news-inner
clock12:16 calendar-gray 03 May 2016 view-gray245 dəfə oxunub
view-gray245 dəfə oxunub

Hacı Şahin: “Təkamül Allahın qoyduğu nizam kimi başa düşülməlidir”

Kulis.az məşhur ilahiyyatçı Hacı ŞahininTəkamül polemikası ilə bağlı məqaləsini təqdim edir.

İnsanın varlıq aləmi barədə təsəvvürlərinin ilk qaynağı dindir desək, yəqin ki, bizimlə razılaşmayan olmaz. Lakin zamanca öyrənmə sahələri genişlənir, biliklər sistemləşir, təhqiqat vasitələri təkmilləşir. Təbii ki, insanın da dünya barədə də təsəvvürləri, dünyaya yanaşması da transformasiyalara məruz qalır. Lakin bu inkişafın yan təsiri olaraq, sivilizasiyanın mənşəyi olan dinhəmin sivilizasiyanın qəniminə çevrilən formalar almağa başladı. İnformasiya sahəsindəinhisarlığını əldən vermək istəməyən kahindüşüncəli ruhaniyyətlədünyanı tanımaq istəyən, həqiqət təşnəsi olan insanlar arasındasavaş həmin proqressin enerji mənbəyinə çevrildi. Lakin, unutmayaq ki, bəşəriyyəti tərəqqiyə aparmaq üçün görəvli olan ilahi peyğəmbərlərin də qarşısında kəhanət psixologiyası dururdu. Həqiqi elmi və həqiqi dinin ilk oxşarlığı buradan başladı: onlar inhisarlıq, diktə, siyasi sifariş, yalan əleyhinə mübarizədə eyni cəbhədə idilər.

Müasir mütəfəkkir və alimlər, əfsuslar olsun, bu məqamı unudurlar. Bu gün elm nə zamansa onun boğmaq istəyən kəhanət psixologiyasınayiyələnməyə cəhd edir. Bütün dini inanclar arasında bərabərlik işarəsi qoyulur, eyni zamanda dinin predmeti ilə elmin predmeti arasında fərqlər görməzliyə qoyulur.Vəhy və elm həqiqəti müəyyən etmək kimi ali bir dəyərə əsaslandığı halda, onları təmsil edən insanlar öz eqolarını təsdiqləməklə məşğul olurlar.Bu yanlışlıq etiqad və dünyagörüşündən asılı olmayaraqbir çoxalimlərəxasdır. Məsələn, bəzi teoloq və sxolastiklər hər şeyi izah etmək iddiasına qalxır, dini mətnlərdən əldə etdikləri subyektiv təsəvvürlərini obyektiv həqiqət kimi qələmə verməyə başlayırlar. Eyni məntiqlə hər şeyi bildiklərini düşünən sekulyar baxışlı alimlər həmin din xadimlərini yararsız fikirlərini tənqid etməklə dini tənqid etdiklərini düşünürlər. Əfsuslar olsun ki, din xadimləri qədər akademik dairələr də hər şeyi bilən, sakral bilgilər təmərküzləşdiyi şaman rolunu oynamağa çalışırlar. Ziddiyyətlər, anlaşmazlıqlar da buradan yaranır.

Din, daha doğrusu dinin əsas sütunu olan vəhy transsendent və immanent aləmlər arasında bir körpü rolunu oynayır. Transsendent, yəni idrakdan xaric və ya qeyri-maddi aləmdən alınan məlumat immanent aləmə ötürüldüyü zaman metaforaya müraciət etmək məcburiyyətində qalır. İlahi aləmin sabit və dəyişilməz həqiqətləri elə bir dildə çatdırılmalıdır ki, zati xüsusiyyəti dəyişkənlik olan maddi, immanent aləmdə daim aktualqalsın. Bu baxımdan İslama görə, dinin vəzifəsi immanent aləmdəki hadisələri izah etmək deyil, transsendent aləmdən xəbər verməkdir. Pozitivist metodologiyaya əsaslanan elmin araşdırma predmeti isə yalnız maddi aləmdir.Bu baxımdan dinlə elmin predmeti və dili arasında sərhəd çəkilməlidir.Elm məcaz dili ilə danışa bilmir, metaforanı sevmir. Elm dəyişkən dünyanı damla-damla, sınaq və səhvlə öyrənir, dünya barədə elmi təsəvvür ildən ilədəyişir. Cazibə qüvvəsinin kəşfi, nisbilik nəzəriyyəsi və ya kvant fizikası maddi dünyanın quruluşu barədə təsəvvürlərimizi necə dəyişib?Təbiət barədə bütün təsəvvürlərimizin söykəndiyi postulatlar bir neçə il öncə böyük kollayderdəki təcrübə ilə alt-üst olmaq təhlükəsi ilə üzləşmədimi?Təkamül nəzəriyyəsi də istisna deyil, bu gün biz onu alternativsiz qəbul etsək belə, gələcəkdədaha mükəmməl nəzəriyyənin yaranması istisna deyil.

Bir zamanlarkatolik kilsəsi timsalında dini cəhalətin qaynağı kimi təqdim etmək dəbdə idi. Bəzən bu dəb elə bir gülünc hala düşürdü ki, din-elm qarşıdurması yaşamamış xalqların tarixi zor-bəla ilə Qərbi Avropa tarixşünaslığı qəliblərinə salınırdı. Lakin, o zamanlar keçib, XXI əsr tam başqa çağırışlarla gündəmə gəlib. Keçmişin çək-çevirə salınmış mövzularını müzakirəyə çıxartmaq artıq ayıbdır. Bu gün postmodern paradiqmanın təsiri altında elmi subyektivizm yayılmağa başlayıb, Modern bütün elmiliyi ilə inkar olunur. Artıq dinin elmlə vurulması üsulu da dəbdən düşüb və köhnəlib, elm və din eyni cərgəyə qoyulub. Lakin, bir baxımdan postmodernindinlə elmarasında bərabərlik işarəsi qoyması həqiqəti əks etdirir: hər ikifenomenobyektivhəqiqətin olduğunu iddia edir. Elmlə dini birləşdirən amil də budur – həqiqət axtarışı. Fərqlər isə axtarış sahələrindədir – dinin sahəsi qeyb, elmin sahəsi isə maddi aləmdir. Bu baxımdan dinlə elm bir birini tamamlaya, bir birini təsdiqləyə bilər və bunu etməlidir də. Bəşəriyyəti nihilizm, cəhalət, anarxiya uçurumundan yalnız bu qoruya bilər. Təəccüblü deyil ki, imansız elmlə elmsiz imanı birləşdirən ortaq cəhət radikalizmdir. Marksist terrorunun qurbanları və insanlığa vurduğu zərər heç də dini ekstremizin ziyanından az deyil, əksinə qat-qat çoxdur. Bu iki cəbhəni birləşdirən, doğmalaşdıran inkarçı ruhiyyəsidir.

Bu inkarçılığın elmi müstəvidə ən çox təkamül nəzəriyyəsində özünü büruzə verdiyini müşahidəetmək olar. Son iki əsrdə dinlə elmin əsas qarşıdurma mövzusu kimi təkamül nəzəriyyəsi çıxış edir. Kreatsionizm və təkamül bir-birinə uyğun olmayan iki ziddiyyətli nəzəriyyə kimi təqdim olunur. Mümkündür bəzi dinlərdə təkamül nəzəriyyəsi yaradılış təsəvvürləri ilə heç cür uyğunlaşmasın, lakin bu həmin dinlə elmin uyğunsuzluğu müstəvisində bəhs edilməlidir. Bəzən din xadimləri elmi elmlə“vurmaq”üçün absurd və gülünc “dəlillər” gətirməklə məşğuldurlar. Məsələn, ötən əsrin 70-ci illərində amerikalı bir keşiş təkamül nəzəriyyəsini öz dar bilikləri ilə təkzib etməyə qalxdı. Düzdü qısa bir zamanda əldə olunan populyarlıqsürətlə keçdi, dəlil-sübutların saxta olduğu üzə çıxdı, daha sonra hər şey unuduldu. Lakin bir 20 il sonra müsəlman “alimlərindən” bir nəfər həmin ideyaları öz adına çıxararaq “elmi dillə” dinin müdafiəsinə qalxdı. Təbii ki, elmi çəkisi şübhəli olan tək-tük insanların epatajlarını da elm-din savaşında arqument kimi istifadə etmək yolverilməzdir.

Hələ XX əsrin əvvəllərindən müsəlman alimləri kreastionizmlə təkamülün bir-birini istisna etmədiyini bildirdilər. Allah ilkin səbəb olaraq maddi aləmi yaradıb və maddi aləmin daxilində baş verən təkamül Onun qoyduğu qanun, Onun nizamı kimi başa düşülməlidir. Müasir Quran müfəssirlərinin əksəriyyəti Adəmin xilqəti ilə bağlı ayələrə verdikləri şərhlər bu çərçivə daxilində müxtəlif variasiyalara əsaslanır və klassik dini baxışlar asanlıqla inkardaolunur. Ümumiyyətlə, elm hansısa həqiqəti sübut edibsə, yaxud onun həqiqət olmasına ən çox ehtimal verirsə, din bunun əleyhinə çıxmır. Orta əsrlərdə İslam coğrafiyasında heleosentrik nəzəriyyənin az yayılması dini baxışdan deyil, astronomiyanın təsvir etdiyi mənzərədən qaynaqlanırdı. Kimlərsə də geosentrizmin əleyhinə çıxırdılarsa, onların fikri din əleyhinə yönəlmiş akt kimi qəbul olunmurdu.

Pozitiv elm yalınız insanın cismini öyrənə bilər, insan ruhu tam abstrakt və qeyri-maddi həqiqət olduğu üçün pozitivist metodologiya ilə onu nə sübut etmək mümkündür, nə təsdiq.Bu cür məlumatlar yalnız din və fəlsəfənin predmeti ola bilər.

news-inner-user

15828 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Artur Rasizadə: “Hüseyn Cavidin evində qalırdıq”
13:40 14 İyul 2020
Ağ ölümə qurşandı, səsini və ailəsini itirdi, mənzilində ölü tapıldı – Elçin Cəlilovun faciəvi həyatı
13:01 14 İyul 2020
Yazıçılar Birliyi bəyanat verdi - Mətn
12:26 14 İyul 2020
Şəhriyar del Gerani: “Oxuculardan üzr istəyirəm”
11:52 14 İyul 2020
Güllələr demədi geri qayıdın - Günün şeiri
11:08 14 İyul 2020
Şəhid uşaqlarının ürək parçalayan fotoları – Onlara bu travmanı yaşatmayaq
10:30 14 İyul 2020
Stiven Kinqin hekayələri film olacaq
09:58 14 İyul 2020
Sonsuz - Şərif Ağayardan yeni hekayə
08:57 14 İyul 2020
Mübariz Örəndən yeni hekayə: İlıq
21:00 13 İyul 2020
Nərgiz İsmayılovanın yeni monoqrafiyası nəşr olundu
18:44 13 İyul 2020
Bollivud ulduzu koronavirusa yoluxdu
18:02 13 İyul 2020
Payızda vağzala getməyəsən... - Poetik etüdlər
17:36 13 İyul 2020
Mirmehdi Ağaoğlunun Türkiyədə hekayələr kitabı çap olundu
17:18 13 İyul 2020
On beş ilin salamı – Kənan Hacı yazır
16:39 13 İyul 2020
Bu gün “Vətən borcu” filminin premyerası olacaq
15:51 13 İyul 2020
Tənqidin sərhədləri - Qismətin Tomas Eliotdan tərcüməsi...
15:10 13 İyul 2020
Məşhur müğənni kitab yazdı
14:25 13 İyul 2020
Koronavirusa həsr olunan film çəkilir
13:37 13 İyul 2020
Elvis Preslinin nəvəsi intihar etdi
12:56 13 İyul 2020
Qanıyla torpağa “Qarabağ” yazan, son nəfəsdə şikəstə oxuyan, mina ilə tankın altına sürünən Azərbaycan əsgəri – Müharibə əhvalatları
12:15 13 İyul 2020