Hitlerin tez-tez baxdığı film

Hitlerin tez-tez baxdığı film
3 sentyabr 2019
# 21:00

Kulis.az “Ən qalmaqallı filmlər” layihəsində amerikalı rejissor Jozef fon Şternberqin “Mavi mələk” filmini təqdim edir.

Şternberq 1894-cü ildə Vyanada doğulub. Ailəsi bir neçə il sonra yeni, yaxşı həyat ümidi ilə Amerikaya köçüb.

Şternberq 1923-cü ildə Hollivudda rejissor assistenti işləyib. Prodüserlər titrlərdə aristokrat adlara üstünlük verdiyi üçün onun adına “fon” əlavə edirlər. Şternberq bunu ömrünün axırına kimi saxlayır.

1924-cü ildə o, rejissor kimi ilk filmini çəkir: “Qurtuluş ovçuları.” Çarli Çaplinin təşəbbüsü ilə “Yunayted Artists” şirkəti filmi prokat üçün alır.

Böyük uğur qazanan filmdən sonra lentə aldığı “Cinayət dünyası” qanqster janrının inkişafında mühüm rol oynayır.

Sonrakı illərdə rus zabitinin taleyini anladan “Son əmr”, bir fahişənin həyatını nəql edən “Nyu-York limanları” filmlərini çəkir.

O, məşhur aktrisa Marlen Ditrixlə sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq nəticəsində “Mərakeş”, “Şanxay ekspressi”, “Sarışın Venera” və s. filmlər ortaya çıxır.

M.Ditrixin bir ulduz kimi parlamasında rejissorun rolu böyük olub.

1933-cü ildə Almaniyanın UFA kino şirkəti rejissora əməkdaşlıq təklif edir. Almaniyaya gələn Şternberq anlayır ki, mövcud siyasi şəraitdə alman kino şirkətləri ilə əməkdaşlıq edə bilməz. Amerikaya qayıdan rejissora 1938-ci ildə Avstriya hökuməti kino məsələləri üzrə məsul vəzifə təklif edir. Şternberg ümid edir ki, səlahiyyətlərindən istifadə edərək, ölkədə antinasist təbliğatı apara bilər. Amma Avstriyanın Almaniya ilə ittifaqa girməsi nəticəsində o, öz planlarını realizə edə bilmir. Rejissor əsəb sarsıntısı və yaradıcılıq böhranı keçirir.

Image result for "голубой ангел" филм

Sonralar bir neçə film çəkən rejissor (“Serjant Medden”, “Şanxay jesti” və s) Kaliforniya universitetində dərs deyib.

1948-ci ildə Hollivuda qayıdan Şternberq çəkdiyi əvvəlki filmləri natamam sayır.

1949-cu ildə o, yeni filmini maliyyələşdirmək üçün sənət nümunələri ilə zəngin kolleksiyasını satır və Yaponiyada “Anathan haqda saqa” filmini lentə alır. Çəkiliş zamanı bütün istehsalat onun nəzarətində olur. Hərçənd, prokatda bu poetik filmi uğur qazanmır.

Rejissor 1969-cu ildə vəfat edib.

Layihədə onun 1930-cu ildə lentə aldığı “Mavi mələk” psixoloji dramını təqdim edirik.

Filmin süjeti: Professor Rat məktəbdə müəllim işləyir. Onun şagirdləri dərsdən sonra “Mavi mələk” gecə klubunda seksual müğənni Lolaya baxmaq üçün gedir.

Lolanın açıq-saçıq şəkilləri məktəbdə əldən-ələ gəzir, şagirdlərin ona marağı dərs prosesinə mane olur. Rat qərara alır ki, kluba getsin, Lola ilə danışaraq buna son qoysun. Amma o, özü Lolanın toruna düşərək ona aşiq olur. Lola Rata ərə gedir, sonra başqa kişilərlə flirt edir, onu kloun işləməyə vadar edir. Rat ziyalı müqavimətini itirmiş, iradəsiz klouna çevrilir. Sonda Rat bütün gücünü toplayaraq ordan qaçır və nə vaxtsa dərs dediyi məktəbə gedərək orda canını tapşırır.

Image result for "голубой ангел" филм

Film alman yazıçısı Henrix Mannın “Professor Unrat” romanının motivləri əsasında çəkilib.

“Mavi Mələk” aktyor Emil Yanninqsin təşəbbüsü ilə həyata keçirilib. Studiya rəhbərliyinin etirazlarına baxmayaraq, rejissor filmə az tanınan aktrisa Marlen Ditrixi dəvət edib.

Rejissor bu filmi aşıq olmuş adamın süqutunun hekayəti adlandırıb. Bəzi tənqidçilər filmdə müharibəyə qədərki Almaniyanın obrazını görürlər. Şternberq isə deyib ki, o, siyasi mövzuya toxunmayıb.

Film həm Almaniyada, həm də Amerikada böyük uğur qazandı.

Image result for "голубой ангел" филм

Amma Almaniyada ekranlara çıxandan sonra tənqidlərlə qarşılandı.

“Mavi mələk”i istehsal edən UFA kinostudiyasnın rəhbərlərindən biri, nasionlaist Alfred Gutenberq bu filmə alman orta təbəqəsinə hücum kimi baxsa da, dəyişiklik tələb eləmədi. Ümumilikdə, baş qəhrəmanın mənəvi tənəzzülü, ziyalının instinktlərinin əsiri olaraq, özünü gülünc vəziyyətinə salması alman burjuaziyasının süqutu kimi dəyərləndirildi.

1933-cü ildə isə nasist Almaniyasında Henrix Mannın əsərləri kimi “Mavi mələk” də qadağan olundu.

Deyilənə görə, Hitler bu filmə tez-tez özünün xüsusi kinozalında baxırmış. Və Ditrix onun intiharına bir neçə gün qalmış Amerika ordusunun formasında Reyni keçəndə o, bundan bərk məyus olur.

Bundan əvvəl isə Hitlerin şəxsi xahişlərinə rəğmən Ditrix nasist filmlərində çəkilməkdən imtina edib. Onun çəkildiyi bütün filmlər ölkədə qadağan olunur.


İlk səsli alman filmi olan “Mavi mələk”də Şternberq Ditrixi məşhurlaşdırmaq üçün bilərəkdən əhvalatı onun ətrafında qurur. Amma Rat rolunun ifaçısı Emil Yanninqsin oyunu fonunda Ditrix sönük görünür.

Filmdə açıq-saçıq məqamlar var, məsələn, səhnələrdən birində Lola qrim otağında alt paltarını qaydaya salır.

Ditrix xatirələrində yazırdı ki, o, ssenarini oxuyanda heyrətlənib: ”Unutmayın ki, mən yaxşı tərbiyə olunmuş alman qızı idim”.

Bu ilk filmlərdən biri idi ki, ədəbsiz səhnələrə görə Amerikada Kinostudiyalarla Əlaqə Komitəsinin məhkəməsinə çıxarılmışdı. Komitənin sədri Ceyms Uinheyt filmi əxlaqsız hesab etməyərək “əla” adlandırmışdı.

Kaliforniyada isə senzor Keven erotikliyinə görə nümayişin qadağan olunması haqda qərar verir. Bundan sonra “Kolorado sinema” kinoteatrının sahibi xahiş edir ki, qərara yenidən baxılsın. Keven isə təhqiramiz hesab etdiyi səhnələrin kəsilməsini tələb edir. Premyerada açıq səhnələr görməyə ümid edən tamaşaçılar pis redaktə olunmuş versiyaya baxırlar. Və öz narazılıqlarını bildirirlər.

“Mavi mələk” filmi hələ də dünya kinosunun klassik əsərlərindən hesab olunur.

# 2858 dəfə oxunub

Oxşar xəbərlər

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

13:00 3 aprel 2024
Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

10:17 3 aprel 2024
Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

09:01 3 aprel 2024
#
#
# # #