"Don Kixot"un yeni versiyası orijinalından çox satılır

"Don Kixot"un yeni versiyası orijinalından çox satılır
18 avqust 2015
# 11:07

Dünyanın ən yaxşı romanı hesab olunan “Don Kixot”-un dili oxunmaz olduğuna görə, İspaniyada romanın yeni, oxuna bilən, modern versiyası yaradılıb. Yeni versiya dərhal bestseller olub, amma çox keçmədən “ədəbiyyata qarşı cinayət” sözləri ilə damğalanıb.

Miguel de Cervantes'in bu romanı ilk dəfə 1605-ci ildə nəşr olunub, 145 dilə tərcümə edilib. Cervantes İnstitutunun bildirdiyinə görə, İncildən sonra ən çox tərcümə olunmuş kitabdır.

İspan yazıçısı Andres Trapiello bu şah əsəri çağdaş oxucuların başa düşəcəyi dilə gətirməkdən ötrü 14 il sərf edib.

Trapiello’ya görə, səhifələrin altındakı izah qeydlərini oxumadan “Don Kixot”u anlamaq mümkün deyil. Yeni nəşrdə əhəmiyyətli dəyişikliklər var.

Cervantes 1616-cı ildə, 68 yaşında vəfat edib. Romanı yenidən işləyən Trapiello 1000 səhifəlik bu əsər üzərində işləyərkən ona heç tanış olmayan "trompogelas" kimi sözlərlə qarşılaşıb.

Bir neçə saat araşdırma aparandan sonra bu sözün təxminən belə bir mənası olduğuna qərar verib: “Bir qulaqdan girib o birindən çıxan.”

Bu romanı oxumamış və ya bir neçə dəfə oxumağa çalışmış, amma bacarmamış çoxlu insan var.

“Oxucular bu romanı neçə əsr əvvəlin dilində oxumağa məcbur idilər, halbuki, o dil günümüzdə anlaşılmır. Amma məktəblərdə “Don Kixot”u oxumaq üçün xüsusi olaraq həmin dili öyrədirlər. Çoxlarımızın məktəbdən bu cür xatirələri var."

İspan Dövlət Tədqiqat İnstitutunun sorğusuna cavab verən hər 10 oxucudan altısı deyib ki, onlar “Don Kixot”u dili çətin olduğuna görə oxuya bilmirlər.

İctimaiyyət yeni versiyanı xoşlayıb. Bu il iyul ayında yeni versiya ispandilli kitabların bestseller siyahısında EL James'in “Grey”-indən sonra doqquzuncu olub.

İspan akademikləri isə yeni versiyanı bəyənməyiblər. Madridin Carlos III Universitetinin müəllimi David Felipe Arranz yeni versiyanı “Ədəbiyyata qarşı cinayət” adlandırıb:

"Mən Madriddə kitab satıcılarından soruşdum, deyirlər, orijinal romanı alan yoxdur. Çünki oxucular “layt” versiyanı üstün tuturlar. Böyük yazıçının sözlərini dəyişdirmək olmaz.”

Trapiello’nun versiyası dünyanın ilk modern romanı adlandırılan “Don Kixot”un yeganə sadələşdirilmiş versiyası deyil. 2014-cü ildə İspan Royal Akademiyası məktəblər üçün bu romanın sadələşdirilmiş versiyasını çap etmişdi./Oxu Zalı

# 2138 dəfə oxunub

Oxşar xəbərlər

"Bizim xalq kimlərə  çəpik çalmayıb ki?!" - Heydər Əliyev Muxtar Şahanova nə demişdi?

"Bizim xalq kimlərə çəpik çalmayıb ki?!" - Heydər Əliyev Muxtar Şahanova nə demişdi?

12:00 25 aprel 2026
"Qədim Tiflisin ədəbi boheması" - Gürcü şair Azərbaycan irsi barədə nə yazmışdı?

"Qədim Tiflisin ədəbi boheması" - Gürcü şair Azərbaycan irsi barədə nə yazmışdı?

17:48 24 aprel 2026
Macəra ədəbiyyatının mahir ustası - O, ilk dəfə hansı mövzunu işləmişdi?

Macəra ədəbiyyatının mahir ustası - O, ilk dəfə hansı mövzunu işləmişdi?

14:20 24 aprel 2026
"Böyüyün əzəməti balacaları əzmədən yaşamağındadır..." -  "Müasir Homer" adlandırılan yazıçı

"Böyüyün əzəməti balacaları əzmədən yaşamağındadır..." - "Müasir Homer" adlandırılan yazıçı

13:30 24 aprel 2026
"Həmid Herisçi – Bir nəslin ümidi və qorxaq müəllimi" - Rəvan Cavid

"Həmid Herisçi – Bir nəslin ümidi və qorxaq müəllimi" - Rəvan Cavid

12:00 24 aprel 2026
"İslandiyanın təhkiyə ənənəsini dirçəldən yazıçı..."- O, Nobel nitqində nə demişdi?

"İslandiyanın təhkiyə ənənəsini dirçəldən yazıçı..."- O, Nobel nitqində nə demişdi?

13:00 23 aprel 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər