news-inner
clock13:45 calendar-gray 15 Oktyabr 2015 view-gray150 dəfə oxunub
view-gray150 dəfə oxunub

Yamaykalı yazıçı: "İsveçdə yaşayıb-yazan qafqazlı postmodern yazıçılardan deyiləm"

Ədəbiyyat üzrə nüfuzlu "Man Booker" nəsr mükafatının builki qalibiYamayka yazıçısı Marlon Ceyms "Yeddi qətlin qısa tarixçəsi" ("A Brief History of Seven Killings") romanı ilə bağlı müsahibə verib.

Qeyd edək ki, roman tanınmış yamaykalı müğənni-bəstəkar, reqqi musiqi tərzinin ən parlaq təmsilçisi Bob Marleyin ölümü ətrafında nəql olunur.Müsahibəni ixtisarla təqdim edirik.

- Romanın heç bir hissəsində Bob Marleyin adı çəkilmir. Sadəcə "Müğənni” deyə, ondan bəhs olunur...

- Elədir.

- Səbəb? Nədən onun adını çəkməmək qərarına gəldiniz?

- Əvvəla, onunla bağlı baş verənləri çox yaymaq, dağıtmaq istəmədim. Onsuz da o, 1976-cı ildən bəri Yamaykanın rəmzinə çevrilmişdi. Hətta beynəlxalq bir ikon idi, dünyəvi təsiri vardı. Adı çəkilməsə də, söhbətin kimdən getdiyi dərhal aydın olur. Mən Marleyi cəsarətlə hər hansı bir peyğəmbərlə müqayisə edərdim. Marley şərtlərə görə dəyişirdi, olduğu kimi deyil, vəziyyətin tələb etdiyi kimi davranırdı...

- Necə yəni?! Məhz nəyi nəzərdə tutursunuz?

- Çox şeyi! Bizim xalqımız üçün o mübarizə, millətin öz müqəddəratını təyin etmə və azadlıq uğrunda mübarizə rəmzi idi. Amma o da insan idi axı... Həmişə nümunə ola bilməzdi. Onun da haqqı vardı bəzən uşaq kimi, bəzən də qayğıkeş ata kimi davransın. O, uğurlu müğənni olmaqla yanaşı, azadlıq uğrunda mübarizə apara bilən ziddiyyətli insan idi. Elə insanlığı yaradan da bu ziddiyətlərdir.

- Romanın polifonik quruluşu valehedicidir. Necə oldu ki, bütün bu müxtəlif səsləri seçib işləyə bildiniz? Hər hansı sxem tətbiq edirdiniz?

- Müəyyən bir sxem əlbəttə ki, vardı. Bunsuz ümumiyyətlə, mümkün olmazdı. Bu sxem romanın bütün xarakterlərini bir arada tutmağın ən rahat yoludur. Əks təqdirdə, bütün obrazlar bir-birinə qarışa bilərdi. Romanı başlayandan dəqiqləşdirmişdim ki, əsər obrazların dilindən danışılacaq və bir müəllif kimi mənə o qədər də ehtiyac qalmayacaq. Bir müəllif kimi yanaşmamı yalnız Nina Burges (yüngül əxlaqlı qadın) obrazında ortaya qoymuşam. Burada da bir yamaykalı olaraq fikrimi bildirirəm.

- Şəxsən mən romandakı müxtəlif fikirləri çox bəyəndim. Eynilə Folknerdə, Orxan Pamukda aldığım təəssüratları yaşadım. Bu, sanki bir hadisə ətrafında cəmlənmiş müəyyən qrupun tərcümeyi-halıdır... Bu insanları bir hadisə birləşdirsə də, hərə öz müxtəlifliyini qatır.

- Təbii ki, mən də özümdən əvvəl gələn, istedadlı yazarlardan öyrənirəm. Xüsusilə Qay Teylsin məşhur "Frank Sinatraya soyuq olub” məqaləsindən ilham almışdım. Mən əsas mövzu ətrafında var-gəl edirəm. Amma məni daha çox bu mövzu ətrafında birləşmiş insanlar maraqlandırır. Onları görməklə, onların hadisəni necə gördüyünü müəyyən etmək olur. Romanda hər kəs öz tarixçəsini danışır. Hətta bu hekayətlər adi məişət problemləri olsa belə: biri işdə başına gələnləri danışır, o biri arvadından gileylənir, digəri övladıyla bacarmır... Yəni heç kim problemlərdən qaça bilmir və hərlənib-fırlanıb hamı bir problemin – ehtiyacın, çarəsizliyin ətrafına birləşir. Bunu siyasi bir roman hesab etmək olar. Hər halda mən İsveçdə yaşayıb-yazan qafqazlı postmodern yazıçılardan deyiləm. Hədəfim siyasət deyil, hadisələrə kənardan baxmıram, cəmiyyətin içindən nəzər salıram. Mən hansısa böyük bir bəyanat verməyə çalışmıram, anlatmağa cəhd edirəm.

-Daha hansı mövzular ətrafında yazmağı düşünürsünüz?

- Məni qeyri-amerikalıların irqi prosesi maraqlandırır. Yamaykada deyirlər ki, bu, irqi deyil, sinfi mübarizədir. Cəfəngiyyatdır!Əgər bu irqi problem deyilsə, onda Yamayka müasir tarixdə ən uğursuz təsadüflər silsiləsinə məruz qalıb, deyə düşünmək olar. Həyat gerçək bir dedektiv əsərdir: eyni format, müxtəlif xarakterlər.

- Müxtəlif dialektlərdən istifadə edərkən oxucular arasında anlaşılmazlıq yaranacağı sizi narahat etmir ki?

- Amerikalı oxucularla heç vaxt problemim olmayıb. Çünki Amerikada onsuz da ingilis dilinin müxtəlif dialektləri mövcuddur. Amma əsərin dilini ilk tənqid edən rəyçilər britaniyalılar idi. Yamaykada hələ də müstəmləkəsonrası problemlər var, hələ də sanki özlərini ingilislərə borclu hesab edirlər, gözəl, səlis danışmağa çalışırlar. Əksər insanlar iki ölkə arasında asılı qalıb. Amma mən yox! Təbii ki ortaq məxrəc ən yaxşısıdır. Mən də çox vaxt çalışıram ki, standart ingilis dilində oxucularım üçün anlaşılan olum. Xüsusən əsərlərimin lirik məqamları bunu tələb edir. Sözlər yetərsiz qalanda isə musiqinin təsiri köməyinə çatır. Elə Bob Marleyin də ən üstün bacarığı bu olub.

İngilis dilindən tərcümə etdi: Şəfiqə ŞƏFA

Adalet.az

news-inner-user

17115 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Tanınmış şairə vəfat etdi
21:10 26 Noyabr 2020
Pənahəli xanın dağıdılmış imarəti
18:37 26 Noyabr 2020
Müvəqqəti komendantlıqlar üzrə iclas keçirildi
17:49 26 Noyabr 2020
Nə yaxşı görüşdük, nə yaxşı yenə - Ən gözəl Kəlbəcər şeirləri
17:01 26 Noyabr 2020
Döyüşçü oğlunu ağladan səbəb - Hekayə
16:17 26 Noyabr 2020
“Qarabağ”ın Qarabağ qələbəsi – Ulucay yazır...
15:34 26 Noyabr 2020
İstedadı ilə hamını heyrətləndirən, iki dəqiqəyə qızların sevimlisinə çevrilən, gənc yaşında “yüksək doza”dan ölən azərbaycanlı şair – Maraqlı faktlar
14:53 26 Noyabr 2020
"Can Azərbaycan" adlı müsabiqə elan olundu
14:10 26 Noyabr 2020
Qəriblik - Əli Şirindən şeir-esse
13:32 26 Noyabr 2020
Xalq artistindən sürpriz Şuşa açıqlaması
12:53 26 Noyabr 2020
Cavanşir Quliyev: "Bakıda lazım olduğuma əmin deyiləm" - Müsahibə
12:11 26 Noyabr 2020
Əməkdar artist vəfat etdi
11:39 26 Noyabr 2020
Aqşindən Seymur Baycana reaksiya: "Onu oxumuram"
11:09 26 Noyabr 2020
Xəlil Rza Ulutürkün bacısı dünyasını dəyişdi
10:17 26 Noyabr 2020
Maradonanın ən böyük peşmanlığı - Ayxan Ayvaz yazır...
10:00 26 Noyabr 2020
Bombardmandan Azərbaycan bayrağını çıxaran gəncəli Xəyyam: “Gördüm, qızımın başından qan axır”
09:00 26 Noyabr 2020
İşğaldan azad olunan 700 yaşlı abidəmiz
18:52 25 Noyabr 2020
“Can Qarabağ” deyən uşaqlar
18:10 25 Noyabr 2020
Erməniyə zorla ərə verilən qızın Xocalıdan qaçış planı - Yeni hekayə
17:29 25 Noyabr 2020
Azərbaycanlı yazarın pyesi Batumidə tamaşaya qoyulacaq
16:49 25 Noyabr 2020