Gənc Tamaşaçılar “Çirkin ördək balası” ilə başlayacaqlar

Gənc Tamaşaçılar “Çirkin ördək balası” ilə başlayacaqlar
17 sentyabr 2015
# 10:03

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 88-ci teatr mövsümünün ilk tamaşaları sentyabr ayının 19-da nümayiş etdiriləcək. Teatrın mətbuatı xidmətindən Kulisə verilən məlumata görə həmin gün saat 12:00-da “Çirkin ördək balası”, saat 19:00-da “Romeo və Culyetta” tamaşaları göstəriləcək.

Danimarka yazarı Hans Kristian Andersenin “Çirkin ördək balası” nağılı əsasında səhnələşdirilmiş eyniadlı tamaşanın quruluşçu rejissoru Əməkdar Artist Nicat Kazımov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatı Zaur Rəşidov, baletmeysteri Nailə Məmmədzadədir.

Tamaşada əsas rolları Əməkdar Artistlər Almaz Mustafayeva, Şəfəq Əliyeva, Elşən Rüstəmov, Leyli Vəliyeva, aktyorlar, Hüsniyyə Əhmədova, İlqarə Tosova, Günel Məmmədova, Zümrüd Quliyeva, Roza İbadova, Səbinə Məmmədova, Venera Abbasova, Anar Seyfullayev, Müşfiq Əliyev, Elşən Hacıbabayev, Eşqin Quliyev, Rasim Cəfərov və başqaları ifa edəcəklər.

Uilyam Şekspirin “Romeo və Culyetta” tamaşasının quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, quruluşçu rəssam Tumanaşvili adına Gürcüstan Dövlət Dram Teatrının baş rəssamı Şota Qlurjidze, bəstəkarı Firudin Allahverdidir. Plastik həll və rəqslərin quruluşu Rusiyalı xoreoqraf, Rusiyanın əməkdar incəsənət xadimi Sergey Qrisaya məxsus tamaşada əsas rolları Günel Məmmədova, Elnur Kərimov, digər rolları isə əməkdar artistlər Naibə Allahverdiyeva, Nübar Novruzova, Şövqi Hüseynov, Nicat Kazımov, Kəmalə Hüseynova, Qurban İsmayılov, Nəsibə Eldarova, Leyli Vəliyeva, aktyorlar Rəşad Səfərov, Vüqar Məmmədəliyev, Vüsal Mehrəliyev, Məhərrəm Musayev, Elnur Hüseynov, Eyvaz İbrahimov və başqaları ifa edəcəklər.

Sentyabr ayının 20-də saat 19.00-da yazıçı – dramaturq Hüseynbala Mirələmovun eyniadlı əsəri əsasında hazırlanmış “Miras” tamaşası nümayiş etdiriləcək. Benefis - tamaşa teatrın qocaman aktyoru, Əməkdar Artist Rahib Əliyevin anadan olmasının 70, səhnə fəaliyyətinin 50 illiyinə həsr olunacaq.

Tamaşanın quruluşçu rejissoru Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov, rəssamı Sevinc Həsənova, rejissoru Gülnar Hacıyeva, musiqi tərtibatçısı İradə Muradovadır.

Səhnə əsərində əsas obrazları Əməkdar Artistlər Rahib Əliyev, Şəfəq Əliyeva, Nəsibə Eldarova, Kəmalə Hüseynova, Qurban İsmayılov, Şövqi Hüseynov, aktyorlar Elşən Şirəliyev, Vüsal Mehrəliyev ifa edəcəklər.

# 1743 dəfə oxunub

Oxşar xəbərlər

Kann Film Festivalı nə vaxt başlayır?

Kann Film Festivalı nə vaxt başlayır?

16:43 1 aprel 2026
Kim Novak: "Məni canlandırmaq üçün tamamilə yanlış seçimdir"

Kim Novak: "Məni canlandırmaq üçün tamamilə yanlış seçimdir"

12:41 31 mart 2026
"Delikanlı"nın yayım tarixi dəyişdi

"Delikanlı"nın yayım tarixi dəyişdi

10:39 31 mart 2026
Giray Altınokdan yeni serial

Giray Altınokdan yeni serial

13:07 27 mart 2026
"Harri Potter və fəlsəfə daşı"  serialının ilk treyleri yayımlandı

"Harri Potter və fəlsəfə daşı" serialının ilk treyleri yayımlandı

12:48 26 mart 2026
Ozan Güven  "GORA 4 GORA"da olacaq?

Ozan Güven "GORA 4 GORA"da olacaq?

11:27 26 mart 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər