Gənc Tamaşaçılar Teatrı qastrola hazırlaşır

Gənc Tamaşaçılar Teatrı qastrola hazırlaşır
29 aprel 2016
# 16:38

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Londona qastrol səfərinə gedir. Kulis.Azın teatrın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə qastrol 28 may – 2 iyun tarixlərinə qədər davam edəcək.

Böyük Britaniyada fəaliyyət göstərən “UMUD Ltd Company” şirkətinin dəvəti ilə keçiriləcək qastrol səfərində M.F.Axundzadənin “Hekayəti xırs quldurbasan” tamaşası nümayiş etdiriləcək.

2009-cu ildə Xalq Artisti Cənnət Səlimova tərəfindən səhnələşdirilən tamaşada Əməkdar Artistlər Şövqi Hüseynov, Nofəl Vəliyev, Leyli Vəliyeva, Gülər Nəbiyeva, aktyorlar Şəbnəm Hüseynova, Natiq Fərzəliyev, İlham Əsədov, Elnur Kərimov, Elşən Hacıbabayev, Kərəm Hadızadə, Eşqin Quliyev, Aydın Dəmirov iştirak edəcəklər.

# 242 dəfə oxunub

Oxşar xəbərlər

# # #