Fahişələrdən film çəkən rejissor: “Müsahibə seksdən bahadır”

Fahişələrdən film çəkən rejissor: “Müsahibə seksdən bahadır”
23 iyun 2015
# 12:51

Avstriya rejissoru Mixael Qlavoqqer müasir sənədli kinonun əhəmiyyətli simalarından biri olub. O, “Fəhlənin ölümü”, “Meqapolislər”, “Fahişənin şöhrəti” kimi səs-küy doğurmuş sənədli flmlərin müəllifidir.

Qlavoqqer keçən ilin aprelində Liberiyada malyariyadan vəfat edib. Onun 2011-ci ildə lentə aldığı “Fahişənin şöhrəti” filmi ilə bağlı müsahibəsini təqdim edirik.

- “Fahişənin şöhrəti” filmi üçüncü dünya ölkələrində yaşayan fahişələrin həyatından bəhs edir. Kriminallaşmış, qapalı dünyaya necə daxil ola bildiniz?

- Kriminal aləmlə adətən dil tapmaq mümkündür, çünki əsas məsələ puldur. Hakimiyyət isə tamam başqa məsələdir. Məsələn, biz Tailand fahişələrini çəkəndə rəsmi orqanlar çəkiliş heyətinə, mənə yardım edən yerli kinematoqrafçılara təzyiq göstərdi. Mən əcnəbiyəm, gec-tez ordan gedəcəkdim, amma onlar yaşamağa davam edirlər. Buna görə çəkdiklərimizin çoxunu filmə daxil edə bilmədim. Həmin vaxt kral da elan eləmişdi ki, ölkədə fahişəlik mövcud deyil. Amma yenə də nələrisə çəkə bildik.

- Montaj etdiyiniz çox kadr oldu?

- Məsələn, belə kadr vardı, tailandlı qız kişi cinsiyyət orqanlarının dünya üzrə xəritəsini detallarına kimi təsvir edir. Kral bundan xoşlanmazdı, ona görə həmin kadrı çıxarmalı olduq. Hiss etdim ki, bu kadrsız filmdə nəsə vacib, anatomik bir şey itirilib. Hərçənd, Meksikada təsəlli tapdıq: bəxtimizdən qadınlardan biri bu temada əla monoloq dedi.

- Onlarla dil tapmağa necə nail oldunuz? Adətən bu işlə məşğul olan qadınlar danışmırlar.

- Əlbəttə, belədir. Amma onların dünyasında hər şeyin qiyməti var. Orda hər şeyə görə pul ödəmək lazımdır və müsahibə seksdən daha bahadır. Çəkiliş vaxtı kimsə kadra daxil olub deyirdi ki, mən də danışmaq istəyirəm. Banqladeşdə 600-dən çox fahişə ilə danışdıq. Amma filmə öz hekayətini göstərilməsini istəyən qadınlar daxil oldu.

- Çəkiliş vaxtı sizdə belə bir istək oyandı ki, bu qadınlara necəsə kömək edəsiniz?

- Qəhrəmanlarımın çoxu ilə dost münasibəti yarandı, nəinki bu filmlə bağlı, ümumiyyətlə, “Meqapolislər”, “Fəhlənin ölümü” filmlərindən sonra da bütün dünyada xeyli tanışım var. Onlara qonaq gedirəm, uşaqlarının xaç atası oluram və s. Amma heç vaxt filmlərimin ətrafında reklam kampaniyası aparmıram ki, onlar dünyanı dəyşdirməyə hədəflənib. Əgər siz dorğudan da insanlara kömək etmək istəyirsizsə ya siyasətlə məşğul olun, ya da humanitar təşkilatlarda könüllü kimi çalışın. Bir rejissor Amerikada odlu silahın yayılmasına qarşı film çəkmişdi, reallıqda bu film ancaq onun cibini pulla doldurdu. Və filmdən sonra silah satışı azalmadı.

- Sizi tez-tez onda ittiham edirlər ki, yeni “mondo kino” (bu janra görə müəlliflər kinoda qəddarlıq, ölüm mövzusundan istifadə edərək, tamaşaçıya şok effekti yaratmaq məqsədi güdür) yaradırsız. Yakoletti kimi... Siz onun kimi reallıqla, şişirdilmiş emosional effektlə insanlara şok yaşadırsız...

- And içirəm ki, onun heç bir filminə baxmamışam. Istənilən sənədli kino rejissorun şüurunun süzgəcindən keçən reallıqdır, o subyektiv olmaya bilməz. Sənədli film mənim üçün həyat və müşahidə vasitəsdir, mövcud olduğun zamanı və məkanı dərk etməkdir. Bədii film isə intellktual oyundur. Ən sevdiyim filmlərdən biri Elem Klimovun “Get və bax” filmidir. Bu, məhz o vəziyyətdir ki, mən belə edirəm: gedirəm və baxıram.

- Çəkiliş vaxtı hansısa səhnə qurdunuzmu?

- “Fahişənin şöhrəti” klassik sənədli filmdir. Amma digərlərində bu, var. Məsələn, “Meqapolislər” filmində belə şey var, qaradərili oğlan mehmanxanada homoseksualı soyur - çox güman ki, bunu canlı çəkə bilməzdim. Mən Nyu-Yorkda bir həftə bu oğlanın və onun müştərilərinin kampaniyasında vaxt keçirdim, onlar haqda ən kiçik təfərrütlara kimi hər şeyi öyrəndim. Əsas odur ki, insanları onların gündəlik həyatda eləmədiyi şeyə məcbur eləməysən.

- Niyə çəkiliş üçün məhz Tailandı, Meksikanı Banqladeşi seçdiniz? Avropada da dünyanın hər yerindən ucuz fahişələr var.

- Film çəkməyi planlaşdıranda məni sturkturun necə olması qayğılandırır. Burda da struktur klassik dini triptixi təkrarlamlıydı. Buna əsasən çəkiliş məkanlarını seçdim. Buddist məkan yüngül olmalı və sosial pillədə yuxarıda dayanmalı idi. Katolik hissə isə əskinə radikal idi və “Müqəddəs ölüm” (Meksikada dini kult) karnavalı ilə bağlı idi. Düzdür, Vyanada çağırışla gələn qızları çəkə bilərdim, amma inanmıram ki, orda seksdən başqa nəsə çəkə bilərdik. Bu ölkələrdə isə biz ilk kadrdan başlayaraq spesifik kontekstə yüklənirik.

Banqladeşdə ultraortodoksal cəmiyyətdə çəkdiyimiz rayon faktiki olaraq insanların seksual fəal olduğu yeganə yerdir. O, bütün cəmiyyətin struktur etibarilə antipodudur, tam əksidir. Burda əsasən matriarxat hakimiyyətidir. İdarəçilik qadınlara məxsusdur, o qadınlara ki, dorğduan da qızlar üçün əsl anadır. Orda sutenyor yoxdur. Tailandda isə ilk dəfə belə praktikaya rast gəldim: fahişə özü müştərini seçir, Meksikada isə kəndliləri çəkdik. Onlar qadınların yanına, atla, maşınla gəlirdilər. Qadın yanına atda, maşında gəlmək yerli ibtidai arxetipdir. Mən onların məişəti, gündəlik haqda film çəkmək istəyirdim- bütün filmlərim əslində adi həyatdan, məişətdəndir, hətta siz ekranda nəsə ağlasığmaz şeyin baş verdiyini görürsüzsə. “Fəhlənin ölümü”ndə Nigeriyada öküzlərin kütləvi kəsilmə səhnəsində hamı heyrətlə baxırdı ki, niyə mən onların gündəlik həyatının adi prosesini çəkirəm. Mən isə qan dənizinin ortasında dayanaraq düşünürdüm: bu necə də gözldir!

- Niyə filmlərinizdə soyuq rənglərdən istifadə edirsiz?

- Çünki bu, sənədli filmdir. Sadə səbəb isə odur ki, biz çəkilişdə əlavə işıq və linzalardan istifadə eləmirik. Təbii işıqla kifaytlənməyə çalışırıq.

Çəkdiyimiz məkanların böyük hissəsini isə neon işığı ilə işıqlandırmışıq. Kinolentdə bu qüssəli ovqat verir. Bəzən təbii işığı da dəyişmək lazım gəlir: ya zəiflətmək ya da gücləndirmək. Amma məkan vizual sturktura uyğun gəlməsə də onu heç vaxt dəyişmirəm. Vəziyyətdən çıxış üçün həmişə nəsə düşünmək olar. “Fəhlənin ölümü” filmində hər məkanın öz rəngi vardl, Ukrayna ağ-qara, İndoneziya sarı, Nigeriya isə qırmızı- çoxlu qan olduğuna görə. “Fahişənin şöhrəti” filmində vizual struktur belə idi: Tailandda vurğu fahişələri müştərilərdən ayıran şüşələrə edilmişdi. Şüşənin bu tərəfində qadınlar olan yer işıqlıdır, kişilər isə qaranlıqda oturub. Reallıq bu səhnə mizanını yaratdı. Mən isə sadəcə məkanın vizual özəlliklərindən istifadə edərək öz fikrimi ifadə elədim.

- Sizin filmdən belə anlaşılır ki, bu gün dünyada günah haqda təsəvvür dəyişib. Tolerant olmamaq, kapitalizm günahdır, amma fahişəlik yox.

- Mən bilmirəm, kim bunu günah sayır, biz əksinə bu qadınlara minnətdar olmalıyıq. Onlar kişilər üçün çox iş görür. Banqladeşdə mənə cavan oğlanlar dedilər ki, əgər bordel olmasaydı onlar hara gedəcəklərini bilməzdilər. Nə arvadları, nə sevgililəri var. Bəs istəkləri ilə nə etsinlər? Dünyada fahişəliyi günah hesab edən çoxlu radikal dindar var. Amma özləri fahişə yanına gedirlər.

- Bəs siz nəyi günah sayırsız?

- Mən aqnostikəm. Amma sualınızı anladım. Günah katolik anlayışdır, çox güman ki, katoliklər özləri günahı düşünüblər, çünki nə eliyirsən elə ondan qurtulmaq mümkündür. Çox rahatdır. Ümumiyyətlə, biz çətin zamanda yaşayırıq. Bizim uzun müddət inandığımız bütün siyasi sistemlər, demokratiya da daxil olmaqla, özünün iqtidarsızlığını göstərdi. İstənilən ideyaya, nəyinsə sarsılmazlığına inanmaq praktiki olaraq mümkün deyil: bu dinə də, ideologiyaya da aiddir. Vertov dahiyanə filmlər çəkirdi, ona görə yox ki, kommunist idi. Ona görə ki, reallığın poetik tərəfi onu maraqlandırırdı. Ekranda bu qalır, onun siyasi əqidəsi yox. Leni Rifenştal isə nasizm epoxasında insana orijinal baxışı ilə maraqlıdır. İdeologiya yoxa çıxır, dünyaya individlual baxış qalır.

- Filmdə iki fahişə sərxoş halda sevişmək istəyir. Onlar bilirdilər ki, çəkirsiz?

- Əlbəttə. Mən başqa cür işləmirəm. Bəzi ölkələrdə qadınlar özləri özlərinin ağasıdır, digərlərində dörd divar arasından çıxa bilmir. Çıxmağa imkan yoxdursa, sevgiyə, əyləncəyə tələbat varsa, eyni yatağı bölüşürlər. Onlar mənə etibar ediridlər. Dəfələrlə jurnalistlər qadınları aldadaraq öz məqsədləri üçün istifadə ediblər. Mən isə onlara öz sözlərini demək üçün tribuna verdim. Bəzən onlar deyirdilər: “Gəl, kişilər gedəndən sonra nə ilə məşğul olduğumuzu gör”.

- Qəhrəmanlarınız filmi gördümü?

- Mən qəhrəmanlarımla danışmışdım ki, onlara hazır filmi göstərəcəm. Belə də elədim. Biz bunu qeyd elədik. Sonra onlara dedim: “İndi sağlıqla qalın! Biz dörd il birlikdə olduq və mənə elə gəlir ki, bu tamamilə kifayətdir”. Film Meksika qadınlarının daha çox xoşuna gəldi. Amma Tailand qadınlarının şüşə arxasından müştəri seçməsi onları özündən çıxardı: “Onunla danışmadan necə bilmək olar ki, kişi sənin xoşuna gəlir, ya yox?” Onlara vitrin məsələsi vəhşilik kimi gəlmişdi, necə ki, qərblilərə bəzi meksika ritualları elə təsir bağışlayır. Banqladeşdən olan qadınlar isə özlərini tanımadılar. Onlardan biri əlini ekrana uzadıb dedi ki, bu qadın düz danışır. Halbuki o qadın onun özü idi. Sonra özünün olduğunu biləndə dedi ki, indi bütün dünya məni eşidəcək.

- “Fəhlənin ölümü” və “Fahişənin şöhrəti” filmlərində hadisələr sivilizasiyadan kənarda baş verir.

- Niyə siz düşünürsüz ki, dünyanın mərkəzi bizik? Dünyada axı qloballaşma gedir, gəlin, ona ciddi yanaşaq. Mən elə yer axtarırdım ki, faktura özü danışsın.

# 3174 dəfə oxunub

Oxşar xəbərlər

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

17:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

10:00 14 aprel 2024
Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

15:00 13 aprel 2024
# # #