news-inner
clock08:30 calendar-gray 01 İyul 2015 view-gray168 dəfə oxunub
view-gray168 dəfə oxunub

Sevgilisi ilə xanımı eyni evdə yaşayan şair

Kulis tanınmış türk yazarı Can Dündarın “Brextin qadınları” məqaləsini təqdim edir.

Brext mənim həmyaşıdlarımı səhnədə böyüdən şairdir. Ölümünün 50-ci ildönümündə Berlinə gedər-getməz onun indi muzey olan evinə yollandım. Həyatını, şeirlerini, oyunlarını və qadınları haqda olan yazılarını oxudum.

14 avqust 2006. Bertold Brextin ölümünün 50-ci ildönümüdür...

Məşhur Berlin Teatrı (1949-cu ildə Bertold Brext və həyat yoldaşı Helena Vayqel tərəfindən yaradılmışdır) yaz tətilini yarıda kəsib, onun şərəfinə bir gecə təşkil ediblər. Almanyanın bir çox müxtəlif bölgələrində əsərləri oynanılır.

Brext mənim həmyaşıdlarımı səhnədə böyüdən şairdir:

Onun “3 qəpiklik opera”, “Cəsarətli ana və uşağları”, “Galileyin həyatı”, “İnsan insandır” və başqa əsərlərini ilk olaraq Ankara Sənət Teatrında gördük .

Dövlət teatrlarında “Arturo Uinin dirənişli yüksəlişi” də səhnəyə qoyuldu.

Hələ insanı sarsıdan, təhrikedici şeirləri...

Brextin yaradıcılığının təsiri altında Berlinə gedər-getməz, birbaş onun indi muzey olmuş evinə yollandım.

Bölgənin şərq tərəfində, yüksək tavanlı köhnə bir ev...

Muzeyin işçisi məni əvvəlcə geniş salonda Brextin 4 min kitablıq kitabxanasında gəzdirdi, əlyazmalarını göstərdi. Bəzisi ölümündən sonra dərc olunsun deyə aydın xətlə yazılmış, bəzisi qarma-qarışıq, səliqəsiz... Bəlkə də bunları başqalarından saxlamaq və ya yalnız özü üçün yazmışdı.

Biri tərs, digəri düz üzünə səpələnmiş bu qaralamalar şairin rəsmi və qeyri-rəsmi həyatı kimi təsir göstərirdi mənə.

Yatağının baş tərəfində 11 avqust 1956 tarixli qəzet vardı.

Və baxdığı pəncərədən yatdığı məzar görünürdü.

Məzarını ziyarət etdim.

Evinin yanındakı bağçada sakit-səssiz küncdə iki diqqət çəkməyən daş var idi. Daşların üstündə iki insanın adı yazılmışdı: “Bertolt Brexht və Helene Veigel”

Bilinməyən bir eşq hekayəsi

Brext-Vaygel münasibətləri haqda məşhur alman jurnalist və publisisti Karola Şternin qələmə aldığı (əsil adı Erika Assmus) “Kişilər başqa cür sevər” adlı kitabından məlumatlı idim. Bu kitab əslində tanımadığımız Brexti ələ verən kitabdır.

1920-ci illərin əvvəlində Helene Vaygel istedadlı teatr aktrisası, Brext isə dövrünün ən bacarıqlı yazıçılarından biri idi.

Onları bir-birlərinə teatr və sosializm ehtirası yaxınlaşdırmışdı, aralarında güclü bir eşq var idimi, bunu bilmirik. Nə bir-birlərinə yazdıqları hər hansı ehtiraslı sevgi məktubları, nə də söylədikləri süslü sözlər qeydə alınmayıb.

Əslində məşhur yazıçı, “Helli” çağırdığı Vaygelə rast gələndə evli və uşaq sahibi idi. Bir yerdə Münxendən Berlinə köçdülər, Brext arvadından ayrılıb Vaygellə evləndi. İki uşaqları oldu.

Helli artıq onun hər şeyi idi: həyat yoldaşı, uşaqlarının anası, köməkçisi, məsləhətçisi, aktrisası, dostu, xidmətçisi...

Qeyri-rəsmi münasibəti

Brext azadlığına və sərbəstliyinə düşkün biri idi. Onun eyni anda bir çox qadını sevə bilmək və onları daim yanında saxlamaq məharəti vardı.

Üstəlik bu qadınların çoxu bir-birlərini tanıyır, lakin Brexti paylaşa bilməzlərsə, onu itirə bilərlər düşüncəsi ilə bu durumu həzm edirdilər.

Brext özünə yaraşdırdığı çoxmünasibətliliyi qadınlarında xoş qəbul etməz, kişi sədaqətini "alçaq bir burjua əxlaq"ı saysa da qadınlarından tam bir sədaqət, vəfa istəyirdi.

Və qarşılığını da alırdı!

Onunla bir dəfə tanış olan, bir daha tərk edə bilmirdi.

Həyat yoldaşı və digər qadınlar da.

Vaygel isə Brexti belə qəbul etməyi evliliyinin sığortası sayaraq, onun istədiyi tərzdə yaşamasına göz yumdu.

Şairə bəxş etdiyi bu müstəqillik və sərbəstliklə digər sevgililəri arasında "Baş qadın" roluna büründü.

Brext Vaygel ilə evləndikdən bir qədər sonra aktrisa Margarete Steffin ilə tanış olub, bu həyat dolu gənc, sarışın qadına vuruldu. Hətta "Qret" dediyi sevgilisini evə gətirib, arvadı ilə də tanış etdi.

Evliliklərinin üçüncü ilində boşanma ərəfəsinə gəldiklərində səhnəyə Hitler cıxdı və Brext ailəsinin 15 illik sürgünü başladı.

İkinci qadın

Danimarkaya köçdülər. Brext sürgündə özünü yaradıcılığa həsr etsə də bununla yetinə bilməzdi. O, teatra, sevgiyə, qadınlara susamışdı.

Parisə qaçdı. Qret (Margarete Steffin) ilə görüşüb, Danimarkaya onunla birlikdə qayıtdı. Sevgilisini əvvəlcə evinin yaxınlığında bir otelə, sonra da danimarkalı kommunist aktrisa Rut Barlaunun yanına yerləşdirdi.

Bir qədər sonra isə vəziyyəti arvadına etiraf etdi. Daha sona sevgilisini, "şəxsi köməkçisi" olarak öz evlərinə gətirmək istədi. Vaygel əvvəllər bu fikri rədd etsə də sonralar ərinin xətrinə hətta Qret üçün otaq da ayırdı.

Və üçüncü qadın

Bu qəribə nizamı pozan isə, üçüncü bir qadın oldu.

Qreti bir qədər evində qonaq saxlayan Rut Barlau şairin yeni sevgilisi oldu.

Yazıçı Karola Şternə görə Brext bütün 40 yaşlı evli kişilər kimi özünü sağlam və gənc hiss edirdi. O, qadınların hər birini ayrı sevgi ilə sevirdi.

Brext Danimarkadan İsveçə, oradan Finlandiyaya yanında arvadı, uşaqları və sevgililəri ilə bərabər köçdü.

Sürgün illərində ədəbiyyat həyatının ən məşhur əsərlərini yazdı.

Qadınlara gəlincə: üçü də ayrı-ayrılıqda yaralıydı!

Arvadı və keçmiş sevgilisi (Qret), yeni qadına qarşı – yəni Rut Barlauya qarşı “birləşdilər”.

Bütün bunlarla məşğul olarkən səhnədən uzaq qalıb, sənətini öldürən Vaygel illər sonra bu rəftarını belə izah edəcəkdi:

"Bir dahiylə evli olan qadın, normal evliliklərdə mümkün olmayan şeylərə dözüm göstərə bilir."

Qretin ölümü

Artıq faşizmin ayaq səsləri bütün Avropada hiss olunurdu. Brext ailəsi Finlandiyada olarkən Amerika vizası ala bildilər. Lakin xəstə olan Qret üçün izn çıxmadı. Brext "Qret olmadan getmərəm" desə də xəstəlik buna əngəl oldu.

Brext karvanı Amerika yoluna çıxarkən Qretin ölüm xəbəri gəldi. Bu hadisəni şair, gündəliyinə belə yazdı: "Onu xilas etməyə cəhd edərkən uduzdum. İnsan uğurlarını unuda bilir, amma uğursuzluqlarını əsla."

Yeni qitədə

Amerika kənar bir qitə idi, Brexti tanımırdılar.

Şair Vətən həsrəti çəkirdi. O, çətin illərdə belə nə arvadından, nə sevgilisindən, nə də başqa qadınlara olan düşkünlüyündən vaz keçə bildi. Müharibə bitən kimi İsveçrədə yenidən teatra başladılar. Arvadı Vaygel aktrisalığa başladı, sevgilisi Rutun vəzifəsi isə tamaşanın şəkillərini çəkmək idi. O zaman artıq Brextin 50 yaşına az qalmışdı.

Yan yana dəfn edildilər

Brext-Vaygel cütlüyü evliliklərinin 20-ci ildönümünü Berlində "Cəsur ana və uşaqları" tamaşası ilə qeyd etdilər.

Uşaqlar, mətbəxdən kənarda görmədikləri analarının əslində o gün necə möhtəşəm bir aktrisa olduğunun fərqinə vardılar.

Ardından cütlüyün illərdi xəyalını qurduqları Berlin Teatrı (1949) gəldi. Vaygel həm teatrın rejissor işlərini, həm bitib-tükənməyən ev işlərini görür, həm də ərinin yeni sevgililəri ilə mübarizə aparırdı.

Rut Berlau isə depressiyaya girib, müalicəyə başladı. Üç qadınından birini məzara, digərini xəstəxanaya yollayan Brext isə 58 yaşında da gecələr xəstə yatağından gənc sevgililərinə telefon açırdı.

14 avqust günü vəziyyəti pisləşmədən öncə son sözləri bu oldu: "Məni rahat buraxın!"

Vaygel dul qaldıqdan sonra da teatrı idarə etdi. Brextin sərvətindən pay istəyən Rutu isə teatrdan qovdu.

1971-ci ilin aprel ayında Paris Kommunasının (Fransada qısa müddətə hakimiyyətdə olan sosialist hökumət) 100-cü ildönümündə ağarmış saçlarıyla son dəfə səhnədə Ana rolunu oynadı.

Bir ay sonra öldüyündə xərçəng olduğunu bilmirdi.

Mayın 12-də Brext şeirlərinin müşayiəti altında Borothenstat məzarlığında, 30 illik ərinin yanında dəfn edildi.

Artıq aralarına kimsə girə bilməyəcəkdi...

Uyğunlaşdırma Günel Treunundur

news-inner-user

15792 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Xalq artistinin oğlu vəfat etdi
01:53 10 İyul 2020
Azərbaycanlı alimin kitabı Avropa dillərində nəşr olunacaq
18:37 09 İyul 2020
Uşaqlar üçün tamaşa
17:56 09 İyul 2020
Təranə Vahidin Türkiyədə çap olunan hekayəsi: "Durna adam"
17:15 09 İyul 2020
Qızını ərə verən atanın ölümü
16:26 09 İyul 2020
İspaniyada Haqverdiyevə həsr olunmuş poçt markaları buraxıldı
15:47 09 İyul 2020
Qadına görə başına bəla gələn məşhurlar: onların arasında Müşfiq də var
15:08 09 İyul 2020
Məşhur sənətçi prezidentliyə namizəd olacaq
14:19 09 İyul 2020
Yaltaqlıq ən perspektivli valyutadır
13:30 09 İyul 2020
Uşaq təbəssümü
12:53 09 İyul 2020
Qorxu və təşviş insanı necə formalaşdırır? – Nazlı Əmirova ekzistensializmdən yazır...
12:30 09 İyul 2020
Bəhram Bağırzadənin həyat yoldaşı: "Hələ danışa bilmir"
11:48 09 İyul 2020
Cinsi yanğısını Facebookda söyüşlə soyudanlar
11:19 09 İyul 2020
Son 200 ilin ən yaxşı qəzəli – Mətn
10:46 09 İyul 2020
Elton Conun şərəfinə sikkə hazırlandı
10:09 09 İyul 2020
Sovet ordusunda üsyan edib almanlar tərəfə keçən azərbaycanlı - Amerikadan yazırlar...
09:01 09 İyul 2020
Moskvada teatrlar avqustun 1-dən açılır
18:54 08 İyul 2020
Uşaq tabutunda basdırılan kişi - Günel Natiqdən yeni hekayə
18:22 08 İyul 2020
Son 10 ilin ən yaxşı qorxu filmləri - Siyahı
17:49 08 İyul 2020
Venesiya Film Festivalı əvvəlki qaydada keçiriləcək
17:10 08 İyul 2020