Mühacirətşünaslığa dair yeni araşdırma

Mühacirətşünaslığa dair yeni araşdırma
23 sentyabr 2015
# 16:43

«Mühacirət və XX əsr Azərbaycan ədəbiyyatı məsələləri» monoqrafiyasının (Bakı: «Elm və Təhsil» nəşriyyatı, 2015) lap əvvə­lin­dən ­– «Giriş»in ilk cümlələ­rin­dən bəlli olur ki, mühacirət ədəbiyyatının ta­­­­nın­mış təd­qiqatçılarından olan Azərbaycan MEA Nizami adına Ədəbiyyat İnstitutu Azərbaycan mühacirət ədəbiyyatı şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Res­publikasının Dövlət Mükafatı laureatı Nikpur Cabbarlı növbəti dəfə də elmi ic­ti­ma­iy­yə­tin diq­­­qə­ti­ni çox ciddi, aktual, əhəmiyyətli problemə yönəltmək niy­yətindədir. O, çağ­­­daş ədə­­biyyatşünaslıq qarşısında duran ən mühüm və­zifələrdən birinin müasir tə­­ləb­lərə uy­ğun, yeni konseptual baxışla «Azər­baycan ədəbiyyatı tarixi»nin aka­de­mik çox­cild­liyinin yazılıb başa çat­dırılmasının olduğunu vurğulayır və qeyd edir ki, bu za­man uzun müddət elmi dövriy­yədən kənarda qalmış faktlardan, o cüm­lə­dən mü­ha­ci­rət ədəbiyyatşünaslığı faktlarından da fay­da­lan­­maq problemin həlli üçün əhəmiyyətli ola bilər. Tədqiqatçı haqlı olaraq bu fikir­də­dir ki, sovet dövrü və Cə­nubi Azərbaycan ədəbiyyatı ilə bağlı mü­ha­ci­rət elmi fikrinin bir sıra müd­dəaları gü­­nümüzdə də aktual və dəyərlidir.

«Giriş»lə birlikdə «Sovet Azərbaycanında ədəbi proses», «Məhəmmədhüseyn Şəh­­riyar poeziyası mühacirət ədəbi tənqidində», «Mühacirət poeziyasına mü­hacir ba­­­xışı», «Nəticə», «Ədəbiyyat» siyahısından ibarət monoqrafiyada N.Cab­bar­­­lı mövzunun araşdırılması tarixinə qısaca nəzər sa­lır, toxunulan problemləri gös­tərir, məqalələri təhlil edir, də­yər­­­lən­di­­rir, ən əsası isə sahənin mövcud tədqiqat ma­­teriallarını özünün axtarışları ilə ər­sə­yə gəlmiş elmi-nəzəri qənaətlərlə zənginləşdirir.

Əsərin «Sovet Azərbaycanında ədəbi proses» adlı bölümündə tədqiqatçı M.Ə.Rəsulzadə, M.B.Məhəmmədzadə, Ə.Cəfəroğlu, S.Təkinər kimi müəlliflərin so­­­­­vet dövrü ədəbiyyatımızla bağlı araşdırmalarına əsasən fikir və mülahizələr yü­rü­­­­­dür və bu qənaətə gəlir ki, həmin tədqiqatlar həm ədəbi-tarixi faktlara obyektiv mü­­­­nasibəti, həm də elmi-nəzəri səviyyəsi baxımından fərqlənir. Bu müddəanı əsas­lan­­­­dırmaq üçün N.Cabbarlı M.B.Məhəmmədzadənin «Azəri ədəbiyyatının dünü və bu günü» adlı məqaləsini dərindən təhlil edir. Mirzə Bala bir sıra Azərbaycan sovet alim­­­­lərindən fərqli olaraq, Hüseyn Cavid, Cəfər Cabbarlı kimi yazarların əsərlərini həm sənətkarlıq, həm də ideya-siyasi baxımdan yüksək dəyərləndirir. M.Ə.Rə­sul­za­­­də də «Çağdaş Azərbaycan ədəbiyyatı» əsərində həmin müəlliflərin əsərlərində də­­­­rin bir milliyyətçi ruh, vətənpərvərlik görür, «Peyğəmbər»dən, «Səyavuş»dan si­tat­­­lar gətirməklə fikrini əsaslandırır.

N.Cabbarlı mühacir ədəbiyyatşünasların irsinin əsl mahiyyətini, məğzini aç­maq, Azərbaycan sovet nəzəriyyəçilərindən fərqini, eyni zamanda dövrün ədəbi mü­­­­barizəsinin kəskinliyini göstərmək üçün sitatları, xarakterik məqamları mə­ha­rət­lə seçir, təhlil və təqdim edir. Bu mənada, onun M.B.Məhəmmədzadənin «xalq di­li­­lə deyil, proletar dili ilə danışan» Süleyman Rüstəm, yaradıcılığı ilə sətir­lə­rin­dən od püs­­­­kürən istiqlalçı, milliyyətçi şair Ə.Cavad poeziyası haqqında mü­la­hi­zə­lə­­­ri­ni mü­qayisə yolu ilə təqdim etməsi mühakimə və qənaətlərin effektivliyini ar­tırır.

N.Cabbarlıya görə, 1920-30-cu illər ədəbi prosesi və ədəbi mühitinin ilk dəfə ob­­yek­­­tiv elmi təhlili və dəyərləndirilməsi məhz mühacirət ədəbiyyatşünaslığında öz ək­­­sini tapmışdır. Tədqiqatçı mühacir ədəbiyyatşünasların ideya-siyasi, bədii-es­te­tik gö­­­rüşlərini onların əsərlərindən dəlillər gətirməklə diqqətə çatdırır, də­yər­lən­di­­rir. Bir məqamı vurğulamaq yerinə düşərdi ki, N.Cabbarlı mühacirətin ədə­biy­yat­şü­­­nas­lıq irsinin aktuallığını itirmədiyini və bu gün də mühüm əhəmiyyət kəsb et­di­yi­ni qeyd etməklə kifayətlənmir, bu fikri həm də əsaslandırır.

Tədqiqatçı 1950-60-cı illər mühacirət ədəbiyyatşünaslığından bəhs edərkən Sü­­­leyman Təkinər irsinə xüsusi diqqət yetirir. Bu da təsadüfi və səbəbsiz de­­­yil. O, əminliklə bildirir ki, mühacir ədəbiyyatşünaslar içərisində 1950-60-cı illər Azər­­­­baycan ədəbiyyatının tədqiqi ilə müntəzəm məşğul olan yeganə mütəxəssis məhz S.Təkinər olmuşdur. N.Cabbarlı S.Təkinərin Rəsul Rza, Xəlil Rza, Məmməd Ra­­­him, Qabil kimi şairlərin yaradıcılığı ilə bağlı obyektiv mülahizələrini yüksək də­­­­­­yərləndirir və təqdir edir. Nizami adına Ədəbiyyat İnstitutunun hazırladığı «Azərbaycan sovet ədəbiyyatı tarixi»nin I cildi barədə S.Təkinərin yazdığı re­sen­zi­ya­­ya diqqəti çəkən N.Cabbarlı bu rəydə müəllifin həm tənqid, həm də təqdir etdiyi mə­­­­qamlardan bəhs edir: S.Təkinər kitabda bir tərəfdən, bəzi milli ədəbiyyat nü­ma­yən­dələrinin irticaçı adlandırılmasını tənqid edir, digər tərəfdən, həmin əsərin bü­tün qü­­surlara rəğmən böyük boşluğu doldurduğunu və nəşrin önəmli ədəbi hadisə ol­­­­­duğunu nəzərə çatdırır.

N.Cabbarlının «mühacirət elmi fikrinin sovet dövrü ədəbiyyatına münasibətdə ori­­­­jinal və əhəmiyyətli cəhətlərlə yanaşı, mübahisəli məqamlar da yox deyildir»- qə­­­­­naəti ilə razılaşmamaq mümkün deyildir. Təqdirəlayiqdir ki, tədqiqatçı əsərində hər iki məqamı kifayət qədər işıqlandıra, dəyərləndirə bilmişdir.

«Məhəmmədhüseyn Şəhriyar mühacirət ədəbi tən­qi­din­­­də» adlı bölümdə mo­no­qrafiya müəllifi M.Ə.Rəsulzadə, Ə.Cəfəroğlu kimi görkəmli xa­­­­dimlərin irsinə is­tinad edə­rək, XX əsr Azərbaycan poeziyasının parlaq si­ma­la­rın­dan olan M.Şəh­ri­ya­rın ya­radıcılığına mühacirət ədəbiyyatşünaslığının münasibətini araş­­­dı­rır. Əl­bət­tə, hər bir azərbaycanlı, xüsusən mühacirətdə yaşamağa məhkum olan soy­daşımız üçün Şəh­­riyar poeziyasının dili doğmadır, əzizdir. M.Ə.Rəsulzadə də «Ədəbi bir ha­disə» ad­­lı məqaləsində şairin «Heydərbabaya salam» poemasının gü­­­cünü, qüd­rə­ti­ni şa­i­rin dil sənətkarlığında görür. N.Cabbarlı da bu fikirlə razılaşır və tənqidçinin Şəh­­ri­yar poeziyası ilə bağlı elmi-nəzəri qənaətləri daha da zəngin­ləş­dirən möv­qe­yi­ni təq­­dir edir.

M.Ə.Rəsulzadənin «Ədəbi bir hadisə» adlı yazısından sonra diqqəti prof. Ə.Cə­­fəroğlunun «Şair Şəhriyar» məqaləsinə yönəldən N.Cabbarlı bu qə­na­ətə gə­lir ki, M.Ə.Rəsulzadənin və Ə.Cəfəroğlunun şairin sənətinə milli və ümum­bəşəri də­yər­­­­lər kontekstində verdikləri bu qiymət çağdaş şəhriyarşünaslıq üçün yalnız ədə­bi-tarixi fakt kimi deyil, nəzəri-metodoloji baxımdan da əhə­miy­yət­li­dir.

Monoqrafiyanın «Mühacirət poeziyasına mü­hacir ba­­xışı» bölümündə təd­qi­qat­çı Mirzə Bala Məhəmmədzadənin «Əli Usta və şeirləri» məqaləsi, «İstiqlal uğ­run­da» şeirlər məcmuəsinə yaz­­dığı müqəddimə, həmin müqəddimənin bəzi ixtisar və əla­­­­­vələrlə Gültəkinin «Buz­­lu cəhənnəm» kitabında verilmiş variantı, prof. Əhməd Cə­­­fəroğ­lunun «Azə­ri ədəbiyyatında istiqlal mücadiləsi» əsəri, İstan­bul­dakı «Azər­bay­­can nəşriyyat yurdu»nun hazırladığı «Qur­tuluş yol­ların­da» şe­­ir­lər məc­mu­əsinin mü­­­qəd­di­mə­si, M.Ə.Rəsulzadənin «Çağdaş Azər­­baycan ədə­­biyyatı» əsə­­ri və digər mənbələr əsasında mühacirət poeziyası ilə bağlı mühacir qə­ləm sa­hib­­­lərinin eimi-nəzəri mülahizələrini təhlil edir, dəyər­lən­di­­­rir və bu qə­na­ə­tə gəlir ki, Azərbaycan mühacirət po­­eziyasının (və bütövlükdə ədə­biyyatının) tə­şək­külü, in­­­kişafı, məfkurəvi yönü, bə­dii-estetik dəyəri barədə hə­min müəlliflərin araş­dır­ma­la­rı bu gün də əhə­miy­yət­li­­dir.

Yuxarıda deyilənləri yekunlaşdıraraq, bəyan edirik ki, N.Cabbarlının «Mü­ha­ci­­rət və XX əsr Azərbaycan ədəbiyyatı məsələləri» monoqrafiyası dəyərli tədqiqat əsə­­ri, müəllifin növbəti elmi uğurudur və onun nəşri təqdirəlayiqdir.

# 992 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
# # #