news-inner
clock09:00 calendar-gray 19 Avqust 2015 view-gray198 dəfə oxunub
view-gray198 dəfə oxunub

Ad günündə övladını itirən məşhur aktrisa

O, türk kinosunun ən nadir aktrisalarından biridir. “Yeşilçam”ın ən məşhur aktrisalarından biri olan Adilə Naşit bir çox teatr və filmlərdə rol alıb. Oynadığı rollara görə Adilə “gülən qadın” adını qazansa da tamaşaçılar onu daha çox “Hafizə ana” obrazı ilə tanıyır və sevir.

Adilə Naşit kimdir?

Adilə Naşit 17 iyun 1930-cu ildə İstanbulda dünyaya gəlib. O, uşaq yaşlarından teatra bağlı olub. Çünki atası Naşit Özcan məşhur teatr rejissoru və aktyoru, anası, erməni əsilli Amelya isə teatr aktrisası idi. Naşit bəy əvvəllər Ləman adlı xanımla evli olsa da onların övladı olmurdu. Üstəlik Naşit bəy erməni əsilli aktrisa Amelyanı çox sevirdi.

Bütün bu səbəblər Naşit bəylə Ləman xanımın ayrılığına səbəb olub. Daha sonra Naşit bəy Ameliya xanımla ailə həyatı qurur və zamanla onların iki övladı olur – Adilə adlı qızları və Səlim adlı oğulları. Onların övladları da özləri kimi aktyor olmaq istəyirdi. Naşit bəy oğlunun həkim olmağını arzulasa da o, bunu istəmirdi və aktyorluğa can atırdı.

Ailə bir müddət çox xoşbəxt yaşasa da bu xoşbəxtlik uzun davam etmir. Çünki Naşit bəyin əsəbləri getdikcə gərginləşir və nəticədə teatrdan uzaqlaşır. Ailənin maddi vəziyyəti getdikcə daha da pisləşdiyindən hətta Naşit bəy bir müddət lotoreya reklamının siması olmaq məcburiyyətində qalır. Tanınmış aktyor üçün belə bir işdə çalışmaq qüruruna toxunurdu. Naşit bəy tezliklə o işdən uzaqlaşıb yenidən teatra geri dönür. Amma onun səhhəti getdikcə daha da pisləşir, psixi pozğunluq yaşayan aktyor tamaşada sözləri unudur, özünü idarə edə bilmir, əsməyə başlayır və s. Üç ay “Ruh və əsəb xəstəxanası”nda yatan aktyorun səhhəti getdikcə daha da pisləşir və o, vəfat edir.

Atalarının ölümü uşaqları üçün çox ağır olur. Maddi çətinlik çəkən ailədə uşaqlar geyim dükanında çalışmaq məcburiyyətində qalıb. Atasının ölümündən sonra təhsilini yarımçıq buraxan Adilə 1944-cü ildə İstanbul şəhər Teatrının Uşaq Teatrına daxil olub. Aktrisalıq arzusu ürəyində qalan Adilə bir gün şəhər teatrında rəfiqəsi ilə görüşməyə gedən zaman Fərih Egemenlə tanış olur və truppaya yazılır. “Hər şeydən bir az” tamaşası ilə səhnədə olduğu il Halide Pişkinin qrupu ilə birgə İstanbul turuna çıxır. Qardaşı Səlim isə işdən qovulmuşdu. Amelya xanım bir gün uşaqlarını Muammer Karacanın yanına aparır və onları işə düzəltməyi xahiş edir.

Naşit bəyin dostu Muammer Karaca ona yox deyə bilmir və tamaşalarda rol verəcəyinə söz verir. Məşhur aktrisa Şevkiye May Adiləyə “Səni bir bacı kimi sevsəm də bu boyla, görkəmlə səndən aktrisa olmaz” deməsi onun xəyallarını alt-üst edir. Bir müddət sonra tamaşada Adilənin aktrisalıq bacarığını görən Şevkiyə ondan üzr istəyir. Qardaşı Səlim isə bacısı qədər şanslı deyildi. Karaca teatrında ona ən aşağı dərəcəli rollar verilirdi, bundan başqa işıq qurmaq, dekor düzəltmək kimi işlər tapşırılırdı. Bütün bunlara dözməyən Səlim əsgərlik bəhanəsi ilə teatrdan uzaqlaşır.

1950-ci ildə Adilə özü kimi teatr aktyoru olar Ziya Keskinerlə ailə həyatı qurur. Əsgərlikdən qayıdan Səlim Adilənin xahişi ilə yenidən Karaca teatrına qayıdır. 1952-ci il Səlim Sotiriya adlı xanımla evlənir, Adilənin isə Əhməd adlı oğlu dünyaya gəlir. Səlimlə evləndikdən sonra xanımı Sotiriya adını dəyişdirib Oya edir. Səlim teatra qayıtdıqdan sonra artıq daha yaxşı rollar təklif edilsə də o, yenə bundan narazı idi.

Adilə Naşit 1948-ci ildə çəkildiyi “Lüks həyat” filmi ilə kino karyerasına başlayır. 1954-cü ildən yenidən Muammər Karacanın teatrına geri dönən aktrisa 1960-cı ilədək burada çalışıb.

Bir gün ailə yeməyi zamanı Naşit teatrı qurmaq ideyası yaranır. Ankarada Günəş teatrını kirayələyən Adilə 1961-ci ildə həyat yoldaşı Ziya Keskiner və qardaşı Səlim Naşit Özcanla birlikdə Naşit teatrı açır. Amma teatr maddi çətinlik səbəbindən 2 ay sonra bağlanmaq məcburiyyətində olur. Daha sonra Adilə və Səlim İstanbula qayıdaraq Qəzənfər Özcan teatrına qoşuldular. Adilə 1963-cü ildə girdiyi Qəzənfər Özcan - Könül Ülkü teatrında 1975-ci ilə qədər çalışıb. Onların işi burada yaxşı gedirdi və xoşbəxt idilər. Amma bu, ailənin sonuncu xoşbəxtliyi idi və bir müddət sonra onların ailəsində ard-arda ağır günlər, itkilər başlayır.

1966-cı ildə Amelya xanım vəfat edir, daha sonra isə Adilənin doğum günündə oğlu Əhməd ürək əməliyyatı zamanı həyatını itirir. Ağır sarsıntı keçirən aktrisa o gündən sonra bir daha heç vaxt doğum günü qeyd etmir. Dostlarının dəstəyi ilə bu faciənin təsirindən çıxa bilən Adilə bir müddət sonra Ertem Eyilməzlə əməkdaşlığa başlayır və bir neçə filmə çəkilir. Adilə dəfələrlə Eyilməzdən qardaşı üçün rol istəsə də o, bunu nəzərə almırdı. Çox keçmir ki, Səlimin arvadı Oya bağırsaq xəstəliyindən vəfat edir. Bu itki onu daha da sarsıdır, evdən çıxmır, heç kimlə görüşmürdü. Bir gün Səlim Peyker Usta adlı xanımla tanış olur və bu tanışlıq evliliyə çevrilir. Amma evliliyə qarşı çıxan oğlu ilə münasibətləri pozulur.

Adilə Naşit kino aləminə ikinci və əsas gəlişini 1970-ci illərdə edib. O, 1976-cı ildə çəkildiyi “İşte Hayat” filmindəki rolu ilə “Antalya Qızıl Portağal Film Festivalı”nda “Ən yaxşı qadın aktrisa” mükafatına layiq görülüb. Adilə Naşit daha çox Rüfət Ilqazın əsəri əsasında çəkilən “Hababam sınfı” filmindəki rolları ilə tanınıb və sevilib. Aktrisanın karyerasının zirvəsi olan 1975-ci ildə “Hababam sınfı” filminin davamı, 1976-cı ildə“Hababam Sınfı Uyanıyor”, 1977-ci ildə“Hababam Sınfı tatilde”və 1978-ci ildə “Hababam Sınfı dokuz doğuruyor” onun uğurunu möhkəmləndirib.

1981-ci ildə aktrisa “TRT” kanalında “Yuxudan əvvəl” uşaq proqramını hazırlayıb. O, bu proqramdakı danışdığı nağıllarla uşaqların ürəyinə yol tapdı.

1982-ci ildə isə Adilənin həyat yoldaşı Ziya dünyasını dəyişir və bir il sonra, 1983-cü ildə aktrisa Camal İncə adlı şəxslə gizli evlənir.

Adilə Naşit bağırsaq xərçəngindən əziyyət çəkirdi. O, bütün rollarında saf, sadə, gözəl ürəyi olan qadın obrazı ilə yadda qalıb. Bitib-tükənməyən sevinci, həyat enerjisi ilə bütün aktyor və aktrisalara örnək olan sənətkar 11 dekabr 1987-ci ildə sevənlərinə, kinoya, həyata əlvida dedi. Adilə Naşit Karacaəhməd qəbiristanlığında, oğlunun və ilk həyat yoldaşının yanına dəfn edilib. Bağırsaq xərçənginə 52 yaşında məğlub olan aktrisa geridə buraxdığı rollarla xatirələrdə yaşayır.

Mətbuatda bacı-qardaşın münasibətlərinin soyuq olduğu yazılsa da əslində Adilə və Səlim bir-birini çox sevirdi. Bunun nəticəsi idi ki, bacısının ölümü Səlim üçün çox ağır idi. Bacısının ölümündən sonra Səlim bir daha teatrdan uzaqlaşmadı. O, teatrlarda işlədi, televiziya seriallarında rol aldı. 1998-ci ildə xərçəngə tutulan aktyor səhnədən uzaqlaşıb. Onun çəkildiyi sonuncu rol Cem Yılmazın ssenarisi ilə çəkilmiş "Hər şey çox gözəl olacaq" filmindəki ata obrazı olur.

Adilə Naşitin ikinci həyat yoldaşı Camal İncə isə iyulun 1-də müalicə aldığı xəstəxanada vəfat edib. Sidik yollarındakı problemlə əlaqədar xəstəxanada yatan İncənin həyatını xilas etmək mümkün olmayıb. O, doğulduğu Balıkesirdə dəfn olunub.

Oxşar xəbərlər

Xəbər lenti

Yeni filmin nümayişi təşkil olunub
18:01 08 May 2021
Ədəbiyyat tariximizə qızıl hərflərlə yazılan misralar: 5 seçmə şeir
17:20 08 May 2021
Azərbaycanlı musiqiçi vəfat etdi
16:20 08 May 2021
Gənc yazardan yeni hekayə: Şlaqbaum
15:39 08 May 2021
Aktyor kitabxananın qonağı oldu
15:01 08 May 2021
Musa Yaquba sevgi və iztirabla - Kamal Abdulla yazır...
14:20 08 May 2021
Çingiz Hüseynovun ən çox sevdiyi 10 roman - Siyahı
13:36 08 May 2021
Xalq şairi Musa Yaqub dəfn olunub - Fotolar
12:37 08 May 2021
Şeir yazmağa Stalinə görə başladı, evli ola-ola bir qadına vuruldu, arvadı sevgilisinə yazdığı şeirləri gizli oxudu – Musa Yaqubun nağıl kimi həyatı
12:30 08 May 2021
Xalq artisti koronavirusdan dünyasını dəyişdi
11:38 08 May 2021
Şuşanın Mədəniyyət paytaxtı elan olunmasının 10 tarixi dərsi
11:10 08 May 2021
Ölən adamdan şair olar? - Gənc şair Fikrət Qocaya şeir həsr etdi
10:35 08 May 2021
Qətlə yetirilmək istərdim: Gecənin qaranlığında... Bıçaqla...
10:05 08 May 2021
2021-ci ilin “Oskar” saxtakarlığı – Sevda Sultanovadan sərt tənqid
09:00 08 May 2021
Jurnalist Fulya haqqında film çəkiləcək
18:56 07 May 2021
Sabir Rüstəmxanlıdan təsirli sözlər: “Əlvida, əziz qardaş!”
18:08 07 May 2021
Nizami Gəncəvi və Yunus Əmrəyə həsr edilən səhnə əsəri nümayiş olunub
17:46 07 May 2021
“Buynuzdan yazanda kəndi işğal olunan şairlərdən utanırdım” - Musa Yaqubun son müsahibəsi
17:15 07 May 2021
Musa Yaqubun dəfn olunacağı yer bəlli oldu
16:39 07 May 2021
Azərbaycanlı şairin ingiliscə kitabı çıxdı
16:12 07 May 2021