news-inner
clock09:00 calendar-gray 03 Avqust 2015 view-gray339 dəfə oxunub
view-gray339 dəfə oxunub

Mehriban Zeynalova: “Yeməyə görə zorakılığa məruz qalan xanımlar var”

Kulisin “Yeməli söhbət” layihəsinin qonağı “Təmiz Dünya” İctimai Birliyinin rəhbəri Mehriban Zeynalovadır. Mehriban xanımla “Elmlər Akademiyası” metro stansiyasınınçıxışı ilə üzbəüz olan “Künefeevi”ndə görüşdük.

- Mehriban xanım, siz Gəncədə doğulmusunuz. Sizin mətbəxin özəlliyi nədir?

- Bizim mətbəxin özəlliyi onun fərqli dadında, yeməyi hazırlayanın ona xüsusi həssaslıq göstərilməsindədir. Gəncədə qonşular bir-birindən həmişə yeməklə bağlı nəsə öyrənir.

Məsələn mənim anam adi soğanı qızardanda belə ona xüsusi həssaslıqla yanaşır. Anamın bu cür həssaslığı mənim davranışımda qalıb. Azərbaycanın regionlarının fərqli yeməkləri var. Amma Gəncə mətbəxi hər bir yeməkdə xüsusi dadla fərqlənir.

- Özünüz hansı yeməkləri sevirsiz?

- Ləzzətli nə varsa onu sevirəm. Yeməkləri qarışdırmağı sevmirəm. Süfrə dolu olsun və mən masada olan hər şeyin dadına baxım, mən belə şeyləri xoşlamıram. Dolmanı, Gəncə plovunu, xingəli, çox bəyənirəm.

Mən Şəki pitisi, ləvəngini, balqabağı bəyənmirəm.

Yemək üçün məxsusi olaraq hansısa rayona getmisinizmi?

- Sırf balıq yemək üçün kollektivlə Sabirabada restorana getmişik. Orda çox gözəl balıq bişirirlər.

- İmtina elədiyiniz yeməklər var?

- Qarışıq yeməkləri xoşlamıram. Coca-Colaya, dönərə, ümumiyyətlə ayaqüstü yeməklərə meylli deyiləm.

- Dieta ilə aranız necədir?

- Mən çox yemək yemirəm. Bir qayda var. Deyirlər ki, adam ovcunun içi qədər yeməlidir. Ona görə də, mən həmişə yarımçıq yeyirəm. Yəni yedikcə yeyən adam deyiləm. Bu xüsusiyyətimə görə, həmişə formada oluram.

- Mehriban xanım, axırıncı dəfə nə vaxt yemək yandırmısınız?

- Siz soruşun ki, nə vaxt yemək bişirmisən? Yandırmamışam. Çünki yemək bişirəndə mütləq yanında oluram.

- Bizdə bir məsəl var. Malım gedincə canım getsin. Əgər bir yeməyi yandırsanız, malın xarab olmaması üçün həmin yeməyi yeyərsiz?

- Özümə hörmət edən adamam. Özümə qəsd edəcək şeylər etmirəm. Onsuz da çox şey itirmişik. Ağzımın dadını dəyişəcək şeyləri yeyəcək qədər özümə əzab vermirəm.

- Spirtli içkilərlə aranız necədir?

- İçkiyə meylli deyiləm. Bəzən məclislərdə yaxşı qırmızı şərab olsa onu içərəm.

- Mehriban xanım, elə olubmu ki, restoranda yemək yemək istəmisiniz, amma pulunuz olmadığınıza görə imtina etmisiniz.

- Olub. İndi restoranlar çox bahalı olduğuna görə, bəzən nəyəsə qənaət etməli olursan.

Elə olub ki, evdə yemək yeyib, çay içməyə restorana getmişəm. Qonaq olanda məcburi restorana gedirəm.

Mən ev yeməklərinə üstünlük verən adamam.

- Restoranların indiki səviyyəsi sizi qane edir?

- Bəzi restoranların qiyməti, bəzilərində yeməyin keyfiyyəti qane edir. Mən çox restoran tanımıram. İstənilən yerdə otura bilərəm. Xidmət və təmizlik bəzən qane etmir. Yəni verdiyimiz pulun müqabilində bəzən xidmət görmürük.

- Sizin rəhbəri olduğunuz ictimai birliyin sığınacağı var. Bu sığınacaqda bu və ya digər səbəbdən xanımlar məskunlaşıb. Həmin xanımlardan yaxşı yemək bişirmədiyinə görə zorakılığa məruz qalanı olubmu?

- Olur. Yəni yeməyi gec bişirdi, yaxşı bişirmədi hallarına görə zorakılığa məruz qalana xanımlar var. Zorakılıq etmək istəyən kişi nə isə bəhanə edir. Yemək həssas məsələ olduğuna görə, çox təəssüf ki, belə hallar var.

Sığıncağa düşən şəxslərin digər problemləri də olur. Onların bəzilərinin elementar məişət bacarıqları olmur. Biz bunları da onlara öyrədirik.

Bizdə bir qız var idi. Unla soğan qızartmışdı. Maraqlı yemək idi. Amma mənə çatmadı.

- Sizin sığınacaqda yeməyi kim bişirir?

- Bizim sığınacaqda yalnız qadınlar olduğuna görə, elə yeməyi özləri bişirir. Bəzi hallarda onların bacarıqsızlığı çətinliklə əldə olunan qidanın xarab olması ilə nəticələnir. Məsələn, mən sığınacağa bir aylıq ərzaq alıram və həmin müddətə aldığım ərzaq bir həftəyə bitir. Buda həmin qidanı bişirən xanımların təcrübəsizliyi ilə əlaqədardır.

Məhz buna görə, sığınacaqda yaşayan normal yemək bişirən bir xanım ayırmışıq və həmin o xanım yeməyi bişirir.

- Xarici ölkə mətbəxlərində sizi təəccübləndirən yemək olub?

- Amerikada yemək yeyə bilməmişdim .Ətin üstünə qan tökmüşdülər. Bu mənim üçün xoşagəlməz oldu.

Birdə Honkonqda səfərdə olan bir həftə ac qaldım. Orda çəyirtkə qızartmasın gördüm və iyrəndim. Mənə tanış olmayan qidadan istifadə etmirəm.

Almaniyada olanda onların şorbalarını çox bəyənmişdim. Onların şorbalarını evdə hazırlayıram.

Gürcülərin saxsı qablarda bişirdikləri göbələyi çox bəyənirəm.

- Sizə nəyisə xatırladacaq yeməyi var?

- Yadımda deyil. Hindistanda ətirlər var ki, onlara xoşbəxtlik ətri deyirlər. Bir insanın əhvalı pis olanda həmin ətirdən istifadə edir.

Yemək də bəzən elə olur. Kiminləsə vaxt keçirəndə daddığın yeməkdən sonra nə vaxt o yeməyi bir daha dadanda insan o situasiyanı xatırlayır.

- Kimin yeməyi üçün darıxırsınız?

- Anamın. Mənim anam şilə adında çox gözəl yemək bişirir. O yeməyi çox adam bişirə bilmir. O yeməyin içində düyü, ət və şüyüd olur. Həmin yeməyi mən bişirə bilmirəm.

- Yol qırağa kafelərlə aranız necədir?

- O qədər də yox. Mənim yadıma gəlir biz bir dəfə kollektivlə Bərdəyə gedirdik. Yol qırağında açıq havada bir balaca kafedə oturduq. O kafedə biz çox dadlı kabab yedik. Bu hadisədən sonra mən fikirləşdim ki, belə sadə kafelərdə də çox dadlı yeməklər ola bilər.

- Toylarda olan yeməklər sizi qane edir?

- Toylarda olan yeməyin keyfiyyəti əsas şadlıq evindən başlayır. Bəzən şadlıq evində elə yeməklər olur ki, adam o yeməyə əl vurmaq istəmir.

Mən ümumiyyətlə toyda çox yeməyi və oturmağı sevmirəm.

- Özünüzə məxsus hər hansı xüsusi reseptlə hazırladığınız yemək var?

- Badımcan, qazan kotletini fərqli edirəm.

- Kabab yeyirsiz?

- Əlbəttə. Quzu qabırğasının kababını çox bəyənirəm. Yaxşı hazırlanmış kababı sevirəm.

Mənim anam çox gözəl kabab bişirir. Anam deyir ki, kabab bişirməyi Dümanın “Qafqaza səyahət” əsərindən öyrənmişəm.

Qardaşımın 55 yaşı var. O, deyir ki, mən kababı indi bişirə bilirəm. Onu da anamdan öyrənmişəm.

- Bazarlığı evdə kim edir?

- İndiyənə qədər bazarlığı özüm edirdim. İndi daha çox gəlinimlə, qızım edir.

- Plovla aranız necədir?

- Əla. Səbzili, qaralı aşı sevirəm.

Oxşar xəbərlər

Xəbər lenti

Xalça şərqisi – Rafiq Tağının hekayəsi
21:01 05 Avqust 2021
Mirzə Cəlilin nəvəsi Fransadakı səfirliyimizdə olub
18:54 05 Avqust 2021
Qəbələ Musiqi Festivalı başa çatdı
18:14 05 Avqust 2021
Yaxınları Rafiq Tağını ziyarət etdi - Foto
18:07 05 Avqust 2021
Tanınmış yazıçı ilə görüş keçiriləcək
17:30 05 Avqust 2021
Axına qarşı üzmədən nəyəsə nail olmaq qeyri-mümkündür
17:01 05 Avqust 2021
Azərbaycanda etdiyi bu rəqsə görə Rafet El Romanı topa tutdular - Video
16:14 05 Avqust 2021
Rafiq Tağının qardaşı: “Anam qətlə yetirildiyini bilmirdi, ona qurban demişdi” – Müsahibə
15:21 05 Avqust 2021
Yaponiyada alovlanan olimpiya məşəli və Türkiyədəki meşə yanğınları
14:43 05 Avqust 2021
Nobelli şair məhkəməni uddu
14:01 05 Avqust 2021
"Çocuklar duymasın"ın Havuçu yanğınsöndürənlərə qoşuldu - Fotolar
13:12 05 Avqust 2021
Başı kəsilən Sevinci necə xilas edə bilərdik?
12:26 05 Avqust 2021
Əri evə başqa qadın gətirdi, efirə çıxarmaq üçün ona əxlaqsız təkliflər etdilər, iki uşağıyla ac-susuz qaldı – Səfil həyatı yaşayan xanəndəmiz
12:02 05 Avqust 2021
Flora Kərimovanı hədəfə alanların əsl siması – Sevda yazır...
11:01 05 Avqust 2021
Azərbaycanda yeni musiqi aləti yaradıldı - Foto
10:31 05 Avqust 2021
44 müəllifdən 44 ən yaxşı hekayə - Yeni layihə
10:01 05 Avqust 2021
Kosmik raketlərdən bəhs edən peyğəmbər hədisi – Zamin yazır...
09:00 05 Avqust 2021
Xalq artisti Rafiq Hüseynovun film kimi həyatı - Maraqlı faktlar
21:00 04 Avqust 2021
Amerikalı vokalçının “Qarabağ Azərbaycandır” klipinin təqdimatı keçirilib
18:45 04 Avqust 2021
Yanğın “Rəcəb İvedik”in evinə yaxınlaşdı – Qalmaqal düşdü
18:01 04 Avqust 2021