Yaşamağa dair

Yaşamağa dair
3 avqust 2015
# 15:29

Qan TURALI

İnsan çox şey öyrənir, çox şey bilir.

İstanbula təyyarə biletinin qiymətini, Viyet teoremini, hansı mağazalarda endirim olduğunu, Dostoyevskinin adının Fyodor olduğunu, Facebookda necə bloka salmağı və çıxartmağı…

Bəlkə də bizə heç lazım olmayan bir diplom üçün 15 il oxuyuruq.

Sevirik, evlənirik, toylara gedirik, oğul evləndirib qız köçürdürük.

Amma elə hər birimizin qarşısına bir gün bir adam çıxsa və bizdən soruşsa: “Həyatın mənası nədir?”

Sözləri gəvələyəcəyik, ilk beş dəqiqədə doğru dürüst bir cümlə belə qura bilməyəcəyik.

Hə, sonda düzüb-qoşacağımız fikirdə də bir orijinallıq olmayacaq.

Orijinallığı keçdik, həyati mənanı gerçəkləşdirilməsi yolunda heç nə etmirik, sadəcə yola veririk.

Bu sualı özünüzə verin, çıxan cavabları alt-alta yazın.

Sonra dönüb öz həyatınıza baxın, elə bu günə baxın, bu gün həyatınızın mənasını gerçəkləşdirmək üçün nə etmisiniz?

Biz məqsədə gedən vasitələr içində itib-batırıq, bir azdan məqsədi də unudaraq vasitələr dünyasında vurnuxuruq, ta ki, “o gözəl və böyük sonluq, ölüm” qapımızı döyənə qədər…

Bizim qarşımızda isə ancaq və ancaq bir sual durur: Həyatımızın mənasını tapıb onu gerçəkləşdirmək!

# 1390 dəfə oxunub

Oxşar xəbərlər

İsanın möcüzəsi

İsanın möcüzəsi

12:00 26 iyun 2025
16 yaşlı qızı qaçıran axund kimə güvənir?

16 yaşlı qızı qaçıran axund kimə güvənir?

12:37 21 iyun 2025
Pampers dərdi və bərbər

Pampers dərdi və bərbər

10:00 14 iyun 2025
İsmayıl qurbanı əhvalatının müasir versiyası

İsmayıl qurbanı əhvalatının müasir versiyası

12:00 6 iyun 2025
Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

12:00 2 iyun 2025
Röyanın Kannda nə işi var?

Röyanın Kannda nə işi var?

14:30 24 may 2025
#
#
# # #