writer1

Səhər Əhməd

Məqalə sayı

196
clock11:40 calendar-gray 14 İyul 2015 view-gray263 dəfə oxunub
view-gray263 dəfə oxunub

O qıza “sevirəm” deməyin...

Səhər Əhməd

Qırmızı şərab ağımsov xalçanın üstünə dağıldı, masanın şüşə üzlüyü çilik-çilik olub, sınmış bokallara, qab-qacağa qarışdı, salatlar, məzələr ətrafa səpələndi.

Hər şey gözlənilmədən baş verdi. İra həmişəki kimi qışqırıb bağırmadı, söyüş söymədi, boğazının damarları göm-göy göyərib şişənə qədər qışqırmadı. O, bir müddət sakitcə oturub, gözünü məchul bir nöqtəyə dikdi, eləcə boş-boş baxdı. Və eləcə sakitcə oturub boş-boş baxdığı yerdə qəfildən əlini atıb, ani bir hərəkətlə masanı çevirdi.

Üçü də diksindi, Lena qınaqla Nizamiyə baxdı, Nizami qorxa-qorxa Azərə. Azər cəld qalxıb İranı qucaqladı:

-İrka, İroçka, əzizim...

Qız pişik balası kimi Azərin sığalına yatdı, dağınıq saçlı başını onun sinəsinə qoyub hönkürdü. Ağzı Azərin köksünə dirəndiyindən hönkürtüləri çiliklənib otağa yayıldı:

-Azik, de ona, de, de!

Azər demişdi, əslində, demək nədi, tanış olduğu bütün rus qızlarına yarımca saat sonra “lyublyu” deyən Nizamini əməlli-başlı xəbərdar eləmişdi:

-Bax ha, ona “lobolu” deməyəsən.

İra Lenanın neçə illik rəfiqəsiydi, Lena Azərin neçə illik sevgilisi. Masadakı təqdim olunmayan yeganə adam - Nizami isə Azərin yerlisiydi. Hərdənbir Moskvaya - Azərin yanına gəlib-gedirdi, amma onların məclisində ilk dəfəydi. Dünən telefonla danışanda Lena Azərdən xahiş eləmişdi ki, gələndə özüylə Nizamini də gətirsin. “Yenə darıxır qız”, - İranı nəzərdə tutub beləcə kədərlə əlavə eləmişdi.

Azər sevgilisinin rəfiqəsini yaxşı tanıyırdı. İra sevdiyi oğlanı - Ruslanı on doqquz yaşında itirmişdi. Çeçenlərlə döyüşdə. Ruslanın cəmi iyirmi yaşı olanda. Onda sevgilisiylə birgə döyüşdə olan on doqquz yaşlı çarəsiz qız özünü vurmaq istəmişdi, amma ölüm ayağında olan Ruslan mane olmuşdu:

-Sən ölməyəcəksən, sənin ölməyə haqqın yoxdu, bizim cəsədimiz çeçənlərin əlində qalmayacaq. Bizim sevgimiz yaşayacaq. Sən məni burdan çıxaracaqsan, dəfn edəcəksən. Özün isə həyatını yaşayacaqsan. Tez-tez qəbrimin üstünə gələcəksən. Ən gözəl mahnıları oxuyacaqsan, ən gözəl anları yaşayacaqsan.

Hər şey Ruslanın istədiyi kimi olmuşdu. İra yaşayırdı. Sevgilisinin qəbrini ziyarət edirdi. Tez-tez dost məclislərində dava salır, söyüş söyürdü, dəfələrlə damarlarını kəsmişdi, amma heç birində ölməmişdi. O, kişilərlə tanış olur, içki içir, ağlayır, ən gözəl mahnıları oxuyurdu. Eynən Ruslanın vəsiyyət etdiyi kimi həyatını yaşayırdı. Ancaq bir şərti vardı, mənə “sevirəm” deməyin.

Bir az bundan qabaq təzəcə tanış olduğu Nizami qızın bu şərtini kobudcasına pozmuşdu. Həyatında allah bilir neçənci dəfəydi, İra bu şərti pozan kişini də, elə özünü də cəzalandırırdı.

Qırmızı şərab yavaş-yavaş ağımsov xalçaya hopurdu. Lena kresloya quylanıb siqaret çəkirdi. Nizami başını aşağı salıb divanda peşman-peşman oturmuşdu. Onun fısıltısı otağın sükutunu qəribə bir yeknəsəqliklə pozurdu.

Azər İranın qadınlıqdan çıxmış, damarları kəsik-kəsik qollarına baxırdı. O da müharibədə olmuşdu. Öz ölkəsində, öz torpaqlarını azad etmək üçün. Amma nə fərqi, müharibə bütün hallarda dəhşətlidi. Bunu döyüş görməyən adamlar anlamaz. O da dəfələrlə qollarını doğramışdı, bunun da öz fəlsəfəsi vardı, bunu da başqaları anlamazdı. Odur ki, Azər indi bu yazıq qızı otaqdakılardan daha yaxşı başa düşürdü.

İranın hıçqırtısı tez-tez qırılır, səsi get-gedə öləziyirdi:

-Azik, de ona, Azik...

Qırmızı şərab ağımsov xalşaya hopub qurtarmışdı. Lena siqaretini söndürmüşdü. Nizami daha fısıldamırdı. Azər İranın saçlarını sığallaya-sığallaya dodağının altında Ahmet Kayanın mahnısını zümzümə edirdi:

“Siz benim neler çektiyimi

Nerden bileceksiniz?

Siz benim kime küsdüyümü

nerden bileceksiniz?”

İra sözlərini anlamadığı bu mahnıya qeyri-ixtiyari tabe olur, laylayla uyuyan körpə sayaq yavaş-yavaş sakitləşirdi.

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Kamal Abdullanın romanı Almaniyada çap olunub
17:38 23 Yanvar 2021
Xudu Məmmədov Zəlimxan Yaquba onunla bağlı hansı sirri açdı? – Xatirə
16:30 23 Yanvar 2021
Aydın Kazımzadənin yeni kitabı işıq üzü gördü
15:30 23 Yanvar 2021
"Qaltan dərəsi" adlanan ərazidən tunc dövrünə aid tarixi abidələr tapılıb - Fotolar
14:20 23 Yanvar 2021
Yağışın xatırlatdığı qız – Eyvaz Əlləzoğlunun hekayəsi
13:31 23 Yanvar 2021
Cangüdəni və köməkçisi əfsanəvi modelyer haqqında kitab yazdı
12:23 23 Yanvar 2021
Pərakəndəlik Nizami ilinə heç nə verməyəcək - Filoloq yazır
11:01 23 Yanvar 2021
Xalq artisti TƏBİB-ə müraciət etdi: "Bu vəziyyət peşəkarların itkisinə aparır"
10:36 23 Yanvar 2021
Nazirlik qələbəmizlə bağlı film müsabiqəsi elan etdi
10:17 23 Yanvar 2021
Fuad Poladov: “Başımı qırxıb məni Sumqayıta göndərdilər” – Müsahibə
09:00 23 Yanvar 2021
“Qətibə İnanc” tamaşası nümayiş olunacaq
18:55 22 Yanvar 2021
Məşhur aparıcılar AzTV-də "ər-arvad" oldu - Foto
18:16 22 Yanvar 2021
Nizami Gəncəviyə həsr olunmuş sərgi açılıb
17:35 22 Yanvar 2021
Hayl Hitler! - Qısa hekayə
16:55 22 Yanvar 2021
Zəfər Muzeyi harda olacaq? - Rəsmi açıqlama
16:23 22 Yanvar 2021
Bakıda Fransa filmləri festivalı başladı
15:55 22 Yanvar 2021
Birinci yerə layiq görülən yazar: “Bizdə müsabiqələr hamının könlünü almağa hesablanır” – Müsahibə
15:18 22 Yanvar 2021
Məşhur aktrisa vəfat etdi
14:37 22 Yanvar 2021
Bağırov onu Müdafiə naziri təyin etdi, erməni general sui-qəsd törətdi, vəzifəyə gəlməyinə bir gün qalmış qətlə yetirdilər – Həzi Aslanovun müəmmalı ölümü
14:02 22 Yanvar 2021
Ceyms Bond silsiləsindən yeni filmin premyerası yenə təxirə salındı
13:29 22 Yanvar 2021