writer1

Elçin Hüseynbəyli

Məqalə sayı

66
clock12:06 calendar-gray 06 İyul 2015 view-gray1615 dəfə oxunub
view-gray1615 dəfə oxunub

Gəzəyən pişiyin azdırılması

Elçin Hüseynbəyli

Mənim bir dostum var. Gül-çiçəyi, it-pişiyi sevəndi. Ümumən bütün ev heyvanlarına və bitkilərinə mehr salandı. Xudmani bir həyəti də var. Hərdən ora yığışıb, samovar çayı içirik, domino, nərd oynayırıq. Qonaqpərvərliyi də var. Bir gün özü qonaq getməsə, ya qonaq qəbul eləmsə bağrı çatlayar. Üstəlik də gülərgözdü. Gülərüz yox ha, gülərgöz, yəni gözlərindən güləndi.

Bir gün darvazanı açıb həyətə girəndə onu çox pərişan gördüm. Dilxor idi. Həyətdə oturub bir nöqtəyə baxırdı. Sanki darvazanın səsini də eşitmədi. “Bu nə halət, bu nə qismət?” deyə ürəyimdə fikirləşdim. Çünki onu heç zaman belə dilxor görməmişdim: bədbəxt hadisələri çıxmaq şərtilə. Amma bu dəfə, deyəsən, lap pis hadisə baş vermişdi. İstədim ki, geri dönüb, aradan çıxam. Ancaq həyat yoldaşı, yaxın qohumum məni görən kimi, xoş gəldin elədi. Dostum da başını qaldırıb mən tərəfə baxdı. Candərdi gülümsədi. “Bahovey, nə işə düşdük, bu nə məsələdi!?” deyə yenə də qara qanlar axan ürəyimdə düşündüm, yaxın gəlib salam verdim, təklif gözləmədən oturdum: nə təklif canım, öz evimiz deyilmi?

Dostum vecinə də almadı, yenə də öz dünyasındaydı. Aradan bir xeyli zaman keçdi, süfrəyə çay da gəldi, dostum başını qaldırmadı. Bu yerdə dözməyib soruşdum:

-Nə məsələdi, dəvəsi ölmüş ərəbə oxşuyursan?

O yenə də başını qaldırmadı, amma dodağının altında mızıldandı, məşhur zərb-məsələ düzəliş elədi:

-Mən ərəbi ölmüş dəvəyəm, -dedi.

-Doğrudan nə məsələdi? - deyə bu dəfə üzümü həyat yoldaşına tutdum.

-Əşi, boş şeydi, -həyat yoldaşı gülə-gülə dedi, başı ilə mənə him-cim də elədi ki, bir onu danışdır görək nə məsələdi.

Burda başa düşdüm ki, bədbəxt hadisə-filan yoxdu, sadəcə dostum, adi bir şeyə görə dilxordu.

-A kişi, - bu dəfə səsimin qalın yerinə saldım, -nə məsələdi axı, dəryada gəmin batıb?!

-Pişiyi azdırmışam, - məyus-məyus dedi.

Doğrudan da indi fikir verdim ki, daim onun ayaqlarının böyründə fırlanan, sarı zolaqlı mavrılarıyla atılıb-düşən pişik gözə dəymir.

-Azdırmısan, azdırmısan da. İti-pişiyi həmişə azdırarlar,- dedim və güldüm.

-O elə-belə pişik deyildi, çox mehriban və üzüyolaydı, elə üzüyolalığının da azarına düşdü, - dedi.

Mən onun kefini açmaq üçün bir lətifə danışdım:

-Bir dəfə bir kişi pişiyini azdırmaq qərarına gəlir. “Sahil bağı” tərəfdə trolleybusa minir, sürücüdən soruşur ki, bu trolleybus Əhmədliyə gedir. Sürücü də dilxor-dolxor qayıdır ki, qədeş, trolleybus da Əhmədliyə gedər!? Yayın qızmar vaxtı, tər sürücünün boyun-boğazına süzülür. Bir az keçəndən sonra həmin kişi yenə də xəbər alır: “Qədeş, trolleybus Əhmədliyə gedir?” Bu dəfə sürücü bərk acıqlanır: “Dedim ki, getmir, Bayıla gedir!” Onda həmin sərnişin sürücünün qulağına bunları deyir: “Qədeş, pişiyi azdırıram e, denən ki, gedir”. Sürücü yumşalır: “Hərü, qardaş gedür-gedür, Əhmədliyə gedür...”

Mənim bü lətifəm dostuma kar eləmədi, heç dodaqları da qaçmadı. Handan-hana dilləndi.

-Bilirsən, onu niyə azdırdım, çünki sağ-sol gedirdi, gündə dalına bir erkək pişik salıb gətirirdi. İkimərtəbə gəzirdi.

-Necə yəni, ikimərtəbə?

-İkimərtəbə də! Erkək pişik ya onun dalında olurdu, ya da belində. Görmürdün, balalarının hərəsi bir rəngdəydi!?

-No-olsun, -dedim, - pişikdi də.

-Kişinin pişiyi də namuslu olmalıdı.

Bu dəfə mən qəhqəhə çəkib güldüm. Dedim ki, rəhmətliyin balası, pişikdə nə namus, nə ədəb-ərkan.

O, sanki məni eşitmirdi və öz-özünə danışırmış kimi deyirdi:

-O günü ürəyim gəlmədi, getdim onları qoyduğum yerə, ha axtardım, tapmadım. Bir də gördüm ki, daşların arasından balalarının səsi gəlir. Məni görən kimi qaçdılar yanıma, evdən kətə aparmışdım, onları kətəyə öyrətmişəm axı, özüm kimi, yedizdirdim, gördüm ki, doymayıbıar, mağazaya getdim, ən bahalı kolbasadan bir az çəkdirib onlara verdim. Yeyib doydular. Gördüm ki, mavrılardan biri kolbasadan bir tikə götürüb daşlara tərəf getdi. Bildim ki, anasına aparır. Anası qorxusundan çıxmır.

-Neynəmişdin ki, səndən qorxurdu.

-Üstünə acıqlanmışdım.

-Deməli, sən pişiyi onnan-bunnan gəzdiyinə görə azdırmısan?

-Əşi təkcə ona görə yox, məsələ başqa cürdü. Son zamanlar məni saymırdı, gəzərgiliyi o tərəfə, hələ mənim yanımda beli üstə yayxanıb, balalarını əmizdirirdi. Heç utanmırdı da! Mən utandığımdan gözlərimi yana çevirirdim, amma o hırıldıyırdı.

-Pişik də hırıldıyar?

-Bu hırıldıyan pişiklərdən idi.

-Ağ eləmə da, pişiklərin hamısı elədi, -dedim.

-Mənim pişiyim elə ola bilməz. Ona görə də azdırdım.

Dostumun bu çudaklığına xeyli güldüm. O da güldü. Deyəsən, kefi durulmuşdu.

-Amma elə qəşəng balaları var ki, mehriban, tüklü, sığal sevən, nəvə kimi.

Heç burası ağlıma gəlməmişdi. Dostumun nəvələri uzaqdadılar axı.

Birdən o, qəfil ayağa qalxdı.

-Gedək sənə pişikləri göstərim, hələ bəlkə geri də gətirdim, -dedi...

Həyat yoldaşı balkonda durub ərinin hərəkətlərinə qəşş eləyirdi....

İyul 2015

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Ən başıbəlalı mahnımız: Onu Fatimeyi-Zəhraya, Şah İsmayıla və Cəfər Cabbarlıya nə bağlayır?
09:02 31 İyul 2021
Facebookda tənha insanları necə tanımaq olar?
21:00 30 İyul 2021
Ssenaristlər üçün Yay Məktəbi təşkil olunur
19:00 30 İyul 2021
Şəhidlərə həsr olunmuş kitab işıq üzü görüb
18:05 30 İyul 2021
Ürək dil acır ki, sönməmiş odum - Səməd Vurğundan şeir çələngi
17:30 30 İyul 2021
Qısa hekayə: Yanğın
16:23 30 İyul 2021
Hüquqşünas teatra rəhbər gəldi
15:30 30 İyul 2021
Xalqı efirdən partizan hərəkatına çağıran Xalq artisti - O, İlhamə Quliyeva ilə eşq yaşamışdımı?
14:26 30 İyul 2021
Türkiyə evimizdir - evimiz yanır
13:51 30 İyul 2021
Rejissorumuz beynəlxalq festivalda jüri sədri oldu
13:06 30 İyul 2021
İçimizi yanır! – Türk sənətçilərin yanğın harayı
12:20 30 İyul 2021
Yazıçımız Beynəlxalq ədəbiyyat festivalında qalib gəldi
11:41 30 İyul 2021
Ssenarimiz Ukraynada ən yüksək balı topladı
11:05 30 İyul 2021
Özü torpağın altında, saatı cibimdə... - Orxan Cuvarlı yazır
10:09 30 İyul 2021
Tural Abbaslının hay-küyü, Aysel Əlizadənin kukla eksperimenti - “Elin sözü” düzdürmü?
09:01 30 İyul 2021
Ən gözəl sevgilərlə xərçəng belə sağalar - Bahar Zamanının şeirləri
21:00 29 İyul 2021
Kino Günü açıq havada qeyd olunacaq
18:06 29 İyul 2021
Müəllifi kim öldürüb? - Qismət yazır...
17:20 29 İyul 2021
Azərbaycan almanlarından bəhs edən kitab çıxdı
16:51 29 İyul 2021
Dünya şöhrətli musiqiçi vəfat etdi
16:07 29 İyul 2021