writer1

Mirmehdi Ağaoğlu

Məqalə sayı

541
clock16:21 calendar-gray 06 Yanvar 2016 view-gray66 dəfə oxunub
view-gray66 dəfə oxunub

Cibdə dəftərxana gəzdirmək

“Bizim Cəbiş müəllim” filmində məlum səhnə var. İnanmıram kimsə unutmuş ola. Əbülfəzi hərbi milis saxlayıb sənədini istəyir. O da cibindən bir qovluq sənəd çıxarıb sayır: “Bu mənim azad olmağım haqqında kağız, bu arayış...bu da mənim qrijam, qripki, yəni ayaqda göbələk, bu da ki...sidik kisəmdə daş var.”

Bu kadr o dövr üçün belə xarakterizə olunurdu: hamının cəbhə üçün yaşadığı bir zamanda kimlərsə müharibədən yayınmaq istəyir. Buna görə hər cür varianta əl atır, hətta sidik kisəsində daş olmağını belə o dövrün mühafizəkar cəmiyyətində müharibədən yayınma səbəbi kimi utanmadan pıçıldayır. Film boyu da Əbülfəzin xarakteri açılır; biz onun necə alverçi, obıvatel olduğunu görürük.

Amma məsələyə müasir kontekstdən baxanda, mövcud reallıqdan yanaşaraq yozum verəndə Əbülfəzə haqq qazandırmaya bilmirsən. İndi bu kadrlara baxanda adamın ürəyindən bu fikirlər keçir: “Yazıq Əbülfəz neyləsin, o qədər sənəd istəyirlər ki, məcbur olub hamısını doldurub cibinə.”

Həqiqətən bizdə sənəd məsələləri o qədər qəlizdir ki, məcbursan cibində şəxsiyyət vəsiqəni, xarici pasportunu, uşaqların metirkasını, nikah haqqında şəhadətnaməni, evin “kupça”sını (Lüğətdə qəbalə deyirlər) da gəzdirəsən.

Çünki evdən çıxanda, getdiyin idarədə bilmirsən başına nə gələcək, hansı sənədi istəyəcəklər. DYP saxlayıb hansı sənədi tələb edəcək. Əslində bilirsən, amma yağışdı havada birdən çıxan günəş kimi bizdə qəfildən elə qanunlar, qərarlar çıxır ki, xəbərin olmur. Çaşıb qalırsan. Ona görə də yol polisinə deməyə söz tapmırsan, deyirsən filan qanunda bu cür yazılıb, dərhal sözünü ağzında qoyub yeni qərarın çıxdığını iddia edir.

Dünya elektron sənədləşmə sisteminə keçir, biz hələ də cibimizdə arxiv materialları gəzdiririk. Öz başıma gəlib. Soyadımın sonluğunu dəyişmək istəyəndə dedilər mütləq valideynlərinin kəbin kəsdirdiyi VVAQ idarəsinə getməlisən. Absurda bax.

İndi kiçik bir əməliyyata görə gərək gedəm rayona, orda VVAQ idarəsinin rəhbərini tapam, xahiş-minnət, işimi düzəldəm.

Kommunal ödənişlərin nəğdsiz qaydada, elektron şəkildə ödənildiyi bir dövrdə biz qəbzləri yığıb saxlamağa məcburuq. Niyə? Çünki etibarımız, inamımız yoxdur.

Sovetskidən əvəzləmə ilə verilən evə hələ imkanlaşdırıb köçə bilməmişəm. Dörd aydır ki, mənzilin qapısı qıfıllıdır. O gün gəlib baxıram ki, qapıda çek asılıb, bəs suya 11 manat neçə qəpiksə borcunuz var. Yalan deyənə, su yolunda öldürülən Həzrət Abbas qənim olsun, əgər mən o evdə heç bir vedrə su işlətmişəmsə. Bəs bu borcu necə yazıblar? Üstəlik evdə su sayğacı da quraşdırılmışdı.

Sözün kəsəsi su idarəsinə gedib nə illah elədimsə onlara sübut eləyə bilmədim ki, o borcu evdə sayğac ola-ola özünüzdən yazmısız. Bunların cavabına bax: Qapını açan olmadı, biz də yazdıq. Qapını açan yoxdursa deməli evdə adam yoxdur, evdə adam yoxdursa deməli su da işlənilmir. Bunu bilmək üçün dərin savad lazımdı?

Yaxşı bəs mən əgər qapını bağlayıb illərlə o evə baş çəkməsəm necə? Belə çıxır gələndə görəcəm ki, filan qədər su borcu yığılıb. Məcbur o borcu mənə ödətdirdilər. Hələ, Allah üzümə baxıb, guya mən savadlıyam, bunlarla bir az atışa bildim, öz aləmimdə haqqımı tələb eləməyə çalışdım. Dilbilməz adam olsaydım, bəlkə də mənə bütün binanın borcun ödətdirərdilər.

Ağzı süddə yanan, ayranı piləyə-piləyə içər. İndi işıq, qaz idarələrinə də özüm tək-tək gedib sənədləri verirəm, yoxlatdırıram ki, əyər-əskik olmasın, özü də XXI əsrdə, bir tuşla dünyanın bu başından o başına milyonlarla dolların transfer edildiyi bir çağda.

Vahid kargüzarlıq sistemi yoxdur. Hər təşkilat bir cür sənəd tələb edir. Gündə bir qərar qəbul edilir, gündə bir qayda çıxır. Və belə bir mühitdə Əbülfəz kimi cibində min cür sənəd gəzdirməyə məcbursan. Çünki bu dəfə tüfeylilər, obıvatellər, müftəxorlar, Əbülfəzin deyil, həmin o hərbi milisin, dolayısı ilə bürokratik aparatın simasında cəmlənib.

Paylaş

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

“İnsana bədbəxtlik lazımdır” – Şekspirdən aforizmlər
21:00 20 Sentyabr 2019
Xalça Muzeyində Nəsimiyə həsr olunan sərgi keçiriləcək
18:47 20 Sentyabr 2019
Qanad açır uçmağa tənha qadın - Şeirlər
18:20 20 Sentyabr 2019
Azərbaycan şairləri Dünya Yazarlarının Belqrad görüşündə
17:32 20 Sentyabr 2019
Tarkovski filmləri nədən bəhs edir? – Bijaya Bisvalın məqaləsi
17:30 20 Sentyabr 2019
Haluk Bilginər “Emmi” mükafatına namizəd olub
17:10 20 Sentyabr 2019
Dünyanın ilk vagina muzeyi açılır - Fotolar
16:33 20 Sentyabr 2019
SSRİ-nin Xalq artisti vəfat edib
15:50 20 Sentyabr 2019
Fala baxan Bəxtiyar Vahabzadə, evində rus qızı saxlayan Sabir Əhmədli... – Yazıçıların başına gələn qeyri-adi hadisələr
15:30 20 Sentyabr 2019
Şəhriyar Del Gerani Kulisin şeir müsabiqəsinə qoşuldu
15:02 20 Sentyabr 2019
"Bitliz" qrupunun solisti uşaqlar üçün kitab yazıb
14:30 20 Sentyabr 2019
Selcanın etirafındakı dəhşətli həqiqət
13:45 20 Sentyabr 2019
Arif Babayev Türkiyədə müalicə olunur
13:44 20 Sentyabr 2019
Gənc şair beynəlxalq konfransda çıxış edəcək
13:20 20 Sentyabr 2019
Röyanın son dərəcə bayağı mahnısı
12:41 20 Sentyabr 2019
“Bir şeir” müsabiqəsinə əsərlərin qəbulu davam edir – Yeni mətnlər
12:01 20 Sentyabr 2019
Nobel mükafatçıları bu tarixdə bəlli olacaq
11:31 20 Sentyabr 2019
Qadın haqlarını qoruya bilməyən feministlərimiz
11:01 20 Sentyabr 2019
Xalq şairi Qarabağdan poema yazıb: onu çap eləməkdən çəkiniblər!
10:15 20 Sentyabr 2019
Daha dözə bilmirəm – Bircənin Romanı
09:00 20 Sentyabr 2019