news-inner
clock13:30 calendar-gray 12 Yanvar 2016 view-gray244 dəfə oxunub
view-gray244 dəfə oxunub

Üç gənc yazıçının, üç qoca təzahürü

Kulis Qan Turalının “Üç gənc yazıçının, üç qoca təzahürü” məqaləsini təqdim edir.

Geriyə baxsaq daşa dönmərik ki?

Şəhla Aslanın “Qutsal dönüş” povesti axıcı təhkiyəsi, əyalət-paytaxt tematikasına müraciət baxımından fərqlənir. Kənd müəlliminin şəhərdə həyat qurmaq arzusununrealizasiyasına həsr edilən povest üslubi baxımdan İsi Məlikzadənin povestlərini xatırladır. Gerçəkliyin boyasız və təntənəsiz təsviri, obrazların daxili aləminin dəqiq çəkilmiş təsvirləri, yaddaqalan xarakterlər yaratmaq cəhdi bu povestin məziyyətləridir. Şəhla bütün kartları açmaq əzmindədir, yəni oxucuya düşünmək üçün heç bir yer qoymur, xarakterlərin hadisələrin gedişatındabəlkə də qaranlıq qalan təsvirləri təhkiyənin hesabına tamamlanır, bu mənada sirr sona qədər faş olunur. Lakin təhkiyənin dominantlığı heç də mətnə təsirsiz ötüşmür, misal üçün, qəhrəmanın şəhərdə rast gəldiyi müğənni qadın heç nədən qaralanır, oxucu onun nəyə görə bu qədər neqativ tip olduğunu qavraya bilmir. Eyni yanaşmaŞahinin faciəsi göstərilərkən də müşahidə olunur, biz bu faciəni situasiyadan yox təhkiyədən hiss edirik. Bu əslində ümumən milli prozamızın bəlasıdır, insanı situasiyada “axmaq” göstərmək əvəzinə müəllif qısaca onu “axmaq” adlandıraraq yazmağa davam edir. Bu neqativ cəhət yalnız bir neçə situasiya ilə məhdudlaşır, baş qəhrəmanın hadisələrə münasibəti, daxili dünyası isə situasiyalar və qismən də onun daxili monoloqları ilə çıxır. Mənim bu povestə başlıca iradım onun ideyası ilə bağlıdır, sonda İrandan gəlmiş bir qoca din adamı qəhrəmanı xilas edir, o kəndə qoyun saxlamağa gedir. Burda kəndlə şəhər arasındakı ziddiyyət birmənalı şəkildə kəndin xeyrinə həll olunur və bu həll yolunu biz bir neçə qəhrəmanın dilindən eşidirik. Lakin problemin bu qədər russoistcəsinə (ya da ilkin əkrəməylislicəsinə) həlli müasirlik baxımından qəbuledilməzdir, çünki biz faktiki olaraq kəndin də şəhərləşdiyi, onun ənənəvi idilliyadan, ideallıqdan uzaqlaşdığı, başqa cür desək kənddə də müqəddəslik qalmadığı bir dövrdə yaşayırıq. Yazıçının mövzuya bu cür yanaşması 60-cı illər nəsli üçün xarakterik sayılsa belə bu gün üçün qətiyyən xarakterik və aktual sayıla bilməz.

Tüfəng açılmayanda...

İkinci Mahmudun “Ümid arısı” hekayəsində ilk hekayələr kitabı çap olunan və yaşı otuza yaxınlaşan bir yazıçının axtarışlarını görürük. "Axtarış" sözünü bizim ədəbiyyatşünaslıqda adətən gənclər haqqında işlədirlər, lakin mənim zənnimcə "axtarış" sözüədəbi idrakın vacib komponentidir. Mahmudun kitabındakı altı hekayəni oxuduqda mən iki mühüm tendensiyanı hiss edirəm. Belə ki, hekayələrdən ikisi xalis qurmaca effektində yazılıb, digər iki hekayə isə həyata realist baxışın təzahürləri kimi meydana çıxıb. Lakin mən hansısa bir ədəbi cərəyanı, hansısa bir estetikanı, misal üçün, postmodern sözünü yüksək ədəbi dəyər mənasında işlətməkdən uzağam. Bu mənada “Tanımal” adlı realist hekayə mənim zənnimcə bütün parametrlər üzrə yeni nəslin yaratdığı ən gözəl ədəbi nümunələrdən biridir. Hekayə güclü müşahidəyə malik, adamları, qoyunları, bir sözlə gördüyü hər şeyi tanımaq istedadı olan Mustafa haqqındadı. Tanımal ləqəbi də buna görə ona verilib. Lakin o bir gün bir adamı tanımır və bundan sonra onun faciəsi başlayır. Hekayənin məzmununu danışıb oxuma zövqünüzü əlinizdən almaq istəmirəm. Sadəcə bu hekayənin bədii məziyyətlərini xüsusi vurğulamaq gərəkdir. Bu cür hekayələri yüz il bundan qabaq Haqverdiyev yazardı və 40 il bundan qabaq da İsi Məlikzadə. Maraqlıdır ki, bayaq Şəhla Aslandan haqqında danışanda da İsi Məlikzadəni xatırladıq. Rəsmi şəkildə unutdurulan yazıçının bu gün iki müxtəlif məqamda xatırlanması mənə elə gəlir ki, yazıçının diriliyinə göstəriləsi ən yaxşı sübutdur. Məlum məsələdir ki, bu cür yadasalmalar, bu cür anımlar bir yazıçı üçün yubileylərdən, fəxri adlardan daha qiymətlidir və İsi Məlikzadə də bu cür yaşayır.

Mahmudun ən yaxşı xüsusiyyətlərindən biri də oxucunu öz ardınca aparmaq istəməsidir, o buna axıcı bədii dil və maraqlı, yaddaqalan üslubu sayəsində nail olur. O çox gözəl nağılçıdır, bu bir yazıçı üçün çox vacib üstünlükdür. Lakin nağıllamağın pis cəhəti də uzunçuluqdur, bəzən nağılçı söhbətə aludə olaraq ipi əlindən qaçırdır. Mahmudun bəzi hekayələrində birinci pərdədə asılan tüfəng heç də sonda açılmır. Elə hesab edirəm ki, dil barəsində bu qədər səliqəli olan gənc yazıçı süjetin də səliqə-səhmanına xüsusilə diqqət yetirməlidir. Yenə də İsini xatırlayaq, İsi Məlikzadənin heç bir hekayəsində nəinki artıq əhvalat, hadisə, heç artıq cümlə də tapmaq mümkün deyildi.

Morqlənd şəhərinin azərbaycanlı yazıçısı

Ömər Xəyyamın “Sayrışan hallar” kitabında müxtəlif hekayələr toplanmışdır. Ömər Xəyyam daim yeniliyə can atan bir yazıçıdır, bu mənada o gəncliyin ən aparıcı və əsas insktintini özündə daşıyır. Ömərin hekayələrində ənənə faktiki olaraq hiss olunmur. Sanki biz müasir Azərbaycan ədəbiyyatından bəhs edən bir hekayəni yox, hansısa Qərb yazıçısının tərcüməsini oxuyuruq. Özünün Facebook fəaliyyətində güclü sosial pafosu duyulan Ömər Xəyyam bu pafosu hekayələrinə sirayət etdirmir. Bu əslində yaxşı haldır, çünki sosial pafosun ifadəsi üçün ədəbiyyat uzaq bir mənzildir. Bunun üçün publisistika var. Lakin Ömərin başlıca problemi reallıqdan uzaqlaşdıqca reallığın bədii ideyalarından da uzaqlaşmağıdır. Başqa sözlə desək, qurmaca əlbəttə ki, ədəbiyyatdır, lakin o real həyatla, onun sosial məzmunu və ideyalar dünyası ilə bağlı olmalıdır. Bu barədə deyilən məşhur fikri xatırladaq:“Pol Sezan ancaq alma çəkirdi, lakin dövrün ruhunu ondan yaxşı təcəssüm etdirən yox idi”. Ömər də alma çəkir, lakin onun çəkdiyi almalar bəzən heç yerinə düşmür. Çünki ədəbiyyat sosial dünyadan, ictimai həyatdan tamam ayrı cürə düşünə, tamam özgə yollara düşə bilməz, bu mənada Mirzə Cəlilin də “Çay dəstgahı” pyesi hər nə qədər alleqorik olsa da dövrün mahiyyətini dəqiq əks etdirirdi.

Lakin Ömərin hekayələrində çox gözəl bir cəhət var, o da bizim ədəbiyyatın ən mənfi təzahürlərindən olan hadisəçiliyin girdabına batmamasıdır. Bizdə adətən hekayə yazmaqla nağıl danışmağı eyniləşdirirlər, kim əlinə bir əhvalat keçirsə onu olduğu kimi yazmaqla ədəbiyyatın məqsədini başa çatmış olduğunu elan edir. Bu mənada Ömər yaxşı bir istisnadır, daim təxəyyülünə arxalanır və bu səpkidə özünü gerçəkləşdirir.

news-inner-user
Qan Turalı

228 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Ölmək sənəti – Ağalar Qut yazır...
17:25 29 Noyabr 2020
“Cinema Radio”nun rəhbəri: “Onun səsi ilahi vergidir” – Müsahibə
17:04 29 Noyabr 2020
Nabokovdan hekayə: Sərnişin
15:30 29 Noyabr 2020
Atası xalq düşməni kimi güllələndi, bir manata rəsm çəkdi, Səttar Bəhlulzadə evini ona bağışladı... – Maraqlı faktlar
12:00 29 Noyabr 2020
İsti yatağım soyuq səngər misalı - Sara Selcandan yeni şeirlər...
16:28 28 Noyabr 2020
Azərbaycanda Mixail Qusmanın filminin premyerası oldu
15:01 28 Noyabr 2020
Bu nədir, Allahı danmaqdır? – Elçin yazır...
13:30 28 Noyabr 2020
"Şəngülüm, Məngülüm" tamaşası onlayn nümayiş olunacaq
12:01 28 Noyabr 2020
Türkiyədə "Azərbaycanlı şəhid uşaqların xatirəsinə" adlı konsert keçirildi - Foto
10:27 28 Noyabr 2020
Fuad Poladov: Qızla zirzəmidə görüşdüyümə görə məni məktəbdən qovdular – Müsahibə
09:00 28 Noyabr 2020
Ukrayna Milli Kitabxanasında Azərbaycan guşəsi açılacaq
18:31 27 Noyabr 2020
Qayıtdı gülləri yığıb başına, vətən gülşəninin Xarı bülbülü! – Yeni şeirlər
17:44 27 Noyabr 2020
Tələbənin universitetdən qovulması haqlı qərardırmı?
17:09 27 Noyabr 2020
"Qarabağ Azərbaycandır" adlı kitab nəşr olundu
16:34 27 Noyabr 2020
Rejissorumuzun da iştirak etdiyi festivalın qalibləri elan olundu - Siyahı
15:53 27 Noyabr 2020
Nənəsini yemək üstündə ağlatdı, xəstəliyinə görə yardım istədi, işdən çıxarılan gün həyat yoldaşı öldü – Məşhur diktordan maraqlı faktlar
15:11 27 Noyabr 2020
Məşhur Meksika filmlərinin ssenari müəllifi vəfat etdi
14:31 27 Noyabr 2020
İşğaldan azad olunan Xanabert qalası
13:53 27 Noyabr 2020
"Anamın kitabı" filmi gəlir - Yaxında
13:11 27 Noyabr 2020
Mənə ölümümdən yol verin... - Ötən gün dünyasını dəyişən şairin şeirləri
12:31 27 Noyabr 2020