writer1

Ayxan Ayvaz

Məqalə sayı

465
clock15:12 calendar-gray 19 Aprel 2016 view-gray308 dəfə oxunub
view-gray308 dəfə oxunub

Turpun suçu nə?

Ayxan Ayvaz

Bu günlərdə sosial şəbəkələrdə ən çox müzakirə olunan mövzu budur: 40 manatdan yuxarı qiymətə turp olarmı?

Bu söhbət mənə məşhur rus nağılını xatırlatdı. Yadınıza düşmədisə, gəlin bir yerdə bu balaca nağılı yada salaq.

Biri var idi, biri yox idi, bir baba var idi. Bir gün baba bir turp əkdi və dedi:


- Turp, gün o gün olsun, böyüyüb şəkər olasan!


Günlər keçdi, babanın turpu çox böyük turp oldu. Baba turpu çıxarmağa gəldi, dartdı-dartdı, çıxara bilmədi.Baba nənəni köməyə çağırdı, nənə babanı, baba turpu dartdılar-dartdılar, çıxara bilmədilər.


Nənə nəvəni köməyə çağırdı, nəvə nənəni, nənə babanı, turpu dartdılar-dartdılar, çıxara bilmədilər.


Nəvə iti köməyə çağırdı, it nəvəni, nəvə nənəni, nənə babanı, turpu dartdılar, dartdılar, çıxara bilmədilər.


İt pişiyi köməyə çağırdı, pişik iti, it nəvəni, nəvə nənəni, nənə babanı, turpu dartdılar-dartdılar, çıxara bilmədilər.


Pişik siçanı köməyə çağırdı, siçan pişiyi, pişik iti, it nəvəni, nəvə nənəni, nənə babanı, turpu dartdılar-dartdılar və axırı çıxardılar.

Ailənin xoşbəxtliyi həmin turpun torpaqdan üzülməsindədir. Əgər hər kəs birləşsə, güc göstərsə, o zaman bütün zorluqlar aradan qaldırılacaq. Təki qaranlığın sonunda bir işıq ucu görünsün, o işıq adamları zülmətdən, aclıqdan, kasıbçılıqdan xilas etsin.

Gələk turpa... Mənim özümün də turp üçün ürəyim gedir. Oxuduğuma görə, turplardan qidalanmada müntəzəm istifadə etdikdə insanın iştahası artır, əmələ gələn artıq turşuluq neytrallaşır və toplanan zərərli maddələr həll edilərək bədəndən xaric olunur, maddələr mübadiləsini nizamlayır. Turpların tərkibində olan maddələr, o cümlədən qlükozidlər ətli, yağlı-piyli yeməklərin həzminə, yağların sabunlaşmasına təsir göstərməklə öd turşusunun az sərf olunmasına şərait yaradır.

Bununla da bir sıra qaraciyər və öd xəstəliklərinin qarşısını alır. Turpun kök meyvəsində olan 10-12 faizə qədər pektin maddəsi insan orqanizminə keçən radioaktiv şüaları zərərsizləşdirir və onları bədəndən xaric edir.Turp şirəsini balla qarışdırıb tənəffüs yollarının selikli qişasının zədələnməsi, quru öskürək və səsi batmış xəstələrin müalicəsində istifadə etmək olar.

İndi oturub düşünürəm: əcəba, bu 40 manatdan yuxarı qiymətə satılan və adamları əsəbiləşdirən turp necə bir şeydir? Niyə bizim insanlar onun haqqında bu qədər başlarını yorurlar? Bəlkə də o məşhur rus nağılındakı kimi o turpa çatmaq, onu pul məngənəsində saxlayan adamların əlindən almaq istəyirlər.

Kim bilir?

Ancaq burda sadə və acımasız bir həqiqət var: yorğanına görə ayağını uzatmaq lazım. Artıq nağıllar dünyasında yaşamırıq. Hər tərəfimizi reallıq dumanı bürüyüb, o dumanda 40 manatlıq turpu xartaxart yeyib qarnını qaşıyan və bizim umacaqlı gözlərimizə baxıb qaqqıldayan nəhəng divlər var. O divlərə qalib gəlmək isə heç nağıllardakı qəhrəmanların da işi deyil. Ən yaxşısı gücümüz çatmayan, bizə elə də lazım olmayan o turpun başını buraxmaq və düşüncələrimizi dörd divardan azad edib xırda şeylərə sevinməkdir.

Buddanın dediyi kimi, ehtiyaclar azalarsa o zaman xoşbəxtliyi tapmaq mümkün olacaq.

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Azərbaycan beynəlxalq musiqi festivalında təmsil olunacaq
18:41 22 Oktyabr 2020
Məşhur muzeylərin eksponatlarını dağıtdılar
18:04 22 Oktyabr 2020
Kuklada uşaqlar üçün tamaşa
17:23 22 Oktyabr 2020
Arvadına kölə kimi baxan varlı ər – Hekayə
16:44 22 Oktyabr 2020
Britaniyalı rəssamın əsəri 9.8 milyon dollara satıldı
16:01 22 Oktyabr 2020
Ərtoğrul məktubunda Üzeyir bəydən nə xahiş etmişdi? - Hüseyn Cavidin 24 yaşında ölən yeganə oğlu
15:22 22 Oktyabr 2020
İti qovmasan, özünü qurd zənn ediər – Təzə atalar sözləri
14:38 22 Oktyabr 2020
Zəngilanlı müğənni: "Torpağını üzümə sürtəcəm"
13:56 22 Oktyabr 2020
Hamımız vətənə oxşayırıq - Xanım İsmayılqızından qələbə şeirləri
13:18 22 Oktyabr 2020
Kəndi azad edilən şairə: “Xəbəri eşidəndə nitqim tutuldu” – Müsahibə
12:30 22 Oktyabr 2020
Qremmi mükafatının təqdimat tarixi bəlli oldu
11:56 22 Oktyabr 2020
Əlif Şəfəqi utandıran foto
11:16 22 Oktyabr 2020
Füzulidə yallı gedən ruhlar - Günel Mehri yazır...
10:36 22 Oktyabr 2020
Azərbaycanlı rejissora ağır itki
10:07 22 Oktyabr 2020
Qarabağa səyahət edən gürcü yazar erməniləri necə ifşa etdi?
09:00 22 Oktyabr 2020
Azərbaycanda yeni müsabiqə elan olundu - Şərtlər
18:36 21 Oktyabr 2020
Atamın Zəngilandakı məzarını tapa biləcəyəmmi? - Gülşən yazır...
18:15 21 Oktyabr 2020
Tamaşaçılar şarın içinə girdi - Qeyri-adi konsert
17:57 21 Oktyabr 2020
O gün uzaqda deyil - Gənc yazarın əsgərə məktubu
17:12 21 Oktyabr 2020
Torpağın dadı - Aydın Talıbzadə yazır...
16:30 21 Oktyabr 2020