Ağlayan ağaclar

Ağlayan ağaclar
23 sentyabr 2015
# 16:22

Qönçəgül Kamalqızı

Ancaq ən son ağac kəsildikdən, ən son nohur zəhərləndikdən və ən son balıq tutulduqdan sonra başa düşəcəksiniz ki, insan pulu yeyə bilməz (Qızıldərili Crəə)

Deməli onda da gec olacaq...

Evimizin qarşısındakı böyük şam ağaclarını kəsdilər. Həm də bir-bir. Gecə, hər kəsin yatdığı bir vaxtda. Elə bilməyin eşidənlər olmadı. Oldu. Heç kimin qarğışına, fəryadına məhəl qoymadan, hər axşam ağacları tək-tək “dənlədilər”. Niyə bu ağaclar kəsilir sualının isə bir cavabı oldu: “Budanır, kəsilmir, yenidən artacaq”.

“Bir ağac il ərzində atmosferə təxminən 120 kiloqram oksigen buraxır. Bu qədər oksigen üç nəfərdən ibarət bir ailənin bütün il boyu tənəffüsünə bəs edər. Ağac ona lazım olan qidanın 90 faizini atmosferdən, 10 faizini isə torpaqdan alır. Digər canlılarla müqayisədə ağaclar planetimizin ən uzun ömürlü varlıqlarıdır. Ağaclar atmosferin çirklənməsinin qarşısını alan ən etibarlı müdafiə vasitəsidir. Onlar havanı işlənmiş qazlardan təmizləyir və şəhərlərin səs fonunu tənzimləyir”.

Nəyə deyirsiniz and içim, o ağacları gecənin qaranlığında incidən, yaralayan yeniyetmənin və onun timsalındakı digər ağac “qatillərinin” bu məlumatların heç birindən zərrə qədər xəbərləri yoxdu. Olsaydı yəqin ki, 5-10 manat pul qarşılığında ona nəfəs almağa az da olsa kömək edən bir budağı belə kəsməzdi. Əvvəlcə özünün sonra isə, başqalarının ömrünə şirin-şirin balta vurmazdı.

O ağaclar 23 ildi həyətə kölgə salırdı. Onları əkənlər də, becərənlər də, su verib böyüdənlər də indi yoxdu bu dünyada. Kölgəsində dincələn yaşlıların isə ağacı əlindən düşdüyü üçün heç kimə söz yetirə bilmədilər. Beləcə o ağaclar kəsildi.

Bir gün səhər gördüyüm mənzərə isə lap sarsıdıcı idi. Ağaclar ağlayırdı... Vallah-billah gövdələrində göz yaşı yığılıb qalmışdı. Dilləri olsaydı özlərinə ağı deyərdilər.

Bu gözəl təbiət incisi insanlar kimidi. Pöhrələnir, böyüyür, qocaman olur. Onların da qarğışı, alqışı var. İndi o ağacları divarlar əvəz edir, kölgə salmaq əvəzinə insanın nəfəsini daraldır.

Ağaclar kəsildi, yox lənət şeytana budandı... Deməli yenidən qol-budaq atacağına ümid edək. Ağac əkənin ömrü uzun olar, kəsənin ömrü qısa olacaq, ya yox onu bimirəm. Amma mən ilahi ədalətə inanıram.

Budanandan sonra ağaclar yenidən pöhrə verir, cavanlaşır... O şam ağaclarının yenidən yaşıllaşacağı günü gözləyirəm. Gözləyirəm...

Amma şam ağaclarının budaqları kəsilən zaman təbii bərpası çətin olurmuş və yalnız toxumla çoxalırmış. Bunu da yeni öyrəndim. İndi nə edim bilmirəm. Ümidlənim, yoxsa artıq gecdir?

# 2651 dəfə oxunub

Oxşar xəbərlər

Hüseynbala Mirələmov bədii nəsrini insan və zaman kontekstində dəyərləndirən monoqrafiya - Elman Quliyev

Hüseynbala Mirələmov bədii nəsrini insan və zaman kontekstində dəyərləndirən monoqrafiya - Elman Quliyev

17:20 6 mart 2026
"Dedi, başla, kişi ol! İndi vaxtıdı…" - O, sevdiyi qıza qarşı necə belə qəddar ola bilərdi?!

"Dedi, başla, kişi ol! İndi vaxtıdı…" - O, sevdiyi qıza qarşı necə belə qəddar ola bilərdi?!

12:00 6 mart 2026
"Balaca bir hekayədə bu qədər “hoqqa çıxarmaq” lazım deyil..."  - Hekayə müzakirəsi

"Balaca bir hekayədə bu qədər “hoqqa çıxarmaq” lazım deyil..." - Hekayə müzakirəsi

12:00 4 mart 2026
"Yorğan-döşəyi yanmış yük yerindəmi?" - Soyqırım və ağacdan asılmış boş beşik

"Yorğan-döşəyi yanmış yük yerindəmi?" - Soyqırım və ağacdan asılmış boş beşik

14:09 3 mart 2026
Maddi və ruhani dəyərlər arasındakı ziddiyyət - "Taxma kirpiklər" haqqında

Maddi və ruhani dəyərlər arasındakı ziddiyyət - "Taxma kirpiklər" haqqında

16:00 2 mart 2026
"Bütün tələbələrin söyüş söyməsi ağlabatan görünmür..." - Siz niyə susursunuz?

"Bütün tələbələrin söyüş söyməsi ağlabatan görünmür..." - Siz niyə susursunuz?

15:00 22 fevral 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər