap aşağıya doğru sızdı. Sinəsini, göbəyinin çevrəsini incə, yumuşaq dodaq-larıyla toxunaraq onsuz da şirə, pələngə dönmüş bir erkək vücudunu daha da qabartdı.

***

Qəfil ayılan kimi olan Zülfüqarın gözləri Leylanın döşlərinin üzərindən sinəsi boyunca döyülmüş Azərbay-canın xəritəsini görüb diksindi. Xəritə aydın, net şəkildə qadının sinəsinə yayxınmışdı. Bu xəritədə işğal altında qalmış yerlər sadəcə görünmür, ümumtorpaqların tərkib hissəsi rəngində yerini almışdı.

Leyla Zülfüqarın nəhəng, qabarmış bədəninə toxunaraq onu getdikcə daha da qabarmağa sövq eləyirdi. Leylanın başı Zülfüqarın içini əridib tökməyə elə qarşımışdı, Zülfüqarın onun sinəsindəki “ölkəyə” necə keçdiyindən xəbər-ətəri yoxudu. Deyəsən, Zülfüqar bu əraziyə qaçaq olaraq keçmiş, heç bir vizə almadan, torpaqbasdı ödəmə-dən, heç bir sərhəd, sınır yoxlanışından keçmədən adlamışdı. Onun zərif əllərinin ucunda uzun oynaq, bəyaz barmaqları Zülfüqarın bədəninə, sinəsinə, boynunun ardı-na, qulağının dalına, üzünə, saçlarına elə daraşmışdı, bu yapışıb qopmama əməliyyatına özü də ürəkdən aludə olma-ğa başlamışdı.

İndiyə kimi bu xanımla burda, yurd dışında xeyli erkək sevişmişdilər. O erkəklərin çoxu ola bilsin ki, Zülfüqardan daha gözəl, yaraşıqlı görsənirdi. Ancaq Zülfüqar soyunanda qadın yanında başqa aləm olur-du. Bunu Leyla elə ilk təmasdan anlamış, əlinə düşən şikarı tezliklə yeyib bitirmək istəmirdi. O, Zülfüqarın qadın yanında, soynanda tamam fərqli olduğunu getdikcə yaxşı, aydın başa düşür, ən əsası hiss eləyirdi.

Ancaq Zülfüqarın fikri-zikri, Leylaya bir tərəfədən məğlub olmamaq idisə də, digər tərəfədən onun sinəsi boyunca, döşlərinin üzəri, arası ilə sərilmiş bir “ölkənin” ərazilərində gəzib dolaşırdı. O qadın gözlərinə baxa-baxa sevişməkdən doymazdı. İndi isə əlinə düşən bu zərif məxluqun pilə, pambıq kimi təninin qarşısında özünü sın-dırmadan, yəni “o qədər də görməmiş deyiləm” mesajını vermək istəməsi ilə yanaşı, gözlərini ərazidə dolaşdır-maqdan da xüsusi zövq aldığının fərqindəydi.

Bir tərəfdə də musluqdan axan suyun şırıltısı hamamın daş döşəməsinə dəyib səsi ətrafa dağıdırdı. Su divara, onların dizlərindən aşağı hissələrinə dağıldığı, toxunduğu kimi, suyun səsi də o damlalarla, damcılarla birgə divara, onların ayaqlarına təmas edirdi.

Sağ əlini Leylanın sinəsinə doğru çəkdi. Döşlərinin arasından salıb yuxarısından çıxardı. Ərazinin, ölkənin hansı səmtinə üz tutmalı olmağından çaşıb qaldı. Axırda tərəddüdünü boş verib, sola bir gəşt elədi.Qız inildədi. Əyilib qalın, enli, uzun dağlı dodaqlarını onun döşlərinin hər ikisinin qara gilələrinə toxundurdu. Qız az qaldı başı dönüb yerə yıxılsın. Belindən qucaqladığından onun bu “yıxılma hərəkətini” qollarıyla hiss eləyib, gücünü işə saldı. Qız ona yapışmışdı. Onu bir az özündən araladı. Elə biləsən bu qızın ona aid olan şəhvəti, vurğunluğu sinəsindəki ölkədə cəmlənmişdi.

Ömrü boyunca Zülfüqar Azərbyacanın xəritəsini bu qədər nəzərə çarpacaq dərəcədə maraqlı, çəkici, baxımlı, düşündürücü şəkildə görməmişdi. Bu xəritə nə fiziki, nə siyasi, nə də coğrafi xəritəydi. Bu xəritə Azərbaycan adlı bir məmləkətin sevgi xəritəsiydi. Bu xəritə, Asif Əfəndiyev olsa deyərdi, Azərbaycanın şəhvət, məhəbbət xəritəsidi. Ancaq Zülfüqar bu xəritəni Azərbaycanın Adəm-Həvva xəritəsi adlandırmaq istəyini qafasından keçirdi. Xəritə çox çəki-ciydi. Zülfüqarın nəfəsini kəsirdi. Dünyanın bütün qadın-larının, yaxud indiyə kimi bütün həsrətində olduğu qadınların şəhvəti, sevgisi elə biləsən bu xəritədə cəmləş-mişdi. O coğrafiyanı yaxşı bildiyindən, qızın sinə-sindəki bu net xəritədə Qarabağı, eləcə də, doğulub böyüdüyü Zəngəzuru, kəndlərinin də yerini müəyyən elədi. Zülfüqar öz-özünə “elə bura gəlmişkən qızı, qoy, öz yerimizə çəkib aparım”–düşüncəsinə də mübtəla oldu. O qadını kəndlərinə keçirdi. Leyla bu yerdə necə də canalıcı görsənirdi. Bir az da hüzn, qəriblik keçdi canına. Bu gizilti Zülfüqarı yaman hüznə qərq eləmişdi. Bir tərəfdən də onun bu qadına olan tutqusunu, şövqünü artırırdı. Zülfüqar sağ əlinin barmaqlarını Leylanın yenidən artıq qabarmış, dikəlmiş, ucundakı qara gilələri sərtləşmiş döşləri arasından sakit tövrlə üzüyuxarı sürüşdürüb, Zəngəzura gəlib çıxdı. Barmağını ehmalca gilənin birinin üzərindən sürtüb, qıza ofultu, nəfəs kəsimi verə-verə, gəlib xəritənin içərisində yer almış ərazidə–doğulduğu yerdə durdu. Gözlərini Leylanın qaraşın gözlərinə, süzülmüş, sanki bu saat uyuyacaqmış kimi axan gözlərinin giləsinə zilləyib, barmağını onun sinəsində, döşləri üzərində dəqiqləşdirdiyi “məkana” basıb dedi:

- Bax, mən sənin buranda dünyaya gəlmişəm. Mən sənin bax, buranda böyümüşəm. Bu yerlər indi işğal altın-dadır.

- İstəyirəm səni yenidən doğam,- bunu da zorla, zarıya-zarıya qız dedi.

Onlar bir-birinə sarılıb keçinmişdilər. Su başlarından üzüaşağı doğru axırdı. Suyun altında qəribə bir vaakuma, ağılalmaz bir məkan ölçüsünə düşmüşdülər.

Zülfüqar özünə sıxdığı Leylanı aralayıb xəritəyə baxdı. İndi bir az ayıqbaşlı olduğunu anladı. Bu xəritə özü də təkcə bu tayın deyil, ümum Azərbaycanın tarixi xəritəsiydi. Bir tərəfdə Bakı, bir tərəfdə Xəzər, bir tərəfdə Borçalı, Dərbənd, bir tərəfdə Qarabağ, Zəngəzur, bir tərəfdə Təbriz, Ərdəbil, Urmiya....

Ancaq Azərbaycanın bu tarixi Adəm-Həvva xəritəsi Leylanın sinəsinə elə işlənmişdi ki, Şimali Azərbaycan döşlərinin üzərindən bir tərəfinə, Cənubi Azərbaycan o biri tərəfinə sərilmişdi.

Onun başını sinəsinə yenidən sıxıb dedi:

- Sinəmizdə birləşən Azərbaycan, görəsən, nə vaxt birləşəcək, bütöv olacaq? O zaman inanırsan ki, mənim fikrimcə, bu yurdun kişilərinin, qadınlarının sevgisi də böyük olacaq?

- Ona inanıram. Almaniyada heç belə sevişə bilmirəm. – qızın bu sözləri sanki həzrəti İsanın çarmıx öncəsi sözlərindən betər səsləndi.

news-inner-user

17131 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

İsti yatağım soyuq səngər misalı - Sara Selcandan yeni şeirlər...
16:28 28 Noyabr 2020
Azərbaycanda Mixail Qusmanın filminin premyerası oldu
15:01 28 Noyabr 2020
Bu nədir, Allahı danmaqdır? – Elçin yazır...
13:30 28 Noyabr 2020
"Şəngülüm, Məngülüm" tamaşası onlayn nümayiş olunacaq
12:01 28 Noyabr 2020
Türkiyədə "Azərbaycanlı şəhid uşaqların xatirəsinə" adlı konsert keçirildi - Foto
10:27 28 Noyabr 2020
Fuad Poladov: Qızla zirzəmidə görüşdüyümə görə məni məktəbdən qovdular – Müsahibə
09:00 28 Noyabr 2020
Ukrayna Milli Kitabxanasında Azərbaycan guşəsi açılacaq
18:31 27 Noyabr 2020
Qayıtdı gülləri yığıb başına, vətən gülşəninin Xarı bülbülü! – Yeni şeirlər
17:44 27 Noyabr 2020
Tələbənin universitetdən qovulması haqlı qərardırmı?
17:09 27 Noyabr 2020
"Qarabağ Azərbaycandır" adlı kitab nəşr olundu
16:34 27 Noyabr 2020
Rejissorumuzun da iştirak etdiyi festivalın qalibləri elan olundu - Siyahı
15:53 27 Noyabr 2020
Nənəsini yemək üstündə ağlatdı, xəstəliyinə görə yardım istədi, işdən çıxarılan gün həyat yoldaşı öldü – Məşhur diktordan maraqlı faktlar
15:11 27 Noyabr 2020
Məşhur Meksika filmlərinin ssenari müəllifi vəfat etdi
14:31 27 Noyabr 2020
İşğaldan azad olunan Xanabert qalası
13:53 27 Noyabr 2020
"Anamın kitabı" filmi gəlir - Yaxında
13:11 27 Noyabr 2020
Mənə ölümümdən yol verin... - Ötən gün dünyasını dəyişən şairin şeirləri
12:31 27 Noyabr 2020
Onlayn dərsdə gülməli vəziyyətə düşən müəllimlər
11:50 27 Noyabr 2020
Qorxu bilməyən işçimiz - Elçin yazır...
11:10 27 Noyabr 2020
Lalə Məmmədovadan duyğu dolu etiraf yazısı: “Hamınızı aldatdım!”
10:28 27 Noyabr 2020
Mirzə Cəlil haqda yeni kitab çıxdı – Dərs vəsaiti kimi təsdiq edildi
09:54 27 Noyabr 2020