news-inner
clock15:29 calendar-gray 08 Dekabr 2015 view-gray147 dəfə oxunub
view-gray147 dəfə oxunub

Uşaqlar niyə paxıl olur - PSİXİKA

Kulis psixoloq-konsultant Məsumə Şahmərdanlının “Uşaqlarda qısqanclıq və onun aradan qaldırmağın yolları” məqaləsini təqdim edir.

Qısqanclıq insan həyatında qaçılmaz bir duyğu olduğuna görə onu tamamilə yox etmək, aradan qaldırmaq mümkün deyildir. Qısqanclıq elə bir duyğudur ki, bütün yaş dövrlərində insanlar onunla üz-üzə qala bilər. Ona görə də bu duyğunu boğmaq əvəzinə ona necə yönləndirməyi öyrənmək lazımdır.

Uşaqlar arasında baş verən qısqanclığa adətən böyüklər bilərəkdən, yaxud bilməyərəkdən zəmin yaradırlar. Əsasən, ailədə övladlar arasında baş verən qısqanclığa valideynlərin, qohumların düşünülməmiş hərəkətləri-sözləri səbəb olur. Buna misal olaraq “daha balaca gəldi, sən yaddan çıxmısan”, yaxud bəzi qohumların çəkinmədən işlətdikləri: “Bu, heç böyüyə oxşamır, yaman sakit uşaqdır” kimi sözlər də böyük övladın qəlbində kiçiyə qarşı qısqanclıq yaradır.

Çox vaxt qısqanan tərəf ailənin birinci övladı olur. Buna əsas səbəb valideynlərin hələ dünyaya ikinci övladları gəlməzdən əvvəl birinci uşaqlarını bu prosesə hazırlamamaqları olur.

Ailəyə yeni fərdin qatılacağını evin birinci övladına nağıllar, rəsmlər vasitəsiylə başa salmaq olar. Övladlar arasında baş verən qısqanclığın bir başqa səbəbi ikinci uşaq dünyaya gəldikdən sonra valideynlərin birinci uşaqdan qafil olmaları olur. Ananın körpə ilə çox məşğul olması, atanın da evə gələn zaman məhz ikinci uşağa diqqəti ailənin birinci övladının qısqanclığını alovlandırır.

Ailədə əvvəlki diqqəti, sevgini görməyən uşaq gördüyü yenilikləri qəbul edə bilmir və qorxuya düşür. Beləliklə də öz mövqeyini qoruyub saxlamaq üçün qısqanclıq səbəbiylə müxtəlif növ hərəkətlərə yol verir. Öz daxili hisslərini “Ona nifrət edirəm”, “Kaş dünyaya gəlməyəydi” kəlmələri ilə ifadə etməyə çalışır. Hətta yeni doğulmuşa qarşı fiziki təzyiq göstərir. Bu cür hallarda “O nə sözdür danışırsan”, “Sən gərək onunla mehriban olasan” kimi sözlər əvəzinə onu nəvaziş edin və deyin: “Sən bu gün narahatsan. İstəyirsənsə bu gün parka gedək və bu haqda sənlə danışaq, görək o, sənə nə edib ki, bu qədər hirslənmisən? O, səninlə necə rəftar edəcəyini bilmir. Amma mən bunu ona öyrətməyə çalışacağam.”

Qısqanclığın əlamətləri:

1. Öz rəqibiylə düşmənçilik etmək və onu vurmaq;

2. İnsanlardan uzaqlaşma və tez-tez küsmək;

3. Davakarlıq və sözə baxmamaq;

4. Körpələrə xas hərəkət etmək. Məsələn, barmaq sormaq, körpənin əmziyini əmmək, yerini islatmaq və sair.

Bu kimi əlamətlər onu göstərir ki, övladınızın sizin diqqət və qayğınıza çox ehtiyacı var və sizlər öz uzaqgörənliyiniz və üstün zəkanız sayəsində onların bu kimi həssas böhranları sağlam şəkildə aşmasına çox kömək edə bilərsiniz. Unutmamalıyıq ki, ailələrdə bu qısqanclığın əsas səbəbi valideynlərin diqqətsizliyidir. Vaxtında tədbir görülməsə bəzən illərlə uşaqların əzab çəkməsinə, psixoloji sıxıntılar yaşamasına səbəb olur.

Nələri etmək olmaz?

1. İkinci övladınıza görə birincini unutmayın.

2. Övladınızı ikinci və yaxud digər uşaqlarla qəti müqayisə etməyin (Məsələn, sənin balaca qardaşın sözə baxandı, sən yox. Balaca qardaşın şeiri tez əzbərləyir sən isə...).

3. Övladınızın müsbət və tərifəlayiq hərəkətlərini görməməzliyə vurmayın.

4. Onu qısqandığı üçün danlamayın və cəzalandırmayın. Əgər bu haqda fikirlərini demək istəyirsə, buna şərait yaradın.

5. İki övlad arasında konflikti həll etmək istədikdə böyük uşağı çox sorğu-suala çəkmək olmaz.

6. Əgər siz özünüz qısqancsınızsa, bu hissləri övladınızın yanında büruzə verməyin və bu hissi düzgün istiqamətləndirməyi öyrənin. Çünki, siz öz qısqanclığınızla övladlarınıza pis örnək ola bilərsiniz.

Nə etmək lazımdır?

1. Ona şəxsiyyət verin, kiçik məsuliyyətləri ona tapşırın.

2. Övladınıza körpəni qısqanmasın deyə tez-tez “sən böyüksən” demək düzgün deyil. Bunun əvəzinə onun böyük olduğunu əməllə büruzə vermək lazımdır. Məsələn, körpəyə qulluq vaxtı övladınızdan kömək istəyin və ona belə deyin: “Nə yaxşı ki sən varsan. Çox sağ ol ki, mənə kömək edirsən”.

3. Körpəylə məşğul olduğunuz vaxt böyük övladınızı nəvaziş edə bilər, nağıl danışa bilərsiz.

4. Əgər ana körpəylə çox vaxt keçirir və buna həqiqətən də ehtiyac varsa, ata böyük övladıyla məşğul olmalı, onun körpəni qısqanmasının qarşısını almalıdır.

5. Əgər övladlarınızdan hansınısa tərifləyirsinizsə, hökmən o birinin də müsbət xüsusiyyətini qeyd edin ki, bu əməliniz qısqanclığa səbəb olmasın.

6. Əgər qısqanclığın mənfi bir xüsusiyyət olduğunu övladınıza başa salmaq istəyirsinizsə, mümkün qədər nəsihət etməkdən çəkinin. Deyəcəyiniz məsələləri oyun diliylə, hekayə dili ilə övladlarınıza öyrədə bilərsiniz.

news-inner-user

15781 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Moskvada teatrlar avqustun 1-dən açılır
18:54 08 İyul 2020
Uşaq tabutunda basdırılan kişi - Günel Natiqdən yeni hekayə
18:22 08 İyul 2020
Son 10 ilin ən yaxşı qorxu filmləri - Siyahı
17:49 08 İyul 2020
Venesiya Film Festivalı əvvəlki qaydada keçiriləcək
17:10 08 İyul 2020
Qarabağda “iki” alıb, sinifdə qaldığım Vətən - Ramiz Qusarçaylıdan şeirlər...
16:23 08 İyul 2020
Kuklada uşaqlar üçün tamaşa
15:37 08 İyul 2020
Məşhur rəssamın əsəri tapılıb
14:59 08 İyul 2020
Azərbaycanda orkestr rəhbəri həbs edildi
14:18 08 İyul 2020
Xəsil adam - İlham Əzizdən yeni hekayə
14:10 08 İyul 2020
Səməd Vurğunun tutdurduğu Xalq yazıçısı: sürgündən qayıdanda arvadı başqası ilə evlənmişdi - İnanılmaz faktlar
13:18 08 İyul 2020
Elzanın başındakı qıjıkimilər - Sərdar Amin yazır
12:36 08 İyul 2020
Türkiyəli aktrisa vəfat etdi
12:01 08 İyul 2020
Bu, Allaha qarşı küfrdür – Gənc şair həmkarını tənqid etdi
11:20 08 İyul 2020
“Üzüklərin hökmdarı” geri qayıdır
10:47 08 İyul 2020
Elzanın yeni şəkli müzakirəyə səbəb oldu - Foto
10:12 08 İyul 2020
Kitabxana maraqlı layihəyə başlayır
09:30 08 İyul 2020
Üzündəki ipəyi qaldıranda oğlum özünü çölə atdı - Bircə atasının ölümündən yazır...
09:00 08 İyul 2020
“Çəkməli pişik” onlayn göstəriləcək
18:44 07 İyul 2020
Əfsanəvi musiqiçi vəfat etdi
18:09 07 İyul 2020
Bizim üçün qızılgül – Cavanşir Yusifli yazır...
17:30 07 İyul 2020