writer1

Ramilə Qurbanlı

Məqalə sayı

172
clock11:53 calendar-gray 28 Avqust 2015 view-gray139 dəfə oxunub
view-gray139 dəfə oxunub

Oralarda bir məzar var

İlğımlı təpə deyərdik o yerə. Kimsə xəstələnəndə, başına bir qəza gələndə - ilğımlı təpəyə yaxınlaşdım-deyərdi. Uşaqlar dalaşanda biri o birinə zarafatla – səni indi göndərərəm ilğımlı təpəyə-deyə hədə gələrdi. (O vaxt ora hamı öz əcəli ilə gedərdi kimsə kimsəni göndərməzdi)

Orda əzizlərimiz uyuyur. Babalar, nənələr, onların ata-anaları, bacı-qardaşları, bizim qohum-əqrabalarımız. Kiminin ata-anası, kiminin vaxtsız dünyasını dəyişmiş bacısı, ya qardaşı.

İndi o ilğımlı təpə işğal altındadı, bütün Qarabağ torpaqları kimi yağmalanıb. Heç kimin xəbəri yoxdu qansız, yağı düşmən orda hansı murdar əməllər törədib. Çox eşidirik ki, məzarları dağıdıblar, başdaşılarına da tamah salıb aparıblar, amma hamının içində bir inam var ki, mənimkinə toxunmayıblar, mənim yaxınımın məzarı təhqir olunmayıb.

Bu gecə babamı yuxuda gördüm. Gördüm ki, mən 1-ci sinfə gedəndə dünyasını dəyişmiş babam indi rəhmətə gedib. Gördüm ki, 1995-ci ildə itirdiyimiz və Sumqayıt məzarlığında dəfn olunan nənəm də hələ sağmış, babamı birlikdə haqq dünyasına yola salırıq. Nənəm ağlayır, mən də bir daha babamı görməyəcəm deyə fəryad qoparıram.

Sonra onu dəfn eləməyə gedirik. Hamı gedib babamın dəfninə, axıra qalmışam, onlara çatmaq üçün qaçıram və ayaqlarım yerdən üzülür, uçuram havaya. Düşünürəm ki, mən niyə bu qədər yüksəkliyə qalxdım, yerə düşsəm darmadağın olaram, amma ehmalca quş kimi qonuram torpağa.

Babamı tabutda(Niyə tabutda, bilmirəm, hər halda yuxuda belə görürəm)uzun, arxabənzər bir məzara qoyuruq. Oturmuşuq nənəmlə məzarın başında. Birdən elə belə olmalıymış kimi gur su axını gəlir, tabutun qapağı açılır, su axını babamın cəsədini alıb aparır. Nənəm ağlayır, nəsə deyir, amma nə dediyi anlaşılmır. Anladığım odur ki, nənəm nəyə deyir. Bu anda səhər zəngi çalır və mən yuxudan oyanıram.

Oyanırammı? Hələ də çıxmamışam yuxunun aurasından. İşə gələndə yolüstü Bibiheybət məscidinə döndüm, dua oxutdurdum onlar üçün. Buydumu istədikləri? Məncə yox, çünki qəlbim rahatlıq tapmayıb, narahatam, çox narahatam.

İlğımlı təpə deyərdik o yerə. Kimsə xəstələnəndə, başına bir qəza gələndə - ilğımlı təpəyə yaxınlaşdım-deyərdi. Uşaqlar dalaşanda biri o birinə zarafatla – səni indi göndərərəm ilğımlı təpəyə-deyə hədə gələrdi. (O vaxt ora hamı öz əcəli ilə gedərdi kimsə kimsəni göndərməzdi)

Orda əzizlərimiz uyuyur. Babalar, nənələr, onların ata-anaları, bacı-qardaşları, bizim qohum-əqrəbalarımız. Kiminin ata-anası, kiminin vaxtsız dünyasını dəyişmiş bacısı, ya qardaşı.

İndi o ilğımlı təpə işğal altındadı, bütün Qarabağ torpaqları kimi yağmalanıb. Heç kimin xəbəri yoxdu qansız, yağı düşmən orda hansı murdar əməllər törədib. Çox eşidirik ki, məzarları dağıdıblar, başdaşılarına da tamah salıb aparıblar, amma hamının içində bir inam var ki, mənimkinə toxunmayıblar, mənim yaxınımın məzarı təhqir olunmayıb.

Paylaş

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Elçin Əlibəyli həyat yoldaşı tərəfindən döyüldü
16:35 19 Noyabr 2019
Haqverdiyevin 150 illik yubileyi UNESKO-da qeyd ediləcək
16:10 19 Noyabr 2019
Məşhur diktorla vətəndaş nikahında yaşayan müğənni - Maraqlı faktlar
15:30 19 Noyabr 2019
Xalq artisti səhnədən getdiyini elan edib
14:50 19 Noyabr 2019
Cavanşir Yusiflinin kitabı təqdim olunacaq
14:12 19 Noyabr 2019
"Qiyamət gün gəlir" - Rafiq Tağıya həsr olunan şeir
13:30 19 Noyabr 2019
Salam Sarvan məşhur meyxanaçı ilə görüşəcək
12:49 19 Noyabr 2019
Cəfər Cabbarlı həftəsi keçiriləcək
12:40 19 Noyabr 2019
“dOM” teatrının direktoru: “Elə oynamalısan ki, tamaşaçı oyuna qatılmaq istəsin” –Müsahibə
11:59 19 Noyabr 2019
Qadınların məğlub olduğu yer - Kişilər
11:41 19 Noyabr 2019
Bu əlyazma 780 min avroya satıldı
11:20 19 Noyabr 2019
Çox narahatam - Qorxmaz Quliyev Nəsimidən yazır...
10:50 19 Noyabr 2019
Xalq artisti xəstəxanaya yerləşdirildi
10:12 19 Noyabr 2019
Vyanada Vaqif Mustafazadənin xatirəsinə konsert
09:50 19 Noyabr 2019
Yaxşılığın peşman elədiyi adam - İsi Məlikzadədən hekayə
09:00 19 Noyabr 2019
Yazıçımızın kitabı erməniləri qəzəbləndirib - Foto
20:08 18 Noyabr 2019
Alim Qasımovun qızından Nəsimi sürprizi - Video
18:42 18 Noyabr 2019
O viranə yuxu - Xəyyam Rəfilinin şeirləri
18:20 18 Noyabr 2019
Aydın Talıbzadə yazır: Onun adı Gülşad...
17:41 18 Noyabr 2019
Mirzə Cəlilin nəticəsi danışdı: "Onunla fəxr edirəm"
17:00 18 Noyabr 2019